Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə44/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 85 
 
Cədvəl 1 
Ərazinin dayanıqlı inkişafı üçün fəaliyyət və tədbirlər planı
 
Sıra N-si 
Tədbirlər 
Məqsədlər 
Tətbiq edilən ərazi 

Yolların və körpülərin salınması (Dəmirçi-
Səfalı,  Dəmirçi  −  Zarat  Xeybəri  yolu  və 
körpüləri),  Səfalı  və  Zarat  Xeybəri  kanat 
yolunun çəkilməsi 
İnfrastrukturun və 
turizmin inkişafı 
Zarat-Xeybəri və Səfalı 

Yerli əhali  üçün aşağıfaizli təsərrüfat  kre-
ditlərinin  verilməsi,  texniki  avadanlıqlarla 
təminatın yaxşılaşdırılması 
Kənd təsərrüfatının 
inkişafı 
Avaxıl, Dəmirçi, 
Səfalı, Zarat-Xeybəri 

Tarixi  memarlıq  və  turizm  abidələrinin 
bərpası, ənənəvi sənətkarlıq sahələrinin in-
kişafı (dəmirçilik, xalçaçılıq, toxuculuq) 
Turizmin inkişaf 
etdirilməsi, əhalinin 
həyat səviyyəsinin 
yüksəldilməsi 
Dəmirçi, Səfalı, Zarat-
Xeybəri 

Əhalinin  kommunal  təminatının  yaxşılaş-
dırılması,  kəndlərə  təbii  qazın  çəkilməsi, 
elektrik dirəklərinin yenilənməsi 
Əhalinin həyat 
səviyyəsinin 
yüksəldilməsi 
Səfalı və Zarat-Xeybəri 

Yerli əhalinin mədəniyyətini və məşğuliy-
yətini  əksetdirən  festivalların  keçirilməsi 
(əl işləri sərgisi, sənətkarlıq festivalı və s) 
Turizmin inkişaf 
etdirilməsi, əhalinin 
həyat səviyyəsinin 
yüksəldilməsi 
Dəmirçi, Zarat-Xeybəri 
Beləliklə, dayanıqlı inkişaf üçün mövcud poten-
sialı nəzərə alaraq tərəfimizdən tədqiqat ərazisinin 
fəaliyyət  və  tədbirlər  planı  hazırlanmışdır (cədvəl 
1). 
Nəticə. Tədqiqat zamanı kəndlərdə sosial infra-
strukturun kifayət qədər təmin olunmaması müəy-
yən edilmişdir. Zarat-Xeybəri və Səfalı kəndlərinə 
geden yolun inşasına ehtiyac vardır. Bu kəndlərdə 
qaz xəttinin çəkilməsi, işıq dirəklərinin yenilənmə-
si, məktəblərin təmir edilməsi və tibb məntəqələri-
nin tikilməsi vacibdir. 
Ərazinin turizm potensialının yüksək olmasına 
baxmayaq  bu  imkanlardan  kifayət  qədər  istifadə 
edilmir. Xüsusilə Dəmirçi, Səfalı və Zarat-Xeybəri 
kimi dağ kəndlərində kənd turizminin inkişaf etdi-
rilməsi  məqsədəuyğundur.  Tədqiqat  işində  müəy-
yən edilmiş turizm marşrutları üzrə yay və qış eko-
turlarının təşkili  turistlərin cəlb  olunmasında  yar-
dımçı ola bilər. Turizm sahəsində çalışanlar üçün 
xüsusi  imtiyazların  verilməsi  bu  sahənin  daha  da 
inkişafına səbəb olar. Yerli əhalinin həyat səviyyə-
sinin  yüksəldilməsi  məqsədilə  ərazidə  müvafiq 
kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi zə-
ruridir. 
 
ƏDƏBİYYAT 
1.  Azərbaycan  Respublikasının  coğrafiyası.  Fiziki 
coğrafiya, Bakı, 2014, 530 səh. 
2. Azərbaycan Respublikasında ixtisaslaşmış turizm 
sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi, 2016. 
3. Məmmədov Q.Ş., Yusifov E.F. və b. “Azərbayca-
nın  ekoturizm  potensialı”.  I  cild,  Bakı,  “Şərq-Qərb”, 
2012, 360 s. 
4.  Məmmədov  R.M.  “Landşaft  planlaşdırılması: 
mahiyyəti və tətbiqi”. Bakı, “Elm və bilik”, 2016, 292 s. 
5.  Səlimov  Ə.  “Dəmirçidən  Lahıca  uzanan  yol...”,  
15 iyul 2016, “Azərbaycan” qəzeti. 
6.  Agenda  21,  United  Nations  Conference  on  En-
vironment and Development, New York, 1992. 
7.  Our  Common  Future:  Report  of  the  World 
Commission  On  Environment  and  Development.  GH, 
Brundtland,  and  World  Commission  on  Environment 
and Development. Oxford University, 1987. 
8.  World  Conservation  Strategy:  Living  Resource 
Conservation  for  Sustainable  Development.  Internati-
onal Union for Conservation of Nature and Natural Re-
sources,  IUCN/UNEP/WWF/FAO/UNESCO,  Gland, 
Switzerland, 1980. 
9.  Azərbaycan  Respublikası  Şamaxı  rayon  icra 
hakimiyyətinin rəsmi internet səhifəsi (22 avqust 2017): 
http://shamaxi-ih.gov.az/. 
10. Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi 
(11 sentyabr 2017): http://president.az/articles/8119. 
 
STUDY OF SUSTAİNABLE DEVELOPMENT 
İN THE MOUNTAİN TERRITORIES  
(on the pattern of the Shamakhy district) 
E.A.Jabrailov N.S.Imamverdiyev, Kh.T.Huseynova  
The geographical opportunities of Avakhyl and Da-
mirchi  municipalities  of  Shamakhy  district  have  been 
studied  in  the  article.  Analyzing  natural-geographical 
and socio-economic conditions, the ecotourism potential 
of the area has been determined. During the study, the 
teritory  was  visited  and  social  survey  was  conducted 
among the population in each settlement. By summari-
zing the results of the survey and observation, there were 
studied the living conditions and occupation of the po-
pulation. The unique features of the area are taken into 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
86                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
account during the analysis of socio-economic conditi-
ons and in the preparation of an action plan. Damirchi 
village was selected as a special model territory and the 
land use map has been compiled on the basis of satellite 
images of the area. 
ИССЛЕДОВАНИЕ УСТОЙЧИВОГО 
РАЗВИТИЯ  В ГОРНЫХ ТЕРРИТОРИЯХ  
(на примере Шамахинского района) 
Е.А.Джабраилов, Н.С.Имамвердиев, 
Х.Т.Гусейнова 
В  статье  изучены  географические  возможности 
муниципалитетов Авахыл и Демирчи Шамахинско-
го района. Анализируя природно-географические и 
социально-экономические  условия,  был  определен 
потенциал экотуризма в этом районе. В ходе иссле-
дования  в  каждом  посещенном  поселении  на  тер-
ритории  было  проведен  социальный  опрос  населе-
ния.  Подводя  итоги  исследования  и  наблюдения, 
были изучены условия жизни и занятость населения. 
Уникальные особенности района  учитываются  при 
анализе  социально-экономических  условий  и  при 
подготовке плана действий. Деревня Демирчи была 
выбрана как особая модельная территория. На осно-
ве спутниковых изображений района была составле-
на карта землепользования. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə