Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə8/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
14                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Qarabağ  düzündə  (Bərdə  və  Ağdam  rayonları 
ərazisində) saqqızağac meşələrinin sahəsi 700 hek-
tardan çox təşkil edir. Burada ağaclıqlar müxtəlif-
yaşlı  olub  hündürlüyü  10-13  m,  döş  bərabərində 
yoğunluqları 40-80 sm təşkil edir (cədvəl 1, təcr. 
sah.  S-7).  Meşənin  doluluğu  04-05,  bəzən  daha 
aşağı olur. Ərazidə ilboyu mal-qara otarıldığından 
meşənin  təbii  bərpası  məhv  edilir,  cavan  saqqız-
ağac  şivlərinə  yalnız  sıx  qaratikan  kollarının 
arasında,  mal-qara  ağzı  çatmayan  yerlərdə  rast 
gəlinir.  
Meşənin  mühafizəsi  üçün  ətrafı  hasarlanmalı-
dır. Təbii bərpaya kömək göstərmək məqsədilə, yə-
ni  bu  prosesi  tezləşdirmək  üçün  xüsusi  meşəçilik 
tədbiri həyata keçirilməlidir: ağaclığın seyrək yer-
lərində və talalarda torpaq sahəciklərlə yumşaldıl-
malı, ora saqqızağacın toxumları atılmalıdır. Ərazi 
ildə vegetasiya dövründə 2-3 dəfə suvarılmalıdır. 
2.2. Şatırlı saqqızağaclığı 
Bərdə rayonu Şatırlı kəndinin yanında 34 ha sa-
hədə sırf saqqızağac meşəliyi bitir (cədvəl 1, təcrü-
bə sah. S-3). Ağaclıq seyrək olduğundan (doluluq 
03-05) meşəaltı kollar qaratikanın üstünlüyü ilə sıx 
örtük əmələ gətirir. 
 
Sahədə intensiv mal-qara otarılır, meşənin təbii 
bərpası  məhv  edilir.  Sahənin  qorunub  saxlanması 
üçün ətrafı hasarlanmalıdır.  
Yuxarıda  təsvir  olunan  yarımsəhra  şəraitində 
rast  gəlinən  meşə  sahələrinin  əmələgəlməsinin 
Kürçayı ilə heç bir əlaqəsi yoxdur, çünki bu meşə 
sahələri  Kür  çayından  çox  aralıda  yerləşır.  Qeyd 
edək ki, vaxtilə bu sahələrdən Xaçınçay və Tərtər-
çayın suları axırdı. Şübhəsiz, onların suları mövcud 
meşələrin yaranmasında öz rolunu oynamışdır. İn-
di isə bu çayların sularından yuxarıdakı ərazilərdə 
suvarma  kimi  istifadə  edildiyindən  onların  suları 
tədqiqat apardığımız sahələrə çatmır.  
Meşəbərpa tədbirləri 
Qarabağ və Mil düzlərində yerləşən meşə təsər-
rüfatında 1970-80-cı illərdə meşəbərpa işləri geniş 
ərazilərdə aparılaraq əsasən eldar şamı, ağ akasiya, 
adi göyrüş və digər ağac növlərindən istifadə edil-
mişdir.  
Ağ akasiya tez böyüməsi, torpağın şorluğuna və 
quraqlığa  nisbətən  dözümlü  olması  ilə  fərqlənir. 
Lakin suvarılma aparmadıqda onun böyüməsi ləng 
gedir və məhsuldar ağaclıq əldə olunmur. Qarabağ 
düzündə  meşənin  bərpası  məqsədilə  ondan  geniş 
istifadə düzgün sayıla bilməz. Ağ akasiya ağaclıq-
ları yalnız ayrı-ayrı sahələrdə qısa müddətdə (15-
20 il) çox və qiymətli oduncaq əldə etmək məqsə-
dilə salınmalıdır. 
 
Şəkil  6.  Palıd və saqqızağac meşələrinin 
antropogen transformasiyası 
Regionda nar bağlarının salınmasına da fikir ve-
rilmişdir. Lakin meşə təsərrüfatlarında nar bağları-
nın salınması düzgün sayıla bilməz. Çünki əvvəla, 
bağda seyrək yerləşdirilən nar kolları meşə funksi-
yası  daşıya  bilməz.  Digər  tərəfdən,  bağa  xüsusi 
qulluq işləri və qayğı tələb olunur. Bunu isə meşə 
təsərrüfatları  müəyyən  səbəblərə  görə  lazımi  sə-
viyyədə  yerinə  yetirə  bilmədiyindən  salınan  nar 
bağlarının vəziyyəti qənaətbəxş deyildir. 
Bərdə meşə mühafizə və bərpası müəssisəsi sa-
hələrində süni eldar şamı ağaclıqlarına da rast gəli-
nir. Bu əkinlərin tədqiqi göstərdi ki, eldar şamı Qa-
rabağ  düzündə  yaxşı  nəticə  verir.  Lakin  salınmış 
ağaclıqların  vəziyyəti  suvarılmadan  çox  asılıdır. 
Belə  ki,  suvarılma  aparılmayan  sahələrdə  ağaclar 
çox  ləng  böyüyür  və  məhsuldar  ağaclıqlar  əldə 
Saqqızağac və 
palıd meşəsi
Pozulur
Seyrəlir
Məhsuldarlığı 
azalır
Dəyişilir
Qaratikan 
şibləyi
Müxtəlifkollu 
şiblək
Məhv edilir
Yovşanlıq
k/t sah.
Efemerli 
yarımsəhra
Seliteb 
landşaftlar
Şəkil 5. Sultanbud saqqızağac meşəsi  
("Çullu" sahəsi)
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 15 
 
edilmir.  Suvarılan  sahələrdə  isə  eldar  şamı  məh-
suldar ağaclıqlar yaradır, ağacların çətri birləşərək 
yüksək doluluqla, düzgövdəli meşəlik əmələ gəlir. 
Yerdən 3-4 m hündürlükdə ağacların aşağı budaq-
ları quruyaraq   düşür. Ağaclıq altında 3-4 sm qalın-
lığında meşə döşənəyi yaxşı inkişaf edərək ölüör-
tüklü meşə tipi yaradır.  
Sultanbud meşəsinin "Çullu" sahəsində və digər 
sahələrdə şabalıdyarpaq palıdın süni əkinləri yaxşı 
nəticə  vermişdir  (cədvəl  1,  təc.  sah.  S-5).  Burada 
35-40  yaşlı  şabalıdyarpaq palıd  ağaclığında  ağac-
ların boyu 18-20  m, döş bərabərində diametri isə 
18-32  (60)  sm  təşkil  etmişdir.  Sahədə  suvarılma 
aparılmadıqda bəzi ağacların təpə hissəsində quru-
ma müşahidə olunur.  
Məlum  olduğu  kimi,  Kürqırağı  tuqay  meşələri 
Kürün axını istiqamətindən asılı olaraq, əsasən, ça-
yın  sol  sahilində  yayılmışdır.  Gürcüstanın  sərhə-
dindən başlamış Salyana qədər Kürün sağ sahilində 
tuqay meşələrinə ləkələr şəklində rast gəəlinir. On-
lardan az hissəsi Kürün Qarabağ sahilinə − Ağca-
bədi  və  Bərdə  rayonlarının  payına  düşür.  Bu  me-
şələrdə  ağyarpaq  qovaq,  söyüd,  qarağac,  saqqız-
ağac və uzunsaplaq palıd bitir. Süni salınmış ağac-
lıqlar daha çox sahə tutur.  
Nəticə.  1.  Qarabağ  düzündə  meşə  örtüyü  Sul-
tanbud  sahəsində  (Bərdə  və  Ağdam  rayonları), 
Bərdə şəhərinin yanında ("Xan meşəsi"), Bərdə ra-
yonun Dilənçilər, Şatırlı kəndləri yanında və digər 
sahələrdə qalmışdır.  
2.  Mövcud  meşələrdə  saqqızağac,  uzunsaplaq 
palıd  üstünlük  təşkil  edir.  Antropogen  amillərin 
(ağacların  kəsilməsi,  mal-qara  otarılması)  nəticə-
sində meşələr deqradasiyaya uğrayır, seyrəlir, onun 
yerində paliurus (qaratikan) şibləyi və digər müx-
təlif şiblək qruplaşmaları, böyürtkənlik və efemerli 
yovşan yarımsəhrası (səhrası) formalaşır. Meşəsiz-
ləşdirilmiş əraziləri kənd təsərrüfatı sahələri və se-
liteb landşaftlar  əvəz edir.  
3. Meşəbərpa işlərində şabalıdyarpaq palıd, el-
dar  şamı,  ağ  akasiyadan  istifadə  edilmişdir,  bu 
əkinlər  yaxşı  nəticə  verərək,  yüksək  məhsuldar 
ağaclıqlar yaratmışdır. Meşəsizləşdirilmiş sahələr-
də nar bağları da salınmışdır.  
4. Qarabağ düzündə rast gəlinən meşənin "şa-
hidləri"  (qalıqları)  vaxtilə  burada  geniş  sahələrdə 
meşə örtüyünün mövcudluğunu təsdiq edir. 
5. Mövcud meşə qalıqlarını və meşə zolaqlarını 
mühafizə məqsədilə ətrafı hasarlanmalı, vegetasiya 
dövründə  2-3  dəfə  suvarılmalı,  seyrək  yerlərində 
və talalarda meşəbərpa işləri aparılmalıdır.  
 
PRESENT STATE OF FOREST 
ECOSYSTEMS OF THE GARABAGH PLAIN 
M.Y.Khalilov 
The present state of the forests in separate areas of 
the  Garabagh  plain,  the  reasons  and  tendencies  of  an-
thropogenic  degradation  of  the  forest  ecosystems  are 
considered in the article. Because of influence of anthro-
pogenic influence the oak and pistachio forests are su-
perseded by the various shibliak groupings, but in des-
truction of forests – by ephemerals and wormwood se-
midesert, arable lands and seliteb landscapes. 
 
СОВРЕМЕННОЕ СОСТОЯНИЕ ЛЕСНЫХ 
ОСТАТКОВ НА ГАРАБАХСКОЙ РАВНИНЕ 
М.Ю.Халилов 
В статье дается современное состояние лесов на 
отдельных участках Гарабахской равнины, рассмат-
риваются  причины  и  направления  антропогенной 
деградации  лесных  экосистем.  Выявляется,  что  на 
территории  протекает  антропогенная  смена  дубо-
вых и фисташниковых лесов различными шибляко-
выми  группировками,  а  при  уничтожении  лесов  – 
эфемеровыми и полыневыми полупустынями, паш-
нями и селитебными ландшафтами. 
 
 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə