Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə46/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 89 
 
1500-CÜ İLDƏ BAŞ VERƏN BRAZİLİYA KƏŞFİNİN SİRRİ 
Pedru Alvareş Kabral (1467-1520) 13 gəmi ilə 
martın 9-u 1500-cü ildə Lissabonu tərk edir və ap-
relin  22-də  Atlantik  okeanının  qərb  sahillərində 
yerləşən torpaq ərazisi (Baiya ştatındakı indiki Por-
tu-Sequru şəhərinin ərazisi) ilə üzləşir və bununla 
da Braziliyanın kəşfi rəsmiləşdirilir. Tarixə isə hə-
min kəşf “təsadüfən baş verən kəşf” kimi düşür. 
Maraqlıdır  ki,  yal-
nız  9  gündən  sonra, 
mayın  1-i  cümə  günü 
Kabral  qərar  verir  ki, 
“kəşf”  etdiyi  torpaq-
da,  üstündə  portuqal 
kralının şüarı və gerbi 
olan,  taxtadan  düzəl-
dilmiş böyük xaç qoy-
sunlar. Elə həmin gün 
Kabral  “kəşf”  etdiyi 
torpaqlar 
barəsində 
məlumatı  krala  çatdır-
maq  üçün  Qaspar  de  Lemuşu  gəmisi  ilə  birlikdə 
Lissabona göndərir. Komandor həmin ərazini Vera 
Kruz (Həqiqi Xaçın Adası) adlandırır. Tarixi qay-
naqlarda qeyd olunur ki, həmin xəbər portuqal kralı 
I  Manueli  (1469-1521)  heyrətləndirmir.  Bir  müd-
dət sonra kral həmin ərazinin adını dəyişib Santa-
Kruz (Müqəddəs Xaç) adlandırır və bu haqda Av-
ropanın digər monarxlarına xəbər göndərir. 
Şimali passat şərqdən-qərbə, ekvatorial əks-cə-
rəyan qərbdən-şərqə, yenə də şərqdən qərbə cənubi 
passat cərəyanları hərəkət edir. Əlbəttə ki, burada 
şərqdən  qərbə  doğru  əsən  passat  küləkələrini  də 
qeyd etmək lazımdır. Lakin bütün bunlara baxma-
yaraq, alimlər bu amili - qərbə doğru hərəkət edən 
cərəyanları əsas tutub bəyan edirlər ki, Kabral oke-
anda yolunu azaraq, gedib istəmədiyi bir yerə çıx-
mışdı. B. Diaş orada ola-ola əsas yoldan yayınmaq 
mümkün idimi, ya yox? Əlbəttə, mümkün deyildi! 
Ona görə ki, Atlantik okeanının şərq sahillərinə ki-
fayət qədər bələd olan Diaşın iştirakı ilə ölümə bə-
rabər olan belə bir səhvə yol verilirsə, onda o, Lis-
sabonu 10 min km ayıran Ümid burnuna necə ge-
dib çıxa bilərdi? Bu yerdə müəmmalı kəşflə bağlı 
sualların sayı xeyli artır. Bəlkə, Kabral kral I Ma-
nuelin məxfi tapşırığı ilə həmin səhvə yol vermiş, 
yəni nəzərdə tutulan kursdan yayınmışdı? 
Hər şeyi ardıcıllıqla araşdırsaq, onda görərik ki, 
Kabralın  kəşfində  çoxlu  qaranlıq  məqamlar  var. 
Ekvator xəttini keçən kimi ekspedisiya iştirakçıları 
qərb  istiqamətində  hərəkəti  davam  etdirir  və  ap-
relin  22-də  17
0
  c.  en  dairəsində  Braziliya  sahil-
lərinə yan alırlar. San-Nikolau adası təxminən 24
0
 
qərb  uzunluğunda,  Braziliyanın  Korumban  burnu 
isə 39
0
 qərb uzunluğunda yerləşir. Belə başa düş-
mək  olar  ki,  eskadra  yolda  olarkən,  cənub  ilə hə-
rəkət  etdiyi  xətdən  15
0
  qərbə  doğru  uzaqlaşır.  Bu 
isə 
Korumban burnunun yerləşdiyi enlikdə
 1600 km 
məsafə edir.  
Naviqasiyanın inkişaf etdiyi bir dövrdə və Bar-
tolomeu Diaş, Dioqu Diaş, Nikolau Koelyo, Duarti 
Paşeku Pireyra kimi tanınmış səyyahların daxil ol-
duğu  heyətlə  belə  bir  kobud  səhvə  yol  vermək 
mümkün deyildi. Deməli, cənubi passat cərəyanı-
nın hökm sürdüyü bir yerdə gəmilər məqsədli şə-
kildə birbaşa qərb istiqaməti ilə hərəkət ediblər. 
Kabralın  “kəşf”  etdiyi  Paskual  dağı  (536  m.) 
Korumban burnundan qərbdə, 17
0
 c. en dairəsində 
yerləşir, San-Nikolau adası isə 16
0
37
/
 ş.  en dairə-
sindədir. İ. P. və V.İ.Magidoviçlər qeyd edirlər ki, 
“Deməli,  gəmilər  cənub  istiqamətində  hərəkət 
edərkən  Paskual  dağının  yerləşdiyi  enliyə  qədər 
33
0
 30
/
  yol qət etməliydi, bu isə 3700 km-dən çox 
məsafə edir.
 
 
Peru  Kaminyanın 
məlumatına  əsasən, 
şturmanların  verdik-
ləri hesabatda onların 
4000  km  yol  qət  et-
mələri göstərilir. On-
da  Kabralın  əvvəlcə 
17
0
 c. en dairəsinə ki-
mi  cənub  istiqamə-
tində  üzməsi,  oradan 
isə kursu birbaşa qər-
bə  döndərərək  yolu-
nu  davam  etdirməsi 
inandırıcı görünmür.
1
 
Bundan belə nəticə çıxarmaq olar ki, okeanı ke-
çərkən ekspedisiyaya Kabral yox, bilavasitə həmin 
marşruta yaxşı bələd olan dənizçi başçılıq etmişdi. 
Əks  təqdirdə,  səyahət  vaxtı  dənizçilər  tərəddüd 
edərək, çətinliklərlə üzləşə bilərdilər. 
Kompas olduğu halda, bu qədər məsafəni azmış 
şəkildə  qət  etmək  inandırıcı  səslənmir.  Müəyyən 
mənada  həmin  dövrdə  bu  da  mümkündür.  Hava 
dumanlı və yaxud da küləkli olanda nəzərdə tutulan 
kursdan yayınmaq olar, o da ki maksimum 300-400 
km, uzunmüddətli fırtınalı havada isə 500-700 km. 
Səyahət  zamanı  aparılan  gündəlikdəki  yazılardan 
məlum olur ki, ekspedisiya ekvator xəttini keçənə 
qədər portuqallar yolda elə də ciddi təbii fəsadlarla 
üzləşməyiblər. 
Bu yerdə mühüm məsələyə toxunmaq lazımdır. 
Portuqallar mayın 2-də “kəşf” olunan “Vera-Kruş” 
Portuqal kralı I Manuel 
(1469-1521) 
Pedru Alvareş Kabral  
(1467-1520)
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
90                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
torpağını tərk edəndən sonra kursu birbaşa Afrika-
nın cənubunda yerləşən Ümid burnuna tutur və çox 
qəribədir ki, 7200 km. yol qət etsələr də, onlar yol-
da azmadan qısa müddət ərzində deyilən yerə gəlib 
çıxırlar. Halbuki onlar həmin kurs ilə və həmin ak-
vatoriyada ilk dəfə üzür və heç bir qeyri-adi hadisə 
ilə üzləşmədən istənilən məkana çatırlar. Onda belə 
çıxır ki, açıq okeanda manevr etməkdə mahir usta 
olan portuqal şturmanları Yaşıl Burun adalarından 
Ümid burnuna kimi hərəkət edən zaman heç vaxt 
əsas  kursdan  yayınmadan,  tamamilə  əks-tərəfdə 
yerləşən Braziliya sahillərinə gedib çıxa bilməzdi-
lər. Əgər belə bir səhv baş vermişdisə, yəni ekspe-
disiya yolda azıb Braziliya sahillərində peyda ol-
muşdusa,  onda  onlar  Ümid  burnuna  yollanan  za-
man mütləq yolda azmalı idilər. 
Ən maraqlı hal odur ki, portuqallar sahilə çıxan-
dan sonra həmin ərazinin onların krallığına məxsus 
olduğunu bildirən daş padran yox, taxtadan düzəl-
dilmiş böyük xaç qoyurlar. Bu nə deməkdir, növ-
bəti səhlənkarlıq, yoxsa kəşf etdikləri ərazinin xü-
susi önəm daşımamasıdır? Bu kəşf Kabral üçün xü-
susi önəm daşımırdısa, onda nəyə görə o, Hindista-
na nəzərdə tutulan gəmilərdən birini həmin kəşf ba-
rəsində məlumat verməkdən ötrü Lissabona göndə-
rir? Deməli, Braziliyanın kəşfi əvvəlcədən nəzərdə 
tutulmuş və bu haqda dünya ictimaiyyəti xəbərdar 
olmalıydı.  
Bəzi  mənbələr  göstərir  ki,  Kabralın  ekspedisi-
yasının iştirakçısı D. Pireyra Atlantikanın o biri ta-
yındakı torpaqlarda olubdur. Bu bir qədər inandı-
rıcı görünə bilər. Ona görə ki, Kabrala Hindistana 
gedən zaman yolda “Braziliyanın kəşfinin” rəsmi-
ləşdirilməsi  tapşırığı  verildiyindən,  yolda  heç  bir 
gözlənilməz hadisələrlə üzləşməsinlər deyə, həmin 
sahilləri  yaxşı  tanıyan  adam  lazım  idi.  Bu  isə  Pi-
reyra ola bilərdi. Sadəcə, dəqiqləşdirmək lazımdır 
ki, neçənci ildə? 
Tanınmış gəmi kapitanı, tədqiqatçı və xəritəşü-
nas  Duarti  Paşeku  Pireyra  (1469-1533)  XV  əsrin 
80-ci  illərinin  ikinci  yarısından  sonra  Afrikanın 
qərb  sahillərindəki  ekspedisiyalarda  iştirak  etmiş 
və  1488-ci  ildə  Prinsip  adası  yaxınlığında  qəzaya 
uğramışdı  və  bir  neçə  dənizçi  ilə  birlikdə  Ümid 
burnundan vətənə qayıdan Bartolomeu Diaşın eks-
pedisiyası  tərəfindən  xilas  olunmuşdu.  Bundan 
sonra  o,  Afrika  sahillərinə  olan  marşrutu,  coğrafi 
koordinatları  və  sahil  konturlarını  kodlaşdırmış, 
missiyası  məxfi  saxlanılan  bir  neçə  ekspedisiya-
larda iştirak etmişdi. 
Pireyra  təxminən  1505-1508-ci  illər  arasında 
yazdığı “Esmeraldo de Sita Orbis” (“Zümrüdəbən-
zər  Yerin  vəziyyəti  haqqında”)  əsərində  özünün 
Atlantikanın  o  biri  tayında  yerləşən  torpaqlarda 
olmasını göstərmişdi. Həmin əsər çıxarılmış surət 
olduğundan  alimlər 
tərəddüd  qarşısında 
qalırlar. İş ondadır ki, 
beş  hissədən (“kitab-
lar”)  yalnız  üçü  və 
dördüncünün bir par-
çası portuqal kitabxa-
nalarında  aşkarlanır 
və ilk dəfə 1892-ci il-
də  çap  edilərək  icti-
mailəşdirilir. 
Həmin 
kitabda 
müəllif Atlantik oke-
anının o tayındakı torpaqların mövcudluğu barədə 
məlumatlar verir və qeyd edir ki, o, ilk dəfə həmin 
torpaqlarla hələ Kabralın ekspedisiyasından təxmi-
nən altı il əvvəl tanış olmuşdu.
1
 
Bunu əsas götürərək, 1494-cü ildə, bəlkə də əv-
vəl,  Cənubi  Amerikanın  kəşfini  Pireyranın  adına 
yazmaq  istəyirlər.  Pireyranın  Cənubi  Amerikanın 
kəşfi  barəsində  Pireyra  da  Silvanın  “Braziliyanın 
Portuqal müstəmləkəçiliyinin tarixi” əsərinin I cil-
dindəki böyük məqaləsində göstərilibdir. 
Orijinal sənədlər olmasa da, Pireyranın Kabral-
dan  əvvəl  Braziliya  sahillərinə  yan  alması  çox 
inandırıcı səslənir. Burada dəqiq tarix də göstərilir 
–  1494-cü  il.  Apardığım  araşdırmalar  nəticəsində 
mən  də  belə  qənaətə  gəldim  ki,  Pireyra  ilk  dəfə 
Braziliya sahillərinə gedib çıxıbdır. 
Roma  papalarının  bullaları  (fərmanları)  və 
ya dünyanın bölüşdürülməsi. 18 iyun 1452-ci il-
də “Dum diversas” adlı bulla verilir və bu, dünya-
nın bölüşdürülməsi ilə bağlı ilk tarixi sənəd sayılır. 
Roma  papası  V  Nikolay  8  yanvar  1455-ci  ildəki 
bullada (“İnter caetera”) Afrika sahilləri ilə ticarə-
tin inhisarının portuqallara məxsus olduğunu gös-
tərir. 
1479-cu  ilin  sentya-
brında Alkasovasda bağ-
lanan  müqaviləyə  əsa-
sən,  Atlantik  okeanı  iki 
hissəyə  bölünür.  Müqa-
viləni  təsdiqləmək  üçün 
papa  IV  Sikst  21  iyun 
1481-ci ildə hər iki tərəfi 
danışıqlara  dəvət  edib, 
Aeterna  Regis”  bullası 
ilə onları tanış edir. Kas-
tiliyadakı  ərazilərə  olan 
iddiadan əl çəkən kral V Alfons Portuqaliya üçün 
həddindən  artıq  əlverişli  imtiyazlar  əldə  edir: 
Kanar adaları Kastiliyanın tabeliyində qalır, Azör 
və  Madeyra  adaları  isə  Portuqaliyanın  ayrılmaz 
ərazisi kimi sənədləşdirilir. İspan gəmiləri hər han-
sı  bir  ekspedisiyanı  təşkil  edəndə  icazəsiz  Şimal 
Duarti Paşeku Pireyra (1469-1533)
 
Papa IV Sikst (1471-1484) 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə