Цнсиййят психолоэийасы



Yüklə 178,21 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix04.01.2022
ölçüsü178,21 Kb.
#82586
1   2   3   4   5   6   7   8   9   10   11
Ünsiyyət

Verbal  kommunikasiya. 

Ünsiyyət  prosesində  nitq  mühüm  rol  oynayır.  İnsan  istər 

onu əhatə edən mühit, istərsə də keçmiş və gələjək barədə hər jür məlumatı əsasən yazılı və 

şifahi nitq vasitəsilə alır. Nitqin əsas struktur vahidi olmaq etibarilə söz çox böyük qüvvəyə 

malikdir.  İ.P.Pavlovun  sözləri  ilə  desək  «Söz  fırtına  kimi  insanın  orqanizminin  ən  etibarlı 



 

hesab edilən  psixofizioloji prosesləri belə dağıda bilər, tərsinə çevirər, hətta yox edər və ya 



dəyişə  bilər».  Söz  yalnız  pozan,  dağıdan  deyil,  eyni  zamanda  müsbət  təsirə  malik  ən 

qüvvətli  qıcıqlandırıcıdır.  Ən  çətin  şəraitdə  deyilən  bircə  kəlmə  söz  belə  insanda  ruh 

yüksəkliyi yaradır, onda müsbət emosiyaların baş qaldırmasına, nəcib əxlaqi keyfiyyətlərin 

yaranmasına, təzahürünə, həmçinin formalaşmasına istiqamət verə bilər. Burada əsl məsələ 

hər sözdən yerində istifadə etmək, bununla da ünsiyyətə düzgün qiymət verməkdir. 

Nitqin müxtəlif funksiyaları var. Onlardan bəzilərini qeyd edək: 

1.

 

Nitq insanın intellektual fəaliyyətinin əsas silahıdır. 



2.

 

İjtimai- tarixi şərait haqqında məlumatı nitq vasitəsilə alınır. 



3.

 

Nitq ümumbəşəri təjrübənin mövjudluğunu təmin edir. 



4.

 

Nitq milli mədəniyyətin inikası vasitəsidir. 



5.

 

Nitq idrak alətidir 



Nitqin əsas funksiyası ilə yanaşı köməkçi funksiyaları da mövjuddur: a) nitqin emotiv 

funksiyası ( danışanın emosiyasını, hisslərini ifadə etməsi); b) nitqin roetik, yaxud da 

estetik funksiyası; j) nitqin nominativ funksiyası; ç) nitqin yardımçı funksiyası ( məs: 

allo); d) nitqin fərqləndirmə (diakretik) funksiyası; e) nitqin interdiktiv (qadağanediji) 

funksiyası və s.  

Kütləvi informasiya prosesi 4 tərkib hissədən ibarətdir: kommunikator, resipient, 

verilən məlumat, informasiyanın verilməsini və qəbulunu təmin edən vasitələr. 

Kommunikator. 

Adi kommunikasiya prosesində kommunikator konkret fərddir. 

Burada  isə  məlumatı  verən  müəyyən  kollektiv  və  ya  qrupdur.  Daha  doğrusu  verilən 

məlumat konkret fərdin adından yox, hər hansı kollektiv adından verilir. 

 

Resipient. 

Kütləvi informasiya prosesində  adətən  müəyyən ixtisas sahibləri və 

ya hər hansı yaş qrupunu təmsil edən adamlar resipient rolunda çıxış edirlər. 

 


Yüklə 178,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə