Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə11/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
20                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
tullantılar su anbarında antropogen evtroflaşma ilə 
bərabər,  bakterioplanktonun  bütün  ilboyu  yüksək 
dərəcədə vegetasiyasına zəmin yaratmışdır. Naxçı-
van su anbarında mikrobların ümumi, ortaillik sayı 
22  mln/ml,  saprofit  və  koli-enterobakteriyaların 
miqdarı isə, müvafiq olaraq, 30 və 11 min/ml təşkil 
edir ki, bu da hiperevtrof və polisaprob su hövzə-
lərinə aid göstəricilərə bərabərdir. Naxçıvan su an-
barının 7-8 m dərin sahələrinin lil-qruntunda oksi-
gen  azlığı  yaranmışdır.  Ekosistemdə  hipoksiya 
göstəricisi kimi səciyyələnən anaerob bakteriyalar-
dan denitratlaşdırıcıların 100 min/q, sulfatlaşdırıcı-
ların 20-32 min/q-a bərabər olması Naxçıvan su an-
barının dərin sahələrində bütün hidrobiontların küt-
ləvi qırğınına səbəb ola bilən anaerobioz hadisəsi-
nin yaranma ehtimalını əsaslandırır. Potensial pa-
togenlər  olan  koli-enterobakterlərlə  sirayətlənən, 
pollutantlarla və metabolit mənşəli maddələrlə zən-
ginləşən Naxçıvan su anbarından məişətdə və qida 
məhsulları emalı texnologiyalarında istifadəni tam 
təhlükəsiz saymaq şübhə doğurur.  
 
ƏDƏBİYYAT 
1. 
Bayramov  A.B.  Naxçıvan  su  anbarında  çirk-
lənmənin hidrobioloji analizi. lV Beynəlxalq konf. Ma-
terialları. Sumqayıt, 2002, s. 5-6. 
2. 
Виноградски  С.Н. Методы почвенной мик-
робиологии. М., 1953, 140 с. 
3. 
Гак Д.З. Бактериопланктон и его роль в био-
логической  продуктивности  водохранилища.  М., 
«Наука», 1967, 254 с. 
4. 
Драчев С.М. Загрязнение  рек и озер быто-
выми стоками. М.-Л., «Наука», 1964, 148 с. 
5. 
Кузнецов  С.И.  Роль  микроорганизмов  в 
круговороте веществ озерах. М., 1952, 300 с. 
6. 
Кузнецов С.И. Микрофлора озер и ее геохи-
мическая роль. Л., 1970, 440 с. 
7. 
Мансуров А.Э., Салманов М.А. Экология р. 
Куры и водоемов ее бассейна. Баку, 1996, 160 с. 
8. 
Марголина  Г.Л. Микробиологические  про-
цессы  деструкции  в  пресноводных  водоемах.  М., 
«Наука», 1989, 119 с. 
9. 
Рагимов А.С. Прямой метод учета бактерий 
в  воде:  сравнение  его  с  методом  Коха.  Микробио-
логия, 1931, т. 1, с. 131-146 
10.  Родина  А.Г.  Методыводной  микробиоло-
гии.  М.,  «Наука»,  1965, 364 с. 
11.  Романенко  В.И.  Микробиологические  про-
цессы  продукции  и  деструкции  органического  ве-
щества во внутренних водоемах. Л., «Наука», 1985, 
295 с. 
12.  Романенко  В.И.,  Кузнецов  С.И.  Экология 
микроорганимзв  пресных  водоемов  (Лабор.  Реко-
водство). Л., 1974, 194 с. 
13.  Салманов М.А., Озерен Э. Микробиология 
р. Аракс на территории Турции. Тр. Ин-та Микроби-
ологии НАНА. Баку, 2007, с. 84-86 
14.  Сорокин  Ю.И.  Вопросы  отбора  проб  воды 
при  изучении  морской  микрофлоры.  Океанология, 
1962, т. 2, вып. 5, с. 888-897. 
 
 
ON THE MICROBIOLOGICAL REGİME OF 
THE NAKHCHIVAN RESERVOİR 
M.A.Salmanov,  A.G.Ansarova  
This article presents the results of the first microbio-
logical studies in the Nakhchivan reservoir on Araz for 
the  2015  year  season.  It  has  been  found  out  that  by 
taking all kinds of sewage in almost the entire territory 
of Armenia, Araz is polluted to polysaprobic state. Re-
ceived  a  river  water  a  huge  mass  of  allochthonous  or-
ganic matter under the conditions of the reservoir under-
goes  bioelimination,  oxygen  deficiency  in  biotopes  is 
deeper than 7-8 m, as a result, anaerobic bacteria inten-
sively  vegetate  in  the  bottom  sediments.  The  water  in 
the river itself in the upper pool is heavily infected with 
colienterobacteria,  the  average  annual  number  of  it  in 
the reservoir is 11 thousand/ml. 
 
О МИКРОБИОЛОГИЧЕСКОМ РЕЖИМЕ 
НАХЧЫВАНСКОГО ВОДОХРАНИЛИЩА 
М.А.Салманов,  А.Г.Ансарова  
В  данной  статье  представлены  результаты  про-
веденных впервые микробиологических исследова-
ний в Нахчыванском водохранилище на р. Араз по 
сезонам 2015 года. Выяснено, что принимая все ви-
ды сточных вод почти со всей территории Армении 
Араз  загрязняется  до  полисапробного  состояния. 
Поступающая с речной водой огромная масса аллох-
тонного  органического  вещества  в  условиях  водо-
хранилища подвергается биоэлиминации, создается 
дефицит кислорода в биотопах глубже 7-8 м, в ре-
зультате  в  донных  отложениях  интенсивно  вегета-
тируют анаэробные  бактерии. Вода в самой реке в 
верхнем  бьефе  сильно  заражена  коли-энтеробакте-
риями,  среднегодовая  же  численность  их  в  самом 
водохранилище составляет 11 тыс/мл. 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 21 
 
© M.Ə.Məmmədov
 
BÖYÜK QAFQAZIN CƏNUB YAMACINDA YAYILAN QONUR-DAĞ-MEŞƏ 
TORPAQLARININ MÜASİR VƏZİYYƏTİ  
M.Ə.Məmmədov 
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr. 115 
mamed.1952@bk.ru 
Məqalədə Böyük Qafqazın cənub yamacında yayılan qonur-dağ-meşə torpaqlarının fiziki-kim-
yəvi  tərkibi  araşdırılır  və  əvvəlki  illərdə  aparılmış  eyniistiqamətli  tədqiqatlarla  müqayisəli  təhlili 
verilir.  Torpaqların  üst  qatında  fiziki-kimyəvi  tərkibinin  necə  dəyişməsi,  onun  torpağın  münbit-
liyinə, meşələrin məhsuldarlığına təsiri və deqradasiyaya uğrama dərəcəsi öyrənilmişdir. Meşələrin  
sahəsini genişləndirmək məqsədi ilə ərazilərin seçilməsi üçün təkliflər verilmişdir.
 
Tədqiqatın aktuallığı. Meşələr biosferdə insan 
həyatı ücün zəruri olan hava  təbəqəsini oksigenlə 
zənginləşdirir və meşə altında meşə döşənəyi qatı 
formalaşır  ki,  bu  da  torpağın  üst  qatını  humusla 
zənginləşdirir, onu yuyulmadan qoruyur, yağış su-
larını özünə hopdurur və leysan yağışları yağanda 
suyu tədricən torpaq qatına keçirir. Meşələr, meşə 
torpaqları dağlıq ərazilərdə səth sularının axımını 
və çayların su rejimini nizamlayır, yaşayış məntə-
qələrini sellərdən və əkin sahələrini isə eroziyadan 
qoruyur.  Tədqiqat  ərazisində  mövcud  meşələrin 
məhsuldarlığını artırmaq, onlardan səmərəli istifa-
də etmək və əlverişli ərazilərdə meşələrin sahəsini 
genişlədirmək vacibdir. Böyük Qafqazın cənub ya-
macında fıstıq, fıstıq-vələs və vələs meşələri altın-
da qonur-dağ-meşə torpaqları geniş ərazidə yayıl-
mışdır. 
Tədqatın obyekti və metodikası. Böyük Qaf-
qazın cənub yamacında meşələrin inkişafı üçün əl-
verişli torpaq-iqlim şəraiti mövcuddur. Lakin son 
50 ildə bölgədə insanın plansız təsərrüfat fəaliyyəti 
nəticəsində  təbii  ekosistemlərə,  o  cümlədən  bitki 
və torpaq örtüyünə antropogen təsirlər getdikcə da-
ha geniş miqyas almışdır. Vaxtilə başdan-başa me-
şə ilə örtülü olan ərazidə meşələr nəzərə çarpacaq 
dərəcədə azalmışdır. Meşələrin məhsuldarlığını ar-
tırmaq,  sahəsini  genişləndirmək  üçün  qonur-dağ-
meşə  torpaqlarının  müasir  vəziyyətini  və  onların 
deqradasiyaya uğrama dərəcəsini müəyyən etmək 
üçün  ərazidə  marşurut  üsülu  ilə  torpaq  tədqiqatı 
aparılmışdı. Götürülmüş torpaq nümunələri labora-
toriya şəraitində (ümumi humus, hiqroskopik nəm-
lik,  karbonatlıq,  tam  su  çəkimi,  udulmuş  əsaslar, 
pH  su  məhlulunda,  qranulometrik  tərkib)  analiz  
edilmişdir. 
Təhlil  və  müzakirələr.  Qonur-dağ-meşə  tor-
paqları.  Bu  torpaqlar  dəniz  səviyyəsindən  800-
2200 m hündürlüklər arasında fıstıq, fıstıq-vələs və 
vələs meşəsi altında formalaşmışdır. G.A.Salamo-
vun  məlumatlarına  görə  [5],  Böyük  Qafqazın  cə-
nub  yamacında  qonur-dağ-meşə  torpaqlarının  sa-
həsi 290 min hektardır. Respublikamızda bu  tor-
paqlar bir sıra tədqiqatçılar tərəfindən öyrənilmiş-
dir [3;6;5;4;2;1].   
Qonur-dağ-meşə torpaqlarının müasir vəziyyə-
tini öyrənmək üçün AMEA akad. H.Ə.Əliyev ad. 
Coğrafiya  İnstitutunun  fond,  ədəbiyyat  materi-
allarından və Landşaftşünaslıq və landşaftın plan-
laşdırılması şöbəsinin 2015-ci ildə apardığı çöl-tor-
paq  tədqiqatlarının  materiallarından istifadə  olun-
muşdur.  Fond  materialları  əsasında  1  və  3  saylı 
cədvəllər, 2 saylı cədvəl isə 2015-ci ildə institutun 
Torpaq ehtiyatları şöbəsində laboratoriya şəraitin-
də  aparılan  torpaq  analizlərinə  əsasən  tərtib  edil-
mişdir.  
Relyefi  şiddətli  eroziyatəhlükəli,  parçalanmış 
ortadağlıq  və  dağarası  çökəkliklərdən  ibarətdir. 
Qonur-dağ-meşə torpaqları Yura və Tabaşir dövr-
lərinin gilli şistləri, əhəngdaşları, mergellərin üzə-
rində əmələ gəlmişdir.   
Bu torpaqlar ortaillik temperaturu 6,0 - 11,9˚C 
arasında  dəyişən  mülayim-rütubətli  iqlim  şəraitində
 
əmələ gəlmişdir. Ortaillik yağıntının miqdarı 570-
950 mm

buxarlanmanın miqdarı isə 500-700 mm 
arasında tərəddüd edir. İqlim şəraiti torpaqəmələ-
gəlmə prosesinin intensiv getməsinə əlverişli şərait 
yaradır. 
Cədvəl  1-dən  görünür  ki, qonur-dağ-meşə  tor-
paqlarının profilində ümumi humusun miqdarı 0,6-
12,7% arsında  dəyişir və onun yüksək miqdarı 8,7-
12,7% üst qatında  təyin olunmuşdur. Bu torpaqla-
rın  illüvial  qatlarında  ümumi  humusun  miqdarı 
kəskin  azalarq  4,1-5,0%-ə  düşür.  Bütün  hallarda  
onun    miqdarı  alt  qatlarda  0,5-0,6%    təşkil    edir 
(cədvəl 1). 
2015-ci  ilin  torpaq  analizlərinin nəticələrindən 
aydın olur ki, qonur-dağ-meşə torpaqlarının üst qa-
tında ümumi humusun miqdarı 7,4 -12,4% arasında 
dəyişir və onun yüksək miqdarı 12,4% Oğuz rayo-
nunun Xalxal kəndi ətrafında və minimum miqdarı 
isə Qəbələ şəhəri ətrafında Tufan dağda-7,4%, Şəki 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə