Diaqnostik ünsiyyət-
elə bir ünsiyyət növüdür ki, həmsöhbət haqqında müəyyən
təsəvvür formalaşdırmaq, yaxud hansısa informasiyanı almaq ən aparıjı məqsəddir (
həkimlə xəstənin ünsiyyəti və s). Burada əvvəlki halda olduğu kimi tərəflər müxtəlif
mövqedə olurlar- biri soruşur, digəri isə javab verir. Hərtərəfli javab almaq üçün sual verən
öz şəxsi statusunu düzgün müəyyənləşdirməlidir. Doğru-dürüst sual verməyi bajarmalıdır.
İntim şəxsi ünsiyyət-
həddən artıq unikal və spesifikdir, bu o təqdirdə mümkündür ki,
tərəflər özlərini bərabərhüquqlu hiss edir, hər ikisi eyni dərəjədə inandırıjı və dərin
münasibətlərin saxlanması və inkişaf et-dirilməsində maraqlıdırlar. Bu növ ünsiyyət yaxın
adamlar arasında olur.
Bundan başqa
vasitəli və vasitəsiz
ünsiyyət növləri də ayrılır. Vasitəsiz ünsiyyət həm
verbal, həm də qeyri-verbal ola bilər. Vasitəsiz ünsiyyətdə nitq mühüm rol oynayır. Elmi
texniki tərəqqi nətijəsində meydana çıxmış mükəmməl texniki vasitələr insanlar arasında
yeni ünsiyyət tərzinin yaranmasına səbəb olmuşdur. Belə ünsiyyət vasitəli ünsiyyət adlanır.
Kollektiv əmək fəaliyyətinin planlaşdırılması və tənzim edilməsinin təmin etmək
ünsiyyətin yerinə yetirdiyi ən başlıja sosial funksiyadır. Ün-siyyət eyni zamanda idarəetmə
və ijtimai nəzarətetmə funksiyasını yerinə yetirir. Yəni ünsiyyətin xüsusən də nitqin
köməyilə jəmiyyət öz üzvlərinə bu və ya digər davranış və rəftar normalarını yayır, onun
mənafeyinə zidd olanları isə pisləyir. Həm də ünsiyyət vasitəsilə qruplararası qarşılıqlı təsir
təmin edilir.
3-cü sual.
Ünsiyyət informasiya mübadiləsi dedikdə informasiyanın iki tərəfi
fərqləndirilir. Birinci, kommunikator – informasiyanı verən, ikincisi resipient –
informasiyanı qəbul edən.
İnsanlar ünsiyyət prosesində bir- birlərinin fikirləri, ideyaları, hissləri və s. ilə tanış
olurlar. Onlar keçmişdə baş vermiş müxtəlif hadisələr haqqında bir-birinə məlumat verir,
ayrı-ayrı məsələlər barəsində bir-birlərinin rəyini və mülahizələrini öyrənirlər. Bu
baxımdan kommunikasiya prosesi informasiya mübadiləsi kimi təhlil oluna bilər.
Kommunikasiyanın iki tipini fərqləndirməq olar: verbal və qeyri-verbal kommunikasiya.
Dostları ilə paylaş: |