Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   39   40   41   42   43   44   45   46   ...   70

95 
 
tərifli sözlər, komplimentlər dedilər; etiraf etdilər ki, Port-Artur yaxınlığında yapon 
artilleriyasının itkiləri olduqca çoxdur. İyirmi beş minə kimi adam tələf olub, çoxlu 
yapon  silahı  məhv  edilib,  həmçinin  Port-Arturda  mərmilərin  çatışmazlığı  onların 
məsələsini yüngülləşdirib. 
General Mehmandarovu əsir apardılar. O,  təhvil verilib, sonra da vicdanına 
and içərək «evə» gedənlərin ən qəddar düşməni idi. 
Gündüz saat on ikidir. Yaralıların yanında idim. Hər yerdə eyni söz-söhbət 
— qalanın təhvil verilməsindən və əsirlikdən gedirdi». 
Səhifə 752-də (3/16 yanvar): 
«Hakimiyyətin  ələ  keçirilməsi»  haqqında  müxtəlif  fikirlər  söylənirdi. 
Məsələn,  həmişə  döyüş  mövqelərinin  sağ  cinahında  olan  F.  və  Ş.  qeyd  etdilər  ki, 
guya  mövqelərdə  olarkən  necə  olubsa,  onların  yanında  polkovnik  (indi  general) 
Mehmandarov  da  söhbət  əsnasında  bu  mövzu  haqda  öz  fikrini  bildirmişdi:  — 
«hakimiyyəti  ələ  keçirmək»  nə  deməkdir?  Mən  bunu  başa  düşmürəm!  Əgər  mən 
komendant  olsaydım  və  vəzifəmin  öhdəsindən  az  da  olsa  gələ  bilsəydim,  mənim 
qanuni hakimiyyətimi görüm  əlimdən kim ala bilərdi?!.. Əgər elə adam tapılsaydı 
mən  deyərdim:  Əlahəzrət,  nə  qədər  ki,  kimin  əsil  komendant  olduğunu  ayırd 
etməmişik,  bu  yerdən  heç  yana  tərpənən  deyilik...  Bu  işin  sonu  nə  qədər  axmaq 
nəticələr versəydi belə, məni bu yolda niyyətimdən heç bir şey döndərə bilməzdi». 
Həmişə  ön  cəbhədə  olan  Səməd  bəy  Mehmandarovun  Port-Artur 
döyüşlərində  xüsusi xidmətləri olmuşdur. Yaxşı ki, onun müasiri olan jurnalistlər 
Səməd bəyin döyüş fəlliyyətini qələmə almışlar. 
Jurnalist  E.  K.  Nojin  Port-Arturda  çıxan  «Novıy  kray  »  qəzetinin  xüsusi 
müxbiri olmuşdur. Odlu cəbhələri gəzən  jurnalist  maraqlı  gündəliklər  müəllifidir. 
Qeydlərindən  aydın  olur  ki,  o,  general        eloğlumuz    Səməd  bəy  Mehmandarovla 
həmişə ön xəttə görüşərmiş. Rus jurnalisti azərbaycanlı sərkərdənin vətəni Qafqaz 
üçün darıxmasının da şahidi olub: 
«...Blindaja girdim. General Nadein həmişəki kimi sakitdir. Onun qərargah 
rəisi  Stepanov  yorğundur.  Burda  bir  neçə  zabit  var.  Polkovnik  Mehmandarov  da 
burdadır.  Biz  həmişəki  kimi  çox  səmimi  görüşdük.  Mehmandarov  heyranlıqla 
vətəni Qafqazı yad edirdi: 
—  Qafqaz  çox  yaxşıdır,  çox  gözəldir!  —  deyirdi.  —  Təbiət  hər  şeyin 
keyfiyyətinə  zəmanət  verərək  ona  öz  möhürünü  vurmuşdur.  Amma  bədbəxtlik 
ondadır ki, bəzən daş lazım olan yerdə bir dənə də daş tapmazsan, lazım olmayan 
yerdə isə sayı-hesabı yoxdur.  Su lazım olan yerdə bir damla da su olmur. Ehtiyac 
olmayan  yerdə  dərya  qədərdir.  —  Ani  olaraq  dayanan  Mehmandarov  sözünə 
davam  etdi:  —  Bəs  islam?  Yaxşı  nə  varsa  —  onu  sonrakı  həyatın  verəcəyini  vəd 
edir.  Hər  şey  çox  yaxşıdır,  amma  bizə  cənnətdə  yeddi  mələk  boyun  olublar, 
yeddisinin  də  gözü  girdə.  Sizcə,  bu  nə  olan  işdir?  Peşimançılıq  deyilmi? 
Bilirsinizmi, mən indi heç nə istəmirəm — nə cənnəti, nə də mələkləri. Mən yalnız 
bir azca istirahət istəyirəm. 


96 
 
Ətrafda  hər  yanda  mərmilər  partlayırdı.  Onların  ikisi  blindajın  tavanına 
düşdü.  Zabitlər  qorxu  hissi  ilə  ayağa  durdular.  İgid  polkovnik  Mehmandarov  isə 
heç tövrünü belə pozmadı. Onun iri, ağıllı gözlərində zərrəcə qorxu hissi yox idi». 
Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özünü itirmədiyinin 
şahidi  olan  Əliağa  Şıxlinski  yazır  ki,  oktyabrın  on  dördündə  qala  topa  tutulan 
zaman  Səməd  bəy  Mehmandarov  mənim  mövqeyimə  gəldi.  Həmin  mövqe 
yaponlar  tərəfindən  on  bir  düyməli  topdan,  otuz  yeddi  millimetrlik  xırda  dəniz 
topuna  qədər  müxtəlif  toplarla  atəşə  tutulmuşdur.  Həm  də,  bu  mövqe  yaponların 
tüfəng  və  pulemyot  atəşi  altında  idi.  Bu  zaman  Mehmandarovun  yaxınlığında 
altıdüymə mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma 
özü yaralanmadı. 
Mehmandarov  buna  əsla  əhəmiyyət  verməyərək,  böyük  bir  soyuqqanlıqla 
cibindən  ağ  dəsmalını  çıxarıb,  gözəl,  təzə  paltosunun  üzərinə  sıçrayan  palçığı 
silməyə başladı. 
Dekabrın ilk  günlərində  yaponlar qalaya iki    ağır zərbə  vurdular. Rusların 
inadlı müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mühüm fortlarını tutdular. 
İkinci  ağır  zərbə  isə  dekabrın  ikisində  oldu.  Komandan  general  Roman 
Kondratenko  qəhrəmanlıqla    həlak  oldu.  Əvəzində    iradəcə  zəif  olan  general  Fok 
komandan  təyin      edildi.  On  altı  gün  sonra  yaponlar  qalanın  taleyini  həll  edən 
Drakonovıy  Xrebet  dağını  ələ  keçirdilər.  Port-Arturun  qorxaq  və  istedadsız 
komendantı general Stessel qalanı dərhal düşmənə təslim etmək üçün hərbi şuranın 
iclasını  çağırdı.  Şurada  iştirak  edən  bəzi  komandirlər  Stesselin  təklifinə  şərik 
oldular. Lakin  general-mayor  Səməd bəy Mehmandarov, polkovnik  Semyonov  və 
bir  qrup  mərd  zabitlər  təslim  olmağa  qəti  etiraz  etdilər.  Döyüşkən  zabitlər  inad 
edirdilər  ki,  güclü  yapon  ordusunu  geri  oturtmağa  hələ  qüvvələri  çatar.  General 
Mehmandarov  başda  olmaqla  onlar  deyirdilər  ki,  qala  hələ  özünü  saxlamağa 
qadirdir. Nə qədər ki, mərmi var, toplardan atəş yağdıracağıq. Nə qədər ki, patron 
var,  tüfənglərdən  atəş  açacağıq.  Mərmi  və  patron  qurtardıqda    isə  süngü  ilə 
döyüşəcəyik. 
Lakin cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı yerə qoymağı 
qarnizona  əmr  etdi.  Sonralar  Rusiyaya  qayıdanda  general  Stessel  qala 
müdafiəçilərinin  tələbi  ilə  Port-Arturu  tələsik  təslim  etdiyinə  görə  hərbi 
məhkəməyə verildi.
1
 
General-mayor Mehmandarov və onun zabit dostları qala təslim edildikdən 
sonra da hərbi anda sadiq qalaraq başqa əsgər və zabitlər üçün nümunə göstərdilər. 
Yaponların şərtlərinə  görə  əsgərlər hərbi  əsir alınır, zabitlər isə  Yaponiyaya  qarşı 
                                                           
1
  1907-ci  il  noyabrın  27-də  başlayan  hərbi  məhkəmədə  general  Səməd  bəy  Mehmandarov  şahid  kimi 
iştirak etmişdir. O, Port-Arturu düşmənə vaxtından əvvəl təslim edən general Stesseli, Foku, Reysi və 
Smirnovu əsaslı faktlarla günahlandırmışdır. Məhkəmə bir ay davam etmişdir — müəl. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə