Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   43   44   45   46   47   48   49   50   ...   70

103 
 
On  birinci  ordu  ilə  Azərbaycana  gələn  marşal  S.  A.  Krasovski  «Жизни  в 
авиации»  kitabının  (1960)  yetmişinсi  səhifəsində  bu  barədə  yazır:  «XI  Ordu 
hissələri  Azərbaycan  sərhəddinə,  Yalama  stansiyasına  yaxınlaşanda  Bakıda 
müsavat  hökumətinin  iclası  gedirdi.  Bu  iclasda  hərbi  nazir  general 
Mehmandarovdan  hökumət  başçısı  Nəsibbəy  Yusifbəyov  soruşur:  «Müsavat 
ordusu  düşmənin  hücumunun  qarşısını  ala  biləcəkmi?»  Nazir  də  sualı  sualla 
qarşıladı:  «Hansı  düşməni  nəzərdə  tutursunuz?  Daşnakları,  yaxud  menşevikləri? 
Menşevikləri deyirsinizsə ümid var. Hərgah XI Ordunu nəzərdə tutursunuzsa, onda 
bizim  gücümüz  yalnız  bir  dəqiqəliyə  kifayətdir,  cənab  nazir.  Biz  bolşeviklərlə 
döyüşməyəcəyik!». 
Ona görə də «sovet tərəfinin xahişi ilə xüsusi olaraq Bakıya dəvət olunmuş 
türk hərbi generalı Xəlil Paşanın da daxil olduğu XI Qızıl Ordu 1920-ci il aprelin 
28-də döyüşsüz Bakıya daxil oldu. Xəlil Paşa Dərbənddən bu tərəfə yol boyu bütün 
dayanacaqlarda  çıxış  edib  əhalini  sovet  hakimiyyətini  müdafiə  etməyə  çağırırdı. 
İstambul  hərbi  muzeyində  Xəlil  Paşanın  RSFSR,  MİK  tərəfindən  təltif  olunduğu 
gümüş xəncər saxlanılır» (Z. Bünyadov «Elm və həyat» jurnalı, 1988-ci il, № 10). 
Bu yaxınlarda Türkiyədə səfərdə olmuş oyma işləri üzrə sənətkar dostumuz 
Firidun Seyfəddinoğlu 1976-cı ildə İstambulda çap olunmuş «Azərbaycan» adlı bir 
kitab  da  gətirmişdi.  Kitabın  müəllifi  Kərim  Oder  xalqımızın  ədəbiyyatından, 
tarixindən, 
iqtisadiyyatından  və 
Azərbaycan 
Demokratik 
hökumətinin 
fəaliyyətindən  məhəbbətlə  söhbət  açır.  Kitab  həm  də  xalqımızın  görkəmli 
oğullarının  nadir  fotoşəkilləri  ilə  bəzədilib.  Orda  Səməd  bəyin  on  səkkiz—
iyirminci  illərdəki  fəaliyyəti  haqqında  məlumat  və  bizə  məlum  olmayan  fotoşəkli 
də     verilib. Kərim Oder yazır: 
«Cümhuriyyət  hökuməti  əsgəri  işlərə  əhəmiyyət  vermişdir.  Hərbiyyə 
nəzarətə  general  Səməd  bəy  Mehmandarov  təyin  olunmuşdu.  Onun  müavini  rus 
artilleriyasının  «Allahı», general-leytenant Əliağa  Şıxlinski, baş qərargah rəisi isə 
general-leytenant  Məmməd  bəy  Sulkeviç  idi.  İyirmi  dörd  min  süngü,  altı  min 
piyada, süvari, topçu və digər siniflərdən ibarət hər cür silahla yaraqlanmış bir ordu 
qurulmuş  və  Xəzər  dənizində  kiçik  bir  flot  hazırlanmışdır.  Bakıda,  Lənkəran  və 
Qarabağda  milli  hökuməti  tanımaq  istəməyənlərdən  acı  bir  vəziyyət  yaranmışdır. 
Rus və digər düşmən qüvvələri itaət və nizam altına alınmışdır». 
İyirminci  illərdə  general  Səməd  bəy  Mehmandarovun  təlatümlü  keçən 
günlərini o vaxtlar on iki yaşı olan oğlu Pir daha yaxşı xatırlayırdı: «Atam aprelin 
iyirmi  yeddisində  parlaman  iclasından  qayıdıb  özümüzlə  aparmaq  üçün  anamın 
hazırladığı  çamadanları  gördükdə  dedi  ki,  bunları  boşalt,  heç  yerə  gedəsi  deyilik. 
Anam: «Nə danışırsan? Necə gedəsi deyilik? Bilirsən ki, səni güllələyəcəklər?». 
Atam cavab verdi ki, parlamanın son iclası qurtaranda «Hümmət» fraksiyası 
lideri  Əliheydər  Qarayev  mənə  yaxınlaşıb  əmin  etdi  ki,  Səməd  bəy,  getmə,  qal! 
Heç yerə getmə. Söz verirəm ki, başınızdan bir dənə də tük əskik olmayacaq.   Qal  
bizimlə   işlə... 


104 
 
Anam  isə  etiraz  edib  dedi:  «Ola  bilər  ki,  sənə  heç  nə  eləməzlər,  amma 
oğlunun taleyi, gələcəyi, mənim vəziyyətim?..» 
Atam qəti səslə: «Heç yerə getməyəcəyik» — dedi. Anam inadla «Axı qatar 
Biləcəridə  gözləyir...».  Atam:  «Bizsiz  də  gedərlər.  Vətəndən  ayrılmağa  heç  bir 
əsasım yoxdur». 
Doğrudan  da,  Biləcəridə  müsavat  hökumətinin  başçılarını  Tiflisə  aparacaq 
qatar atama görə saat yarım gözləmişdi. 
Tədqiqatçılar  Səməd  bəy  Mehmandarovun  tərcümeyi-halından  danışanda 
iyirmi  birinci  ildən  iyirmi  dördüncü  ilə  kimi  olan  fəaliyyətindən  demək  olar  ki, 
sükutla  keçirlər.  1920-ci  ilin  avqustun  birindən  Səməd  bəy  Mehmandarov  Əliağa 
Şıxlinski ilə birlikdə baş qərargahda işləmək üçün Moskvaya göndərilir. Şıxlinski 
Ali Artilleriya məktəbində gələcəyin marşalı L. A. Qovorova, N. D. Yakovlevə, M. 
N. Çistyakova, baş artilleriya  marşalı N. N. Voronova və  başqalarına  dərs deyib. 
Səməd  bəy  Mehmandarov  da  Artilleriya  Nizamnaməsi  hazırlayan  komissiyanın 
tərkibinə  daxil  edilib,  həm  də  Hərbi  Akademiyada  taktikadan  dərs  deyib.  İyirmi 
birinci  ilin  yayında  Azərbaycana  qayıdan  hər  iki  general  Respublika  Hərbi 
Komissarlığının  sərəncamında  saxlanılır.  Əliağa  Şıxlinski    bu  barədə  daha  dəqiq 
məlumat  verir:  «İyulun  on  səkkizində  biz  ikimiz  də  Bakıya  yola  düşüb,  iyulun 
iyirmi  ikisində  gəlib  Bakıya  çatdıq.  Bakıda  biz  Azərbaycan  Sovet  Qoşunları 
Qərargahına  daxil  edildik.  Bundan  başqa  hər  ikimiz  Azərbaycan  Komandirlər 
məktəbində            topçuluqdan  —  Mehmandarov  rus,  mən  isə  Azərbaycan  dilində 
dərs  deməyə  başladıq.    Qarnizon  rəisi  öz  sədarəti  altında  olaraq,  Bakı  qarnizonu, 
Hərbi-Elmi  Cəmiyyətinin  təşkili  haqqında  əmr  verdi:  Mən  sədr  müavini  təyin 
edildim.  Qarnizon  rəisi  özü  sədrlik  etmirdi,  adətən  iclasları  mən  aparırdım. 
Mehmandarov isə bu cəmiyyətin üzvlüyünə   təyin edilmişdi». 
Bəs  iyirmi  üçüncü  ildə  general  Səməd  bəy  Mehmandarovun  əlinə  süpürgə 
verib  küçə  süpürtdürən  kimlər  idi?  Mərkəzdə  oturan  Stalin  əmr  vermişdi  ki, 
müsəlman  ziyalıları  arasında  «təmizləmə»  aparılsın.  Bakıda  solların  mövqeyini 
möhkəmlədən, Nərimanovun məsləkdaşlarına qarşı mübarizəni gücləndirən AK(b) 
P  Bakı  Komitəsinin  katibi  L.  Mirzoyan,  onun  əlaltıları  S.  Qutin,  A.  Mikoyanın 
«varisləri»  Sərkis  və  içərimizi  qurd  kimi  gəmirən  bir  qrup  keçmiş  daşnak, 
havadarları  Stalinin  əmrini  canla-başla  yerinə  yetirirdilər.  Həmin  ildə  onlar 
Nərimanovu  da  Bakıdan  perik  salmışdılar.  Onlar  yaxşı  bilirdilər  ki,  Nərimanov 
general Mehmandarovu sərkərdə kimi çox yüksək qiymətləndirirdi. 
 
Cümhuriyyət dövründə 
Qırx altı il çar ordusunda xidmət edən Səməd bəy Mehmandarov 1917-ci il 
martın 28-də tam artilleriya generalı rütbəsində istefa verdi. Onun sonuncu vəzifəsi 
ikinci  Qafqaz  ordusunda  korpuslar  qrupunun  komandanı  idi.  Mütəxəssislərin 
fikrincə  bu,  ordu  komandanı  vəzifəsinə  bərabərdir.  Birinci  dünya  müharibəsində 
iki  ildən  çox  korpusa  komandanlıq  edən  Səməd  5  ay  o  qədər  məharətli  döyüşlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə