Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   46   47   48   49   50   51   52   53   ...   70

110 
 
xətanızı,  əsgərlikdən  qaçmağınızı  bağışlayıb  öz  hissələrinizə  köhnə  təqvimlə 
yanvar ayının birindən gec olmayaraq qayıtmağa çağırıram. Lakin, əlavə edirəm ki, 
bu müddət üçün kim öz bölüyünə qayıtmasa, o, hərbi dövrün qanunlarına görə ağır 
cəza alacaq. 
Bundan sonra, ölkəmizin bütün əhalisinə əziz Vətənimiz adından müraciət 
edərək xahiş edirəm ki, gözəl Vətənimiz Azərbaycan eşqinə, yüksək vətənpərvərlik 
hissimiz  naminə  mənə  bizim  qoşunumuzun  təşkili  işində  yardım  göstərəsiniz,  bu 
qoşun  bizə  ölkəmizdə  qanunçuluğu  qorumaqdan  ötrü  vacibdir.  Və  yenə  də  xahiş 
edirəm  ki,  bütün  o  şəxslər  ki,  çağırış  yaşları  çatıb,  əsgərlik  etməlidirlər. 
Torpaqlarımızı qorumaq üçün özlərini çatdırsınlar. Qoy Vətən qarşısında borcunu 
unudan hər  kəs Vətən qarşısında böyük  günah  işlədiyi  üçün qohum-qardaş qınağı 
altına düşsün və, əlbəttə, qanun üzrə cəzalandırılsın. 
Mənim  bu  bəyanatım  ölkənin  hər  yerində  yayılacaq  və  qoy  savadlılar  onu 
oxuyub mənasını savadsızlara çatdırsınlar». 
 
*** 
Yalnız  azərbaycanlılardan  təşkil  olunmuş  hərbi  qüvvələrimiz,  dünya 
tarixinə  yazılmış  və  bütün  Avropa  xalqlarının  bizə  nisbətən  daha  çox  bildikləri, 
danışdıqları qəhrəmanlıqlardan ibarət şanlı hərb tariximizi xalqımız bilməlidir. Yüz 
illik  rus  hakimiyyətindən  azad  olunmuş  türk  xalqına  xatırlatmaq  lazımdır  ki,  biz 
həmişə  boyunduruq  altında  olmamışıq.  Hətta  Avropa  və  Asiyaya  öz     
tələblərimizi diktə etmişik. 
...Belə  zənn  edirəm  ki,  türk  tarixini  yaxşı  bilən  kiməsə,  bu  günkü  mühüm 
hadisələr  də  daxil  olmaqla  bizim  xalqın  tarixinə  dair  əsər  yazmağı  tapşırmaq 
lazımdır.  Bu  əsərdə  xalqımızın  keçmiş  şöhrəti  və  yad  hakimiyyəti  dövründəki 
əzabları güzgüdə olduğu kimi öz əksini tapmalıdır. 
 
Səməd bəy Mehmandarov. 
Arxivdə  generalın  imzaladığı  yüzlərlə  sənədə,  raporta  və  müraciətə  rast 
gəlmişəm.  Onların  hamısı  makinada  yazılıb,  ya  da  mətbəədə  nəşr  olunub.  Yalnız 
bu yaxınlarda bir əlyazması tapdım. O, hərb naziri Mehmandarovun öz dəst-xəttilə 
Azərbaycan  hökumətinin  ünvanına  yazılıb.  1919-cu  il  aprelin  ikisində  yazılan  iki 
səhifəlik  məruzə  mənim  üçün  qeyri-adi  tapıntı  oldu.  Nə  gizlədim,  bu  tapıntıma 
hədsiz  dərəcədə  sevindim.  Ona  görə  sevindim  ki,  müharibə  aparan  ölkənin 
generalının  xalqının  hərb  tarixini  yazdırmaq  təşəbbüsünü  vətənpərvərliyin  zirvəsi 
kimi qiymətləndirdim. 
Yuxarıda epiqraf kimi istifadə etdiyimiz cümlələr də  həmin məruzədəndir. 
Belə  tarixi  sənədlərdən  bixəbər  olduğumuza  görə  bəzi  «sapı  özümüzdən  olan 
baltalar»  keçmiş  sərkərdələrimiz  barədə  artıq-əskik  danışırlar.  Onlar  hətta 
«hücuma»  keçərək  yazırlar  ki,  niyə  Mehmandarovun,  Şıxlinskinin  və  başqa 
sərkərdələrimizin  Napoleon,  Kutuzov,  Suvorov  kimi  müdrik  fikirləri,  hərbi  elmi 


111 
 
əsərləri qalmayıb. Bir sözlə, özümüzünkülərə qeyri-vətənpərvər damğası vururlar. 
Onda  belələrinə  cavab  vermək  çox  ağır  və  əzablı  olur.  Bu müasir  «vətənpərvərə» 
oğul istərəm başa salsın ki, totalitar rejim yetmiş ildən çoxdu onların 1918—20-ci 
illərdəki  fəaliyyətinə  «tamamilə  məxvidir»  möhürünü  vurub.  İndi,  budur, 
aşkarlığın  sayəsində  yetmiş  yeddi  ildən  sonra  belələrinə  Səməd  bəy 
Mehmandarovun yazdığı tarixi sənəd cavab verir: 
«Düşmənə qarşı mübarizə tədbirlərindən biri də xalq içərisində sağlam milli 
hisslərin  yaradılmasıdır.  Bu  vəziyyət  Azərbaycan  Respublikasının  yaranmaqda 
olan gənc ordusu üçün xüsusilə zəruridir. Yuxudan yenicə oyanmış xalqda sağlam, 
milli hiss oyatmalıyıq. Biz müsəlmanlar ancaq indi şüurlu həyat və milli yaradıcılıq 
dövrünə  ayaq  basmışıq...  Xalq  arasında  türk  irsinin  milli  hisslərini  və  vüqarını 
qaldırmaq üçün xalqı,     qoşunlarımızı onun tarixi keçmişi ilə tanış etməliyik. 
Yazılacaq  məşhur tarixi əsərlər xalq içində  və  qoşunlarda  geniş  yayılmalı, 
hər bir kənd müəllimi və hər bir azərbaycanlı zabiti ondan istifadə etməlidir. 
Gələcəkdə  hökumətin  köməkliyi  ilə  türk  xalqının  dahi  xadim  və  rəhbərləri 
üçün müvafiq abidələr qoymaqla, onların xatirələri əbədiləşdirilməlidir». 
Zənnimcə,  general  Səməd  bəy  Mehmandarov  belə  sağlam  milli  düşüncəsi 
ilə heç bir əla publisistdən geri qalmır. Sənətini, dövrünü nəzərə alsaq, bəlkə də o, 
müasiri olan ən yaxşı yazıçı-publisisti bir neçə addım da ötüb keçir. 
Azərbaycan  Dövlət  Arxivində  saxlanılan  iki  nömrəli  qovluqda  general 
Səməd  bəy  Mehmandarovun  daha  bir  vətənpərvərliyinin,  milli  qürurunun  şahidi 
oluruq.  Orada  yazılır  ki,  1918-ci  ildə  ingilis  qoşunlarının
1
  Azərbaycanda  öz 
ərazilərində olduqları kimi etinasız ağalığı hərb naziri Səməd bəy Mehmandarovu 
qəzəbləndirmişdir. Nazir onların istilaçı hərəkətlərinə etiraz əlaməti olaraq, vaxtilə 
(birinci dünya müharibəsi illərində — Ş. N.) ingilis komandanlığı tərəfindən təltif 
olunduğu ordenləri geri qaytararaq qəzəblə demişdir: 
—  Torpağımı,  xalqımı  fəth  edən  ikiüzlü  bir  ölkənin  ordeni  mənə  lazım 
deyil.  Xalqıma  silah  qaldıran  bir  ordunun  ordenini  gəzdirmək  mənim  üçün  ən 
böyük təhqirdir. 
Azərbaycandan  çıxan  ingilis  qoşunlarının  komandanı  general  Tomson 
şayiələr  yayırdı  ki,  Azərbaycan  bundan  sonra  özünü  idarə  edə  bilməyəcək. 
Azərbaycan  ordusu  yox  dərəcəsindədir.  Orada  qayda-qanun  da  yoxdur.  Guya 
Azərbaycanı  yağılardan  qoruyan,  onu  idarə  edən Tomsonun  min  ingilis  və  səkkiz 
yüz nəfərlik balağıaçıq hind əsgəri olmuşdur. Bu şayiələrdən sonra Azərbaycanda 
olan  ingilis  hərbi  jurnalisti  Skodlend-Liddel  İngiltərə  qəzetləri  üçün  hazırladığı 
xəbərlərdə yazırdı ki, Transqafqaz şayiələr ocağıdır. Burada şayiələr külək təpələr 
arasında yayılan kimi yayılır. Bir çox şayiələr Moskvada quraşdırılır və dövriyyəyə 
                                                           
1
  1918-ci  il  noyabrın  17-də  general  V.  M.  Tomsonun  komandanlığı  ilə  Bakıya  gələn  ingilis  qoşunları 
1919-cu ilin avqustunda Azərbaycan ərazisindən çıxdı — müəl. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə