Coğrafiya 8


§27. Yağıntıların paylanması



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

§27. Yağıntıların paylanması
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Buludlardan və birbaşa havadan Yer səthinə düşən sulara ..... deyilir. Yağıntılar
....., ..... və ..... şəklində düşür. Yerə yaxın havada əmələ gələn yağıntılara ..., ...., ....
və .... aiddir. Düşmə xarakterinə görə ....., .....-..... və ..... yağıntılar olur. Yağıntıların
paylanmasına ..... ....., ..... ....., ..... ..... təsir edir. Azərbaycanda ən çox yağıntılar .....
..... düşür. Ölkəmizdə ən az yağıntı olan ərazilər ..... məntəqəsində yerləşir.
1. Yer üzərində yağıntıların miqdarı ilin fəsillərindən, okeanlardan olan
məsafədən, atmosfer təzyiqi sahələrindən necə asılıdır? 2. Daimi və mövsümi
küləklər yağıntıların paylanmasına necə təsir göstərir? 3. Azərbaycanda yağıntılar
necə paylanır və ona hansı proseslər təsir göstərir?
1. Mövzudakı məlumatlar və “Azərbaycanın iqlim xəritəsi”ndən istifadə edərək
cədvəli doldurun:
Ərazilər
Yağıntıların miqdarı,
mm
Ən çox yağıntı düşən
mövsüm
Kür-Araz ovalığı
 
 
Abşeron
 
 
Lənkəran ovalığı
 
 
Böyük və Kiçik
Qafqaz
 
 
Naxçıvan
 
 


Atmosfer
Tapşırıq
Ev tapşırığı
2. Dünyada yağıntıların ən az və ən çox düşdüyü əraziləri kontur xəritəyə
köçürün:
Yaşadığınız ərazidə yağıntıların illik gedişi haqqında məlumatlar toplayın, onları
“Azərbaycanın iqlim xəritəsi”ndəki məlumatlar ilə müqayisə edin.


§28. İqlim və onun yaranması
§28. İqlim və onun yaranması
Dünyanın ayrı-ayrı əraziləri hava şəraitinə görə fərqlənir. Ekvatorda və ona yaxın
ərazilərdə temperatur daim yüksək olur, bol yağıntı düşür. Qütblərdə əksinə,
yağıntılar azdır, əksər ərazilər il boyu qar və buzla örtülü olur. Bununla yanaşı,
konkret ərazilərdə hər il eyni vaxtda iqlim göstəriciləri təkrarlanır, əsasən eyni
yağıntı və temperatur şəraitinə malik olur.
Təhlil edək:
1.  İqlimin yaranmasına hansı amillər təsir edir?
2.  Dünyanın ayrı-ayrı ərazilərində iqlimin yaranmasında hansı fərqlər özünü
göstərir?
3.  İqlim şəraiti hansı göstəricilər ilə müəyyən olunur və necə təsvir edilir?
Açar
sözlər
İqlim əmələ
gətirən amillər.
Əsas iqlim əmələ
gətirən amillər.
İqlim xəritələri.
İqlim
diaqramları.
Müəyyən ərazidə meteoroloji elementlərin çoxillik təkrarlanma rejiminə iqlim
deyilir. İqlim göstəriciləri hər il eyni vaxtda təkrarlanır, davamlı xarakter daşıyır və
yalnız uzun tarixi dövrlər ərzində dəyişir.
Coğrafi enlik, atmosferin ümumi dövranında iştirak edən hava axınları və səth
örtüyü əsas iqlim əmələ gətirən amillərdir. İqlimin yaranmasına həmçinin, okean
və dənizlərdən uzaqlıq, okean cərəyanları, relyef şəraiti, mütləq hündürlük, dağ
yamaclarının yerləşmə istiqaməti də təsir göstərir.


Ərazinin iqlim xüsusiyyətlərini əks etdirmək üçün iqlim xəritələrindən istifadə
olunur. Onlar üzərində iqlim göstəriciləri verilir. Bu göstəricilərə orta illik, ən isti və
ən soyuq ayların orta temperaturları, yağıntıların orta illik miqdarı, atmosfer təzyiqi
sahələrinin


Atmosfer
paylanması, küləklərin təkrarlanması rejimi aiddir. Bu məqsədlə çox vaxt xəritələrdə
izoxətlər çəkilir, onlara əsasən müxtəlif meteoroloji elementlər verilir (izotermlər,
izobarlar, izogiyetlər vasitəsilə). Yağıntıların orta illik miqdarı rəng çalarlarına uyğun
olaraq verilir, hakim küləklərin istiqaməti oxlarla və külək gülləri ilə göstərilir. Xüsusi
iqlim xəritələrində iqlim qurşaqları və vilayətlərinin sərhədləri göstərilir.
Ayrı-ayrı məntəqələrdə iqlimin öyrənilməsi üçün diaqramlar qurulur. Onlardan
məntəqələrin iqlim göstəricilərini müqayisə etmək üçün də istifadə edilir.
Diaqramda yağıntıların aylar üzrə paylanması sütunların köməyi ilə təsvir olunur.
Bunun üçün hər bir ayda düşən yağıntıların mm ilə miqdarı əsas götürülür. Onların
paylanmasını göstərən qrafikin ordinat (y) oxunda sağ tərəfdə yağıntıların miqdarı
(mm), absis (x) oxunda ayların baş hərfləri yazılır. Hər bir ayda düşən yağıntıların
miqdarı düzbucaqlı formasında qrafikdə çəkilir.
Diaqramın sol tərəfində yağıntıların göstəricilərinə paralel olaraq temperaturun
şkalası hər 10°C-dən bir olmaqla ayrılır. Aylar üzrə məntəqədə temperaturun
paylanması yağıntı diaqramı ilə eyni diaqramda göstərilir. Çox vaxt müsbət
temperaturlar qırmızı, mənfi temperaturlar göy və ya qara xətlərlə verilir.
Diaqramda məntəqənin adı, onun okean səviyyəsindən mütləq hündürlüyü və
burada il ərzində düşən yağıntıların ümumi miqdarı göstərilir.
Diaqramın sol tərəfində yağıntıların göstəricilərinə paralel olaraq temperaturun
şkalası hər 10°C-dən bir olmaqla ayrılır. Aylar üzrə məntəqədə temperaturun
paylanması yağıntı diaqramı ilə eyni diaqramda göstərilir. Çox vaxt müsbət
temperaturlar qırmızı, mənfi temperaturlar göy və ya qara xətlərlə verilir.
Diaqramda məntəqənin adı, onun okean səviyyəsindən mütləq hündürlüyü və
burada il ərzində düşən yağıntıların ümumi miqdarı göstərilir.
Məsələn, diaqramdan görünür ki, Sinqapur şəhəri okean səviyyəsindən 10 m.


yüksəklikdə yerləşir, burada il ərzində 2100 mm yağıntı düşür. İl ərzində havanın
orta temperaturu bütün aylarda 21-22°C arasında dəyişir. Yağıntılar da il ərzində
bərabər paylanır. Diaqramdan görünür ki, Sinqapurda ekvatorial iqlim qurşağı
yaranır.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə