Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   40   41   42   43   44   45   46   47   ...   70

97 
 
bir  daha  müharibədə  iştirak  etməyəcəkləri  barədə  yazılı  iltizam  verəndən  sonra 
Rusiyaya  qayıda  bilərdilər.  Stesselin  ətrafındakı  mürtəce  fikirli  bir  qrup  zabit 
dillərindən  belə  bir  iltizam  verdilər.  Lakin  xalqımızın  igid  oğlu  Səməd  bəy 
Mehmandarov belə bir alçaq, zabit şərəfini təhqir edən vəddən boyun qaçırdı. Bir 
daha Yaponiyaya qarşı müharibədə iştirak etməyəcəyi barədə iltizam vermədiyinə 
görə  general-mayor  Səməd  bəy  Mehmandarov  əsir  alınıb  Yaponiyanın  Naqoya 
şəhərinə  göndərildi.  O,  Rusiyaya  1905-ci  il  avqustun  23-də,  Portsmut  sülh 
müqaviləsi bağlanandan sonra qayıda bildi. 
Üç  yüz  otuz  iki  günlük  məşhur  Port-Artur  qalasının  müdafiəsi  general 
Səməd bəy Mehmandarovun taleyinə belə yazıldı. 
 
Birinci dünya müharibəsi 
Sərkərdə  kimi  ümumxalq  şöhrəti  qazanmış  Səməd  bəy  Mehmandarov  və 
Əliağa  Şıxlinskidən  danışanda  talelərində  oxşarlıq  olan  iki  məşhur  musiqi 
xadimimizi  də  yada  salmamaq  olmur.  Üzeyir  bəy  Hacıbəyov  və  Müslüm 
Maqomayev.  Onların  hər  ikisi  bir  ildə  təvəllüd  tapıblar,  eyni  seminariyanı 
bitiriblər.  Müəllim  işləyiblər,  musiqi  yazıblar.  Tale  Üzeyir  bəyə  övlad  qismət 
eləməyib.  Üzeyir  bəylə  Müslüm  taleyindəki  oxşarlıqları  hər  iki  görkəmli  hərb 
xadimlərinin  həyatında  da  görmək  olar.  Əliağa  Şıxlinski  də  övlad  həsrətilə 
dünyadan  köçdü.  Mehmandarova  və  Müslüm  Maqomayevə  tale  övlad  da  verdi, 
şöhrət də. Amma Əliağa və Üzeyirə nisbətən tez dünyadan köçdülər. 
Hər ikisi də on səkkiz yaşından əsgər çəkməsi geyindi, Peterburqda oxudu, 
Port-Arturda,  Birinci  Dünya  Müharibəsində  vuruşdu.  1918-ci  ildə  ilk  milli 
Azərbaycan  ordusu  yaratmaq  kimi  şərəfli  iş  də  iki  şöhrətli  generala  qismət  oldu. 
Tam artilleriya generalı ali rütbəsi aldılar. 
Azərbaycanın  dörd  qartalı  ötən  əsrin  sonlarından  əsrimizin  ilk  illərinədək 
daima xalqına sidq-ürəklə xidmət etdi. 
Birinci dünya müharibəsi başlananda Mehmandarov Vladiqafqazda yerləşən 
21-ci  piyada  diviziyasının  komandiri  idi.  Bu  vaxta  kimi  həyatında  çox  hadisələr 
olmuşdu.  Əsirlikdən  qayıdan  kimi  yeddinci  Şərqi-Sibir  artilleriya  briqadasının 
komandiri  təyin  edildi,  az  sonra  ona  daha  məsul  vəzifə  verildi  —  Üçüncü  Sibir 
ordusunun  korpusunda  artilleriya  rəisi  oldu.  1908-ci  il  Səməd  bəyə  bu  yüksək 
vəzifədən  başqa  daha  iki  böyük  sevinc  bəxş  etdi.  Həmin  il  iyulun  on  üçündə  ona 
general-leytenant  rütbəsi  verildi.  İkinci,  ən  çox  yaddaqalan  sevinc  isə  İrkutsk 
şəhərində  noyabrın  18-də  qismət  oldu.  Tale  uzun  intizardan  sonra  ona  oğul  payı 
göndərdi.  Səməd  bəy  ona  Pir  adı  verdi.  Sonralar  İqor  adını  daşıyan  Pir 
Mehmandarov otuzuncu illərdə general ataya görə çox ağrılar, əzablar çəkdi. 1988-
ci  ildə  Bakıda  görüşdüyüm  İqor  Mehmandarovun  danışdığı  bir  epizodu  heç  vaxt 
unuda bilmirəm. 
—  Atamdan  sonra  tez-tez  anamı  və  məni  ÇK-ya  çağırardılar.  Min  cür 
hədələyici  suallar  verərdilər.  Suallara  düzgün  cavab  versək  də,  verməsək  də  bizi 


98 
 
döyüb incidərdilər. Bir dəfə lap cana doyub ağlaya-ağlaya soruşdum ki, axı, məni 
niyə  döyürsünüz?  Bu  sualların  cavabını  mən  həqiqətən  də  bilmirəm,  yalandan  nə 
deyim?  Mənə  əzab  vermək,  ağa  qara  demək  kimi  bir  şeydir.  Mənim  günahım 
nədir? 
— Günahınız ondan ibarətdir ki, özünüzə yaxşı valideynlər seçməmisiniz. 
Qəribə məntiqdir, nə vaxtdan övlad özünə valideyn seçib ki?.. 
Amansız  təqiblərdən,  yersiz  sorğu-suallardan  xilas  olmaq  üçün  1930-cu 
ildə,  keçmiş  Azərbaycan  Demokratik  Respublikasının  hərbi  naziri  olmuş  atanın 
ölümündən sonra ana Yelizaveta Nikolayevna və oğul İqor Azərbaycandan Sankt-
Peterburqa  köçməyə  məcbur  olurlar.  Lakin  sovet  ÇK-sı  burda  da  onları  təqib 
edirdi. 
«...1937-ci ildə Mehmandarovlar ailəsi Peterburqdan Saratova sürgün edilir. 
Lakin  İqor  Mehmandarov  burda  da  təqiblərdən  yaxa  qurtara  bilmir.  Adi  yaşayış 
şəraitinin  olmaması,  ağır  maliyyə  çətinlikləri  günaşırı  XDİK-ə  çağırış  onların 
həyatını burda katorqadan da dözülməz edir. 
Lakin bütün bunlarla kifayətlənməyən cəlladlar Mehmandarovlar ailəsindən 
yenə  də  əl  çəkmirlər.  1941-ci  ildə  Y.  N.  Mehmandarovanı  yenidən  Sibirə  sürgün 
edirlər. Bu  dəfə  o,  alman  faşistləri  tərəfindən  partladılan  qatarda  həlak  olur.  Oğlu 
isə  sürgündən  sonra  uzun  illər  Kalininqradda  yaşayır.  1977-ci  ildə  isə 
Azərbaycanın hökumət rəhbəri onu Bakı şəhərinə dəvət edir.
1
 
...Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  vəsatətinə  əsasən  vaxtilə 
Mehmandarovların yaşadığı Sankt-Peterburqa və Saratov vilayət prokurorluqlarına 
sorğu  göndərildi.  Həmin  işlər  öyrənildi  və  nəhayət,  İqor  Səməd  bəy  oğlu 
Mehmandarova,  anası  Yelizaveta  Nikolayevna  Mehmandarovaya  rəsmi  sənəd 
aldıq. Gec də olsa xalqımızın tarixindən qara ləkələrin biri də silindi» (E. Hacıyev, 
«Bir qara ləkə də silindi» məqaləsi, 8 iyun 1993-cü il. «Xalq qəzeti»). 
 
*** 
1910-cu  ilin  ilıq  may  günlərindən  birində  uzun  ayrılıqdan  sonra  doğma 
Qafqaz Səməd bəyi qəhrəman oğul kimi qoynuna aldı. O, Tiflisdə yerləşən birinci 
Qafqaz ordusunun korpusunda artilleriya rəisi təyin edildi. 
Səməd bəyi yaxından tanıyan mayor Hacıağa İbrahimbəyli 1946-cı ildə çap 
etdirdiyi «Səməd bəy Mehmandarov» adlı kitabçasında iftixarla yazır: 
«Rəsmən  hərbi  akademik  təhsili  olmayan  bir  zabit  yalnız  böyük  bacarığı 
sayəsində,  hərbi  xidməti  çox  sevdiyinə,  döyüşlərdə  misilsiz  qoçaqlıq  və  hərbi 
məharət  göstərdiyinə,  işinə  can  yandırdığına  və  son  dərəcə  təmiz  adam  olduğuna 
                                                           
1
 Tam artilleriya generalı Səməd bəy Mehmandarovun yeganə övladı İqor Mehmandarov  1989-cu ildə 
Bakıda vəfat etdi —müəl. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə