Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   36   37   38   39   40   41   42   43   ...   70

88 
 
—Hə, dillən oğul, qonaqları, əmini intizarda qoyma. Hara istəyirsən? Tiflis 
gimnaziyasına, Xarkova, yoxsa Peterburqa?.. Maşallah, özün daha böyük oğlansan. 
Bəlkə mühəndis olmaq istəyirsən, bəlkə fikrindən təbabət elmi keçir? 
Ata,  demək  olar,  bütün  sənətləri  saydı,  bircə  Səməd  bəyin  bir  ilə  yaxın 
havası  ilə  uçduğu  hərbi  kəlməsini  dilinə  gətirmədi.  Bu  qədər  ağsaqqalın  yanında 
susmağı  nəzakətsizlik  sayan  Səməd  bəy  özünü  toplayıb  bəy  oğluna  məxsus 
təmkinlə: 
—Ata, Peterburqa, amma hərbiyyə məktəbinə getmək istəyirəm. 
Sadıq bəy hərbiyyə sözünü eşidib yerində qurcalandı. Təəccüb və heyrətlə: 
—Hara dedin, oğul? 
—Hərbiyyə məktəbinə getmək çoxdankı arzumdur. Mən ora hazırlaşmışam, 
ata! 
Səsinin tonu dəyişmiş Xanı bəy: 
—Baho,  qardaş  oğlu,  bu  nə  çətin  oldu.  —  Deyilişindən  hiss  olunurdu  ki, 
onun  hərbçi  olmasına  əmi  də  narazıdır.  Bu  dəfə  lap  ciddi:  —  Gələcəyin  yolu 
yaman enişli-yoxuşlu oldu, qardaş oğlu. Bəri başdan yaxşı fikirləş ha... 
Bu  mənim  qəti  qərarımdır,  əmi!  —  deyib  Səməd  bəy  utancaq  baxışlarını 
yerə  dikdi.  Ani  olaraq  gözaltı  atasına  baxdı.  Kişinin  sərt  sifəti  qara  qayış  kimi 
tarıma  çəkilmişdi.  Sinəsi  qalxıb  enirdi.  Otaqda  tam  sakitlik  hökm  sürürdü.  Xanı 
bəy  bikef  halda  stəkanı  götürüb  bir  qurtum  içdi.  Özü  də  hiss  etmədən  stəkan 
əlindən sürüşüb nəlbəkidə şaqqıldadı. Əyilib diqqətlə stəkana yandan baxdı: 
 — Bay sənin — dedi, çatladı ki... — Üzünü   Səməd bəyə tutub: qardaşoğlu, gəl 
bunu mətbəxə apar. 
Səməd  bəy  otaqdan  çıxanda  Xanı  bəy  üzrxahlıq  edib  Sadıq  bəyə  təsəlli 
verdi: 
—Əmioğlu,  —  dedi,  gördün,  şüşə  qab  sındı,  fikir  eləmə,  bəlkə  xeyir  elə 
bundadır.  Uşağın  arzusuna  qarşı  çıxma,  hiss  olunur  ki,  hərbiyyə  işinə  çox  həvəsi 
var.  Səməd  bəy  qanacaqsız  uşaq  deyil.  Özün  məndən  yaxşı  tanıyırsan.  O  sənəti 
sevməsə,  bu  qədər  ağsaqqal  hüzurunda  deməzdi  ki,  bu  mənim  qəti  qərarımdır. 
Allah xeyir versin... 
Sadıq bəy hirslə: 
—Yava-yava danışma, mənim on beş oğlum yoxdur ki, birinin də başından 
keçib rusa verəm. 
—Rusa  niyə  verirsən,  oxuyub  qayıdacaq.  Bakı,  Gəncə,  Tiflis 
qarnizonlarından birində xidmət edəcək. Xalqımızın bir silah tutan oğlu da artacaq. 
—  Xanı  bəy  ayağa  durdu,  stulu  döndərib  Sadıq  bəylə  üzbəüz  oturdu.  İçkinin 
nəşəsindən  sərməst  olan  Xanı  bəy  cəsarətə  gəlmişdi.  İlk  dəfə  idi  özündən  böyük 
əmisi oğlunun hüzurunda   dil-dil ötürdü: — Ay canım, gözüm,   Mirzə Sadıq bəy, 
— dedi, niyə belə danışırsan ey, bir de görüm, sən özün Peterburq Universitetinin 
hüquq  fakültəsini    bitirməmisən?  İngilis,  firənk  və  alman  dillərini  də  orda 
oxuyanda  öyrənməmisən?  Sən  şuşalı  Hüseyn  bəyin  oğlu,  qatırçı  Muradın  nəvəsi 


89 
 
Rusiyada  oxuyub  gələndən  sonra  Muğanda  pristav,  Şamaxıda    sahə  iclasçısı,  indi 
də Lənkəranda quberniya katibi deyilsən? Əşi, sevin ki, sənin gedib-gəldiyin   yolu 
oğlun da gedir... 
—Bəs  o,  gecə-gündüz  Nizami,  Füzuli  oxuyurdu.  Vidadi,  Vaqif  şerlərini 
əzbərləyirdi.  Fars,  türk  dillərinin  qrammatikasını  öyrənirdi.  Mən  də  sevindim  ki, 
oğlum  müəllim  olacaq,  xalqına  gərək  olan  maarif  işində  çalışacaq.  —  Sadıq  bəy 
hirslə Ruxsarəyə: 
—Get, onu çağır, bura gəlsin! — dedi. 
Səməd bəy pörtmüş halda içəri girdi. Bilmirdi baxışlarını hara diksin. Yenə 
bayaqkı yerdə böyüklərin hüzurunda müntəzir dayandı. 
Sadıq bəy sərt və ötkəm səslə: 
—Oğul, bu sənin qəti qərarındır? 
—Bəli, ata... 
—Axı sən onu bilirsənmi ki, sənin atan Sadıq bəyin indiyədək nə hökumət 
qulluğunda, nə dostlar arasında, nə də ki, evdə bir sözü iki olmayıb. Heç kəs onun 
sözünün  qabağına  söz  deməyib.  Bizim  nəsildə  indiyədək  bir  nəfər  belə  hərbçi 
olmayıb. Bu mənasız fikir hardan sənin ağlına  gəlib? Get, fikirləş, qərarını dəyiş, 
— kinayə ilə. — hərbçi olacaq,.. yox bir yaranal olacaq... Elə bilirsən asandı gecə-
gündüz çöllərdə qalmaq? Bu nə sənətdi? Qızmar günəşdə, sərt ayazda, dizə çıxan 
palçıqda  günlərlə,  aylarla  çöllərdə  qalacaqsan.  Səni  kimsə  yoldan  çıxardıb,  yəqin 
ki,  yaranal  olmaq  iştahan  var...  Dəyiş  qərarını...  On  altı  yaşın  var,  özünə  sənət 
seçib, gün ağlaya bilmirsən. 
—Əziz  ata,  ilk  dəfə  sözündən  çıxdığım  üçün  üzr  istəyirəm.  O  ki,  qaldı 
yaranal  olmağa...  yaranal  qızlardan  olmur.  Yaranal  elə  mənim  kimi  oğullardan 
olur... 
Anası Böyüknənə dözə bilməyib oğluna qahmar çıxdı: 
—A kişi,  uşağı bu qədər danlama, özün də  boş  yerə  hirslənib  əsib-coşma. 
Uşaqdı, indi deyib, bəlkə səhərə, o biri günə fikrini dəyişdi. 
Sadıq bəy hirslə stulunu qabağa çəkib: 
—Görmürsən deyir ki,  bu  mənim qəti qərarımdır. Mənim  də  qəti qərarım, 
oğul,  eşit  və  bil,  ondan  ibarətdir  ki,  səni  heç  yerə  göndərməyə,  nə  də  hərbiyyə 
məktəbində oxutmağa bir qəpik belə pulum yoxdur. Xoş gəldin, get, otur evdə, un 
çuvalına tay ol... 
—Ata, mən kor qız deyiləm ki, un çuvalına tay olam. Sizin yardımınızdan 
imtina edib, Peterburqa hərbiyyə məktəbinə oxumağa gedəcəm... — deyib çıxdı. 
1871-ci ildə ata sözündən  «çıxan», bir daha onun  üzünü görməyən general 
Səməd bəy Mehmandarov ilk hərbi təhsil almağa belə getdi. Kaş, bütün gənclər ata 
sözündən belə «çıxaydı». 
 
 
 


90 
 
Uzaq   ġərqdə 
Səməd  bəy  Mehmandarov  haqqında  yazmağı  düşünəndə  qeyri-ixtiyari 
Əliağa  Şıxlinskini  xatırladım.  Tez-tez  Şıxlinskinin  «Xatirələrim»dəki  ayrı-ayrı 
epizodlar  yadıma  düşürdü.  Mənə  elə  gəlir  ki,  Səməd  bəy  Mehmandarovun  ömür 
yolunu  Əliağa  Şıxlinskidən  yaxşı  bilən  ikinci  şəxs  olmayıb.  Ona  görə  də 
Şıxlinskinin  əvəzsiz  xatirələrinə  müraciət  edəcəyəm.  Onlar  ilk  dəfə  1888-ci  ildə 
tanış  oldular.  Bu  dostluq  1931-ci  ilin  fevralına  kimi  Mehmandarov  dünyadan 
köçən  günə  qədər  davam  etdi.  Həmyerlilərinə  bu  dostluq  bir  neçə  müharibə 
alovundan, inqilab tufanından keçib nəsillərə nümunə oldu. 
Çox  təəssüf  ki,  Səməd  bəy  Mehmandarov  Əliağa  Şıxlinski  kimi  hərbi 
memuar yazmayıb. Buna otuzuncu illərin sərt ab-havası səbəb olub. Onda Heydər 
Hüseynov kimi məşhur, xeyirxah alim ədəbi ictimaiyyətə təzə gəlmişdi. Bizə əziz 
miras kimi qalan  «Xatirələrim»in bəxti onda  kəsdi  ki,  müharibə  başlananda  milli 
Azərbaycan diviziyasının  yaradılması ilə bağlı  məsləhətə  gələn Heydər Hüseynov 
generalın xatirələrinin dəyərini qiymətləndirərək onları qələmə aldı. Ömrünun son 
günlərini  yaşayan  Şıxlinski  də  qürbətdə,  səngərlərdə,  palçıq  və  qanqarışıq  cəbhə 
meydanlarında  Səməd  bəy  Mehmandarovla  keçirdiyi  günlərini  unutmayıb  ona 
diktə etdi. 
Bir  hərbi  xadim  kimi,  Səməd  bəyin  xidmətləri  əvəzsizdir.  Hərbi  sərkərdə 
kimi  rus  hərb  tarixçiləri,  yazıçıları  onun  artilleriya  sahəsindəki  böyük      
nüfuzundan,  qorxmazlığından,  istedadından  iftixarla  yazırlar.  Özümüzdə  isə, 
inqilabdan əvvəlki generallarımızdan    söz   düşəndə, ən az məlumata malik adam 
belə  Şıxlinskinin  və  Mehmandarovun  adını  çəkə  bilər.  Etiraf    etməliyik  ki,  son 
illərə  qədər  hər  bir  azərbaycanlının  tanıdığı  yalnız  bu  iki  məşhur  general  olub. 
Təəssüf  ki,  onların  da  adını  çox  vaxt  qorxa-qorxa  çəkmişik.  Rəsmi  dairələrdə  isə 
onların adının yanında həmişə bir neçə ağ ləkə olub: «çar generalıdı», «müsavatın 
hərbiyyə naziri olub»,  «bəy nəslinin nümayəndələridir» və s. Bu  minvalla,  yersiz 
damğalarla  görkəmli  sərkərdələrimizi  unutmuşuq,  az,  lap  az  tədqiq  etmişik. 
Halbuki, yadların fəxrlə söhbət açdığı  bu  iki generalımız Port-Arturda yaponlara, 
Birinci  dünya  müharibəsində  almanlara  qarşı  vuruşaraq  ulu  babalarımızdan  gələn 
döyüş ənənələrini bütün dünyaya yaymışlar. Birinə «artilleriyanın allahı» fəxri adı, 
o  birinə  isə  «Müqəddəs  Georgi»  ordeninin  bütün  dörd  dərəcəsi  verilib.  Böyük 
imperiyanın minlərlə generalı arasında onların öz yeri olub. 
Əliağa Şıxlinskinin aydan arı, sudan duru xatirələrindən bizə məlum olur ki, 
podpolkovnik  Mehmandarov  ilk  dəfə  1900-cü  il  avqustun  3-də  çinlilərə  qarşı 
vuruşmada  ad-san  qazanmışdı.  Uzaq  Şərqə  hərbi  xidmətə  gələn  gənc  zabit 
Şıxlinski  həmin  ili  Nerçinsk  şəhərində  düşərgə  salmış  Zabaykal  topçu     
divizionunda həmyerlisi ilə görüşünü sevinclə qeyd edir: «Divizion iki batareyadan 
ibarət  idi:  birincisinə  podpolkovnik  Enqelma,  ikinci  batareyaya  isə  mənim 
həmyerlim və köhnə tanışım podpolkovnik Səməd bəy Mehmandarov komandanlıq 
edirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə