78
biləsən». Yadımdadı, general Əliağa Şıxlinski tez-tez bizə gəlirdi, hər iki bacanaq
Port-Artur döyüşlərindən, Birinci dünya müharibəsindəki fəaliyyətlərindən
söhbət açardılar.
İbrahim ağa Usubov görkəmli dövlət xadimi Nəriman Nərimanovla,
Əliheydər Qarayevlə, Mixail Frunze və başqaları ilə çox yaxın idi, 1916-cı ildə
döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi.
1918-ci ilin may ayında İbrahim ağa Usubovu milli Azərbaycan
diviziyasında işləmək üçün dəvət etdilər. O, Əliağa Şıxlinski, Səməd bəy
Mehmandarov, Cavad bəy Şıxlinski və başqa hərbçilərlə birgə Azərbaycan
Demokratik Hökumətinin milli ordusunun təşkilinə başladı. On səkkizinci ilin
aprelində Gəncədə praporşik məktəbi açdılar. Burada azərbaycanlı gənclər təhsil
alırdı. Bir il sonra həmin məktəb Bakıya köçürüldü və Azərbaycan hərbi məktəbi
adlandırıldı. 1919-cu ildə milli hökumət xalqına sidq-ürəklə xidmət etdiyinə görə
polkovnik İbrahim ağa Usubovu general-mayor rütbəsi ilə təltif etdi.
Milli hökumət İbrahim ağanı on doqquzuncu ildə Azərbaycan ordusu üçün
hərbi ləvazimat və hərbi geyim alıb gətirmək məqsədilə İtaliyaya ezam etmişdi.
Respublika Mərkəzi Dövlət Arxivində saxlanan bir sənəd də bunu təsdiq edir.
Musavat dövlətinin İtaliyadakı nümayəndəsinin musavat ordusuna geyim və
təchizat əşyaları almaq üçün hərbi nazirliklə danışıqları barəsində teleqram.
2 dekabr 1919-cu il.
Özünün sərəncamında olmadığından İtaliyanın hərbi nazirliyi paltar və silah
verə bilmir. O, avtomobillər, aeroplanlar, projektorlar, dizliklər, mələfələr və
adyallar verir. Geyim əşyalarının göndərilməsi Gellə tapşırılıb. İlk partiya dekabrın
axırlarında Batuma gələcək. Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil. Əgər
qiyməti əl versə, bu əşyaların əvəzinə parça almaq barəsində fikirləşərəm. Parçanın
bizdəki qiymətini təcili bildirməyinizi xahiş edirəm.
General Ġbrahim ağa Usubov».
— Əmim çox zarafatcıl idi, — deyən Gövhər xanım söhbətini davam
etdirir. — Bir dəfə süfrə başında olan bir əhvalat da yadıma düşdü. İbrahim əmim
köksünü ötürüb:
Of, - dedi -, — balalarım kaş hər şeydə: ağılda, kamalda, şöhrətdə özümə
oxşasınlar. Amma bircə şeydə mənə yox, dayılarına oxşasalar yaxşıdı.
Həyat yoldaşı Gövhər bibim tez üstünə düşdü:
—De görüm, o nədi elə?
Əmim bığaltı gülümsünüb:
—Boyumu deyirəm, — dedi, — bircə boy-buxundan kəm-kəsirim var.
Əmim ortaboylu idi, ona işarə vururdu.
Əliağa Şıxlinski də ona zarafatla cavab verdi:
—Eybi yoxdu, — dedi, — İbrahim, qəm eləmə, o da igidə bir yaraşıqdır.
—Gövhər xanım, general əminizin son taleyi necə olub?
79
—İyirminci ilin aprelində XI Ordu gəldi. Əliağa Şıxlinskiyə, İbrahim ağa
Vəkilova, Səməd bəy Mehmandarova, Firidun bəy Vəzirova, əmimə və bütün
azərbaycanlı hərbçilərə, generallara ilk günlər toxunmadılar. Xüsusi əmr verdilər
ki, poqonlarınızı çıxarın, indi Qızıl Orduda xidmət edəcəksiniz. Onlar da dinib-
danışmadılar. Dedilər, təki xalqa toxunmasınlar, biz də xalqa xidmət edərik. Səhv
etmirəmsə, hətta onlara əmək haqqı da təyin etmişdilər. Əmimə vəsiqə də
vermişdilər ki, o, diviziya komandiri kimi xidmət edir. Yadımdadır, iyul ayının ilk
günləri idi. Evimizdə Qazaxdan gələn qonaq da vardı. Əliağa əmim, İbrahim dayım
da bizə gəlmişdi. Hamı kəndi, qohumları, uşaqlıq dostlarını soruşur, deyib-
gülürdülər. O vaxt bütün hərbçilər indiki Kommunist küçəsindəki (hazırda İstiqlal
küçəsi adlanır—red.) beş nömrəli evdə yaşayırdı. Gecə on ikiyə işləyəndə hər kəs
öz evinə getdi. Yenicə yatmağa hazırlaşırdıq ki, küçədə bir yük maşını dayandı.
Maşından tökülüşən əsgərlər qaça-qaça bloklara doldular. Tüfənglərin qundağı ilə
qapıları döyüb içəri soxuldular. Əsgərlər içəri girən kimi əmimi əhatəyə aldılar.
Mən əmimə tərəf atılıb zorla əlindən yapışıb ağladım. Əsgərlər ev əşyalarını
siyahıya aldılar. Əmimin orden, medallarını və özünü apardılar. O gecə
azərbaycanlı generalları — Əliağa Şıxlinskini, Səməd bəy Mehmandarovu,
general-qubernator Nərimanbəyovu, Hüseyn Şıxlinskini, əmim İbrahim ağa
Usubovu — hamısını yük maşınına doldurub apardılar. Dallarınca çox gedib-
gəldik, bir xəbər öyrənə bilmədik. Onları həbs etdirən İlya adlı hərbçi idi. O, yarı
erməni, yarı yəhudi idi. Əmimi, on iki azərbaycanlı general və zabitini 1920-ci il
iyulun on altısında gecə ilə Nargin adasına aparıb orada güllələyiblər. Çox get-
gəldən sonra əmim arvadı Gövhər bibimə əl boyda kağız verdilər ki, onları səhvən
güllələyiblər. Şura hökuməti ailənizdən üzr istəyir.
Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov isə ayrı kamerada olublar.
Xoşbəxtlikdən onların Nəriman Nərimanova göndərdikləri məktub çatıb və onlar
xilas olublar. Orduya soxulan terrorçu daşnaklardan ehtiyat edən Nərimanov 1920-
ci il avqustun birində Ə. Şıxlinskini və S. Mehmandarovu Moskvaya göndərdi.
General İbrahim ağa Usubovdan çox az nişanə qalıb. Bir neçə şəkil, bir də
qızı — Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, əməkdar incəsənət
xadimi, professor Nigar xanım Usubova... Mübarizələrdə keçən ömrün anları indi
illərin saralıb-soldurduğu çox az şəkil və sənədlərdə yaşayır. General-mayor
İbrahim ağa Usubovun qızı Nigar xanım atasından fəxrlə söhbət açır.
—Əliağa əmim deyərdi ki, atan İbrahimin hərbi istedadı birinci dünya
müharibəsi dövründə özünü parlaq şəkildə göstərdi. Döyüş zamanı çevikliyi,
piyada qoşundan məharətlə istifadə etməsi, xüsusilə əsgərlərlə səmimi rəftarı
İbrahimi rus ordusunda mahir bir sərkərdə kimi tanıtdı. Əliağa əmim bir də
danışırdı ki, M. V. Frunze atanı yaxşı bir insan kimi tanıyırdı. Birinci dünya
müharibəsindəki fəaliyyətini, hərbi sənətkarlığını çox yüksək qiymətləndirirdi.
Mən Xarkovda anadan olmuşam. Uşaq olsam da bəzi əhvalatları yaxşı
xatırlayıram. Yadımdadır, nə münasibətləsə evimizdə qonaqlıq vardı, məclisdə
Dostları ilə paylaş: |