Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə9/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
16                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
© M.Ə.Salmanov, A.H.Ənsərova 
 
NAXÇIVAN SU ANBARININ MİKROBİOLOJİ REJİMİ BARƏDƏ 
M.Ə.Salmanov
1
, A.H.Ənsərova
2
 
1
AMEA Mikrobiologiya İnstitutu 
2
Azərbaycan Dövlət Tibb Universiteti 
Yarandığı vaxtdan 45 il keçsə də, Naxçıvan su anbarında mikrobioloji tədqiqatlar 2015-2016-cı 
illərdə aparılmışdır. Aydın olmuşdur ki, Ermənistan ərazisində yaranan bütün növ çirkabları, sənaye 
tullantılarını  və  mürəkkəbtərkibli  pollutantları  qəbul  edən  Araz  çayının  məcrasında  yaradılan  su 
anbarında antropogen evtroflaşma  gedir, oksigen məsrəfi artır, hipoksiya-anaerobioz proseslərinə 
zəmin  yaradılır.  Fitoplanktonun  çiçəklənməsi,  bakterioplanktonun  ilboyu  untensiv  generasiyası 
suların əlavə olaraq bioloji çirklənməsinə səbəb olur, su anbarı hiperevtrof və polisaprob hövzəyə 
çevrilir. Xüsusilə fitonsidlərlə, anaerobiozun metabolitləri ilə çirklənən su istifadə üçün yararsızlaşır 
və təhlükəli xassə kəsb edir. 
Giriş. Naxçıvan su anbarı Araz çayının İran İs-
lam Respublikası ilə sərhəd təşkil edən sahəsində 
yaradılmışdır. 1972-ci ildə tam hazır olan su anba-
rının imkanlarından − su ehtiyatı, elektrik enerjisi 
və bioloji ehtiyatlarından birgə, “bərabərpaylı” is-
tifadə  nəzərdə  tutulmuşdur.  Öz  başlanğıcını  Tür-
kiyə Respublikasının Bingöl dağlıq ərazisindən gö-
türən Araz çayı Türkiyə-Ermənistan, İİR, Ermənis-
tan  və  Azərbaycan  arasında  sərhəd  təşkil  edir  və 
hazırkı dövrə qədər həmin ərazilərdə Naxçıvan su 
anbarından  başqa,  birgə  istifadə  edilən  su  anbarı 
yaradılmamışdır.  Ümumi  sahəsi  14500  ha,  göl-
məcra tipli və 40 km uzunluğu olan su anbarı sutu-
tumuna  görə  Mingəçevir  (16  km
3
)  və  Şəmkir  su 
anbarlarından  (1,7  km
3
)  sonra  üçüncü  yerdədir  – 
1,35 km
3
. İki qonşu dövlət üçün Naxçıvan su anbarı 
kompleks təyinatlı yeganə hövzə sayılır. Onun su-
yundan kənd təsərrüfatında torpaqların suvarılma-
sı, sənaye sahələrinin su ilə təchiz olunması, elek-
trik  enerjisi  istehsalı,  balıqçılığın  inkişafı  və  b. 
məqsədlərlə  istifadə  olunur.  Naxçıvan  su  anbarı 
hidroloji-hidrokimyəvi rejimlərinə görə ekoloji ba-
xımdan qeyri-sabit hövzə sayılır. Çoxillik müşahi-
dələrdən aydın olmuşdur ki, Araz çayı hələ su an-
barı yaradılmamışdan qabaqkı  dövrlərdən  Ermə-
nistan  ərazisinin  bütün  növ  çirkabını  qəbul  edən 
vasitədir [1; 13]. Səciyyəvidir ki, üç qonşu dövlətin 
sərhəd sahələrində yaradılan Naxçıvan su anbarını 
qidalandıran Araz çayının özü İran İslam Respub-
likası  və  Türkiyə  ərazilərinə  dağlıq  ərazilərdən 
axır. Çayın hövzəsində iri yaşayış məntəqələri, sə-
naye  sahələri  olmadığına  görə  çirklənmir.  Yada 
salmaq  lazımdır  ki,  Ermənistanın  bütün  ərazisi 
Araz çayının sutoplayıcı hövzəsinə aiddir, yəni bu 
ölkədə əmələgələn tullantılar, çirkablar ya birbaşa
yaxud da yerli çaylarla Araza axıdılır. 
Material  və  metodlar.  İlk  dəfə  olaraq  Naxçı-
van su anbarında mikrobioloji tədqiqatlar 2015-ci 
ilin qış, yaz və payızında, 2016-cı ilin isə yay fəs-
lində  başa  çatdırılmışdır.  Müşahidələr  su  və  lil-
qrunt  nümunələri  su  anbarının  Azərbaycana  aid 
olan sahəsində, axın istiqamətində, 5 stansiya-mən-
təqədə  aparılmışdır  (şəkil).  Su  nümunələri  steril  
şüşə  qablarla  Y.İ.Sorokinin  batometri ilə [14],  lil-
qrunt  isə kiçik Peterson cihazı ilə əldə edilmişdir. 
Suyun şəffaflığını təyin etmək üçün ağ rəngli Sekki 
lövhəsindən  istifadə  olunmuşdur.  Sularda  və  lil-
qruntda mikrobların ümumi sayı, müvafiq olaraq, 
A.C.Razumovun  [9]  və  S.N.Vinoqradskinin  [2] 
metodlarına  əsasən  müəyyən  edilmişdir.  Saprofit 
bakteriyaların  miqdarı  balıq  peptonlu  aqar  qida 
mühitinə əkməklə təyin olunmuşdur. Spor əmələ-
gətirən  saprofit  bakteriyalar  termiki  (80°C)  üsula 
əsasən, fizioloji qrupa və koli-enterobakter cinsinə 
aid olan bakteriyalar V.İ.Romanenko, S.İ.Kuznet-
sov [12] və A.Q.Rodinanın [10] metodik göstərici-
lərinə müvafiq əldə edilmişlər. Mikrobioloji əkmə-
analizlər,  nümunələr  götürüləndən  1,5-2  saatdan 
gec olmamaq şərtilə aparılmışdır. 
 
Şəkil. Naxçıvan su anbarının cizgi-xəritəsi
Rəqəmlər müşahidə aparılan və nümunələr toplanan stansiya-məntəqələrdir
.   
 
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 17 
 
Alınan nəticələr və onların müzakirəsi. Öncə, 
bir daha qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar 
Respublikası ilə sərhəd ərazidə yaradılan  su  anba-
rı Ermənistanın bütün illər boyu Araza qarışan mə-
işət çirkabını, sənaye tullantılarını, radioaktiv nuk-
lidlərini, kimya, metallurgiya sahələrinin pollutant-
larını  birbaşa  qəbul  edən  hövzədir.  Ermənistanın 
təbii-coğrafi vəziyyəti elədir ki, onun əsas “düzən-
lik”  ərazisi,  Türkiyə  Respublikası  ilə  sərhəddən 
Naxçıvan Muxtar respublikasına qədər, çox da ge-
niş-enli olmayan, Ararat vadisi adlanan (Araz ça-
yının sol sahili) – sahəni əhatə edir. Həmin bu “dar” 
ərazidə, Araz sahilində axınboyu Gümrü, Amasiya, 
Noktamberyan  (keçmiş  Sərdərabad),  Metsamor 
AES qəsəbəsi, Eçmiadzin, Masis, Yerevan, Abov-
yan,  Ararat,  Araqaç  şəhərləri,  onlarca  iri  yaşayış 
kənd-qəsəbələrin çirkabı, sənaye tullantıları, radio-
aktiv nuklidləri Araz çayına birbaşa, dağ-dağətəyi 
ərazilərdəki  Əştərək,  Aparan,  Kirovakan  (keçmiş 
Qarakilsə), Çarensavan, Arzni, Axtı, Razdan kimi 
şəhərlərin çirkabı isə yerli, Arazın sol qolları sayı-
lan  çaylarla  yenidən  Araza  axıdılır.  Səciyyəvidir 
ki,  axınboyu  aramsız  olaraq  Arazı  çikləndirən  və 
bir-birinə yaxın yerləşən şəhər-qəsəbələrin arasın-
da olan məsafə kiçik olduğuna görə suların öz-özü-
nə  təmizlənməsinə  imkan  verilmir  və  polisaprob 
dərəcədə çirklənən su Naxçıvan su anbarına daxil 
olur.  
Bildiyimiz kimi, Araz çayı kəskin şəkildə bula-
nıq sayılır. M.Salmanovun və Ə.Özərənin [13] mə-
lumatına görə, Araz çayı Türkiyə ərazisində nisbə-
tən yarıdüzənlik, meşəsiz, bitki örtüyü zəif inkişaf 
etmiş  ərazilərdə  su  külək  eroziyasına  məruz  tor-
paqlarla  çirklənib  şəffaflığını  itirir.  Ermənistana 
aid  sahədə  Araza  axıdılan  çirkabdakı  biogen  ele-
mentlər bulanıq sularda fitoplankton, fitobentos tə-
rəfindən  mənimsənilmir  və  axınboyu  şəhərlərdən 
axıdılan çirkab həmin alloxton xarakterli element-
lərin miqdarını artırır və nəticədə Naxçıvan su an-
barına bir növ “qatı” məhlul axır. Məhz bu səbəb-
dən  Azərbaycanla  İİR-in  sərhəd  ərazisinə  daxil 
olan  su  Naxçıvan  su  anbarında  tamamilə  başqa 
keyfiyyət  kəsb  edir.  Birinci  növbədə,  bərk  gətir-
mələr çökür, su durulur, şəffaflaşır. Beləliklə, çay 
suları ilə yüksək qatılıqda gətirilən biogen element-
lər durulan sulardakı fitoplanktonun fotosintez pro-
sesini sürətləndirir, həmçinin çay suları ilə su an-
barına  gətirilən  on  min  tonlarla  kənar  üzvi  mad-
dələr  bakterioplanktonun sıçrayış  xarakterli  vege-
tasiyasına səbəb olur. Su anbarının giriş hissəsin-
dən bəndə kimi 40 km-ə bərabər akvatoriyada sedi-
mentasiya tədricən azalır, perifiton mənşəli mikro-
biota su anbarı şəraitində daha da fəallaşır. Avto-
xton-aborigen mikrobiota ilə assosiativ münasibət-
fəaliyyət yaradan alloxton mikrobiota su anbarında 
hər  iki  mənşəli (kənar  və  hövzənin  özündə  sintez 
olunan)  üzvi  maddələrin  eliminasiyasını  artırır. 
Naxçıvan  su  anbarında  mikrobların  miqdarı,  qış 
fəslində nisbətən azalsa da, bütün ilboyu tempera-
tur amilinə uyğun gəlmir və yüksəkdir (cədvəl 1).  
Cədvəl 1 
Naxçıvan su anbarında suyun temperaturu (t°C) və mikrobların ümumi sayının fəsillər üzrə 
dəyişməsi (mln/ml) 
Stansiya 
Qış (ll) 
Yaz (lV) 
Yay (Vlll) 
Payız (X) 
t°C 
müs.

t°C 
müs. 
t°C 
müs. 
t°C 
müs. 

3,0 
26,0 
6,4 
24,0 
28,0 
36,0 
12,4 
24,0 

3,6 
15,0 
7,2 
21,0 
29,0 
34,3 
13,0 
23,6 

4,0 
14,0 
8,6 
22,0 
30,0 
31,6 
13,6 
22,0 

3,3 
13,6 
9,1 
19,0 
31,Ə0 
26,8 
13,7 
19,8 

4,1 
14,8 
9,0 
19,3 
29,6 
28,3 
14,0 
18,6 
Orta 
3,6 
14,4 
8,0 
20,2 
29,4 
30,8 
13,3 
21,4 
Qeyd: müs.
1
 – mikrobların ümumi sayı
.
 
Cədvəl 2 
Naxçıvan su anbarında saprofit bakteriyaların suda (min/ml) və lil-qruntda (mln/q) miqdarı 
 
Stansiya 
Qış 
Yaz 
Yay 
Payız 
suda 
lil-qruntda 
suda 
lil-qruntda 
suda 
lil-qruntda 
suda 
lil-qruntda 

21,0 
2,4 
30,0 
3,4 
38,0 
5,3 
23,0 
5,5 

19,0 
2,0 
28,0 
4,2 
39,0 
6,3 
24,0 
6,2 

18,0 
2,4 
28,0 
3,6 
39,0 
4,2 
18,0 
5,7 

16,0 
3,2 
27,0 
4,4 
41,0 
4,0 
19,0 
4,8 

15,0 
3,3 
26,0 
4,6 
43,0 
4,1 
21,0 
5,1 
Orta 
18,0 
2,7 
24,4 
4,0 
40,6 
4,8 
16,6 
5,5 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə