Цнсиййят психолоэийасы



Yüklə 178,21 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix04.01.2022
ölçüsü178,21 Kb.
#82586
1   2   3   4   5   6   7   8   9   10   11
Ünsiyyət

Diaqnostik  ünsiyyət-   

elə  bir  ünsiyyət  növüdür  ki,  həmsöhbət  haqqında  müəyyən 

təsəvvür  formalaşdırmaq,  yaxud  hansısa  informasiyanı  almaq  ən  aparıjı  məqsəddir  ( 

həkimlə  xəstənin  ünsiyyəti  və  s).  Burada  əvvəlki  halda  olduğu  kimi  tərəflər  müxtəlif 

mövqedə olurlar- biri soruşur, digəri isə javab verir. Hərtərəfli javab almaq üçün sual verən 

öz şəxsi statusunu düzgün müəyyənləşdirməlidir. Doğru-dürüst sual verməyi bajarmalıdır. 



İntim şəxsi ünsiyyət-

 həddən artıq unikal və spesifikdir, bu o təqdirdə mümkündür ki, 

tərəflər  özlərini  bərabərhüquqlu  hiss  edir,  hər  ikisi  eyni  dərəjədə  inandırıjı  və  dərin 

münasibətlərin saxlanması və inkişaf et-dirilməsində maraqlıdırlar. Bu növ ünsiyyət yaxın 

adamlar arasında olur. 

Bundan başqa 



vasitəli və vasitəsiz

 ünsiyyət növləri də ayrılır. Vasitəsiz ünsiyyət həm 

verbal,  həm  də  qeyri-verbal  ola  bilər.  Vasitəsiz  ünsiyyətdə  nitq  mühüm  rol  oynayır.  Elmi 

texniki  tərəqqi  nətijəsində  meydana  çıxmış  mükəmməl  texniki  vasitələr  insanlar  arasında 

yeni ünsiyyət tərzinin yaranmasına səbəb olmuşdur. Belə ünsiyyət vasitəli ünsiyyət adlanır. 

Kollektiv  əmək  fəaliyyətinin  planlaşdırılması  və  tənzim  edilməsinin  təmin  etmək 

ünsiyyətin yerinə yetirdiyi ən başlıja sosial funksiyadır. Ün-siyyət eyni zamanda idarəetmə 

və  ijtimai  nəzarətetmə  funksiyasını  yerinə  yetirir.  Yəni  ünsiyyətin  xüsusən  də  nitqin 

köməyilə jəmiyyət öz üzvlərinə bu və ya digər davranış və rəftar normalarını yayır, onun 

mənafeyinə zidd olanları isə pisləyir. Həm də ünsiyyət vasitəsilə qruplararası qarşılıqlı təsir 

təmin edilir. 

3-cü  sual.

  Ünsiyyət  informasiya  mübadiləsi  dedikdə  informasiyanın  iki  tərəfi 

fərqləndirilir.  Birinci,  kommunikator  –  informasiyanı  verən,  ikincisi  resipient  – 

informasiyanı qəbul edən. 

 İnsanlar  ünsiyyət  prosesində  bir-  birlərinin  fikirləri,  ideyaları,  hissləri  və  s.  ilə  tanış 

olurlar.  Onlar  keçmişdə  baş  vermiş  müxtəlif  hadisələr  haqqında  bir-birinə  məlumat  verir, 

ayrı-ayrı  məsələlər  barəsində  bir-birlərinin  rəyini  və  mülahizələrini  öyrənirlər.  Bu 

baxımdan  kommunikasiya  prosesi  informasiya  mübadiləsi  kimi  təhlil  oluna  bilər. 

Kommunikasiyanın iki tipini fərqləndirməq olar: verbal və qeyri-verbal kommunikasiya. 


Yüklə 178,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə