Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə10/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
18                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Cədvəldən  aydın  görünür  ki,  Naxçıvan  su  an-
barında suda mikrobların ümumi miqdarı il ərzində 
orta  hesabla  14-30  mln/ml  arasında  dəyişir.  Ən 
aşağı (3,6°C)  temperaturda suda mikrobların sayı 
4 mln/ml-ə çatır. Ən aşağı göstərici – başqa avto-
trof  su  anbarlarına  aid  olan  kəmiyyətin  yay  gös-
təricisindən də yüksəkdir [11; 8]. Bu da o deməkdir 
ki, Naxçıvan su anbarında mikrobların geniş yayıl-
ması, yüksək dərəcədə inkişafı ilboyu davam edir 
və onların vegetasiyası üzvi maddələrlə zənginliklə 
əlaqədardır.  
Naxçıvan  su  anbarının  dib  çöküntüləri  əsasən 
Araz çayının bərk axını (asılı maddələr) ilə əlaqə-
dardır. Bizim müşahidə apardığımız akvatoriyada 
sedimentasiya prosesi 1-ci və 2-ci stansiya-məntə-
qələr sahəsində daha intensiv gedir. 
Sahil dayazlıqlarında qruntun formalaşması çox 
zəifdir, çünki səviyyə rejiminin dəyişməsi, külək-
lərlə ləpələrin sahili yuması və yerli axın-cərəyan-
lar  kiçik  diametrli-ölçülü  alevritlərin  çökməsinə 
maneçilik törədir. Səciyyəvidir ki, dayaz yerlərdə 
lil-qrunt nisbətən bərkxassəli olmaqla detritlə zən-
gindir. Nisbətən dərin (15-17 m) sahələrdə dib çö-
küntüləri olduqca yumşaq konsistensiyalıdır. Ona 
görə  ehtimal  olunur  ki,  müsbət  oksigenlə  təmin 
olunma şəraitində zoobentos yaxşı inkişaf edir və 
bentofaq  hidrobiontların,  o  cümlədən  də  vətəgə 
əhəmiyyətli  balıqların  yem-qida  ilə  təminatı  qə-
naətbəxşdir.  Bu  ehtimal  həmin  sahələrdə  lil-
qruntda  mikrobların  yüksək  dərəcədə  çox  olması 
(4-6  mlrd/q)  ilə  də  əsaslanır.  S.İ.Kuznetsovun  [5; 
6] fikrinə istinad etməklə etiraf olunur ki, Naxçıvan 
su  anbarının  trofik  tipi-yönümünü,  hövzədə  üzvi 
maddələrin  kəmiyyət-keyfiyyətini,  mineralizasiya 
dərəcəsini  və  başqa  хüsusiyyətlərini  müəyyən  et-
məkdə  saprofit bakteriyalara aid  göstəricilər  daha 
inandırıcı sayılır (cədvəl 2).  
Cədvəl  2-dən  aydın  olur  ki,  hətta  qış  fəslində 
saprofit  bakteriyalar  suda  və  lil-qruntda,  orta  he-
sabla, 18 min/ml və 2,7 mln/q təşkil edir. Müqayisə 
üçün göstərmək olar ki, qış aylarında Naxçıvan su 
anbarında  saprofitlərin  miqdarı  Volqa  və  Dnepr 
çayları  məcrasında  yaradılan  silsiləli  su  anbarla-
rında  yayda  əldə edilən  göstəricilərdən  yüksəkdir 
[3]. Bundan başqa, keyfiyyət baxımından da Nax-
çıvan su anbarında saprofit bakteriyalar sporlu for-
maların ümumi saya nisbətinə görə də kəskin də-
rəcədə fərqlənir. 
Qeyd  etmək  lazımdır  ki, hələ keçən əsrin 40-
50-ci illərində S.İ.Kuznetsov [6] təcrübələrlə sübut 
etmişdir ki, su hövzələrində üzvi maddələrə ən həs-
sas olan məhz saprofit bakteriyalardır və substratın 
keyfiyyətindən, kimyəvi quruluşundan asılı olaraq 
kulturanın tərkibində sporəmələgətirən və sporsuz 
bakteriyalar sayca müxtəlif olur. Başqa sözlə, asan 
mənimsənilən, parçalanan və zülal xarakterli üzvi 
maddələr  olan  sularda  sporəmələgətirməyən  for-
malar sayca çoxluq təşkil edir, mineralizasiya tam
son  mərhələyə  kimi  getmir.  Bu  qanunauyğunluğa 
əsasən,  Naxçıvan  su  anbarında  su  və  lil-qruntda 
müəyyən  olunan  saprofit  bakteriyaların  87-91%-i 
sporsuz formalara aid edilmişdir. Bu fakt bir daha 
sübut edir ki, Naxçıvan su anbarına axan sular Er-
mənistan ərazisində kəskin dərəcədə üzvi çirklən-
məyə məruz vəziyyətdədir. Heç də təsadüfi deyil-
dir ki, yarandığı vaxtdan 45 il keçsə də, Naxçıvan 
su anbarında qaz-duz rejimləri, hidrobiontların in-
kişaf  qanunauyğunluqları,  say  tərkibi  dinamikası 
indiyə kimi formalaşmamış – sabit vəziyyətə düş-
məmişdir. Polisaprob dərəcədə çirklənən Araz ça-
yında suların öz-özünə təmizlənmə prosesləri tam 
kəsərsiz  vəziyyətdədir.  Ona  görə  də  su  anbarında 
vaxtaşırı,  xüsusilə  isti  aylarda  sularda  hipoksiya 
yaranır. Üzvi maddələrlə, yuxarıda göstərilən spor-
suz  saprofitlərin  çoxluq  təşkil  etdikləri  mühitdə 
əmələgələn metabolitlər əlavə oksigen sərf etmək-
lə,  anaerob  bakteriyaların  kütləvi  inkişafına  əlve-
rişli şərait yaradır (cədvəl 3). 
 
 
Cədvəl 3 
Naxçıvan su anbarında (yaz, yay və payız) lil-qruntda denitratlaşdırıcı, 
sulfatlaşdırıcı və anaerob sellülozaparçalayan bakteriyaların sayı (min/q) 
 
Stansiya 
Yaz 
Yay 
Payız 
Denit.

Sulfat.

ASP.

Denit. 
Sulfat. 
ASP. 
Denit. 
Sulfat. 
ASP. 

25,0 
6,6 
2,4 
100,0 
8,0 
4,8 
60,0 
7,6 
5,3 

23,0 
8,3 
3,1 
100,0 
9,2 
5,7 
70,0 
11,0 
6,2 

21,0 
9,8 
2,9 
100,0 
11,3 
9,8 
55,0 
13,2 
7,9 

19,0 
14,2 
4,4 
100,0 
16,8 
11,3 
60,0 
18,0 
8,9 

14,0 
16,3 
4,6 
100,0 
20,0 
12,0 
50,0 
32,0 
11,3 
 
Qeyd: 1 – denitratlaşdırıcı;  2 – sulfatlaşdırıcı;  3 – ASP anaerob sellülozaparçalayan. 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 19 
 
Cədvəl 4 
Naxçıvan su anbarında koli-enterobakter cinsinə məxsus bakteriyaların miqdarı (min/ml) 
Stansiya 
Qış 
Yaz 
Yay 
Payız 
t°C 
KEB

t°C 
KEB 
t°C 
KEB 
t°C 
KEB 

3,0 
13,0 
6,4 
12,2 
28,3 
14,3 
12,4 
16,4 

3,6 
10,3 
7,2 
12,0 
29,0 
13,4 
13,0 
13,3 

4,0 
9,8 
8,6 
11,6 
30,0 
12,0 
13,6 
11,4 

3,3 
8,6 
9,1 
10,2 
31,0 
11,4 
13,7 
10,8 

4,1 
7,4 
9,0 
10,0 
29,6 
10,6 
14,0 
10,3 
Orta 
3,6 
9,8 
8,0 
11,2 
29,5 
12,4 
13,3 
10,4 
 
Cədvəl 3-də aydın göstərilir ki, Naxçıvan su an-
barının dib çöküntülərində anaerob bakteriyalar ge-
niş yayılmışdır və onların say göstəriciləri olduqca 
yüksəkdir.  Denitratlaşdırıcı  bakteriyaların  ilboyu 
60-100  min/q təşkil etməsi sularda zülallarla zən-
gin üzvi maddələrin olması ilə əlaqədardır. Sübut 
olunmuşdur ki, çay sularında zülallarla zəngin üzvi 
maddələrin əsas mənbəyi məişət-kommunal təsər-
rüfatı,    yeyinti,  heyvandarlıq  sahələrinin  tullantı-
larıdır  [4].  Naxçıvan  su anbarında ekosistem üçün 
ekoloji  təhlükə  –  sulfatlaşdırıcı  bakteriyalardır. 
Çünki bu qrupa aid olan mikrobiotanın həyat fəa-
liyyəti bütün canlı aləm üçün zəhər sayılan hidro-
gen-sulfid  (H2S)  əmələgətirməklə  davam  edir. 
Aramsız  çirkabla  çirklənən,  antropogen  təsirlərə 
məruz qalan su anbarlarında antropogen evtroflaş-
ma gedir, asan mineralizə olunan üzvi maddələrlə 
zənginləşən sularda, lil-qruntda oksigen məsrəfi ar-
tır, hipoksiya yaranır və anaerob bakteriyaların küt-
ləvi vegetasiyası davam edir, nəhayət, anaerobioz 
prosesləri kütləvi qırğına səbəb olur və sular istifa-
də üçün yararsızlaşır.  
Naxçıvan  su  anbarında  ekoloji  gərginlik  yara-
dan  faktorlardan  biri  də  sularda  koli-enterobakter 
cinsinə aid mikrobiotanın bütün ilboyu sanitar-gi-
giyenik normalardan dəfələrlə artıq olmasıdır. Bu 
cür mövcud olan vəziyyət şübhə doğurmamalıdır. 
Biz yuxarıda Araza Ermənistan ərazisində axıdılan 
çirkabı qeyd etmişik. Hələ keçən əsrin 90-cı illə-
rində Ermənistan ərazisindən ildə 2,6 km
3
 çirkabın 
Araz hövzəsinə axıdılması barədə məlumatlar var-
dır [13]. Başqa cür də ola bilməz, çünki Araz çayı 
bütün  Ermənistanda   dağətəyi,  ən  genişsahəli  çö-
kəklikdir və ölkədəki bütün yerli çaylar Arazın sol 
sahillərinə axıdılır. 
İlin fəsillərinin iqlim amillərinə görə Naxçıvan 
su anbarında ümumi mikrobların say göstəricilərin-
də fərq-dəyişikliklər olsa da (bax: cədvəl 1-2), koli- 
enterobakter cinsinə aid taksonların miqdarı ilboyu 
yüksək miqdarda və oxşar səviyyədə saxlanır  (cəd-
vəl  4). Cədvəldən   aydın   görünür  ki,  yay  ayları  
ilə müqayisədə suda temperaturun qışda 9 dəfədən 
az olmasına baxmayaraq, mikrobların miqdarında 
fərq yalnız 25% təşkil edir. Bu da o deməkdir ki, 
ilin fəsillərində Araz çayında su balansı dəyişsə də, 
çaya axıdılan çirkabın həcmi bütün il  ərzində  sabit 
saxlanır.  Mühitdə  temperaturun  dəfələrlə  azalıb-
yüksəlməsinin  koli-enterobakter  hüceyrələrinə 
kəskin  dərəcədə  mənfi  təsir  göstərməməsi  onunla 
izah  olunur  ki,  çirkablar  axıdan  mənbələr  Araz-
Naxçıvan su anbarına yaxın ərazidədir və aramsız 
olaraq suları çirkləndirir.  
Maraqlı göstəricilərdən biri də ondan ibarətdir 
ki,  koli-enterobakter  cinsinə  aid  mikrobiontların 
miqdarı Naxçıvan su anbarında Araz çayının axın 
istiqamətində  bəndə  doğru  getdikcə  azalır.  Ona 
görə də tam qətiyyətlə sübut olunur ki, başqa pollu-
tantlarla  birgə,  koli-enterobakterlərdə  su  anbarına 
yuxarı byefdən nəql edilir.  
Qeyd  etmək  lazımdır  ki,  Naxçıvan  su  anbarı 
kəskin kontinental iqlimlə səciyyələnən ərazidədir. 
Burada qış sərt, yay isə olduqca isti keçir. Su an-
barında suların qısa müddətdə soyuması və qızması 
temperatur sıçrayışı deyilən (stratifikasiya) prosesi 
yaradır. Başqa sözlə desək, su təbiətcə zəif istilik 
keçirən olduğu üçün su qatlarında temperatur bə-
rabər paylanmır. Ona görə 15-16 m dərinlikdə üst 
təbəqə ilə alt-dib təbəqə arasında 8-10 dərəcə fərq 
yaranır.  Nisbətən  isti  və  sərin  (soyuq)  təbəqənin 
kəsişdiyi  dərinlikdə  su  kütləsi  “ağırlaşır”,  suların 
qarışması çətinləşir. Belə olduğu halda, üst qatda 
olan isti, oksigenlə zənginləşən su kütləsi dib-dərin 
qatlarda  oksigensizləşən  su  kütləsi  ilə  əvəz  olun-
mur, yerdəyişməsi getmir. Beləliklə, qaz-duz mü-
badiləsi çətinləşən sularda hipoksiya, nəhayət, ana-
erobioz  hadisəsi  yaranır.  Naxçıvan  su  anbarının 
mərkəzi  və  bəndə  yaxın  dərin  sahələrində  tempe-
ratur sıçrayışı iyun ayının yarısından sentyabra ki-
mi davamlı şəkildə müşahidə olunmuşdur.  
Nəticə. Ermənistanın bütün növlərə aid çirkabı-
nı  bilavasitə  qəbul  edən  Naxçıvan  su  anbarında 
ümumi ekoloji və sanitar-hidrobioloji vəziyyət ol-
duqca  gərgindir.  Araz  suları  ilə  aramsız  gətirilən 
alloxton üzvi maddələr, biogen elementlər və başqa 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə