Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə7/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   2   3   4   5   6   7   8   9   10   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
12                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Əvvəllər onların sayı kənd ərazisində və qonşu 
sahələrdə daha çox olmuşdur. Bu ağacları keçmiş-
də  burada  yayılan  meşələrin  "şahidləri"  hesab  et-
mək olar. 
 
Qeyd  etmək  lazımdır  ki,  hazırda  Qarabağ  və 
Mil düzlərinin müxtəlif yerlərində çoxlu qocaman 
çinar, palıd, saqqızağac, dağdağan və qovaq ağac-
larına rast gəlinir. Bu, vaxtilə bu düzlərdə meşənin 
geniş yayılmasını göstərir. 
1.3. "Dilənçilər" palıdlığı  
Bərdə rayonunun Dilənçilər kəndi yanında pa-
lıd meşəsi bitir (cədvəl 1., təc. sah. S-4). Sahəsi 60 
hektara qədərdir. Tərkibinə tək-tək qarağac da qa-
rışır. 120-150 yaşı vardır. Meşəliyin doluluğu müx-
təlif olub 03-05 təşkil edir, doluluq bəzən seyrək-
liyə qədər (0,2) enir. Seyrək ağaclıqda və talalarda 
sıx,  bəzən  keçilməz  kolluqlar  (yemişan,  itburnu, 
böyürtkan,  kol  şəklini  almış  qarağac)  əmələ  gəl-
mişdir. Ot örtüyü efemer və efemeroidlərdən ibarət 
olub  qurumuşdur.    Meşəliyin  yanında  Laçın  və 
Kəlbəcərdən gələn qaçqınlar məskunlaşıb. Onların 
və  kənd  əhalisinin  mal-qarası  daima  meşəliyin 
içindədir. Onların təsiri nəticəsində təbii meşəbər-
pası, kollar zədələnir, məhv edilir, meşənin gələcək 
nəsli kəsilir. 
1.4. Sultanbud meşəsində palıd ağaclıqları 
Azərbaycanda  ən  böyük  sahədə  palıd-saqqız-
ağac  meşəliyi  Sultanbud  sahəsində  yayılmışdır. 
Burada uzunsaplaq palıd (aran palıdı) saqqızağacla 
qarışıq  meşəlik  yaradır,  ona  bəzən  sırf  ağaclıqlar 
şəklində də rast gəlinir, tərkibə qarağac da qarışır. 
 
Cədvəl 1 
Palıd meşələrinin xarakteristikası 
Təcrübə 
sahəsi 
 
Bitki örtüyünün 
tipi 
 
Yerləşdiyi mövqe 
 
Ağac və kol bitkiləri 
 
Ot örtüyü 
Yaxşılaşdırma və 
ya bərpaolunma 
tədbirləri 
S-1 
24.08.2015 
Dövlət meşə 
zolağı (C
2-1

Ağcabədi rayonu, 
Kəbirli kəndinin 
yanı 
8P 2S (70); dol. 03-
06 P: h=12-14 m, 
d=14-32 sm S: h=6-8 
m, d=12-16 (28) sm 
Efemerlər 
quruyub, 
dəvətikanı 
Meşə zolağının 
ətrafı 
hasarlanmalı, 
vegetasiya 
dövründə 2-3 dəfə 
suvarılmalı 
S-2 
25.08.2015 
Tək-tək, qrup 
halında (C
2

Ağcabədi rayonu 
Göyük kəndinin 
həyətyanı 
sahəsində 
5 ədəd palıd, 4 ədəd 
saqqızağac. P: h=16-
20 m, d=60-100 sm 
Meyvə bağı 
Mühafizə 
olunmalı 
S-4 
25.08.2015 
Müxtəlifkollu 
pozulmuş palıdlıq 
(C
2-1

Bərdə rayonu, 
Dilənçilər 
kəndinin yanı (9 
ha) 
10 P + Qarağac (150-
200) doluluq 02-05, 
h=18-24 m, d=60-120 
sm, yemişan, itburnu, 
böyürtkan, qarağac 
Efemerlər 
quruyub 
Meşəliyin ətrafı 
hasarlanmalı, 
seyrəkliklərdə 
meşəbərpa işləri 
S-6 
25.08.2015 
Güclü pozulmuş 
palıdlıq (C
1

Bərdə rayonu, 
Sultanbudun 
"Çullu" sahəsi 
10 P (150-200) dol. 
02-04 
Efemerlər 
quruyub 
 
"____" 
S-8 
26.08.2015 
Güclü pozulmuş 
palıdlıq 
Bərdə rayonu, 
"Xan meşəsi" 
10 P (160-200) + 
qarağac, saqqızağac, 
dağdağan, yemişan 
Kollar, ot 
örtüyü məhv 
edilmiş, 
"ləkələr"ha-
lında sıx 
gəndəlaşlıq 
 
"____" 
S-5 
25.08.2015 
Şabalıdyarpaq 
palıd əkini 
Bərdə rayonu, 
Sultanbudun 
"Çullu" sahəsi 
10 P (35-40) h=18-20 
m, d=18-32 (52) sm 
 
____ 
Vegetasiya 
dövründə 2-3 dəfə 
suvarılmalı 
 
Şəkil 2. Ağcabədi rayonu Göyük kəndində 
meşənin "şahidi" qocaman palıd ağacları
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 13 
 
Cədvəl  2 
Saqqızağac meşələrinin xarakteristikası 
Təcrübə 
sahəsi 
Bitki örtüyünün 
tipi 
Yerləşdiyi 
mövqe 
Ağac və kol 
bitkiləri 
Ot örtüyü 
Yaxşılaşdırma və 
ya bərpaolunma 
tədbirləri 
S-3 
25.08.2015 
Pozulmuş 
qaratikanlı saqqızlıq 
(C
1
, C
1-2

Bərdə rayonu, 
Şatırlı kəndinin 
yanı 
10 S (60-100) 
dol. 03-05, h=6-8 
m, d=18-32 sm, 
qaratikan (5), 
yemişan, nar 
Qanqal, kasnı, 
çayır, efemerlər 
quruyub 
Ətrafı 
hasarlanmalı, 
təbii bərpaya 
köməklik 
S-7 
26.08.2015 
Pozulmuş 
müxtəlifyaşlı qara-
tikanlı-yovşanlı 
saqqızlıq (C
1

Bərdə rayonu, 
Sultanbud 
meşəsinin 
"Çullu" sahəsi 
10 S (80-150) 
dol. 04-05, h=10-
13 m, d=60-80 
sm, qaratikan (5), 
nar, yemişan 
Yovşan (5), dəvə 
-tikanı, 
boymadərən, 
qanqal, çayır, 
efemerlər 
quruyub 
 
"____" 
 
 
Şəkil 3. Sultanbudun "Çullu" sahəsində palıd 
ağaclığı 
Uzunmüddətli antropogen amillərin təsiri nəti-
cəsində  çox  yerdə  meşənin  doluluğu  aşağı  düşür, 
bəzən  seyrəkliyə  çevrilir.  Belə  ağaclığı  Sultanbu-
dun "Çullu" sahəsində qeydə aldıq (cədvəl 1, təcr. 
sah. S-6). Burada ağaclar müxtəlifyaşlı (150-200) 
olub boyları 16-18 m, döş bərabərində diametrləri 
60-100 sm arasında dəyişir. Sahədə mal-qara ota-
rıldığından  meşənin  təbii  bərpası  müşahidə  olun-
mur.  
1.5. "Xan" meşəsi 
Xan  meşəsi  Tərtərçayın  sağ  sahilində  Bərdə 
Meşə mühafizə və bərpası müəssisəsinə bitişik əra-
zidə 62 hektar sahədə qalmışdır. Vaxtilə bu meşə-
lik Bərdə şəhəri ətrafında daha geniş ərazidə yayı-
laraq xanın və onun yaxınlarının istirahət və ov yeri 
olmuşdur. Bu meşələrdə çoxlu qırqovul, kəklik, tu-
rac məskən salmışdır. 
Xan  meşəsinin  bir  hissəsində  ağaclığın  tərki-
bində saqqızağaca (10P, 9S), tək-tək qarağaca, adi 
qoza, dağdağana təsadüf olunur. Hazırda sahədə il-
boyu Lək kəndinin, Şuşa, Laçın, Ağdam sakinləri-
nin mal-qarası otarılır. İntensiv antropogen təsirlər, 
xüsusilə intensiv otarma nəticəsində meşəlik sey-
rəlir, meşəaltı kollar, təbii meşə bərpası, ot örtüyü 
tamamilə  məhv  edilmiş,  yalnız  ləkələr  şəklində 
mal-qara tərəfindən yeyilməyən gəndalaşlıq əmələ 
gəlmişdir (şəkil 4). 
 
Şəkil 4. Xan meşəsi (palıdlığı), Bərdə şəhərinin 
cənubu 
Xan  meşəsini  qoruyub  saxlamaq  üçün  ətrafı 
hasarlanmalı, meşəçilik tədbirləri yerinə yetirilərək 
təbii  meşəbərpaya  köməklik  göstərməli,  əhalinin 
istirahəti üçün xüsusi giriş qapıları qoyulmalıdır.  
2. Saqqızağac meşəlikləri 
Saqqızağac (Pistasia mutica Fisch) püstə cinsi-
nin Azərbaycanda yabanı halda yayılan növü olub, 
üçüncü dövrün ən qiymətli relikt ağaclarından bi-
ridir. 
Respublikamızda saqqızağac meşəlikləri az sa-
hə tutsa da, onun coğrafi arealı genişdir. Kiçik sa-
hələr və topa şəklində saqqızağac şaquli istiqamət-
də dəniz səviyyəsindən 50 m-dən başlayaraq 1200 
m və daha yüksəyə qalxır. Ona Böyük  Qafqazda – 
Şabran  rayonunda,  Bozqır  yaylada,  Qobustanda, 
Kiçik Qafqazda – Qubadlı və Laçın rayonlarında, 
Naxçıvan MR-də, Qarabağda, Kür qırağında, Ellər 
oyuğunda eldar şamı sahəsində rast gəlinir. 
2.1. Sultanbud saqqızağac meşəsi 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə