Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə3/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   2   3   4   5   6   7   8   9   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 5 
 
vərliyində müsbət rol oynadı. Akademikin "Həyə-
can təbili"nin ikinci, təkmil nəşri (1982) bu gün də 
müsbət mənada öz təsir gücünü saxlayır. Azərbay-
can  xalqının  ekoloji  maariflənməsində  yaradıcısı 
Həsən  müəllim  olan  və  1975-ci  ildən  nəşrə  baş-
layan  "Azərbaycan təbiəti" jurnalı da  mühüm rol 
oynamışdur. 
Şair Bəxtiyar Vahabzadə öz xatirələrində yaz-
mışdır: “Bu gün məndən Həsən müəllimin insani 
xarakterini  səciyyələndirməyi  soruşsalar,  bircə 
cümlə  deyərdim:  O,  Azərbaycan  üçün  yanan  bir 
vətəndaş  idi.  Buna  görə  də  onun  alimliyi  vətən-
daşlığından doğurdu.”  
Məmməd  Araz  isə  yazırdı:  “Bəzən  adama  elə 
gəlirdi ki, Azərbaycan təbiətində hər şeyi o öz əlləri 
ilə yerbəyer etmişdi; Sultanbud meşəsini də, Eldar 
şamı  qoruğunu  da,  respublikanın  neçə  rayonunda 
yaşı mini adlamış neçə çinarın, Naxçıvan-Şərur yo-
lunda qalmış yeganə narbəndin də “müəllifi” onun 
özüdür.”  
Həsən  müəllim  ömrü  boyu  öz  tədqiqatları  ilə 
xalqımızın güzəranının yaxşılaşmasına kömək gös-
tərməyə çalışmışdır. O, Azərbaycanın Qonaqkənd 
rayonunda  maldarlıq  təsərrüfatlarının  bərpa  edil-
məsi,  Şamaxı  —  Xaldan  —  Quba  istiqamətində 
karvan  yolu  boyunca  avtomobil  yolunun  inşası, 
Qanıx  –  Əyriçay  vadisindən  Bakıya  su  çəkilməsi 
üçün  yuxarı  təşkilatlara  müraciətlər  edirdi.  Yar-
dımlı rayonunun iqlim və torpaq örtüyünü tədqiq 
etmiş, sonra orada kənd təsərrüfatının yeni istiqa-
mətinin — üzümçülüyün inkişafı üçün xüsusi təq-
dimat yazmış və buna nail də olmuşdur. 
Bu kiçik məqaləni yazarkən arxivimdə saralmış 
vərəqlərin  arasından  əlimə  bir  sənəd  keçdi.  Çox 
maraqlıdır,  bu,  keçən  əsrin  60-cı  illərində  Həsən 
müəllimin  Azərbaycan  KP  Mərkəzi  Komitəsinin 
plenumunda etdiyi məruzə idi.  Nə qədər cəsarət və 
vətəndaşlıq var bu məruzədə! Partiyanın qılıncının 
dalı da, qabağı da kəsdiyi bir dövrdə çəkinmədən 
Ermənistanı  və  Gürcüstanı  Kür  və  Araz  çaylarını 
çirkləndirdiklərinə  görə  tənqid  atəşinə  tutur  və 
onları  əməli  tədbirlər  görməyə  çağırır.  Məruzədə 
Azərbaycan ərazisi də yaddan çıxmır, ətraf mühiti 
çirkləndirən müəssisələr adbaad çəkilir, adları çə-
kilən müəssisə rəhbərlərinin məsuliyyət daşıdıqları 
vurğulanır.  Kür  çayı  boyu  tuqay  meşələrini  qır-
maqla pambıq tarlalarının sahəsini artırmaq istəyən 
raykom  katibləri  ilə  Həsən  müəllimin  mübarizəsi 
ictimaiyyət  arasında  böyük  əks-səda  yaratmışdı. 
Əgər Həsən bəy Zərdabi meşəni meşəbəylərindən 
qorumağa çağırırdısa, Həsən Əliyev də təbiəti mü-
hafizədə dünyagörüşü dar olan məmurlarla mübari-
zəyə çağırırdı.  
Həsən müəllimin həyatı təbiətlə təmasda məna 
tapırdı.  O,  respublikamızın  hər  bir  guşəsinə  vur-
ğunluqla baxır, onlardan mənəvi zövq alırdı. Nax-
çıvanda  İlanlıdağ,  Dəvəçidə  Çıraqqala  (Qalaaltı), 
Qubada Təngə dərəsi, Şamaxıda Pirqulu və Mey-
səri dərəsi, Gəncədə Göygöl, Abşeronda Nardaran, 
Qəbələnin  qaraçöhrəsi,  Şərurun  narbənd  ağacı, 
Şollar düzünün meşələri, Yevlaxın tuqay meşəsi... 
onun ürəkdən sevdiyi, bağlandığı yerlər idi.  
Həsən müəllimin Azərbaycan Təbiəti Mühafizə 
Cəmiyyətində  sədrlik  fəaliyyətini  də  xüsusi  qeyd 
etmək istərdim. Təbii ki,  Azərbaycanda o zaman 
bu qeyri-dövlət təşkilatı ilə yanaşı, dövlət qurumu, 
yəni hökumətin strukturu kimi Ekologiya Komitəsi 
də fəaliyyət göstərirdi. Maraqlı odur ki, bölgələrdə 
dövlət qurumundan daha çox Azərbaycan Təbiəti 
Mühafizə Cəmiyyətini tanıyır, bu cəmiyyətin çağı-
rışlarına əməl edirdilər. Vətəndaşlar bu cəmiyyətin 
üzvü olmaqdan fəxr duyurdular. Bunun dönə-dönə 
şahidi olmuşam. Fikirləşirəm ki, Həsən müəllimin 
xalqın belə yüksək inamını necə qazandığını izah 
etməyə  ehtiyac  yoxdur.  Sadə  şəkildə  desək,  bu, 
onun sözü ilə əməlinin vəhdət təşkil etməsinin nə-
ticəsi idi.   
Ernest  Rezerford  atomun  strukturundan  danı-
şanda qulaq asanlara elə gəlirdiki ki, o, elektronu, 
protonu, neytronu və nüvəni  bir-bir barmaqları ilə 
tutur.  Həsən  müəllim  də  təbiəti  mühafizədən  o 
qədər məhəbbət və ürəkyanğısı ilə danışırdı ki, is-
tər-istəməz  dinləyicidə  maraq  oyanar,  yaxşı  mə-
nada ekoloq “xəstəliyinə” tutulardı. O, təkcə Azər-
baycanda  deyil,  beynəlxalq  simpozium  və  kon-
franslarda da bu həvəslə çıxış edərdi. O yaxşı başa 
düşürdü ki, Azərbaycanı tanıtdırmaq üçün beynəl-
xalq aləmə  çıxmaq  lazımdır  və  bu  missiyanı  hələ 
keçən əsrdə yorulmadan, həvəslə yerinə yetirirdi.   
Həsən müəllim həm də bacarıqlı ekoloq-fotoq-
raf idi. O, Azərbaycan təbiətinin əvəzsiz guşələri-
nin  fotoşəklini  çəkməkdən,  slayd  yaratmaqdan, 
sonra da onları əhaliyə çatdırmaqdan sonsuz zövq 
alar, sevinc hissi keçirərdi. Həsən Əliyev ömrünün 
ən  bəhrəli  çağlarını  məhəbbət  və  hörmət  yarpaq-
larına bükərək hissə-hissə, parça-parça xalqa bəxş 
edirdi. Bu azman insan çəkdiyi alim əməyindən və 
zəngin  elmi  tədqiqat  isindən  danışanda  deyərdi: 
"Mən  xalqıma  çox  borclu  olduğumdan  borcumu 
ödəyirəm". 
Həsən  müəllim  özünün  pedağoji  fəaliyyəti  ilə 
də  fərqlənmiş,  APİ  və  ADU-da  mühazirələr  oxu-
muş,  35-dən  çox  namizədlik  və  doktorluq  disser-
tasiyasıının elmi rəhbəri olmuşdur.  
Professor Həsən Əliyev bir insan kimi səmimi, 
mehribah,  sadə,  qayğıkeş,  ədalətli, sözünü  deyən, 
yetim atası - fağır dayağı idi, kadrlara qayğı gös-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə