Цнсиййят психолоэийасы



Yüklə 178,21 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix04.01.2022
ölçüsü178,21 Kb.
#82586
1   2   3   4   5   6   7   8   9   10   11
Ünsiyyət

«kauzal atribusiya»

 adlanır. Psixoloci tədqiqatlar göstərir ki, qavranılan 

adamın  tam surətinin yaranması daha çox qavrayanın fərdi xüsusiyyətlirəndən, onun 

emosional  halından,  qavradığı  adama  fərdi  münasibətindən,  həyat  təjrübəsindən, 

aldığı informasiyanın nəinki məzmunundan, həm də miqdarından və s. asılıdır. 

Şəxsiyyətlərarası  qavrayış  sahəsində  müəyyən  effektlər  vardır:  «Oreol  effekti» 

və «yenilik effekti» vardır. 

O r e o l  effektinin  mahiyyəti ondan  ibarətdir ki, biz hər hansı bir  adamı yaxşı 

adam  kimi  tanıdıqda  sonralar  onun  nöqsanlarını  adətən  görmürük,  davranışını, 

əməllərini,  eləjə  də  ayrı-ayrı  keyfiyyətlərini  yaranmış  ilk  xoş  təəssürat  əsasında 

qiymətləndiririk və əksinə, adam yeni kollektivdə, qonşular arasında özünün pis adam 

kimi tanıtdıqda, onun hətta yaxşı əməllərinə də inanılmır. 

Y  e  n  i  l  i  k    effekti  isə  tanıdığımız  və  tanımadığımız  adamlar  haqqındakı 

informasiyanın əhəmiyyəti ilə bağlıdır. Müəyyən edilmişdir ki, tanımadığımız adamın 

davranışını  izah  edərkən  adətən  onun  haqqında  bizə  məlum  olan  ilk  informasiyaya 

əsaslanırıq. 



6-cı  sual.

  Ünsiyyət  prosesində  müəyyən  çətinliklər  müşahidə  olunur.  Onlar 

adətən  sosial  və  psixoloci  xarakter  daşıyır.  Bu  çətinliklər  şəxsin  müəyyən  fərdi  – 

psixoloci  xüsusiyyətlərə  malik  olmasından  irəli  gəlir.  Psixoloqların  fikrinjə,  ünsiyyət 

prosesində  əmələ  gələn  çətinlikləri  aradan  qaldırmaq  üçün  adamlarda  ünsiyyət 

vərdişlərini  aşılamaq  və  ünsiyyət  mədəniyyətini  artırmaq  lazımdır.  Müasir  dövrdə 

ünsiyyət  vərdişlərini  aşılamağın  təsirli  vasitəsi  kimi  sosial-  psixoloci  treninqdən 

istifadə olunur. 

Sosial  psixoloci  treninq  sosial  psixologiyanın  tətbiqi  məsələlərindən  biridir. 

Özünüdərketmə, ünsiyyət və qarşılıqlı təsir vərdişlərinin formalaşması sahəsində qrup 

metodlarının  işlənilməsi  və  tətbiqi  onun  əsas  vəzifəsini  təşkil  edir.  Sosial-  psixoloci 

treninq  prosesində  başlıja  vasitə  kimi  müxtəlif  modifikasiyalarda  tətbiq  edilən  qrup 

diskussiyasından və rollu oyunlardan istifadə olunur. 

Ünsiyyət  prosesində  insanlar  bir-birinə  müxtəlif  yollarla  psixoloci  təsir 

göstərirlər. Sosial psixologiyada bir ənənə olaraq psixoloci sira-yət, təlqin, inandırma, 

təqlid  kimi  vasitələri  fərqləndirirlər.  Bir  çox  hallarda  şayiə,  moda  kimi  xüsusi 

fenomenlər də psixoloci təsir vasi-tələri sırasında nəzərdən keçirilir. 

  


Yüklə 178,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə