Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə47/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   44   45   46   47   48   49   50   51   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 91 
 
yarımkürəsinin 28-ci paralellindən aşağı enməmə-
liydi.  Nəzəri  olaraq  Florida  yarımadasının  yarısı, 
Böyük  və  Kiçik  Antil  adaları,  Meksika,  Panama, 
Cənubi  Amerika  bütünlüklə  Portuqaliyanın  tabe-
liyinə keçir. 
Tarixçilər,  hətta  Jan  Kuzen,  Alonso  Uelva, 
Martin  Behaym  və  başqalarının  adı  hallanmaqla, 
Braziliyanın guya 1480-1490-cı illərdə kəşf olun-
ması  ilə  bağlı  öz  fərziyyələrini  irəli  sürürlər.  Ən 
inandırıcı tarix 1494-cü il sayılır. O da nəyə görə? 
Kolumb birinci səyahətdən 15 mart 1493-cü il-
də qayıdır. Bu o deməkdir ki, ispanlar gözləmədik-
ləri halda Atlantik okeanının qərb hissəsində yerlə-
şən ərazilərə sahib çıxa bilərlər. Alkasovas müqa-
viləsinə zidd olaraq ispanlar 28-ci paraleldən aşağı 
düşmüş və bunu gizlin saxlamağa çalışmışdılar.  
Məlum olduğu kimi, ispan monarxlarının təkidi 
ilə, yəni Yeni Dünyanın kəşfinin üstündən heç iki 
ay  keçməmiş  papa  VI  Aleksandrın  mayın  4-ü 
1493-cü ildə verdiyi “İnter caetera” bullası portu-
qalları şok vəziyyətinə salır. Sənəddə göstərilir ki, 
“qərbdə  Hindistan  istiqamətində,  həddindən  artıq 
uzaqda yerləşən dəniz-okeanda, heç vaxt gəmilərin 
üzmədiyi bir yerdə yerləşən adalar və iri torpaq əra-
zisi” ispan krallarına verilir. Portuqalları qıcıqlan-
dırmaq istəməyən pontifik bullada izah edir ki, ne-
cə  portuqallar  “Afrikada,  Qvineyada  və  Qızıl  Sa-
hildə” (Afrikanın  Qvineya körfəzinin  sahili)  veri-
lən səlahiyyətlərə, eləcə də ispanlar okeanın o biri 
tayında yerləşən ərazilərə eyni səlahiyyətlərə malik 
olurlar.  
Sənədə əsasən, Azör adalarından 100 liq qərbdə 
yerləşən bütün ərazilər Kolumbun səyahəti nəticə-
sində yuridik olaraq ispanların tabeliyinə keçir. Be-
lə bir bölgü ilə razılaşmaq portuqalların atlantika-
dakı fəaliyyətini minimuma endirirdi. Lakin ortaya 
bir  sual  çıxır,  əgər  nəzərdə  tutulan  demarkasion 
xətdən qərb tərəfdə və 28
0
 ş.en dairəsindən aşağıda 
böyük torpaq ərazisi yoxdursa, onda sonsuz görü-
nən  okeanın  suları  kimə  lazımdır?  Portuqallarda 
olan məlumata görə, Atlantikanın qərbində heç bir 
torpaq ərazisi yoxdur. Praktik cəhətdən həmin su-
larda  torpaq  axtaran  Voqadonun  (1462),  Tellesin 
və Van Olmenin (1487) başçılığı ilə portuqal eks-
pedisiyaları müsbət nəticə əldə edə bilməmişdilər. 
İlkin mərhələdə kral II Juan kəskin şəkildə na-
razılığını bildirmək istəmirdi, lakin bir neçə aydan 
sonra, 1481-ci ildəki müqaviləni əsas gətirərək, hə-
min  torpaqlara  olan de-fakto  hüquqlarını  müdafiə 
etməyə başladı. Məhz bundan sonra Roma papası 
verdiyi qərara təkrarən baxmağa məcbur olur və bir 
ili  arxada  qoyan  kimi  elə  mayın  4-də  o,  tərəfləri 
masa  arxasına  dəvət  edərək,  portuqallara  güzəştə 
gedir.  Həmin  tarixdən  bir  ay  sonra,  iyunun  7-də 
müəyyən güzəştlərlə VI Aleksandr Tordesilyasada 
bir  il  əvvəlki  müqaviləyə  əsaslı  dəyişikliklər  et-
məklə, həmin sənədi “ratifikasiya” edir. Tordesil-
yasdakı  müqaviləni  ispanlardan  çox  portuqalların 
qələbəsi saymaq olar. Ona görə ki, 1493-cü ildə is-
panların təklifi ilə demarkasion xətt Azör adaların-
dan  10
0
  liq  qərbdə,  portuqalların  isə  təkidilə  Yer 
kürəsinin iki krallıq arasında bölüşdürülməsini bil-
dirən  demarkasion  xətt  Azör  adalarından  370  liq 
qərbdə müəyyən edilir. 
Bir sözlə, Roma papasının bullasına əsasən, “İs-
paniya Braziliyadan başqa, bütün Amerika qitəsi-
nin, Portuqaliya isə Afrikanın və Hindistanın sahibi 
sayılırdı.”
2
 
Tordesilyas  müqaviləsinə  əsasən,  ispan-portu-
qal  xüsusi  komissiyası  1495-ci  ilin  sonuna  qədər 
demarkasion xəttin haradan keçdiyini dəqiqləşdir-
məliydi. Lakin ispan və portuqal kosmoqraflarının 
arasında yaranan narazılığa görə həmin məsələ ye-
rinə yetirilmir (gözlənildiyi kimi, artıq 1512-ci ildə 
Cənubi Amerikadakı bəzi torpaqlar iki krallıq ara-
sında münaqişə yaranır).
3
 
Portuqalların nümayəndəsi Tordesilyasa gedən 
yolda  olarkən  Kolumb  25  sentyabr  1493-cü  ildə 
özünün ikinci səyahətinə yola düşür. Ona qədər isə, 
hələ iyul ayında VI Aleksandr Borcia 3 may tari-
xində  imzaladığı  üçüncü  bullanı  “Eximiae  devo-
tionis” adı altında buraxdırır. Bu sənəd hər iki tərəf 
üçün kompromis variant təklif edirdi. 
Qeyd etmək lazımdır 
ki, Roma papsının iştira-
kı olmadan tərəflər yara-
nan  problemin  həllinə 
nail olmasına az qalmış, 
1493-cü 
ilin  dekabr 
ayında  VI  Aleksandr 
Dudum  siquidem”  adı 
altında,  keçmiş  tarixlə  - 
guya  25-i  sentyabrda 
dördüncü  bullanı  bura-
xır.  Məhz  həmin  sənəd-
dən  sonra  portuqallar 
Roma papasına etirazlarını bildirirlər. İş ondadır ki, 
müəyyən edilmiş demarkasion xətdən qərb tərəfə, 
Hindistanın  şərq  hissəsinə  kimi  bütün  ərazilər 
İspaniyanın tabeliyinə keçirdi. Halbuki Alkasovasa 
müqaviləsinə  əsasən,  Hindistan  Portuqaliyanın 
şəxsi  ərazisi  sayılırdı  və  bu  sənədə  ispanlar  öz 
razılıqlarını  bildirmişdilər.  Bunu  əsas  tutan 
portuqallar  bildirirlər  ki,  indiki  müqavilə  onların 
maraqlarına  tamamilə  ziddir.  Onların  Hindistanla 
dəniz  əlaqəsi  qurmağa,  demək  olar  ki,  heç  nə 
qalmamışdı. Belə ki, Kolumbun səyahətinə qədər 
Bartolomeu  Diaş  (1488)  Afrikanın  ucqar  cənub 
nöqtəsini kəşf etmiş və Hind okeanına çıxış yolunu 
tapmışdı. 
Papa VI Aleksandr Borcia  
(1431-1503) 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə