Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə16/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
30                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Yağıntıların  hesablanması  üçün  bərpa  kəmiy-
yətlərinin  cəmi  AD32  və  AE32  xanalarında  qeyd 
edilmişdir. Artıq hesablanmış rəqəmləri S22, U22, 
X22,  Z22,  AF22  və  AH22  xanalarında  görmək 
olar. Yanvar ayı üçün əldə edilmiş temperatur in-
tervalı -
20,6-dan +2,6
0
C
-yə kimi olmasından orta rə-
qəm -9
0
C çıxarılır. Əldə edilmiş orta rəqəmi inter-
valla yazsaq, bu zaman yanvar ayı üçün -10-(-8
0
C)  
təyin edə bilərik. İyul ayı üçün düsturdan əldə edil-
miş temperatur intervalı 12,3-dən 24,3
0
C-yə  kimi 
təyin edilmişdir. Buradan orta rəqəm 18,3
0
C kimi 
alınır. Əldə edilmiş orta rəqəmi intervalla yazsaq, 
17-19
0
C temperatur olar. Ortaillik yağıntının miq-
darı düsturda 660,0-dan 1628,0 mm intervalı kimi 
müəyyənləşmişdir.  Burada  orta  rəqəm  1144  mm 
olacaqdır. Ədədi yuvarlaqlaşdırsaq, 1100 mm ya-
ğıntı olmasını müəyyənləşdirmək olar. Əldə edil-
miş orta rəqəmi intervalla versək, 1000-1200 mm 
ortaillik yağıntı düşməsi təyin olunur. 
Nəticə. Aldığımız iqlim parametrlərinin  nəticə-
ləri  yuxarıda  müqayisəli  şəkildə  göstərilmişdir 
(cədvəl 5). Mişovdağ kəsilişində həmin nümunələ-
ri arealoqram üsulu ilə V.P.Qriçuk [2], V.Klimano-
vun [3]  üsulundan istifadə edən Ə.V.Məmmədov 
[5] və bizim tərəfimizdən istifadə edilən üsul Excel 
adlandırılaraq  tədqiqat  üsulu  kimi  göstərilmişdir. 
Hər üç üsul üçün ən yüksək korrelyasiya orta iyul, 
sonra orta yanvar  temperatur göstəriciləri arasında 
müşahidə olunur (cədvəldə kənaraçıxmalar kursiv-
lə göstərilmişdir). Ortaillik yağıntı miqdarının riya-
zi-statistik üsulla müəyyən edilmiş yüksək göstəri-
ciləri,  ola  bilər  ki,  hər  bitki  cinsi  üçün  yolverilən 
həddən artıq yağıntı ilə  izah  edilsin.                                                        
Paleoiqlimin  təyini  zamanı  riyazi-statistik  mə-
lumatların  müxtəlif  proqramlar  vasitəsilə  təyin 
edilməsi daha dəqiqdir. Bu isə əldə edilmiş nəticə-
lərin hesablama prosesinin sürətini artırır və nəticə-
də bu işlə məşğul olan şəxslərin işinin səmərəlili-
yini yüksəldir. 
ƏDƏBİYYAT  
1.  Алескеров  Б.Д.,  Мамедов  А.В.,  Свиточ  А.А., 
Янина Т.А. Новые данные по стратиграфии Мишов-
дагского  опорного  разреза  плейстоцена  Азербайд-
жана. Изв. АН Азерб.ССР, Сер. Наук о Земле, 1987 
№4, с. 50-58. 
2.  Гричук  В.П.  Реконструкция  скалярных  кли-
матических  показателей  по  флористическим  мате-
риалам и оценка ее точности./ Методы реконструк-
ции палеоклиматов. Москва: Наука, 1985, с. 20-29. 
3.  Климанов  В.А.  Реконструкция  палеотемпе-
ратур и палеоосадков на основе спорово-пыльцевых 
данных./Методы  реконструкции  палеоклиматов. 
Москва:Наука». 1985, с. 38-49. 
4.  Климаты  и  ландшафты  Северной  Евразии  в 
условиях  глобального  потепления.  Ретроспектив-
ный анализ и сценарии. Атлас-монография «Разви-
тие  ланшафтов  и  климата  Северной  Евразии.  Поз-
дний плейстоцен-голоцен-элементы прогноза». Вы-
пуск  III.  Под  ред.проф.  А.А.Величко.  М.:  ГЕОС. 
2010, 220 с. 
5. Мамедов А.В., Тагиева Е.Н., Алекперова Х.А. 
Реконструкция  климатических  условий  Азербайд-
жана  в  раннем,  среднем  плейстоцене  (по  разрезу 
Мишовдаг). // Изв. АН Азербайджана. Серия наук о 
Земле. 1998. № 3, с. 3-8. 
 
DEFINING THE QUANTITY INDICATORS 
OF THE CLIMATE ACCORDING TO THE 
PALYNOLOGICAL GIVENS 
E.V.Muradly 
A calculation method for defining the quantity indi-
cators  of  paleoclimate  according  to  the  palynological 
investigations  has  been  offered  in  excell  programme. 
The  method  is  based  on  the  mathematical  statistics 
which takes into account the roles of possible limits of 
temperature  in  the  spore  pollen  spectrum  of  different 
plants. The comparative analysis of the quantity indica-
tors of the paleoclimate showed  the existence of  like-
ness among the V.A.Klimanov’s method,  areologramm 
and the math-statistical method. In all three methods the 
highest correlation was observed firstly among the indi-
cators of the middle July, then the middle January.These 
calculations can be  used in the issue of reconstruction 
of paleoclimate. 
 
ОПРЕДЕЛЕНИЕ КОЛИЧЕСТВЕННЫХ 
ПОКАЗАТЕЛЕЙ КЛИМАТА ПО 
ПАЛИНОЛОГИЧЕСКИМ ДАННЫМ 
Э.В.Мурадлы 
Предложен  метод  на  основе  программы  Еxcel 
для проведения расчетов определения количествен-
ных  показателей  палеоклимата  по данным палино-
логических исследований. Способ основан на мате-
матической статистике, учитывающей возможно до-
пустимые  температурные  пределы  существования 
отдельных растений с учетом их роли (процентное 
соотношение) в спорово-пыльцевом спектре. Прове-
денный сравнительный анализ количественных по-
казателей  климата  методом  В.А.Климанова,  мето-
дом ареалограмм и математико-статистическим ме-
тодом показал сходство полученных характеристик. 
Наибольшая корреляция для всех трех методов наб-
людается  между  среднеиюльскими  показателями 
температур и среднеянварскими,  показатели сред-
негодового количества осадков для предложенного 
метода завышены. Данные расчеты помогут в  реше-
нии  задач по реконструкции палеоклиматов.   
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 31 
 
© V.M.Məmmədəliyeva
 
 
BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACININ MEŞƏ ÖRTÜYÜ VƏZİYYƏTİNİN PEYK 
TƏSVİRLƏRİ ƏSASINDA QİYMƏTLƏNDİRİLMƏSİ 
V.M.Məmmədəliyeva 
MSN Milli Aerokosmik Agentliyi, Ekologiya İnstitutu,  
Bakı ş., S.S.Axundov küç. 1E
 
valide.mamedaliyeva@mail.ru 
Təqdim edilən məqalədə Böyük Qafqazın şimal-şərq yamacının meşə örtüyü ArcGİS proqramı 
vasitəsilə işlənmişdir. Emal nəticəsində Quba-Xaçmaz bölgəsinin meşə örtüyü, onun keyfiyyət, kə-
miyyət və spektral xüsusiyyətləri aşkarlanmışdır. 
Azərbaycanın ərazisi landşaft-ekoloji şərait ba-
xımından çox müxtəlifdir. Tədqiq olunan ərazinin 
landşaft  strukturu  özünəməxsus  xüsusiyyətləri ilə 
digər regionlardan kəskin fərqlənir. Bu müxtəliflik 
ərazinin iqlimi, relyefi, geoloji quruluşu, hidroter-
mik şəraiti ilə əlaqədardır. 
Geoekoloji amillərin təsiri ilə ərazidə müxtəlif-
liyi və rəngarəngliyi ilə seçilən landşaft tipləri for-
malaşmışdır.  Böyük  Qafqazın  şimal-şərq  yamacı 
landşaftlarının  yüksəklik-məkan  diferensiasiyası 
müşahidə olunur və bu diferensiasiya relyefin təd-
ricən enmə fonunda baş verir. 
Xəzər dənizi sahillərində mütləq yüksəkliyi - 26 m
 
olan ərazilərdəki yarımsəhra landşaftlarından baş-
lamış 4466 m səviyyəsindəki yüksək dağlığın nival 
landşaftlarına qədər rəngarəng landşaft strukturuna 
malik olan Böyük Qafqazın şimal-şərq yamacında 
əsasən aşağıdakı landşaft tipləri ayrılır: 
- nival–subnival; 
- yüksək dağ-çəmən; 
- dağ-meşə; 
- dağ-meşə-çöl, çəmən-kolluq; 
- alçaq və orta dağlığın dağ çölləri
-  alçaq  dağlığın  və  düzənliklərin  yarımsəhra 
kompleksləri. 
Böyük  Qafqazın  şimal-şərq  yamacının  meşə 
komplekslərinin ümumi sahəsi 
92.147 ha 
təşkil edir. 
Bu  meşələrin  45,1%-ni  fıstıq  meşələri
 
(41.613  ha),
 
42,4%-ni palıd meşələri (39.101 ha), 10,5 %-ni isə 
vələs meşələri təşkil edir. Bu 3 ağac cinsi regionun 
meşə örtüyü sahəsinin 98,0%-nə bərabərdir. Qalan 
meşə ilə örtülü sahə isə dəmirqara, qızılağac, titrək-
yarpaq qovaq və digər ağac cinslərinin payına dü-
şür. 
Meşə  qurşağının  yuxarı  hissələri  mülayim-so-
yuq iqlim şəraitində inkişaf etdiyi halda, onun aşa-
ğı  hissələri  mülayim-isti  iqlim  şəraitində  forma-
laşır.  Bu  səbəbdən  meşələrin  yuxarı  hissələrində 
fıstıq, vələs ağacları, aşağı hissələrində isə əsasən 
palıd və quraqlığadavamlı digər ağac növləri inki-
şaf edir. Orta dağlıq qurşaq əsasən palıd, palıd-və-
ləs meşələrindən ibarət olub 500–600–1100 m yük-
səkliklərdə  yayılmışdır.  Bu  ərazinin  meşə  örtüyü 
iberiya palıdı və vələsdən ibarətdir. Regionun orta 
dağ-meşə  qurşaqlarında  fıstıq  meşələri,  yüksək 
dağ-meşə  qurşağında  isə  Şərq  palıdı,  tozağacı  və 
quşarmudu meşələrinin qalıqları saxlanılmaqdadır. 
Fıstıq-vələs  meşələri  altında  qonur-dağ-meşə  tor-
paqları, dağətəyi palıd meşələri və arid meşə-kol-
luqları  altında  qəhvəyi  və  boz-qəhvəyi  meşə  tor-
paqları inkişaf etmişdir. 
 
Şəkil 1. Quba-Xaçmaz regionunun ArcGİS 
proqramı vasitəsilə  meşə tiplərinə ayrılması və 
təsnifatlaşdırılması 
Yuxarıda  deyilənləri  nəzərə  alaraq,  şəkil  1-də 
ArcGİS proqramında Quba-Xaçmaz bölgəsi meşə 
tiplərinə görə fərqləndirilmiş və təsnifatlaşdırılmış-
dır. ArcGİS proqramı vasitəsilə onun meşə örtüyü-
nün kəmiyyət və spektral xüsusiyyətlərini xarakte-
rizə edən histoqram və qrafik şəkil 2-də verilmiş-
dir. 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə