Coğrafiya
və təbii resurslar, №1, 2015
70 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
nəfərə qədər və ya 157,0%, 20-24 yaşlı əhalinin
sayı 194,2 min nəfərdən 371,6 min nəfərə qədər
və ya 191,4%, 25-29 yaşlı əhalinin sayı 141,1 min
nəfərdən 254,4 min nəfərə qədər və ya 180,3%
artmışdır. Kənd əhalisi arasında 15-19 yaşlı əhali-
nin sayı 206,1 min nəfərdən 403,0 min nəfərə qə-
dər və ya 195,5%, 20-24 yaşlı əhalinin sayı 100,7
min nəfərdən 249,0 min nəfərə qədər və ya
247,3%, 25-29 yaşlı əhalinin sayı 92,4 min nəfər-
dən 147,6 min nəfərə qədər və ya 159,7% yük-
səlmişdir [Azərbaycanın demoqrafik göstəriciləri,
2013].
Bu dövrdə şəhərlərdə nikahların sayı 21,5
mindən 31,9 minə qədər və ya 148,4%, kəndlərdə
14,4 mindən 28,2 minə qədər və ya 195,8% yük-
səlmişdir [Azərbaycanın demoqrafik göstəriciləri,
2013]. Kəndlərdə nikahların çox olması əvvəlki
dövrlərdə əhalinin sayının intensiv şəkildə art-
ması, onların bu dövrdə nikah yaşına çatması ilə
əlaqədardır. Yaranmış demoqrafik vəziyyət son-
rakı dövrlərdə də əhalinin sayının davamlı olaraq
artmasını təmin etmişdir. Kəndlərdə müşahidə
edilən yüksək artım tempi və bir demoqrafik nə-
sildən sonra başlanan miqrasiyalar şəhərlərdə də
əhalinin sayının çoxalmasına əhəmiyyətli dərəcə-
də təsir göstərmişdir.
Bununla yanaşı, hər bir nəsildən sonra təbii
artımın səviyyəsi müəyyən qədər aşağı enmişdir.
Az vaxtdan sonra digər ictimai-siyasi və sosial-iq-
tisadi amillərin təsiri ilə azalmalar özünü daha qa-
barıq şəkildə göstərmişdir.
1980-ci illər Azərbaycanın demoqrafik in-
kişafında daha sabit olması ilə fərqlənir. Davamlı
olan iqtisadi inkişaf, mərkəzi hökumətin həyata
keçirdiyi fəal sosial-demoqrafik siyasət, dövlətin
analara və uşaqlara yüksək səviyyədə göstərdiyi
qayğı və müavinətlərin verilməsi, mənzillərlə
təminatın dövlət tərəfindən həyata keçirilməsi,
mənzil-kooperativ tikintisinin geniş tətbiq edil-
məsi, kənd təsərrüfatında və kənd məntəqələrinin
inkişafında gedən irəliləyişlər əhalinin iş yerləri
ilə təminatına şərait yaradır, onların məvacibləri,
əldə edilən gəlirlər yaşayışın təminatı, uşaqların
saxlanılması, tərbiyəsi, boya-başa çatdırılması
üçün kifayət edirdi. Gənc və çoxuşaqlı ailələrə
verilən müavinətlər və müəyyən edilən güzəştlər
təbii artımın yüksək göstəricilərinin formalaşma-
sına şərait yaradırdı.
1980-1990-cı illərdə Azərbaycanın ümumi
əhalisi üzrə hər 1000 nəfərə görə doğum əmsalı
25,0-27,0 arasında, o cümlədən kənd əhalisi ara-
sında 28,0-30,0 olmuşdursa, təbii artım əmsalları
müvafiq olaraq 18,0-20,0 və 22,0-23,0 arasında
dəyişmişdir. Ölüm əmsalları həm ümumi, həm də
kənd əhalisi arasında 6,4-6,9 arasında dəyişmişdir
[Eminov, 2005].
XX əsrin 80-ci illərinin sonunda keçmiş
SSRİ məkanında, o cümlədən Cənubi Qafqazda
başlanan ictimai-siyasi gərginlik əhalinin həyat
şəraitinə, məşğulluğuna, onun strukturuna, əldə
edilən gəlirlərin formalaşmasına mənfi təsir
göstərməyə başladı. Lakin baş verən proseslər və
davam edən qeyri-müəyyən vəziyyət demoqrafik
göstəricilərə bir neçə ildən sonra təsir göstərməyə
başladı. Bu səbəbdən ümumi və kənd əhalisi
arasında 80-ci illərdə doğulan uşaqların sayı və
təbii artımın səviyyəsi müəyyən qədər artsa da,
şəhər əhalisi arasında göstəricilər sabit qalmış və
ya az dəyişmişdir. Bu müddən ərzində (1981-
1990) respublikada doğulan uşaqların sayı 164577
nəfərdən 182989 nəfərə qədər, təbii artım 121679
nəfərdən 140170 nəfərə qədər yüksəlmişdir.
Doğulan uşaqların sayı 10 ildə 11,21%, təbii artım
15,2% artmışdır. Bu prosesdə əhalinin sayının
artımı da əhəmiyyətli rol oynamışdır.
80-ci illərdə təhlil edilən demoqrafik
proseslər və formalaşan əhali artımı əsasən kənd
əhalisinin hesabına getmişdir. Yəni 1981-1990-cı
illərdə kəndlərdə doğulan uşaqların sayı 81106
nəfərdən 96981 nəfərə qədər və ya 15,3%, təbii
artım 64136 nəfərdən 75966 nəfərə qədər və ya
18,5% artmışdır. Ölənlərin sayı, demək olar ki,
21,0-22,0 min nəfər arasında sabit qalmışdır.
1981-ci ildə respublikada doğulan uşaqların
51,1%-i, təbii artımın 52,7%-i, 1990-cı ildə do-
ğulan uşaqların 53,0%-i, təbii artımın 54,2%-i
kənd əhalisinin payına düşmüşdür. Alınan nəticə-
lər də kəndlərdə təbii artımın yüksək templə ço-
xalmasını göstərir.
1991-ci ildən sonrakı dövrü müstəqillik
mərhələsi kimi ayırmaq olar. Dövrün ilk illərində
keçid mərhələsinin başlanması ilə yaranan
çətinliklər demoqrafik göstəricilərdə də geriləmə-
lərə səbəb olmuşdur. Keçid dövründə, ilk növ-
bədə, doğulan uşaqların sayı və nəticədə ailələrdə
uşaqların sayı azalmış, təbii artım bir neçə dəfə
aşağı enmiş, miqrasiyalar yüksəlmişdir. Əhalinin
maddi gəlirlərinin azalması mənzil şəraitinin
çətinləşməsinə, onun təminatında ciddi problem-
lərin yaranmasına gətirib çıxarmışdır. Dövlət tə-
minatının minimuma enməsi, analara və uşaqlara
verilən güzəştlərin və müavinətlərin aşağı düşməsi
demoqrafik inkişafın iqtisadi və sosial bazasını
zəiflətmişdir.
Nəticədə 1991-2000-ci illərdə
ölkədə hər 1000 nəfərə görə doğum əmsalı 26,6-
dan 14,7-yə qədər və ya 44,7%, təbii artım əmsalı
20,3-dən 8,8-ə qədər və ya 2,3 dəfə aşağı en-
mişdir. Ölüm əmsallarının da azalması (hər 1000
nəfərə görə 6,3-dən 5,9-a düşmüşdür) təbii artımın