Цнсиййят психолоэийасы



Yüklə 178,21 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix04.01.2022
ölçüsü178,21 Kb.
#82586
1   2   3   4   5   6   7   8   9   10   11
Ünsiyyət

sosial  persepsiya

  adlanır.  Bu  sahədə  tədqiqatlar  əsasən  iki 

istiqamətdə  aparılır:  1)  sosial  persepsiyanın  məzmununun  öyrənilməsi:  2) 

şəxsiyyətlərarası  qavrayışın  mexanizmləri,  onu  müşayiət  edən  vasitələrin  və  s.-nin 

öyrənilməsi.  Şəxsiyyətlərarası  qavrayışda  insanın  fiziki  siması,  ifadəli  hərəkətləri  və 

geyim  xüsusiyyətləri  əks  olunur.  Sosial  persepsiyanın  məzmunu  həm  qavrayış 

obyektinin  həm  də  qavrayış  subyektinin  xüsusiyyətlərindən  asılıdır.  Çünki  o  istər-

istəməz iki şəxs arasında baş verən qarşılıqlı təsir prosesidir. 

Sosial-psixoloci  tədqiqatlar  göstərir  ki,  insanlar  bir-birini  qavrayarkən,  bir 

tərəfdən, özlərinin fiziki simasını, digər tərəfdən sosial simanı qavrayırlar. 

Fiziki  simanın  qavranılmasında  sifət  mühüm  əhəmiyyət  kəsb  edir.  Xüsusilə  də 

ağızla  göz  sahəsindəki  məsafə  ən  ifadəli  hərəkətlərin  məkanıdır.  Bu  sahəyə  mimika 

zonası deyilir. 

Sosial  sima  ilk  növbədə,  insanın  geyim  xüsusiyyətləri,  bəzək-düzəyi  və  s. 

aksessuarları vasitəsilə qavranılır. 

İnsanlar  qavrayış  prosesində  bir-birlərini  müxtəlif  sosial  etalon  və  stereotiplər 

baxımından  qiymətləndirirlər.  Etalon  fransız  sözü  olub  ölçü  nümunəsi  deməkdir. 

İnsanlar  müxtəlif  fiziki  obyektlərlə  yanaşı  sosial  obyektləri  də  qiymətləndirərkən 

müəyyən etalonlardan istifadə edirlər. Sosial etalonlar müxtəlifdir. Kişilik və qadınlıq 

etalonlarını buna misal göstərmək olar. 

İnsanların  bir-birini  qavraması  prosesində  sosial  stereotiplərin  də  öz  rolu  var. 

Stereotiplər  müəyyən  bir  irqə,  millətə,  peşəyə  və  s.  mənsub  olan  adamlar,  qruplar 

haqqında adi şüur üçün səjiyyəvi olan təsəvvürlər kimi meydana çıxır. 

Refleksiya 

geniş anlayışdır. Refleksiya dedikdə, birinji növbədə, insanın özünü, 

öz  daxili  aləmini  dərk  etməsi,  özünün  fikir  və  hisslərini  təhlil  etməsi,  özünü,  öz 

əməllərini,  adamlarla  münasibətlərini  görmək  bajarığını,  özü  haqqında 

mühakimələrini nəzərdə tuturlar. Bundan başqa refleksiya - başqa adamların sənə nejə 

münasibət bəslədiyini, nejə yanaşdığını, onların səni nejə başa düşdüklərini görmək və 

dərk etmək deməkdir. 



 

İnsan  başqalarının  davranışının  səbəblərini  özünəməxsus  tərzdə  izah  edirsə,  bu 



tip proseslər 


Yüklə 178,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə