Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə52/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   44   45   46   47   48   49   50   51   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 99 
 
m.ü.f.d. Rahibə Əliyeva oldular. İlk tanışlıq Abşe-
ronun  qədim  kəndləri  −  Bülbülə  və  Əmircandan 
başladı. İştirakçılar qəsəbələrin salınma tarixi, əha-
lisi, iqtisadiyyatı və bu günu haqqında dolğun mə-
lumatlar almaqla yanaşı, Bülbülənin tarixi abidələ-
ri sayılan İmamzadəni, məscidləri, köhnə hamamı 
ziyarət etdilər. Bu tarixi abidələr haqqında, xüsusi-
lə onların tikilmə tarixi və memarlığı haqqında ge-
niş izahatlar verildi. 
Abşeronda ən qədim tikili olan İmamzadə ziya-
rətgahı  haqqında  yerli  sakinlərdən  Hacı  Mübariz 
məlumat verərək bildirdi ki, burada beşinci İmam 
Mühəmməd  Baqirin  övladı  Mühəmməd  Sadiq 
(677-735–ci  illərdə  yaşamışdır),  onun  xanımı, 
həmçinin qulluqçusu dəfn olunmuşdur.  
 
İştirakçılar daha sonra XIV əsrin əvvəlləri tiki-
lən Nizaməddin məscidini ziyarət etdilər. Bu abidə 
Bakının  ən  qədim  məscidi  olub,  VIII-IX  əsrlərdə 
inşa olunmuş, XIV əsrdə isə Əmir Hacı Nizaməd-
din  tərəfindən  təmir  etdirilmişdir.  Elə  o  dövrdən 
qədim  Xilə  kəndi  bu  əmirin  şərəfinə  Əmirhaçan 
adlandırılmış və hazırda isə Əmircan adlanır. 
Suraxanıdakı  XVIII  yüzilliyə  aid  “Atəşgah” 
Dövlət  Tarix-Memarlıq  Qoruğuna    səyahət  çox 
maraqla qarşılandı. Məbəd kompleksinin ərazisin-
də  atəşpərəstliklə  bağlı  aparılmış  arxeoloji  qazın-
tılar və bu qiymətli tarixi-memarlıq abidəsinin keç-
mişi haqqında iştirakçılara maraqlı bilgilər verildi. 
Aparılan  qazıntılar  zamanı  müəyyən  olunmuşdur 
ki,  abidə  atəşpərəstliyin  daha  qədim  (2-3  min  il) 
məbədinin  üstündə  ucaldılmışdır.  Abidə  Şirvan-
Abşeron  memarlıq  ənənələrini  özündə  əks  etdir-
məklə,  bu  məktəbin  bariz  nümunələrindən  sayılır 
və Abşeronun ağ əhəng daşından inşa olunmuşdur. 
Səyahətin maraqlı hissələrindən biri də özünə-
məxsus fərqli xüsusiyyətlərə malik Abşeronun Qa-
la kəndində baş tutdu. Qala Dövlət Tarix-Etnoqra-
fiya Qoruğunun ərazisində mühafizə olunan qala, 
məscid və türbələr, sərdabələr, hamamlar, yaşayış 
və təsərrüfat tikililəri ilə tanışlıq səyahət iştirakçı-
larının hamısının marağına səbəb oldu.  
Sonuncu  səyahət  məkanı  Zirə  Ekoparkı  oldu. 
Abşeronda  istixana  şəraitində  yaradılmış  tropik 
meşə  guşəsi,  xalça  muzeyi,  gözoxşayan  istirahət 
parkı,  piknik  və  uşaq  əyləncə  mərkəzi,  quş  parkı 
tədbir iştirakçılarının zövqünü oxşadı, səyahəti xoş 
təəssürat və ovqatla başa vurmalarına səbəb oldu. 
 
 
 
 
 
Emil Cəbrayılov 
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
100                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
BEYNƏLXALQ ƏLAQƏLƏR
 
 
AZƏRBAYCAN-TÜRKİYƏ COĞRAFİYA GÜNLƏRİ
2017-ci  il  2-5  may  tarixlərində    Azərbaycan 
Coğrafiya  Cəmiyyəti,  AMEA  akad.  H.Ə.Əliyev 
ad. Coğrafiya İnstitutu və Türkiyənin T.C.Ege Uni-
versiteti Ədəbiyyat fakültəsi coğrafiya bölümünün 
birgə təşkilatçılığı ilə Birinci Azərbaycan-Türkiyə 
Coğrafiya Günləri keçirilib. 
Tədbirin birinci günü Azərbaycan Respublika-
sının Prezidenti yanında Dövlət İdarəçilik Akade-
miyasında  (DİA) Azərbaycanın xarici siyasətinin 
prioritetləri,  Türkiyədə  turizmin  vəziyyəti    və  s. 
mövzularda  məruzələr  dinlənilmiş,  müzakirələr 
aparılmışdır. Nahar fasiləsindən sonra “Əlaqələrin 
genişləndirilməsi  və  coğrafi  yanaşmalar”  mövzu-
sunda dəyirmi masa keçirilmişdir. Daha sonra təd-
bir iştirakçılarının  muzeylərə ekskursiyası baş tut-
muşdur. 
 
Mayın 3-də Azərbaycan Milli Elmlər Akademi-
yasında Azərbaycan və Türkiyə coğrafiyaçılarının 
apardıqları elmi tədqiqatların əsas istiqamətləri, iq-
lim dəyişiklikləri, su çatışmazlığı, ekoloji çirklən-
mə,  iqtisadi-coğrafi  və  demoqrafik  problemlər  və 
s.  mövzularda  məruzə  və  müzakirələr  davam  et-
dirilmişdir.  
İclasda  Azərbaycan  Coğrafiya  Cəmiyyətinin 
prezidenti,  AMEA  akad.  H.Əliyev  ad.  Coğrafiya 
İnstitutunun direktoru, akademik Ramiz Məmmə-
dov çıxış edərək bu tədbirin gələcək birgə fəaliyyət 
və elmi tədqiqatlar üçün stimul  olduğunu vurğula-
dı.  R.Məmmədov  Türk  Dünyası  Coğrafiyası  İns-
titutunu yaratmağın görkəmli coğrafiyaşünas alim, 
akademik  Budaq  Budaqovun  ən  böyük  arzuların-
dan biri olduğunu bildirdi. Daha sonra qeyd etdi ki, 
Türk  dünyası  çox  böyük  məkandır  və  burada  fə-
aliyyət göstərməyə geniş imkanlar vardır. 
Sonra Egey Universitetinin nümayəndəsi, pro-
fessor Ertuğ Önər qardaş ölkəyə gəlməkdən məm-
nun  olduqlarını  bildirdi  və  təmsil etdiyi  qurumda 
görülən işlərdən danışdı. 
Tədbirdə DİA-nın İnzibati idarəetmə fakültəsi-
nin  dekanı,  coğrafiya  elmləri  doktoru,  professor 
Çingiz  İsmayılov son illərdə Azərbaycan və Tür-
kiyədə  coğrafiya  elminin  vəziyyətinə  dair  çıxış 
edərək, birgə əməkdaşlığın hər iki ölkədə bu sahə-
nin inkişafına böyük təkan verəcəyini vurğuladı. 
 
İclasda “Türkiyənin Egey və Aralıq dənizi sa-
hillərində  paleocoğrafi-arxeoloji  araşdırmalar”, 
“Qlobal  iqlim  dəyişmələrinin  Azərbaycan  ərazi-
sində təzahürləri”, “Azərbaycanın su ehtiyatlarının 
müasir  vəziyyəti”,  “Türkiyənin  miqrasiya  siste-
mində dəyişən mövqeyi”, “Türkiyə və yaşam tər-
zi”, “Türkiyədə tibbi-coğrafi araşdırmalar”, “Yara-
dıcı  turizm  və  Türkiyə”,  “Azərbaycan  Cumhu-
riyyəti:  coğrafi  durum  və  geopolitik  davranışlar” 
mövzularında  məruzələr  dinlənilib,  müzakirələr 
aparıldı. 
 
Mayın 4-də tədbir iştirakçıları Böyük Qafqazın 
cənub-şərq  yamacına  -  Şamaxı  rayonuna,  AMEA 
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına və 
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu-
nun Biocoğrafi stasionarına səyahət etdilər. 
Ertəsi  gün,  mayın  5-də  Lənkəran  Dövlət  Uni-
versitetində  və  Azərbaycan  Coğrafiya  Cəmiyyəti-
nin  Lənkəran  filialında  təşkil  olunan  görüşlərdə 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 101 
 
birgə  tədqiqatların  aparılması  imkanları  müzakirə 
olundu. 
 
Qarşılıqlı  olaraq,  oktyabrın  24-dən  27-dək  İz-
mir şəhərində, Ege Üniversitetində İkinci Türkiyə-
Azərbaycan Coğrafiya Günləri keçirilib. Plenar ic-
lasda və təyinat üzrə ayrılan seksiyalarda müxtəlif 
mövzularda  məruzələr  dinlənilib.  AMEA  ak. 
H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun  alimləri – 
akademik Ramiz Məmmədov “Xəzər dənizinin sə-
viyyə  dəyişkənliyinin  səbəbi  və  uzunmüddətli 
proqnozu”, coğrafiya üzrə elmlər doktorları  Mə-
həmməd  Abduyev  “Azərbaycanın  çay  sularının 
keyfiyyəti və içməli su təminatında onların rolu” və 
Zakir Eminov “Müasir dövrdə dünyada demoqra-
fik vəziyyətin əsas meyilləri və türkdilli ölkələrdə 
baş verən dəyişikliklər”, c.ü.f.d. Mirnuh İsmayılov 
“Şərqi  Qafqaz  dağarası  çökəkliyi  landşaftlarının 
struktur-genetik  xüsusiyyətləri  və  təbii  ekoloji 
potensialı”,  elmi  işçi  Elşən  Abdullayev  “Cənubi 
Xəzərin qərb bortunda Alt Pliosen çöküntülərində 
gil  minerallarının  xüsusiyyətləri”  mövzularında 
məruzələr etmişlər.  
Akademik Ramiz Məmmədov Ege Üniversiteti-
nin  Okeanologiya  Mərkəzində  “Qlobal  iqlim  də-
yişkənliyi və Xəzər dənizinin səviyyə tərəddüdləri” 
mövzusunda, institutun İnsan coğrafiyası istiqamə-
tinin rəhbəri, c.ü.e.d. Zakir Eminov isə Dokuz Ey-
lül Universitetində keçirilən “Enerji, Xəzər dənizi-
nin  statusu  və  türkdilli  ölkələrin  demoqrafiq  və-
ziyyəti” konfransında “Türkdilli ölkələrdə demoq-
rafiq inkişafın əsas  meyilləri” mövzusunda məruzə 
ilə çıxış etmişlər. 
R.Məmmədov İkinci Türkiyə-Azərbaycan Coğ-
rafiya Günlərində çoxdan arzusunda olduğu, gör-
kəmli coğrafiyaşünas alim, akademik Budaq Buda-
qovun  “Türk  dünyası  coğrafiyası”  çoxcildliyinin 
yaradılması ideyasını gerçəkləşdirmək təklifini irə-
li sürmüş, bu təşəbbüs böyük razılıq və məmnunluq 
hissi ilə qəbul edilmişdir. 
Tədbirdə    çıxış  edən  məruzəçilər  qardaş  ölkə 
coğrafiyaçıları  arasında  əlaqələr  –  elmi  tədqiqat 
mövzularının işlənilməsi, qrant layihələrinin həya-
ta  keçirilməsi,  doktorant  və  dissertantların  qar-
şılıqlı təcrübə mübadilələrinin aparılması haqqında 
təkliflər irəli sürmüş, bu münasibətlərin hər iki öl-
kədə coğrafiya elminin inkişafına böyük təkan ve-
rəcəyini  bildirilmişlər. 
 
Akademik  Ramiz  Məmmədovun  sədrliyi  ilə 
Coğrafiya İnstitutu Elmi Şurasının növbəti iclasın-
da  “Türk  dünyası  coğrafiyası”  çoxcildliyinin  ha-
zırlanması üçün işçi qrupu yaradılıb və onun 6 nə-
fərdən ibarət tərkibi  təsdiq olunub. 
Azərbaycan-Türkiyə  əlaqələrinin  davamı    ola-
raq, gələn il, may ayının 12-14-də Bakı şəhərində 
Beynəlxalq İslam Dövlətləri Elm və Okeanografik 
Texnologiya  Şəbəkəsi  (Inter-Islamic  Science  and 
Technology  Network  on  Oceanography  –INOC,) 
və AMEA ak. Həsən Əliyev adına Coğrafiya İnsti-
tutunun birgə təşkilatçılığı ilə “Daxili Su Hövzələ-
rinin  Problemlərinin  Öyrənilməsi”:  Xəzər  Dənizi 
Hövzəsinin  Tematik  Öyrənilməsi  mövzusunda 
beynəlxalq konfrans keçirilcək.  
Bu konfrans “İqlim dəyişmələrinin təsiri ilə Ho-
losen dövründən indiyə kimi Xəzər Dənzi səviyyə 
tərəddüdlərinin  dəyişmə  dinamikası:  regionun 
ekologiyasına və iqtisadi-sosial vəziyyətinə təsiri” 
mövzusunda  beynəlxalq  layihənin  başlanğıc 
mərhələsi olmaqla yanaşı,  Xəzər dənizi, Aral dəni-
zi, Urmiya və Van göllərinin öyrənilməsində bey-
nəlxalq elmi əməkdaşlığı inkişaf etdirmək məqsədi 
ilə çox böyük önəm daşıyır.  
  
ACC-nin mətbuat katibi,  
Azərbaycan Jurnalistlər Birliyinin üzvü 
 Xanım Rzazadə
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
102                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
MÜNDƏRİCAT 
Akademik Həsən Əliyev-110 (Həyatından ştrixlər).....................................................................................3 
Fiziki coğrafiya 
Nəbiyev H.L., Rəhimov M.K., Hadıyev Y.C. − Naxçıvan MR-də mütləq maksimum temperaturların  
müxtəlif təminatlarının paylanma qanunauyğunluqları............................................................................7 
Xəlilov M.Y. − Qarabağ düzündə meşə qalıqlarının  müasir vəziyyəti.......................................................11 
Salmanov M.Ə., Ənsərova A.H. − Naxçıvan su anbarının mikrobioloji rejimi........................................16 
Məmmədov M.Ə. − Böyük Qafqazın cənub yamacında yayılan qonur-dağ-meşə  
torpaqlarının müasir vəziyyəti.................................................................................................................21 
Muradlı E.V. − Palinoloji məlumatlar əsasındra iqlimin kəmiyyət göstəricilərinin təyini..........................26 
Məmmədəliyeva V.M. − Böyük Qafqazın şimal-şərq yamacının meşə örtüyü vəziyyətinin  
kosmik məlumatlar əsasında qiymətləndirilməsi....................................................................................31 
İnsan coğrafiyası 
Bədəlov E.S. − Azərbaycan regionlarənda şəhər əhalisinin demoqrafik  inkişafı üzrə baş verən meyillər..34 
Əliyeva L.İ. − Aran iqtisadi rayonunda kənd əhalisinin təbii artımı...........................................................40 
Tağıyeva V.E. − Aran iqtisadi rayonunda aqrar-sənaye kompleksinin inkişafına təsir edən  
təbii iqtisadi amillər.................................................................................................................................45 
Xəzər dənizi 
Allahverdiyev Z.S. − Xəzər dənizinin Ənzəli və cənub-şərq akvatoriyalarının çoxillik külək rejimləri..50 
Turizm coğrafiyası 
Bağırlı S.H. − Azərbaycanın əsas müalicə turizm ehtiyatları və onlardan istifadə......................................55 
Kartoqrafiya 
Азизов Ш.К.,  Годжаманов М.Г. - Kартографическая ландшафтометрия: развитие на стыке  
наук, состояние, перспективы...................................................................................................................60 
Toponimika 
Həmzəyev Ş.A. - Qobustan inzibati rayonunun pir adları...........................................................................69 
Coğrafiya tarixi 
Haqverdiyev A.T., Kərimov B.B. – Coğrafi fikir tarixində yeni elmi tapıntı...........................................74 
Rüstəmov N.Q. – Qazan xanın həyatı və onun adı ilə bağlı coğrafi yerlər................................................77 
Gənc alimlərin çöl tədqiqatları 
Cəbrayılov E.A., İmamverdiyev N.S., Hüseynova X.T. –Dağlıq ərazilərində dayanıqlı inkişafın  
tədqiqi (Şamaxi rayonunun timsalında)..................................................................................................80 
Maraqlı elmi məlumatlar 
Xəlilov H., Fətəliyev R., Qasımov C. – Abdal çayının şəlalələri...............................................................87 
R.Dəniz – 1500-cü ildə baş verən Braziliya kəşfinin sirri...........................................................................89 
Yubileylər və tədbirlər 
Hüseyn Xəlilov – 75.....................................................................................................................................94 
Mahirə Abbasova – 70..................................................................................................................................95 
Akademik H.Ə.Əliyevin 110 illik yubileyinə həsr olunmuş səyyar tədbirlər keçirilib................................96 
Ekoturlar......................................................................................................................................................98 
Beynəlxalq əlaqələr 
Azərbaycan-Türkiyə Coğrafiya Günləri.....................................................................................................100 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 103 
 
CONTENTS 
Academician Hasan Aliyev−110 (Touches from his life)...........................................................................3 
Physical geography 
Nabiyev H.L., Rahimov M.K., Hadiyev Y.J. − Different provision of absolute maximum  
temperatures in Nakhchivan AR and its relationship with types of atmospheric circulation...................7 
Khalilov M.Y. − Present state of forest ecosystems of the Garabagh plain................................................11 
Salmanov M.A.,  Ansarova A.G. − On the microbiological regime of the Nakhchivan reservoir............16 
Mammadov M.A. − Present state of the brown-mountain-forest soils distributed in the south  
slope of the Major Caucasus....................................................................................................................21 
Muradly E.V. − Defining the quantity indicators of the climate according to the palynological givens...26 
Mammadaliyeva V.M. − Estimation the state of forest cover of the north-easterm slope of  
the Major Caucasus by the help of cosmic data......................................................................................31 
Human geography  
Badalov E.S. − 
Tendencies in the demographic development of the urban settlements  
of the regions of Azerbaijan............................................................................................................................. .......34 
Aliyeva L.I. − Natural increase of rural population in the Aran economic region......................................40 
Tagieva V.E. − Natural and economic factors affecting on the development of the agro-industrial 
 complex of the Aran economic region...................................................................................................45 
Caspian sea 
Allahverdiyev Z.S. − The perennial wind regime in the Anzali and south-east waters  
of the Caspian sea....................................................................................................................................50 
Geography of tourism 
Baghirli S.H. − Main resources of medical tourism and the ways of their using in Azerbaijan.................55 
Cartography 
Azizov Sh.K.,  Gojamanov M.G. − Cartographic landscape metrics: development at the joint of   
science,  state  and  perspectives.............................................................................................................60 
Toponymy 
Hamzayev Sh.A. − Toponyms of Gobustan administrative territory...........................................................69 
History of geography 
Hagverdiyev H.T., Kerimov B.B. − A new scientific discovery in the history of geographical thought...74 
Rüstəmov N.Q. − Gazan Khan’s life and the geographic names relating with his name............................77 
Field studies of young scientists 
Jabrayilov E.A., Imamverdiyev N.S., Huseynova Kh.T. − Study of sustainable development 
in the mountain territories (on the pattern of the Shamakhy district).......................................................80 
İnteresting scientific information 
Khalilov H., Fataliyev R., Gasimov J. − Waterfalls of the Abdal river………………………………......87 
Daniz R. – The secret of Brazil’s discovery taken place in 1500…………………………………………..89 
Anniversaries and events 
Huseyin Khalilov – 75..................................................................................................................................94 
Mahira Abbasova – 70..................................................................................................................................95 
Field arrangements devoted to the 110th anniversary of acad. H.A.Aliyev.................................................96 
Ecotours.......................................................................................................................................................98 
International relations 
Azerbaijan-Turkey geography days...........................................................................................................100 
 
 
 
 

Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə