Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə14/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
26                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
© E.V.Muradlı 
PALİNOLOJİ  MƏLUMATLAR ƏSASINDA İQLİMİN KƏMİYYƏT GÖSTƏRİCİLƏRİNİN 
TƏYİNİ 
E.V.Muradlı 
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr., 115 
eldar_tc@mail.ru 
Palinoloji tədqiqatlara əsasən paleoiqlimin kəmiyyət göstəricisini təyin etmək üçün hesablama 
aparılması  metodu  Excell  proqramında  təklif  edilmişdir.  Bu  üsul  ayrı-ayrı  bitkilərin  spor-tozcuq 
spektrində  temperaturun  mümkün  sərhədlərinin  rolunu  nəzərə  alan  riyazi-statistikaya  əsaslanır. 
Paleoiqlimin  kəmiyyət  göstəricilərinin  müqayisəli analizi V.A.Klimanovun areoloqram  və riyazi-
statistik metodu ilə oxşarlığın olduğunu göstərdi. Hər üç üsul üçün ən yüksək korrelyasiya orta iyul, 
sonra orta yanvar temperatur göstəriciləri arasında müşahidə olunur. Bu hesablamalar paleoiqlimin 
rekonstruksiyası məsələsində istifadə oluna bilər. 
Giriş. İqlim  haqqında  prognozlar vermək üçün 
paleoiqlimin  müəyyənləşdirilməsi  vacib  şərtdir. 
Bu prosesdə paleoiqlimin yenidən bərpası və əsas 
göstəricilər üzrə onun koordinatlarının dəqiqləşdi-
rilməsi  mühüm  mərhələdir.  Başqa  sözlə,  paleoiq-
limin  göstəricilərini  müəyyən  etmədən  gələcəyin 
iqlimi haqqında proqnoz vermək çətin olardı. İyul, 
yanvar  və  ortaillik  temperaturları,  həmçinin  illik 
yağıntıların miqdarı iqlimin əsas kəmiyyət göstəri-
ciləridir.  İqlimin  kəmiyyət  göstəricilərinin  təyin 
edilməsində    ətraf  mühitin  dəyişkənliyinə  daha 
həssas  reaksiya  göstərən  bitkilər  olduğundan  on-
ların spor-tozcuqlarından istifadə olunur. 
Paleoiqlim bərpasının müxtəlif səviyyədə düz-
gün və dəqiq olması faktiki materialların həcmin-
dən və istifadə olunan materiallardan asılıdır. Riya-
zi əlaqə əsasında tədqiqatlar aparılmış və müxtəlif 
təkliflər 
verilmişdir. 
Belə 
tədqiqatçılardan 
V.A.Klimanovun  spor-tozcuq  spektrlərin  landşaft 
zonaları və iqlim göstəricilərinin informasiya-sta-
tistik üsulu göstərir ki, daha sıx əlaqə orta iyul tem-
peraturlaru  ilə  bağlıdır.  Burada  əlaqə  əmsalı  iyul 
ayı  üçün   K=0,299,  ortaillik  K=0,198  və    yanvar 
ayının orta temperaturu üçün daha aşağı K=0,130 
kimi qeyd edilmişdir [2,3].    
Tədqiqat  obyekti.  Bu  üsul  Erkən  və  Orta 
Pleystoseni əhatə edən Mişovdağ  kəsilişinin spor-
tozcuq spektr tərkibinə əsasən iqlimin  əsas  göstə-
ricilərinin təyin olunması üçün istifadə olunmuşdur 
[1,4,5]. Buna paralel olaraq iqlimin həmin kəsilişin 
kəmiyyət göstəriciləri riyazi-statistik üsulla ilk də-
fə  olaraq bizim tərəfimizdən təyin edilmişdir. 
Tədqiqat metodu. Tədqiqat işinin məqsədi qı-
sa vaxt ərzində iqlim elementlərinin yeni metodla 
və  Excel proqramı vasitəsilə hesablanmasının hə-
yata  keçirilməsidir.  Bizim  təklif  etdiyimiz  üsulda 
ərazilərdən  götürülmüş  kəsiliş  nümunələrindən 
əldə olunmuş bitkilərə aid spor və tozcuqların miq-
darı  paleoiqlimin təyini üçün əsas şərt sayılır. Mü-
əyyən  geoloji  dövr  ərzində  hər  bir  bitki  özünün, 
dəyişməyən spor və tozcuqlarının daşıyıcısıdır,  ey-
ni şəraitdə formalaşır  və vegetasiya dövrünü başa 
vurur. Spor tozcuqların miqdarı isə burada həmin 
bitki növünün geoloji keçmişdə mövcud olması və 
yayılma intensivliyini müəyyənləşdirən amillərdən 
biri sayılır.  
 
Cədvəl 1 
Mişovdağ kəsilişinin iqlim parametlərinin yenidən qurulması (nümunə 9) 
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 27 
 
İqlimin əsas göstəricilərindən sayılan yağıntı və 
temperatur  kəmiyyətlərinin  hesablanma  qaydasını 
Mişovdağ kəsilişindən götürülmüş nümunələr əsa-
sında işləyib (Microsoft Excel proqramı ilə) aşağı-
dakı cədvəldə vermişik. Həmin kəsilişdən götürül-
müş dörd nümunə əsasında (nümunə 9, 20, 23, 26) 
əldə edilmiş bitkiləri, onların formalaşa biləcəkləri 
temperatur və yağıntı şəraitlərini ətraflı olaraq aşa-
ğıda təhlil edəcəyik. 
Pleystosenin  Bakı  əsrinə  aid  Mişovdağ  kəsili-
şindəki 9 №-li nümunədən aşkar edilmiş bitki spor-
tozcuqların  miqdarı  Pinus 48%,  Betula  24%,  Os-
trya 20% və Corylus 3% kimi müəyyən edilmişdir 
(cədvəl 1). Həmin nümunədə göstərilmiş bitki qru-
punun birlikdə hansı iqlim (temperatur və yağıntı) 
şəraitində 
formalaşmasını
 müəyyən etmişik. Bunun 
üçün əvvəlcə həmin qrup bitkilərinin  indiki iqlim 
şəraitində formalaşa biləcəkləri maksimum və mi-
nimum  temperatur  və  yağıntı  şəraitini  bilmək  va-
cibdir. Temperatur və yağıntı göstəriciləri  həmin 
bitkilərə müvafiq olaraq Excel proqramında işlənə-
rək cədvəl formatında aşağıda göstərilmişdir. Bit-
kilərin adları göstərilən sütundan solda qalan his-
sədə, yəni B4:N9 diapazonundakı rəqəmlər göstə-
rilən  qrupdakı  bitkilərin  müasir  dövrdə  formalaşa 
biləcəyi şəraitdir. Bitkilərin adları göstərilən sütun-
dan  sağda  qalan  ilk  sütunda  spor  və  tozcuqların 
(P6:P9) miqdarı bitkilərin adlarına müvafiq olaraq 
yazılmışdır. Spor və tozcuqların miqdarının göstə-
rildiyi sütundan sağda qalan diapazonda isə tempe-
raturlar, yağıntıların  miqdarı və bərpa kəmiyyətləri 
göstərilmişdir. 
Bərpa kəmiyyətlərinin  müəyyən edilməsi üçün 
müvafiq  olaraq  spor-tozcuqların  miqdarı  həmin 
bitkinin (bitkilərin) formalaşa biləcəyi temperatur-
la hasilindən əldə edilir. Məsələn, Q6 xanasındakı 
bərpa  kəmiyyəti  (Q6=C6∙P6)    Pinus  bitkisinə  aid 
olub  48∙(-30)=  -1440  kimi  müəyyən  edilmişdir. 
Eyni qayda ilə  (R6=E6∙P6) və ya 48∙14=672 hasi-
lindən alınır. Bu qayda ilə Q6:R9 diapazonundakı 
bütun kəmiyyətlərin hesablanması həyata keçirilir. 
Alınmış bərpa kəmiyyətlərinin cəmi sütunlar üzrə 
Q13 və R13 xanalarında yazılır. Həmin bərpa kə-
miyyətlərinin cəmi spor-tozcuqların miqdarının cə-
minə bölünməklə ( Q13:P13, R13:P13) S6 və U6 
xanalarında yanvar ayı üçün bitki qrupunun forma-
laşa biləcəkləri  temperatur intervalı müəyyən edi-
lir (-23,1 və +6
0
C). Alınmış bu interval üçün  orta 
temperatur  -8.55
0
C olduğu üçün həmin bitki qru-
punun formalaşa biləcəyi yanvar temperaturunu  -
9
0
C,  buradan  isə  yanvar  ayının  orta  temperaturu-
nun -8-(-10
0
C) intervalında olduğunu təyin edə bi-
lərik. 
Eyni  qayda  ilə  V6:W9  diapozonundakı  bərpa 
kəmiyyətlərini iyun ayı üçün də müəyyənləşdirmək 
olar.  Misal  üçün,  Betula  bitkisində  iyul  ayı  üçün 
bərpa  kəmiyyətləri  24∙12=288  və  24∙17=408 
olacaqdır.  Excel  proqramında  bu  kəmiyyətlərin 
alınması  P7∙F7=V7  və  P7∙H7=W7  kimi  həyata 
keçiriləcəkdir.  Bu  qayda  ilə  V6:W9  dia-
pazonundakı  bütün  bərpa  kəmiyyətləri  təyin  olu-
nur.  Bərpa  kəmiyyətlərini  müəyyənləşdirdikdən 
sonra, onların cəmi sütunlar üzrə aşağıda V13 və 
W13  xanalarında  qeyd  olunur.  Daha  sonra  bərpa 
kəmiyyətlərinin  cəmini  spor  və  tozcuqların  miq-
darına  bölməklə  iyul  ayı  üçün  bu  qrup  bitkilərin 
formalaşa biləcəkləri temperatur intervalları tapılır. 
Həmin interval V13:P13 və W13:P13 olacaqdır.  
Başqa sözlə, 1330:95=14,0o və 2001:95=21,2
o
 
temperatur  kəmiyyətlərini  alırıq.  Deməli,  iyul  ayı 
üçün həmin bitki qrupu +14,0 və +21,2
0
C tempe-
ratur intervalı şəraitində formalaşa biləcəkdir. Əgər 
orta  rəqəm  çıxarılsa  bu,  17,6
0
C  müəyyən  edilər. 
Yanvar  və  iyul  aylarının  temperaturları  müəyyən 
edildikdən  sonra  ortaillk  temperaturların  təyin 
olunması çətin deyil.  
Nümunə 9-da yağıntıların miqdarı da tempera-
tur göstəricilərinin təyin edilməsi qaydasında apa-
rılır. Lakin burada spor-tozcuqların miqdarının ya-
ğıntı kəmiyyətlərinə hasilindən bərpa kəmiyyətlə-
rini  müəyyənləşdirmək  olar.  Bərpa  kəmiyyətləri-
nin cəminin spor və tozcuqların ümumi miqdarına 
nisbətindən 498,9 və 1635,8 mm  yağıntı intervalı 
alınacaq. Həmin intervalın orta rəqəmi 1067,35 
mm
 
təşkil  edəcəkdir.  Bu  rəqəmi  yuvarlaqlaşdırsaq, 
1100 mm yağıntı kəmiyyəti alınar. Əgər yağıntını 
intervalla vermiş  olsaq, bu zaman 1000-1200 mm 
migdarında yağıntı kimi göstərmək olar.  
Pleystosenin Xəzər əsrinə aid Mişovdağ kəsili-
şindən götürülmüş 20 №-li nümunədən aşkar edil-
miş bitki spor-tozcuqların miqdarı  Pinus 8%, Be-
tula  30%, Alnus 13%, Quercus  21%,  Fagus 5%, 
Tilia  4%,  Carpinus  3%,  Ulmus  5%,  Corylus  4%,  
Celtis 3% kimi müəyyənləşdirilmişdir (cədvəl 2). 
Xəzər əsrinə aid olan 20 №-li nümunə Bakı əsrinə 
aid  nümunə  ilə  eyni  qaydada  hesablama  əməliy-
yatları  Excel  proqramı  vasitəsilə  aparılır.  Düstur 
eyni  olduğu  kimi  qalır,  lakin  bitkilərin  növ  tər-
kibinin çox olması sətirlərin sayının da çox olması 
ilə  nəticələnir.    Göründüyü  kimi,  bitki  növlər  və 
spor-tozcuqların miqdarının fərqli olması bərpa kə-
miyyətlərinin də qiymətlərində fərqlər yaradacaq-
dır. Spor-tozcuqların cəmi P53 xanasında 96 olaraq 
qeyd edilmişdir. Q53 və R53 xanalarında bərpa kə-
miyyətlərinin  yanvar  ayı  üçün  cəmləri  müvafiq 
olaraq -1960 və 323 kimi hesablanmışdır. V53 və 
W53  xanalarında  bərpa  kəmiyyətlərinin  iyul  ayı 
üçün  cəmləri  müvafiq  olaraq  1183  və  2356  kimi 
hesablanmışdır.  AD53  və  AE53  xanalarında  isə 
bərpa  kəmiyyətlərindən  ortaillik  yağıntı  miqdarı 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə