Coğrafiya
və təbii resurslar, №2, 2017 (6)
30 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
Yağıntıların hesablanması üçün bərpa kəmiy-
yətlərinin cəmi AD32 və AE32 xanalarında qeyd
edilmişdir. Artıq hesablanmış rəqəmləri S22, U22,
X22, Z22, AF22 və AH22 xanalarında görmək
olar. Yanvar ayı üçün əldə edilmiş temperatur in-
tervalı -
20,6-dan +2,6
0
C
-yə kimi olmasından orta rə-
qəm -9
0
C çıxarılır. Əldə edilmiş orta rəqəmi inter-
valla yazsaq, bu zaman yanvar ayı üçün -10-(-8
0
C)
təyin edə bilərik. İyul ayı üçün düsturdan əldə edil-
miş temperatur intervalı 12,3-dən 24,3
0
C-yə kimi
təyin edilmişdir. Buradan orta rəqəm 18,3
0
C kimi
alınır. Əldə edilmiş orta rəqəmi intervalla yazsaq,
17-19
0
C temperatur olar. Ortaillik yağıntının miq-
darı düsturda 660,0-dan 1628,0 mm intervalı kimi
müəyyənləşmişdir. Burada orta rəqəm 1144 mm
olacaqdır. Ədədi yuvarlaqlaşdırsaq, 1100 mm ya-
ğıntı olmasını müəyyənləşdirmək olar. Əldə edil-
miş orta rəqəmi intervalla versək, 1000-1200 mm
ortaillik yağıntı düşməsi təyin olunur.
Nəticə. Aldığımız iqlim parametrlərinin nəticə-
ləri yuxarıda müqayisəli şəkildə göstərilmişdir
(cədvəl 5). Mişovdağ kəsilişində həmin nümunələ-
ri arealoqram üsulu ilə V.P.Qriçuk [2], V.Klimano-
vun [3] üsulundan istifadə edən Ə.V.Məmmədov
[5] və bizim tərəfimizdən istifadə edilən üsul Excel
adlandırılaraq tədqiqat üsulu kimi göstərilmişdir.
Hər üç üsul üçün ən yüksək korrelyasiya orta iyul,
sonra orta yanvar temperatur göstəriciləri arasında
müşahidə olunur (cədvəldə kənaraçıxmalar kursiv-
lə göstərilmişdir). Ortaillik yağıntı miqdarının riya-
zi-statistik üsulla müəyyən
edilmiş yüksək göstəri-
ciləri, ola bilər ki, hər bitki cinsi üçün yolverilən
həddən artıq yağıntı ilə izah edilsin.
Paleoiqlimin təyini zamanı riyazi-statistik mə-
lumatların müxtəlif proqramlar vasitəsilə təyin
edilməsi daha dəqiqdir. Bu isə əldə edilmiş nəticə-
lərin hesablama prosesinin sürətini artırır və nəticə-
də bu işlə məşğul olan şəxslərin işinin səmərəlili-
yini yüksəldir.
ƏDƏBİYYAT
1. Алескеров Б.Д., Мамедов А.В., Свиточ А.А.,
Янина Т.А. Новые данные по стратиграфии Мишов-
дагского опорного разреза плейстоцена Азербайд-
жана. Изв. АН Азерб.ССР, Сер. Наук о Земле, 1987
№4, с. 50-58.
2. Гричук В.П. Реконструкция скалярных кли-
матических показателей по флористическим мате-
риалам и оценка ее точности./ Методы реконструк-
ции палеоклиматов. Москва: Наука, 1985, с. 20-29.
3. Климанов В.А. Реконструкция палеотемпе-
ратур и палеоосадков на основе спорово-пыльцевых
данных./Методы реконструкции палеоклиматов.
Москва:Наука». 1985, с. 38-49.
4. Климаты и ландшафты Северной Евразии в
условиях глобального потепления. Ретроспектив-
ный анализ и сценарии. Атлас-монография «Разви-
тие ланшафтов и климата Северной Евразии. Поз-
дний плейстоцен-голоцен-элементы прогноза». Вы-
пуск III. Под ред.проф. А.А.Величко. М.: ГЕОС.
2010, 220 с.
5. Мамедов А.В., Тагиева Е.Н., Алекперова Х.А.
Реконструкция климатических условий Азербайд-
жана в раннем, среднем плейстоцене (по разрезу
Мишовдаг). // Изв. АН Азербайджана. Серия наук о
Земле. 1998. № 3, с. 3-8.
DEFINING THE QUANTITY INDICATORS
OF THE CLIMATE ACCORDING TO THE
PALYNOLOGICAL GIVENS
E.V.Muradly
A calculation method for defining the quantity indi-
cators of paleoclimate according to the palynological
investigations has been offered in excell programme.
The method is based on the mathematical statistics
which takes into account the roles of possible limits of
temperature in the spore pollen spectrum of different
plants. The comparative analysis of the quantity indica-
tors of the paleoclimate showed the existence of like-
ness among the V.A.Klimanov’s method, areologramm
and the math-statistical method. In all three methods the
highest correlation was observed firstly among the indi-
cators of the middle July, then the middle January.These
calculations can be used in the issue of reconstruction
of paleoclimate.
ОПРЕДЕЛЕНИЕ КОЛИЧЕСТВЕННЫХ
ПОКАЗАТЕЛЕЙ КЛИМАТА ПО
ПАЛИНОЛОГИЧЕСКИМ ДАННЫМ
Э.В.Мурадлы
Предложен метод на основе программы Еxcel
для проведения расчетов определения количествен-
ных показателей палеоклимата по данным палино-
логических исследований. Способ основан на мате-
матической статистике, учитывающей возможно до-
пустимые температурные пределы существования
отдельных растений с учетом их роли (процентное
соотношение) в спорово-пыльцевом спектре. Прове-
денный сравнительный анализ количественных по-
казателей климата методом В.А.Климанова, мето-
дом ареалограмм и математико-статистическим ме-
тодом показал сходство полученных характеристик.
Наибольшая корреляция
для всех трех методов наб-
людается между среднеиюльскими показателями
температур и среднеянварскими, показатели сред-
негодового количества осадков для предложенного
метода завышены. Данные расчеты помогут в реше-
нии задач по реконструкции палеоклиматов.
Coğrafiya və təbii resurslar, №2, 2017 (6)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
31
© V.M.Məmmədəliyeva
BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACININ MEŞƏ ÖRTÜYÜ VƏZİYYƏTİNİN PEYK
TƏSVİRLƏRİ ƏSASINDA QİYMƏTLƏNDİRİLMƏSİ
V.M.Məmmədəliyeva
MSN Milli Aerokosmik Agentliyi, Ekologiya İnstitutu,
Bakı ş., S.S.Axundov küç. 1E
valide.mamedaliyeva@mail.ru
Təqdim edilən məqalədə Böyük Qafqazın şimal-şərq yamacının meşə örtüyü ArcGİS proqramı
vasitəsilə işlənmişdir. Emal nəticəsində Quba-Xaçmaz bölgəsinin meşə örtüyü, onun keyfiyyət, kə-
miyyət və spektral xüsusiyyətləri aşkarlanmışdır.
Azərbaycanın ərazisi landşaft-ekoloji şərait ba-
xımından çox müxtəlifdir. Tədqiq olunan ərazinin
landşaft strukturu özünəməxsus xüsusiyyətləri ilə
digər regionlardan kəskin fərqlənir.
Bu müxtəliflik
ərazinin iqlimi, relyefi, geoloji quruluşu, hidroter-
mik şəraiti ilə əlaqədardır.
Geoekoloji amillərin təsiri ilə ərazidə müxtəlif-
liyi və rəngarəngliyi ilə seçilən landşaft tipləri for-
malaşmışdır. Böyük Qafqazın şimal-şərq yamacı
landşaftlarının yüksəklik-məkan diferensiasiyası
müşahidə olunur və bu diferensiasiya relyefin təd-
ricən enmə fonunda baş verir.
Xəzər dənizi sahillərində mütləq yüksəkliyi - 26 m
olan ərazilərdəki yarımsəhra landşaftlarından baş-
lamış 4466 m səviyyəsindəki yüksək dağlığın nival
landşaftlarına qədər rəngarəng landşaft strukturuna
malik olan Böyük Qafqazın şimal-şərq yamacında
əsasən aşağıdakı landşaft tipləri ayrılır:
- nival–subnival;
- yüksək dağ-çəmən;
- dağ-meşə;
- dağ-meşə-çöl, çəmən-kolluq;
- alçaq və orta dağlığın
dağ çölləri;
- alçaq dağlığın və düzənliklərin yarımsəhra
kompleksləri.
Böyük Qafqazın şimal-şərq yamacının meşə
komplekslərinin ümumi sahəsi
92.147 ha
təşkil edir.
Bu meşələrin 45,1%-ni fıstıq meşələri
(41.613 ha),
42,4%-ni palıd meşələri (39.101 ha), 10,5 %-ni isə
vələs meşələri təşkil edir. Bu 3 ağac cinsi regionun
meşə örtüyü sahəsinin 98,0%-nə bərabərdir. Qalan
meşə ilə örtülü sahə isə dəmirqara, qızılağac, titrək-
yarpaq qovaq və digər ağac cinslərinin payına dü-
şür.
Meşə qurşağının yuxarı hissələri mülayim-so-
yuq iqlim şəraitində inkişaf etdiyi halda, onun aşa-
ğı hissələri mülayim-isti iqlim şəraitində forma-
laşır. Bu səbəbdən meşələrin yuxarı hissələrində
fıstıq, vələs ağacları, aşağı hissələrində isə əsasən
palıd və quraqlığadavamlı digər ağac növləri inki-
şaf edir. Orta dağlıq qurşaq əsasən palıd, palıd-və-
ləs meşələrindən ibarət olub 500–600–1100 m yük-
səkliklərdə yayılmışdır. Bu ərazinin meşə örtüyü
iberiya palıdı və vələsdən ibarətdir. Regionun orta
dağ-meşə qurşaqlarında fıstıq meşələri, yüksək
dağ-meşə qurşağında isə Şərq palıdı, tozağacı və
quşarmudu meşələrinin qalıqları saxlanılmaqdadır.
Fıstıq-vələs meşələri altında qonur-dağ-meşə tor-
paqları, dağətəyi palıd meşələri və arid meşə-kol-
luqları altında qəhvəyi və boz-qəhvəyi meşə tor-
paqları inkişaf etmişdir.
Şəkil 1. Quba-Xaçmaz regionunun ArcGİS
proqramı vasitəsilə meşə tiplərinə ayrılması və
təsnifatlaşdırılması
Yuxarıda deyilənləri nəzərə alaraq, şəkil 1-də
ArcGİS proqramında Quba-Xaçmaz bölgəsi meşə
tiplərinə görə fərqləndirilmiş və təsnifatlaşdırılmış-
dır. ArcGİS proqramı vasitəsilə onun meşə örtüyü-
nün kəmiyyət və spektral xüsusiyyətlərini xarakte-
rizə edən histoqram və qrafik şəkil 2-də verilmiş-
dir.