Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə4/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   2   3   4   5   6   7   8   9   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
6                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
tərirdi, elmi işçilərin qədrini bilirdi. O, Azərbayca-
nı qarış-qarış gəzmişdi, vətənini çox yaxşı tanıyır-
dı, sevirdi. Hansı bölgədən, kənddən söhbət getsə, 
oranın təbiəti, əhalisi, adət-ənənəsi və el ağsaqqalı 
haqqında  məlumat  verər  və  o  yerə  tədqiqat  apar-
maq məqsədilə gedən elmi işçiyə həmin ağsaqqala 
mütləq baş çəkməyi məsləhət görərdi. Bir sözlə, o, 
təpədən dırnağa Azərbaycansevər bir şəxsiyyət idi. 
Hara getsə, samovarını da özü ilə aparardı. Böyük 
Qafqazın  şərq  yamacında  institutumuzun  Pirqulu 
Coğrafi Stasionarında ondan yadigar qalmış samo-
vara  hərdən  köz  atıb  zümzüməsinə  qulaq  asa-asa 
onu tanıyan yerli əhali ilə Həsən müəllimi yad edir, 
onunla bağlı xatirələrimizi bölüşürük.  
Həsən müəllimin gərgin və səmərəli əməyi döv-
lət və xalq tərəfindən layiqincə qiymətləndirilmiş-
dir. Onun təltiflərindən bir neçəsinin adını çəkmək 
istərdim:  SSRİ  Xalq  Təsərrüfatı  Nailiyyətlərinin 
Gümüş  medalı, SSSR EA-nın Vavilov adına me-
dalı, “Şərəf nişanı”, Qırmızı Əmək Bayrağı və Le-
nin  ordenləri,  Dövlət  mükafatı  və  s.  Bu  siyahını 
xeyli uzatmaq da olar.  
Akademik Həsən Əliyevin sadəliyi, mənəvi saf-
lığı, aydın təfəkkürü, geniş dünyagörüşü, xalq ara-
sında  nüfuzu  ona  əsrlərlə  yaşı  olacaq  mənəvi  bir 
ömür qazandırmışdır. "Həyəcan təbili" əsəri isə bu 
azman  insanın  vicdan  səsi,  hələ  sağlığındaykən 
özünə ucaltdığı heykəlidi. 
Qəbri nurla dolsun! 
 
 
Akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun direktoru, 
akademik Ramiz Məmmədov. 
 
 
 
 
ZƏKALAR KƏHKƏŞANINDA 
(Poemadan bir parça) 
 
Dünya şöhrəti alim, müdrik el ağsaqqalı, akademik HƏSƏN 
ƏLİYEVİN anadan olmasının 110 illiyinə ithaf edirəm. 
 
Əzəldən bağlandın ana torpağa! 
Gücünü, əzmini sən ondan aldın, 
İşıqlı zəkanla göyə ucaldın. 
Kamalın bir güclü məşələ döndü, 
Elmin ziyasilə nura büründü! 
Əzminlə gecəni gündüzə qatdın, 
Yorulmaq bilmədən yazdın, yaratdın. 
Güclü yansın deyə elmin çırağı, 
Şam kimi əridi qəlbinin yağı! 
Açıldı üzünə səhərin danı, 
Gəzdin qarış-qarış AZƏRBAYCANI! 
*** 
Bir ağac, bir çiçək, bir gül solanda
Könlünü qəm-qüssə alardı onda. 
Təkcə təbiətə sən baş əyərdin, 
Torpağın dərdini tez dinləyərdin. 
Başından aşsa da min cürə dərdin, 
Loğmantək torpağa əlac edərdin! 
*** 
Həyat məktəbiydi sənin varlığın, 
Alim müdrikliyin, işgüzarlığın! 
İşində göstərdin sədaqətini, 
Vətənə hüdudsuz məhəbbətini. 
Sənintək alimə min dəfə əhsən
Hər yerdə, hər zaman ürəklərdəsən! 
Bu gün də köklənən elin tarısan, 
Sən ana yurdumun iftixarısan! 
Sənin də ulduzun hər bir anında, 
PARLAYIR ZƏKALAR KƏHKƏŞANINDA! 
 
 
 
 
 
 
 
Əjdar Qiyasli 
iqtisadçı-alim, şair. 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 7 
 
FİZİKİ COĞRAFİYA
 
© H.L.Nəbiyev, M.K.Rəhimov, Y.C.Hadıyev
 
NAXÇIVAN MR-DƏ MÜTLƏQ MAKSİMUM TEMPERATURLARIN MÜXTƏLİF 
TƏMİNATLARININ PAYLANMA QANUNAUYĞUNLUQLARI 
H.L.Nəbiyev, M.K.Rəhimov, Y.C.Hadıyev 
AMEA akad.H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr.,115 
Məqalədə Naxçıvan MR-də mütləq maksimum temperaturların aylar üzrə təkrarlanması tədqiq 
olunmuş, onların müxtəlif təminatları hesablanılmış, 20 və 80%-lik təminatlı temperaturların pay-
lanma  xəritələri tərtib edilmiş, bu temperaturların atmosfer  sirkulyasiyası tipləri ilə əlaqələri  mü-
əyyənləşdirilmişdir

İqlimşünaslıqda,  xüsusilə  aqroiqlimşünaslıqda 
havanın mütləq maksimum temperaturlarının düz-
gün nəzərə alınması çox vacibdir. Çünki hətta rütu-
bətin norma daxilində olduğu hallarda belə, həddən 
yuxarı yüksək temperaturlar insanların həyat və tə-
sərrüfat  fəaliyyətinə  mənfi  təsir  göstərir,  kənd  tə-
sərrüfatı bitkilərinin inkişafına zərər vurur, onların 
məhsuldarlığının kəskin azalmasına  gətirib çıxarır. 
Bu səbəbdən də mütləq maksimum temperaturların 
müxtəlif  təminatlarının  paylanma  qanunauyğun-
luqlarının və onların Şimal Yarımkürəsinin I sinop-
tik rayonu üzərində baş verən atmosfer prosesləri 
ilə əlaqəsinin müəyyən edilməsi böyük elmi və təc-
rübi  əhəmiyyət  daşıyır.  Respublikamızda  bir  çox 
meteoroloji  elementlərin  müxtəlif  təminatlarının 
hesablanması  və  xəritələşdirilməsi  Ə.M.Şıxlinski 
[6], Ə.C.Əyyubov [7], V.A.Nadirov [1], H.L.Nəbi-
yev [2] və b. tərəfindən həyata keçirilmişdir. Lakin 
son illərdəki iqlim dəyişmələri fonunda ayrı-ayrı il-
lərdə  müşahidə  edilən  mütləq  maksimum  tempe-
raturların təminatları,  təkrarlanma ehtimalları, on-
ların yaranma səbəbləri, demək olar ki, öyrənilmə-
miş  qalmışdır.  Bu  məqsədlə  göstərilən  problemi 
həll etmək üçün tədqiqat aparılan ərazidə yerləşən 
5  meteoroloji  məntəqənin  (Ordubad,  Naxçıvan, 
Culfa, Şərur, Şahbuz) mütləq maksimum tempera-
turları və B.L.Dzerdzeyevskinin [4] təsnifatındakı 
sirkulyasiya  tipləri  haqqında  çoxillik  məlumat-
lardan istifadə edilmişdir (1960-2015-ci illər). 
Təhlil  nəticəsində  müəyyən  olundu  ki,  muxtar 
respublikanın ərazisində mütləq maksimum tempe-
raturlar əsasən iyul-avqust aylarında, nadir hallarda 
isə  iyun, sentyabr aylarında müşahidə edilir. Şah-
buz məntəqəsi müstəsnalıq təşkil edir, yəni burada 
iyun, sentyabr aylarında mütləq maksimum tempe-
raturlar müşahidə edilmir (cədvəl 1). 
Tədqiq  olunan  dövr  ərzində  ən  yüksək  maksi-
mal  temperatur  2000-ci  ildə    Culfa  məntəqəsində 
müşahidə  edilmişdir  (46
0
C).  Bu  kəmiyyət  nəinki 
Naxçıvan MR, həm də bütün Azərbaycan Respub-
likası üçün ən yuxarı göstəricidir. Culfa məntəqə-
sində  mütləq  maksimum  temperaturların  minimal 
kəmiyyəti 1985-ci ildə müşahidə edilmiş (34.3
0
C), 
bütün hadisələrin 7%-də isə, yəni 4 ildə temperatur 
göstəriciləri  39
0
C-dən  aşağı  olmuşdur.  Ordubad 
məntəqəsində bu göstəricilər müvafiq olaraq 45
0

(2000-ci  il)  və  31.9
0
C  (1985-ci  il),  Naxçıvanda 
43.5
0
C (1998-ci il) və 36
0
C (1967-ci il), Şahbuzda 
41
0
C (1998-ci il) və 31.9
0
C (1985-ci il), Şərurda isə  
42.4
0
C (1973-cü il) və 34.1
0
C (1985-ci il) təşkil et-
mişdir. 1960-2015-ci illər ərzində orta mütləq mak-
simum temperaturlar Culfada 41,6
0
C, Naxçıvanda 
40,3
0
C,  Şərurda  39,8
0
C,  Ordubadda  39.7
0
C,  Şah-
buzda isə 37,7
0
C olmuşdur. 
Cədvəl 1 
Naxçıvan MR-də mütləq maksimum 
temperaturların təkrarlanması, %-lə 
Məntəqələr 
Aylar 
İyun  İyul  Avqust  Sentyabr 
Ordubad 

44 
46 

Naxçıvan 

54 
38 

Culfa 

39 
49 

Şahbuz 

50 
50 

Şərur 

50 
40 

Naxçıvan  MR-də  mütləq  maksimum  tempera-
turların təminat  faizlərini müəyyən etmək üçün on-
ların  ortaçoxillik  qiymətləri  hesablanmış  və  bu 
meteoroloji ünsürlərin məntəqələr üzrə azalan sıra 
ilə  düzülüşü  həyata  keçirilmişdir.  Daha  sonra uy-
ğun sıra  və ümumi müşahidə illərinin sayına görə 
təminat  faizlərinin  kəmiyyətləri  simmetrik  və 
asimmetrik meteoroloji hadisələr üçün daha yararlı 
olan  Ceqodayev  [3]  düsturu  ilə  hesablanılmışdır. 
Mütləq maksimum temperaturların böyük qiymət-
lərinə daha kiçik və ya əksinə, kiçik qiymətlərinə 
isə daha böyük təminat faizləri uyğun gəlir. Hər bir 
məntəqə üçün inteqral əyriləri qurulmuş və onlar-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə