Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə6/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   2   3   4   5   6   7   8   9   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
10                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
 
Şəkil 4. Şimal Yarımkürəsində meridional və 
zonal sirkulyasiya tiplərinin təkrarlanması.  
1.Zonal. 2.Meridianal 
Barik topoqrafiya xəritələrinin (H500) təhlilin-
dən  aydın  olur  ki,  troposferin  orta  təbəqələrində 
yay fəslində qütbətrafı ərazidə (60

şm.en.-dən şi-
malda)  siklonik  fəaliyyət  mövcud  olur.  Bu  siklo-
nun çökəyi Qərbi Avropa üzərindən keçərək cənub 
enliklərinə  qədər  uzanır.  Digər  siklon  Qərbi  Sibir 
üzərində yerləşir və çox böyük ərazini əhatə edir. 
Mərkəzi və Şərqi Avropa üzərində isə şimala doğru 
istiqamətlənmiş yüksək təzyiq yalı yerləşir. Barik 
strukturların  bu  cür  yerləşməsi  troposferin  aşağı 
qatlarında Avropanın cənubunda, Şimali Qafqazda 
Azor  antisiklonu  nüvəsinin  inkişaf  etməsinə,  bir 
çox hallarda isə  onun Azərbaycan ərazisinə qədər 
yayılmasına,  Qafqaz  üzərində  zonal  sirkulyasi-
yanın pozulmasına, yüksək barik sahədə meridio-
nallığın artmasına gətirib çıxarır. Antisiklonik hava 
şəraitində tədqiq olunan ərazidə havanın transfor-
masiyası baş verir, mütləq və nisbi rütubətlik aza-
lır, quraqlığın, mütləq maksimum temperaturların 
yaranma ehtimalı çoxalır.  
Naxçıvan  MR  ərazisinin  hər  tərəfdən  hündür 
dağlarla əhatə olunması, az qradiyentli barik sahə 
şəraitində ərazidəki hava kütlələrinin uzun müddət 
yer səthindən qızması da mütləq maksimum tem-
peraturun  yaranma  səbəblərindən  biridir.  Burada 
bir ehtimalın da rolunu nəzərdən keçirməyi vacib 
hesab edirik. Naxçıvana  istər Dərələyəz, istərsə də 
Zəngəzuru aşıb keçən hava kütlələrinin küləktutan 
yamaclarda rütubətli adiabatik qanuna uyğun ola-
raq yuxarı qalxması, rütubətdən azad olaraq külək-
tutmayan  yamacda  isə  quru  adiabatik  qanunu  ilə 
aşağı enməsi nəticəsində dağətəyi zonada havanın 
daha yüksək temperaturlara malik olmasına səbəb 
ola bilər. 
Nəticə. Naxçıvan MR ərazisində mütləq maksi-
mum temperaturlar daha çox iyul, avqust aylarında 
müşahidə edilir. Tərtib olunmuş nomoqramın kö-
məyi  ilə  tədqiqata  cəlb  olunan  bütün  məntəqələr 
üçün  mütləq  maksimum  temperaturların  20  və 
80%-lik təminatları müəyyən edilmişdir. Məsələn, 
təkcə Naxçıvan MR-də deyil, həm də bütün Azər-
baycanda ən yüksək temperaturun (46
o
C) müşahi-
də olunduğu Culfa məntəqəsində 20%-lik təminat-
da  mütləq  maksimum  temperaturların  kəmiyyəti 
43,6
o
C təşkil edir. Mütləq maksimum temperatur-
ların  20  və  80%-lik  göstəricilərinin  paylanmasını 
göstərən  xəritə  tərtib  edilmişdir.  Müəyyən  edildi 
ki,  1970-1980-cı  illərdən  etibarən  mütləq  maksi-
mum temperaturların artması Şimal Yarımkürəsin-
də  meridional  proseslərin  güclənməsi,  zonal  pro-
seslərin zəifləməsi ilə müşayiət olunur. Tədqiq olu-
nan ərazidə mütləq maksimum temperaturların ya-
ranmasının müxtəlif səbəblərinə xüsusi fikir veril-
mişdir. 
ƏDƏBİYYAT 
1. Nadirov V.A. Azərbaycan SSR ərazisində müxtə-
lif təminatlı iqlim göstəricilərinin paylanma qanunauy-
ğunluğu. Bakı, Elm, 1986, 137 s.   
2.  Nəbiyev  H.L.  Azərbaycan  Respublikasında  dolu 
yağmasının  zaman  və  məkan  daxilində  paylanmasının 
bəzi  xüsusiyyətləri.  Coğrafiya  Cəmiyyətinin  əsərləri. 
Bakı, 2016, № 
2, s.50-54. 
 
3. İmanov F.Ə.. Hidrometeorologiyada statistik me-
todlar. Bakı, 2011, 271 s.   
4. Дзердзеевский Б.Л.. Общая циркуляция и кли-
мат. Изб. Труды. Москва, 1975, 288 с. 
5. Лебедев А.Н. Обоснование номограмм клима-
тических элементов.- Труды ГГО, 1964, вып. 163.   
6.  Шыхлинский  Э.М.  Тепловой  баланс  Азерб. 
ССР - Баку, Элм. 1969. 200 с. 
 
7. Эйюбов А.Д. Агроклиматическое районирова-
ние Азерб. ССР.- Баку, 1968. 185 с. 
 
 
DIFFERENT PROVISION OF ABSOLUTE 
MAXIMUM TEMPERATURES IN NAKHCHIVAN 
AR AND ITS RELATIONSHIP WITH TYPES OF 
ATMOSPHERIC CIRCULATION 
H.L.Nabiyev, M.K.Rahimov, Y.J.Hadiyev 
The  article  explores  the  repeatability  of  absolute 
maximum temperatures by months in Nakhchivan AR. 
Different provision of absolute maximum temperatures 
is measured along with compiling maps of their distri-
bution  at  20%  and  80%  provision,  while  relationship 
with the types of circulation is revealed as well.    
 
ЗАКОНОМЕРНОСТИ РАСПРЕДЕЛЕНИЯ 
АБСОЛЮТНЫХ МАКСИМАЛЬНЫХ 
ТЕМПЕРАТУР РАЗЛИЧНОЙ 
ОБЕСПЕЧЕННОСТИ В НАХЧЫВАНСКОЙ АР  
Г.Л.Набиев, М.К.Рагимов, Ю.Дж.Гадиев 
В  статье  исследована  повторяемость  абсолют-
ных  максимальных  температур  в  Нах.  АР  по  мес-
яцам,  рассчитаны  их  различные  обеспеченности, 
составлены карты распределения абсолютных мак-
симальных температур 20 и 80% обеспеченности, а 
также выявлены их связи с типами циркуляции. 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 11 
 
© M.Y.Xəlilov
 
QARABAĞ DÜZÜNDƏ MEŞƏ QALIQLARININ  MÜASİR VƏZİYYƏTİ 
M.Y.Xəlilov 
AMEA akad. H.Əliyev ad. Сoğrafiya İnstitutu 
Az 1143, Bakı ş., H.Cavid pr., 115 
Məqalədə Qarabağ düzünün ayrı-ayrı sahələrində mövcud meşələrin və meşə zolaqlarının müasir 
vəziyyəti, onlarıın antropogen deqradasiyasının səbəbləri və istiqamətləri şərh olunur. Palıd və saq-
qızağac  meşələrinin  şiblək qruplaşmaları ilə,  məhv edildikdə  isə  efemerli  yarımsəhra  yovşanlığı, 
qamışlıq, əkin sahələri və seliteb landşaftlar ilə əvəz olunması göstərilir.
 
Qarabağ  düzü  Kür-Araz  ovalığının  bir  hissəsi 
olub şimali-qərbdən Gəncə-Qazax düzənliyi, qərb-
dən Kiçik Qafqazın Murovdağ və Qarabağ silsilə-
ləri, cənubdan və cənub-şərqdən Mil düzü ilə əhatə 
olunur, Şirvan düzündən isə Kürçayı vasitəsilə ay-
rılır. 
Qarabağ düzü ərazisinin olduqca əlverişli relye-
fi, iqlim və torpaq şəraiti ən qədim dövrlərdən in-
sanların  məskunlaşmasına  səbəb  olmuşdur.  Bu-
nunla əlaqədar burada təbii bitki örtüyü, o cümlə-
dən  meşə  örtüyü  məhv  edilərək  antropogen  land-
şaftlarla, xüsusilə seliteb və kənd təsərrüfatı land-
şaftları ilə əvəz olunmuşdur. Bizim dövrümüzə bu 
meşələrin bu və ya digər dərəcədə pozulmuş halda 
ayrı-ayrı kiçik sahələri gəlib çatmışdır. 
Qarabağ düzünün vaxtilə nə dərəcədə meşə ilə 
örtülü olmasını və mövcud meşələrin müasir vəziy-
yətini,  onların  antropogen  transformasiya  istiqa-
mətlərini öyrənmək üçün ərazidə mövcud meşə sa-
hələrini tədqiq etdik.  
Aşağıda tədqiq etdiyimiz ayrı-ayrı meşə sahələ-
rinin geobotaniki təsviri verilir.  
1. Palıd meşələri 
1.1. Dövlət meşə zolağı  
1950-ci  illərdə  "Təbiəti  dəyişdirmək  haqqında 
Stalin planı" layihəsi üzrə SSRİ-nin bütün respub-
likalarında dövlət meşə zolaqları salındı. Həmin il-
lərdə respublikamızın ayrı-ayrı bölgələrində 9 min 
hektara  qədər  meşə  zolağı  salındı,  onun  da  1400 
ha-sı  Ağcabədi,  360  ha-sı  isə  Bərdə  rayonlarının 
payına düşür.  
Tədqiqat zamanı Ağcabədi rayonu Kəbirli kən-
dinin yanındakı meşə zolağını tədqiq etdik. Meşə 
zolağının salınmasında uzunsaplaq palıd (Quercus 
longipes  Stev)  və  saqqızağacdan  (Pistasia  mutica 
Fisch. et) istifadə edilmişdir (təc. sah. S-1). Burada 
ağac  cinslərinin  qarışdırılması  müxtəlif  olub  cər-
gələrlə təmiz və cərgələrdə aparılıb. Palıdın saqqız-
ağacla  cərgələrdə  qarışdırılması  yaxşı  nəticə  ver-
məmişdir. Çünki palıd saqqızağacı boyca ötüb ke-
çir, onu sıxışdıraraq aradan çıxarır (qurudur). Yal-
nız  kənar  (qıraq)  cərgələrdə  və  ağaclığın  seyrək 
yerlərində saqqızağac yaxşı vəziyyətdə qalaraq düz 
gövdə əmələ gətirir. Bu təcrübə onu göstərir ki, qa-
rışıq palıd-saqqızağac meşəliyi yaratmaq olar. Bu 
zaman hər ağac cinsindən 2-3 cərgə əkərək, cinslər 
arasında bir cərgə də köməkçi cinslər (ərik, sara-
ğan, çəhrayı maklüra və b. ) yerləşdirilir.  
Ot  örtüyündə  efemerlər  (quruyub),  tək-tək  və 
topa  halında  dəvətikanı  (Alhagi  camelorum  Fish) 
bitir. Meşəliyin seyrək yerləri və talalar yovşanla 
(Artemisia Hanseniana) örtülür. Bəzi palıd ağacları 
təpə hissədən quruyur. Çox yerdə ağaclar kəsildi-
yindən ağaclıq seyrəlib, bu isə meşə sahəsinin get-
dikcə azalmasına səbəb olur. 
 
Qeyd etmək lazımdır ki, Sovet İttifaqı dövründə 
meşə   zolağından qış otlağı kimi istifadə edilirdi. 
Hazırda  da  zolaqda  ilboyu  kəndlərin  mal-qarası 
otarılır.  Bu  isə  meşəaltı  kolların  və  təbii  meşə 
bərpasının məhv olmasına aparır, meşənin gələcək 
nəsli kəsilir. 
1.2.  Ağcabədi  rayonunun  Göyük  kəndində 
meşənin "şahidləri" 
Tədqiqat  zamanı  Ağcabədi  rayonunun  Göyük  
kəndində Bəhmən kişinin oğlu Fəxrəddinin və qon-
şusunun həyət sahəsində 5 ədəd uzunsaplaq palıd 
və  4  ədəd  saqqızağacı  qeydə  aldıq  (cədvəl  1). 
Ağacların boyu 16-22 m, döş bərabərində diametr-
ləri  60-100  sm-ə  çatır.  Ağaclar  digər  meyvə  ağac 
və kolların arasında bitir. Ağacların 400-dən artıq 
yaşı vardır. Kənd sakinlərinin söylədiklərinə görə, 
kəndin  ərazisində  belə  ağacların  sayı  hazırda  20 
ədədə qədərdir.  
Şəkil 1. Dövlət meşə zolağı (Ağcabədi rayonu)
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə