Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə40/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 77 
 
© N.Q.Rüstəmov
 
QAZAN XANIN HƏYATI VƏ ONUN ADI İLƏ BAĞLI COĞRAFİ ADLAR 
N.Q.Rüstəmov 
Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü 
1295-ci ildə Azərbaycanda Elxani hakimiyyəti-
nə bir neçə ay hökmdar olan Baydu xan dövləti zəif 
idarə  etdiyinə və islam dinini qəbul etmədiyinə gö-
rə əyanlar tərəfindən hakimiyyətdən uzaqlaşdırılır. 
Elə  həmin  il  Sultan  Qazan  xan  Arqun  oğlu  haki-
miyyətə  gətirilir.  Qazan  xan  1271-ci  ildə  anadan 
olmuşdur. Elxani  hökmdarı olanda Arqun oğlunun 
24 yaşı var idi. Monqol tayfasından olan Qazan xan 
Budda dininə etiqad edirdi. O, ərəb, fars, hind, Çin, 
monqol,  ibri  dillərini  mükəmməl  bilirmiş.  Xanın 
yaxın dostu və köməkçisi Əmir Novruz Qazan xan-
dan islam dinini qəbul etməyi xahiş edir. İslamı qə-
bul etdikdən sonra əyanlarına tapşırıq verir ki, xal-
qa elan edilsin ki, bu gündən mənə Qazan xan yox,  
Mahmud  xan  desinlər.  Oğuzların  döyüşləri  çox 
vaxt islam dini və bu dinin sərvəri Məhəmməd pey-
ğəmbər  uğurunda  aparılırdı.  Qazan  xan  özünü 
“Məhəmmədin  dini eşqinə  qılınc  vurdum”  adlan-
dırır. Beləliklə, o dövrdə Qazan xan köçəri və yerli 
feodallar arasında çəkişmələrə son qoydu. İslamın 
Elxani hakimiyyətində yayılmasında Mahmud xa-
nın müstəsna xidməti oldu.  
Qazan  xan  hakimiyyətinin  ilk  dövründə  Mu-
ğanda şəhər salmaq fikrinə düşür. O, bu haqda və-
ziri Fəzlullaha bildirir. İki il müddətində Muğanda, 
Kür çayının iki qolu arasında şəhər inşa etdirir. Şə-
hərin açılış mərasimində Mahmud xan özü də işti-
rak edir. O, Rəşidəddinə Təbriz qalasının giriş qa-
pısının yeni şəhərdə də tikilməsini tapşırır ( şəkil 1, 
rəsm əsəri). Qazan xanın şərəfinə xalq şəhərə Mah-
mudabad adı verir. Arqun oğlunun vəziri Fəzlullah 
Rəşidəddin çoxcildli “Cami ət-tavarix” adlı əsərin 
müəllifidir.    Bundan  əlavə,  elm  aləmində  xüsusi 
yeri olan “Oğuznamə” əsərinin yaradıcısıdır.  Rəşi-
dəddinin “Oğuznamə”si xüsusi sənətkarlıqla qələ-
mə alınmışdır. Müəllif əsl adı “Oğuz, onun soyu-
nun və türk sultanlarının zikri” adlandırılan oğuz-
namə variantında türk və monqol ağsaqqallarından 
eşitdiyi əhvalatları qələmə almışdır. 
Rəşidəddin Fəzlullah Əbül Xeyr Həmədani Sul-
tan Mahmud Qazan xan Arqun oğlunun həyatını, 
gördüyü işləri, xanın xasiyyətini “Oğuznamə” əsə-
rində geniş işıqlandırmışdır.  
Rəşidəddinin  təbiət  elmlərinə  həsr  olunmuş 
çoxlu əsərləri vardır. Ancaq o, dünyada məhz tarix-
çi kimi tanınmışdır. XIII-XIV yüzilliklərin oğuzçu-
luq hərəkatı, həmçinin sosial-iqtisadi vəziyyət El-
xanilər dövlətində türk şəcərəsinə marağı daha da 
artırdı. Monqol dilini unudub türkcə danışan, özü-
nü eyni atanın övladları hiss edən Elxani sultanları 
öz soy-köklərinin geniş tarixini yazdırmaq qərarına 
gəlmişdilər. Təbii ki, türk dövlətlərində olduğu ki-
mi, Elxanilər də ənənəyə söykənən tarix yazdırmaq 
istəyirdilər. Elxani hökmdarı Mahmud Qazan xan 
bu işi sarayın həkimi və vəziri Fəzlullah Rəşidəd-
dinə  tapşırdı.  Rəşidəddin  bu  işi  1310-cu  ildə  ta-
mamlayıb  Məhəmməd  Xudabəndəyə  çoxcildli 
“Cami ət-tavarix” adlı əsəri təhvil verdi. 
 
Şəkil 1. Salyan rayonu ərazisində Mahmudabad 
şəhəri. XIII əsrin sonunda əl ilə işlənmiş şəkili. 
 
Şəkil 2. Mahmud xanın möhürü 
Təbriz ş., Azərbaycan tarixi muzeyi. 
“Cami ət-tavarix” əsərində Dədə Qorqud qəhrə-
manlarından təqribən on birinin adı çəkilir, bu və 
ya digər dərəcədə uyğun tarixi hadisələr nəql olu-
nur. 
XIII-XIV  yüzilliklərdə  əl  ilə  çəkilmiş  xəritədə 
Mahmud və Qazan xanın adı ilə  bağlı çoxlu coğ-
rafi adlara rast gəlmək mümkündür (şəkil 3).  
Elxanilər  dövründə  Qazan  xanın  təhsil,  rabitə, 
torpaq, pul, vergi və hərbi sahədə apardığı islahat-
lar xalq tərəfindən alqışla qarşılanırdı. Xan həmişə 
xalqın içərisində olmaqla, onların fikirlərini öyrən-
dikdən sonra islahatlara qərar verərdi. Məmləkətin 
dörd böyük şəhərində yetimlər üçün mədrəsələr aç-
dırmışdı. Bu mədrəsələrdə uşaqların təhsil, yemək, 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
78                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
paltar  xərcləri  Qazan  xan  tərəfindən  ödənilirdi. 
Əyalətin bir çox yerlərində apardığı abadlıq-quru-
culuq işlərinə görə Qazan xanın adı ilə bağlı rəva-
yətlər indi də söylənilməkdədir.  Təbrizdə Şam Qa-
zan məhəlləsi, Qəzvində Qazan quzu, Salyan rayo-
nu  ərazisindəki  qədim  Qırxçıraq  şəhərinin  cənu-
bundakı Mahmudçala, Cəbrayıl, Zaqatala, Ağdam, 
Masallı, Şərur, Quba rayonlarında bir sıra kənd ad-
larının Qazan və Mahmud adları ilə bağlılığı artıq 
sübut olunmuşdur. 
 
Şəkil 3. XIII əsrin sonunda əyalətin əl ilə 
işlənmiş xəritəsi. 
 
Şəkil 4. Qazan xanın gümüş və qızıl pulu. 
Qazan  xan  1304-cü  ildə  33  yaşında  Qəzvində 
xəstələnir. Həkimlər çox çalışsalar da, onun xəstə-
liyinə çarə tapa bilmirlər.  
Xanın üç vəsiyyəti olmuşdur: 
1. Məni Təbrizdə atamın yanında dəfn edin. 
2. Xorasanın başçısı Sultan Məhəmməd Xuda-
bəndə mənim işimi davam etdirsin. 
3. Vəzirim Rəşidəddin Fəzlullah öz işində sax-
lanılsın ki, arzularımı həyata keçirsin. 
Xanın vəsiyyəti əyanlar tərəfindən yerinə yeti-
rilir.  
Qazan xanın möhürü (şəkil 2), XIII əsrin sonun-
da əyalətin əl ilə çəkilmiş xəritəsi, Qazan xanın qı-
zıl və gümüş pulları (şəkil 4) Təbrizdə Azərbaycan 
tarixi muzeyində saxlanılır. 
 
Şəkil 5. Mahmud xanın qəbri üstündə tikilən 
“Xədiceyi Kubra” məqbərəsi, Təbriz şəhəri, Şam 
qazan məhəlləsi. 
 
Şəkil 6. Hasıllıda (indiki Cəlilabad rayonu 
ərazisi) Qazan köşkü. 
Qazan xandan sonra Məhəmməd Xudabəndə 14 
il hakimiyyətə başçılıq edərək, xanın vəsiyyətlərini 
yerinə  yetirir.  1317-ci  ildə  Məhəmməd  Xudabən-
dəyə süi-qəsd edilərək öldürülür. Sui-qəsdin təşki-
lində  vəziri  Rəşidəddini  günahlandırırlar.  1318-ci 
ildə  Təbriz  şəhərində  dahi  şəxsiyyət,  həkim,  me-
mar, orta əsrin tarixini yazan, əsərləri dünyanın bir 
çox dillərinə tərcümə olunan Rəşidəddin Fəzlullahı 
edam etmişlər. 
  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə