Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   41   42   43   44   45   46   47   48   ...   70

99 
 
görə  bu qədər böyük rütbə  sahibi ola  bilərdi.  Səməd bəy  Mehmandarov da  məhz 
belə bir zabit idi. 
Əla  səviyyəli  topçu  olan  Səməd  bəy  Mehmandarova  rəsmən  topçu 
akademik təhsili olan hər bir topçu, həmçinin görkəmli qoşun generalı olan hər bir 
ərkani zabiti həsəd apara bilərdi». 
Birinci dünya müharibəsi illərində general Mehmandarov almanları bir neçə 
dəfə ciddi surətdə məğlub edən istedadlı sərkərdə kimi ad-san qazanmışdı. 
1914-cü  il  sentyabrın  on  beşində  keçirilən  Lodz  əməliyyatında  general 
Mehmandarov  xüsusilə  şöhrət  qazandı.  Alman  generalı  Makenzenin  qoşunları 
güclü  hücumla  İvanqorod  şəhərini  alıb  sürətlə  Lodz  şəhəri  uğrunda  əməliyyata 
başladı.  Güclü  təzyiqlə  geri  çəkilən  rus  qoşunları  çox  ağır  vəziyyətdə  idi.  Bütün 
mövqelərdə  hücuma  keçən  almanlar  dayanmadan  irəliləyərək  geri  çəkilən  rus 
qoşunlarının bir hissəsinin qarşısını kəsib mühasirəyə almağa çalışırdı. 
Mehmandarovun  iyirmi  birinci  piyada  diviziyası  səksən  birinci  Abşeron, 
səksən  ikinci  Dağıstan,  səksən  üçüncü  Samur  və  səksən  dördüncü  Şirvan 
polklarından təşkil olunmuşdu. Bu polkların hərəsinin özünəməxsus döyüş ənənəsi 
vardı. 
Korpus  komandanı  öz  bölmələrinin  müqəddəratı  üçün  təşvişə  düşərək 
Mehmandarovun diviziyasının nə vəziyyətdə olduğunu telefonla ondan xəbər aldı. 
Səməd  bəyin  telefonda  komandirlərə  məxsus,  mərd,  qısa  cavabı  belə  oldu: 
«Vəziyyət ağırdır. Hücuma keçirəm!». 
İki  rus  diviziyasının  geri  çəkildiyi  belə  bir  ağır  vaxtda  Mehmandarovun 
diviziyası  böyük  bir  inamla  irəliləyən  düşmənə  ağır  zərbələr  vurub  onu  geri 
oturtdu. Üç günlük ağır döyüşlərdən sonra  İvanqorod şəhərinin hüdudlarına çatıb 
onu  mühasirəyə  aldı.  Birinci  dünya  müharibəsi  tarixində  Mehmandarovun  bu 
müvəffəqiyyətli  əməliyyatı  alman  generalı  Makenzenin  sürətli  planlarını  puça 
çıxartdı. Geri çəkilən iki rus diviziyasını isə mühasirəyə düşmək rüsvayçılığından 
xilas etdi. 
Həmin  əməliyyat  zamanı  general  Əliağa  Şıxlinski  Ali  Baş  komandan 
tərəfindən səhra toplarının baş müfəttişi yanında xüsusi tapşırıq generalı vəzifəsini 
daşıyırdı. Sonralar o yazırdı: 
«O zaman rus ordusunda yeni bir silah olan ağır səhra toplarının vəziyyətini 
yoxlamaq  və  bu  sahədə  fəaliyyətə  istiqamət  vermək  üçün  qərb  cəbhəsinə 
çağırıldım.  Mən  yeddi  korpusu  gəzdim  və  müəyyən  etdim  ki,  yalnız  Səməd  bəy 
Mehmandarovun  korpusunda  ağır  topların  vəzifəsi  düzgün  başa  düşülmüş  və  bu 
toplar  həmin  vəzifələrə  uyğun  yerləşdirilmişdir.  Bu  iş  korpus  top  müfəttişinin 
təşəbbüsü  ilə  yox,  məhz  mahir  topçu  olan  Mehmandarovun  şəxsi  təşəbbüsünün 
nəticəsi idi». 
Bu  müharibədə  misilsiz  qələbələrə  görə  Mehmandarova  tam  artilleriya 
generalı  rütbəsi  verildi.  1915-ci  ildə  o,  ikinci  Qafqaz  ordu  korpusuna  komandan 
təyin edildi. 


100 
 
General  Səməd  bəy  Mehmandarovun  döyüşlərdə  göstərdiyi  igidliyi  və 
əsgərlərlə  xoş  rəftarı  haqqında  onun  müasirləri  iftixarla  söhbət  açırlar.  Mayor 
Hacıağa  İbrahimbəyli  yazır  ki,  general  Mehmandarov  birinci  dünya  müharibəsi 
zamanı  olduqca  çox  şöhrət  qazanmışdı.  Vuruşmaların  ən  qorxulu  dəqiqələrində 
onun misilsiz soyuqqanlığı və hədsiz qoçaqlığı rus ordusunda məşhur olmuşdu. 
Bununla bərabər o, olduqca ədalətli, namuslu, düz danışan adamları sevərək 
onlara kömək göstərən, ürəyi düz olmayanlara qarşı amansız bir adam idi. Şəxsən 
Mehmandarovu  görənlərin  hamısı  təsdiq  edir  ki,  ona  tabe  olanların  hamısı  ondan 
oddan qorxan kimi qorxar, lakin onu sevər, ona inanardılar. 
Mehmandarov əsgərlərlə həmişə xoş rəftar edərdi və daim onların qayğısına 
qalardı». 
«Mehmandarov  nadir  artilleriyaçıdır».  Bu  üç  kəlmə  söz  Qırmızı  Bayraqlı 
Qafqaz  Ordusunun  komandanı  İ.  E.  Yakirə  məxsusdur.  Onu  1925-ci  ildə 
«Birləşmiş  Azərbaycan  hərbi  məktəbi»ndə  müəllim  işləyən  Səməd  bəyin  şəxsi 
işinə  komandan  Yakir  öz  dəst-xəttilə  yazıb.  İnqilab  illərində  Mehmandarovun 
həyatı  çox  təlatümlü  keçib.  Nə  yeni  hökumət,  nə  də  onun  adamları  ona  inam 
gətirmirdilərlər.  Hər  yerdə  «çar  generalı»,  «müsavat  naziri»  kəlmələri  sərt  şillə 
kimi onun və  silahdaşlarının üzünə çırpılırdı. Həmin o narahat illərdən Səməd bəy 
Mehmandarovun öz əlilə doldurduğu iki vərəq kağız qalıb. Onları ilk dəfə 1988-ci 
il fevralın on səkkizində «Molodyoj Azerbaydjana» qəzetində dərc etdirən jurnalist 
N. Davıdov olub. Onu kiçik ixtisarla sizə təqdim edirəm. 
 
GENERAL MEHMANDAROVUN ANKETĠ 
Həyatda o, boyca balaca, iki yerə daranıb ayrılmış ağ saqqallı bir adam idi. 
Həmişə kiçik ayaqlarına görə xüsusi dəridən tikilmiş yüngül çəkmə geyərdi. 
Deyirlər  ki,  1923-cü  ildə  ağsaqqallı  generalı...  əlində  süpürgə  Bakıda 
görüblər. Altmış yeddi yaşlı general, Musavat hökumətinin hərbi naziri kimi iki il 
keçdiyi  həmin  bu  küçəni  süpürüb  adamlardan  utanaraq  Azərbaycan  Fövqəladə 
Komissiyasına  qeyd  olunmağa  tələsirdi.  Özü  də  həmin  gün.  Qoy  görsünlər  ki,  o, 
yerindədir, heç yerə getməyib, heç yana qaçmayıb. 
Deyirlər  ki,  belə  olub.  Hər  ehtimala  qarşı,  bizim  əlimiz  çatan  nəşrlərdə  bu 
yoxdur, ancaq bu, adamların yaddaşındasa qalıb. Uzun müddət belə hesab edirdilər 
ki, öz tariximizi, onun bütün keçidlərində bilmək bizə o qədər də lazım deyil, əgər 
biz  onu  bütün  ziddiyyətləri  ilə  —  lap  həqiqət  olsa  belə  —  yazsaq,  «düz  başa 
düşmərik». Lakin oxşarlığın şüası, çəkilmələr zamanı sualtı daşlar təmizlənən kimi, 
həqiqəti üzə çıxardaraq bütün qaranlıq künclərə işıq saçır. 
Oktyabr inqilabının yetmiş illik yubileyi ərəfəsində jurnalistlik axtarışı məni 
çekistlərin  arxivinə  gətirib  çıxartdı.  Burda  «keçmiş  adamlar»ın  anketləri  arasında 
illərin  soldurduğu  və  Mehmandarovun  xırda  hərflərlə  yazdığı  ikiqat  bir  vərəq 
saxlanılır. O illərin qoxusunu verən bir vərəq... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə