Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə15/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
28                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
üçün alınmış cəmlər 57600 və 196300 kimi hesab-
lanmışdır. Göstərilən bütün (ortaillik yağıntı, yan-
var və iyul ayı temperaturları) bərpa kəmiyyət gös-
təriciləri  ayrı-ayrılıqda  spor-tozcuqların  ümumi 
miqdarına bölünür.  
Həmin  kəmiyyətlərin  bölünməsindən  yanvar 
ayı üçün S40 və U40 xanalarında müvafiq olaraq -
20,4 və  4,5 kimi nəticə alınmışdır. Burada orta rə-
qəm -7,950C müəyyən olunur. İyul ayı üçün X40 
və Z40 xanalarında isə bu bitki qrupunun birlikdə 
inkişaf  edə  biləcəyi  temperatur  intervalı  müvafiq 
olaraq  12,30C-dən  24,50C-yə kimi müəyyən edil-
mişdir. 
Buradan orta rəqəm kimi 18,4
0
C temperatur gö-
türmək  olar.  Yağıntı  kəmiyyətlərinin  miqdarı  isə 
AF40 və AH40 xanalarında müvafiq olaraq 600,0 
və 2044,8 intervalı kimi hesablanmışdır. Orta qiy-
mət  isə  1322,4  kimi,  yuvarlaqlaşdırılmış  rəqəm 
1300 mm olacaqdır. Yağıntını intervalla vermiş ol-
saq, bu zaman 1200-1400 mm kəmiyyətini alarıq. 
Pleystosenin Xəzər əsrinə aid Mişovdağ kəsili-
şindəki  23  №-li  nümunədən  aşkar  edilmiş  bitki 
spor-tozcuqların miqdarı  Pinus 8%, Betula  20%, 
Alnus 13%, Ostrya  25%, Quercus 3%, Fagus  3%, 
Tilia  4%, Carpinus 10%, Ulmus 3%, Corylus 3%, 
Celtis  3%  kimi müəyyənləşdirilmişdir (cədvəl 3). 
Hesablama qaydası eynilə digərlərində olduğu ki-
midir. Spor-tozcuqların miqdarının müvafiq olaraq 
temperatur və yağıntılara hasilindən alınmış bərpa 
kəmiyyətlərinin cəmlərinin spor-tozcuqların  ümu-
mi miqdarına nisbətindən əldə edilmiş kəmiyyətlər 
əsasında  Excel  proqramı  vasitəsilə  hesablamalar 
aparılır. Cədvəl 3-dən göründüyü kimi, bərpa kə-
miyyətlərinin cəmləri yanvar ayı üçün Q76 və R76 
xanalarında, spor və tozcuqların cəmləri isə P 76 
xanasında hesablanaraq qeyd edilmişdir. İyul ayı-
nın bərpa  kəmiyyətləri  V76  və  W76  xanalarında, 
yağıntıların ortaillik miqdarını müəyyən edən bər-
pa kəmiyyətlərinin intervalları isə AD76 və AE76 
xanalarında hesablanaraq yazılmışdır.  
 
Cədvəl 2 
Mişovdağ kəsilişinin iqlim parametlərinin yenidən qurulması (nümunə 20) 
 
 
Cədvəl 3 
Mişovdağ kəsilişinin iqlim parametlərinin yenidən qurulması (nümunə 23)
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 29 
 
Yanvar ayı üçün bərpa kəmiyyətlərinin cəminin 
spor  və  tozcuqların  ümumi  cəminə  nisbətindən  -
17,9-dən 6,8
0
C-yə  temperatur intervalı alınır. Hə-
min intervalın orta qiyməti -5,55
0
C-dir. Burada yu-
varlaqlaşdırma aparılarsa, yanvar ayı üçün tempe-
raturu  -6
0
C  kimi  götürmək  olar.  İkirəqəmli  inter-
valla versək, bu zaman yanvar ayında temperaturu 
-5-(-7)
0
C ilə ifadə etmək olar. İyul ayı üçün bu bitki 
qrupunun  formalaşa  biləcək  temperatur  intervalı 
X62 və Z62 xanalarında hesablanaraq yazılmışdır. 
Həmin temperatur intervalı 13,7-dən 25,5
0
C-yə ki-
mi  müəyyənləşdirilmişdir. Buradan  orta  tempera-
tur  19,60C  müəyyən  olunur.  Həmin  temperaturu 
yuvarlaqlaşdırıb,  iyul ayı üçün temperaturu inter-
vallına versək, onda 19-21
0
C olar. 
Yağıntıların miqdarı AD76 və AE76 xanaların-
da  cəmlənib  yazılaraq  spor-tozcuqların  cəmlərinə 
bölünməsindən alınan nəticələr AF63 və AH63 xa-
nalarında  yazılmışdır.  Nümunə  23-də  olan  bitki 
qrupunun birlikdə  formalaşa biləcəyi yağıntı inter-
valı  575,8-dən  2405,3  mm-ə  qədər  olur.  Buradan 
orta rəqəm çıxarsaq, 1490,55 mm yağıntının miq-
darını alınacaq. Həmin yağıntı miqdarını yuvarlaq-
laşdırsaq, 1500 mm olacaq. Əgər verilmiş rəqəmi 
orta  intervalla  yazsaq,  bu  zaman  1400-1600  mm 
yağıntı  olması  müəyyənləşdirilir.  Deməli,    bu  da 
bizə  nümunənin  götürüldüyü  qatdakı  geoloji  keç-
mişdə iqlimin isti və rütubətli olması fikrini demə-
yə əsas verir. 
Pleystosenin Xəzər əsrinə aid Mişovdağ kəsili-
şindən götürülən 26 №-li nümunədən aşkar edilmiş 
bitki spor-tozcuqlarının miqdarı  Picea 8%,  Betula 
40%,  Ostrya  2%,  Quercus  30%,  Carpinus  12%, 
Ulmus 4%, Corylus 4% kimi müəyyənləşdirilmiş-
dir (cədvəl 4). Spor-tozcuqların ümumi cəmi 100% 
hesablanmışdır. Bərpa kəmiyyətlərinin cəmləri isə 
yanvar ayı üçün Q32 və R32 xanalarında hesabla-
naraq yazılmışdır. Bərpa kəmiyyətlərinin iyul ayı 
üçün  düstur  vasitəsilə  hesablanan  rəqəmləri  isə 
V32 və W32 xanalarında yazılmışdır. 
 
Cədvəl 4 
Mişovdağ kəsilişinin iqlim parametlərinin yenidən qurulması (nümunə 26) 
 
Cədvəl 5 
Mişovdağ kəsilişinin iqlim parametlərinin müqayisəsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mişovdağ 
kəsilisinə 
görə nüm. № 
Orta qiymətin yenidən qurulması 
 
Tədqiqat üsulları 
Temperaturlar 
о
С 
Yağıntılar 
(mm) 
Yanvar 
İyul 

(-1)-(-6) 
16 - 20 
700 - 900 
Arealoqram 
>  (-5) 
18 - 20 
>  800 
Klimanov V.А. 
(-9) 
17 - 18 
1100-1200 
Excel 
20 
1 - 3 
22 - 23 
900-1000 
Arealoqram 
(-5) – (-8) 
20 - 22 
600 - 800 
Klimanov V.А. 
(-8) 
18 - 19 
1200-1300 
Excel 
23 



Arealoqram 
(-8) – (-11) 
18 - 22 
800 - 1000 
Klimanov V.А. 
(-6) 
19 - 20 
1400-1500 
Excel 
26 

20 - 22 
800 - 900 
Arealoqram 



Klimanov V.А. 
(-9) 
18-19 
1100-1200 
Excel 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə