Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   42   43   44   45   46   47   48   49   ...   70

101 
 
Səməd  bəy  Sadıq  bəy  oğlu  Mehmandarov  xidmət  illərini  necə  və  harada 
keçirib? Anketdən bunu müəyyən etmək olmur. Ancaq anketin «təltiflər» sütununa 
görə  mühakimə  yürütsək,  məlum  olur  ki,  Mehmandarov  həsəd  aparılası  hərbi 
xidmət yolu keçib. Həmin sütunda göstərilib: «üçüncü və dördüncü dərəcəli Georgi 
ordeni, brilyantla bəzədilmiş qızıl silah, birinci, ikinci və üçüncü dərəcəli Stanislav 
ordeni,  birinci,  ikinci  və  üçüncü  dərəcəli  Anna  ordeni,  ikinci,  üçüncü,  dördüncü 
dərəcəli  Vladimir  ordeni,  Ağ  qartal,  Aleksandr  Nevski  və  s.  ordenləri...  Burda 
sütunda yer qurtarıb, aşağıda yazılıb «və başqaları...». Bu ordenlər də şübhəsiz ki 
xidmətə görə verilib. 
Sonra  isə  anketdə  bir  yığın  sual  var.  Köhnə  orduda  sonuncu  rütbəniz  və 
vəzifəniz?  Artilleriya  generalı,  ikinci  Qafqaz  korpusunun  komandiri.  1937-ci  il 
fevral inqilabı zamanı harda olmusunuz? Alman  cəbhəsində. Bəs Oktyabr inqilabı 
zamanı?  Petroqradda,  1917-ci  ilin  mayında  üzv  seçildiyim  yaralıların 
Aleksandrovsk  komitəsində.  1918-ci  ildə  altmış  iki  yaşlı  generala  Azərbaycan 
Demokratik  Respublikasının  musavatçılar  kabinetində  hərbi  nazir  vəzifəsini  təklif 
edirlər və Mehmandarov bu təklifi qəbul edir. 1920-ci il iyunun dördündə onu həbs 
eləyib,  iki  aydan  sonra  Moskvaya  göndərirlər.  Ad  gününü  həbsdə  «qeyd  eləyir». 
Yeddi gündən sonra azad edilib Daimi Artilleriya Komissiyasının üzvü kimi səhra 
qərargahına göndərilir. Burda Mehmandarovun əliylə yazılıb: 
«Bir dəfə də istintaq aparmadılar, heç bir ittiham irəli sürmədilər». Bəs nəyə 
görə?  Rus  qanı  tökməyib,  bolşeviklərə  qarşı  çıxış  eləməyib.  Hərbi  andı  qəbul 
eləyib.  Əsgərdən  generala  kimi  yüksəlib.  Sədaqətlə  xidmət  edib.  1921-ci  il 
noyabrın on səkkizində Səməd bəy Mehmandarov Nərimanov və Qarayevin xahişi 
ilə  Bakıya  —  Hərbi  Dəniz  Xalq  Komissarlığına  qaytarılır.  1923-cü  ildə  yazılmış 
anketində  göstərir:  «İndiki  vaxtdan  tapşırıqçı  və  pul  kağızlarının  bölgüsü  üzrə 
komissiyanın sədriyəm». 
Bildiyimiz kimi, pul isə hər adama etibar edilmirdi. Deməli, o, təmiz adam 
olub. 
Əgər  Oktyabr  inqilabına  rəğbət  bəsləməmişsinizsə  bunun  səbəbi  nə  olub? 
(həmin dövrdə sizin etiqadınız?). 
C  a  v  a  b:  —  Bu  suala  ən  yaxşı  cavab  —  aprelin  iyirmi  səkkizində,  yəni 
çevriliş  günündə  mənim  Azərbaycan  ordusuna  verdiyim  əmrdir.  Bu  əmr  və  eyni 
dərəcədə  hissə  rəislərinə  göndərilmiş  teleqramlar  Qərargah  arxivində  qorunur  və 
onlar mənim sovet hakimiyyətinə münasibətimi müəyyənləşdirə bilər. 
Otuz doqquz nömrəli sual: hansı səpkili fəaliyyətə daha çox meyl edirsiniz? 
C a v a b: Mənim yaşımda sakit və dinc fəaliyyətə... 
 
Təlatümlü günlərdə 
«1923-cü  ildə  ağsaqqal  general  Mehmandarovu  əlində  süpürgə  Bakıda 
görüblər».  Anketdən  bu  sözləri  oxuyanda  istər-istəməz  adamın  ürəyi  ağrıyır. 
Orduda  minlərlə əsgərə,  zabitə silah tutmağı öyrədən igid  bir sərkərdəni bu qədər 


102 
 
alçaldan kimlər idi? Şöhrəti Rusiyanın sərhədlərini aşan Port-Artur, Birinci dünya 
müharibəsinin qəhrəmanı ilə ömrünün ağsaqqal çağında belə «ciddi zarafat» edən 
şəxsdə vicdandan əsər-əlamət vardımı? 
1920-ci ildən şahid qalmış bir sənəddə bu sualların cavabını tapmaq olur. 
«Qızıl  Ordu  demək  olar  ki,  bütünlüklə  döyüş  qabiliyyətindən  məhrum  və 
daşnak  zabitlərinin  komandası  altında  olan  erməni  könüllülərindən  ibarət  idi.  Bu 
dəstələr  ətraf  kəndləri  qarət  edir,  bununla  müsəlman  kəndlərinin  qəzəbinə  səbəb 
olurdular». 
Bax, bu «könüllülər» Bakıya varid olandan sonra cəmi il yarım Azərbaycan 
Demokratik  Respublikasının  hərbi  naziri  olmuş  Mehmandarovu  xalqın  gözündən 
salmaq  üçün  əlinə  süpürgə  verib  küçə  süpürtdürmüşlər.  Şübhəsiz,  düşmənlərimiz 
yaxşı bilirdilər  ki,  Səməd bəy Mehmandarovu  xalq  sevir və  inanırdılar  ki,  onlara 
«azadlıq  gətirən  könüllülərin»  zülmündən  xalqı  məhz  Səməd  bəy  Mehmandarov 
kimi generallar qurtara bilər. Bu ümidlə də hələ 1919-cu il iyunun altısında Qusar, 
Quba, Xaçmaz, Dəvəçi əhalisinin keçirdikləri mitinqin qətnaməsində deyilirdi: 
«Biz əminik ki, hökumətimiz (Azərbaycan Demokratik hökuməti — Ş. N.) 
döyüş  meydanında  özünün  son  üzvünü  itirənədək  ona  etibar  etdiyimiz  qadın  və 
qızlarımızı  qara  generalların  əlinə  verməyəcək.  Nikolayın  mənafeyi  naminə  Port-
Artur  civarlarında  fərqlənmiş  şücaətli  hərbi  nazirimiz  Mehmandarov  bizim 
mahalda  olduğu  vaxt  gözündə  yaş  damlaları  süzüldüyü  halda,  Vətən,  qadın  və 
qızlarımızın,  ana  və  bacılarımızın  namusunun  müdafiəsi  yolunda  canından  belə 
keçməyə hazır olduğunu bildirmişdi». 
Lakin işlər dəyişdi, dünyanın çərxi sanki tərsinə fırlandı. Möminlə dinsizin 
müharibəsi başlandı. Bu döyüşlərdə biz çoxlu tələfat verdik. Azərbaycanı içəridən 
«yeyən» S. Şaumyan, T. Əmirov, S. Lalayev, (hər ikisi ermənidir — red.) Avakyan 
kimi  daşnaklar  quzu  cildində  qurd  olmuşdular.  Onların  quldur  dəstələri  gecələr 
müsəlman  evlərinə  hücum  edir,  kəndlilərin  silahını  əlindən  alıb,  vəhşicəsinə 
döyürdülər.  «Azərbaycan»  qəzeti  (30/17  mart  1919,  №67)  yazırdı  ki,  Qafqaz 
cəbhəsindən türk orduları geri çəkilərkən Türkiyə erməniləri Qafqaz erməniləri ilə 
birləşdilər və birlikdə həmin hissələrə qarşı hücuma keçərək, onlara zərbə vurmağa 
başladılar. Bir tərəfdən Andronikin, digər tərəfdən isə Dro, Keri, Muradın dəstələri 
hərəkət  edirdilər.  Tərk  edilmiş  bütün  müsəlman  kəndləri  qarət  olunmuş  və  yerlə 
yeksan  edilmişdi.  Məhz  bu  vaxt  Şaumyanın  və  Avakyanın  fitnəkarlığı  sayəsində 
Şamaxı  hadisələri  başlandı.  Bu  hadisələrlə  əlaqədar  Şaumyanın  yazdığı  məktub 
Gəncə  komendantının  əlinə  keçdi.  Məktubdan  Şaumyan  və  Avakyanın  daşnak 
olduqları  açıq-aydın  görünürdü...  Bu  faciələrin  hamısı  on  səkkiz-on  doqquzuncu 
illərdə  olmuşdu.  1920-ci  ilin  aprelində  isə  qırx  minlik  milli  Azərbaycan  Ordusu 
yetmiş  iki  minlik  XI  Ordunun  qarşısında  tab  gətirə  bilmədi.  Ona  görə  ki,  otuz 
minlik piyadası, on min süvari qoşunu olan milli Azərbaycan Ordusu Zəngəzurda, 
Qarabağda,  Qazax  və  başqa  qəzalarda  daşnak  quldurları  Hamazasbın  və 
Andronikin dəstələrinə qarşı vuruşurdu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə