Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə37/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 71 
 
Əslində,  bu  hadisələr  və  toponimlər  “Kitabi 
Dədə  Qorqud”  dastanında  real  şəkildə  öz  əksini 
tapmışdır.  Bunları  əyani  şəkildə  izləmək  üçün 
dastanın özünə müraciət edək. 
 Dastanda Qazan xan Salur oğlu Uruzun dalınca 
at ilə Dərbəndə yollanır. Həmin ərazinin toponim-
ləri aşağıda verilmiş şeir parçasında aydın şəkildə 
göstərilir: 
Qalxıban yerimdən duru gəldim
Yelisiqara qazılıq atımı bütün mindim 
Qara dağı dünən keçdim 
Ala dağın qobusun, Ala dağı 
Dünən keçdim 
Ərquru yatan Ala dağı keçdim 
Kərklü-kürklü çayı dünən keçdim 
Bir həftəyə Dərbəndə çatdım 
Düşmən oraya qonmuş idi. 
Bəli,  bu  toponimlər  Ələt  ilə  Ağdərə  arasında 
(Xızı) rast gəlinən yerlərin adlarıdır. 
İlkin olaraq, Qazi xan (Qazan) Qaradağı keçir. 
Dastanın tədqiqatçıları “Qaradağ” toponimini ayrı-
ayrı  ölkələrin  ərazilərinə  şamil  edirlər.  Ancaq 
məsələyə  başqa  yöndən  yanaşmaq  lazımdır.  Bu 
adların  ilkini  o  biri  toponimlərlə  ardıcıllıq  təşkil 
edir.  Əslində,  söhbət  məhz  həmin  Qara  dağdan 
gedir. 
Dastanda 
qeyd 
edilən 
Qara  dağ 
müqəddəsliyə,  xanəgaha  bağlanan  (xanəgah 
dərvişlərin,  rəislərin  oturduğu  yerə  deyilir)  Qara 
dağdır  ki,  Ələtdən  Mərəzəyə  tərəf  60  km-likdə 
yerləşir.  Ondan  sonra  Qazi,  yəni  zolaq  şəklində 
olan dağ gəlir.  
2-ci  məna  isə  qalibiyyət  döyüşü  olan  yeri  bil-
dirir.  Burada  qədim  qəbiristanlıqlar  vardır  (Ərəb-
qədim kəndinin arxasında. Mərəzə, Qobustan əra-
zisi). Qazi dağından sonra Ərquru yatan, Ala dağın 
qobusu  gəlir.  Ərquru  isə,  əslində,  Ərvahlar  (yəni 
ruhlar  olan  yer,  muğamlarda  Ruh  Əl  Ərvah  mu-
ğamı) yatan Ala dağın ətəyi, uzunluğu bir neçə km 
olan  qobudur  (yarğan,  dərə).  Ala  isə  “müqəddəs 
dağ” mənası verən yerdir ki, onun ətəyindəki mey-
danda, Demiskinin sözlərinə görə, persilər, yəni za-
hidlər, abidlər  Piri  Mərəzədə  dini ayinlər  keçirər-
mişlər. Qurbançı kəndindən Xızıya tərəf (bir neçə 
km  uzaqda)  indi  Qozlu  çay  kimi  adlanan  Kərkli 
çay, sonra Ağdərə yaxınlığında Kürklü, (“Türklü”) 
çayı  gəlir.  Qazan  xan  buradan  dünən  keçməklə 
(doğrudan da, bu məsafə atla birgünlük yoldur) bir 
həftəyə Dərbəndə çatır. Onu da deyək ki, Dərbənd 
qapısına aparan dağ yolunun ətrafındakı ərazilərdə 
qışlaqlar yerləşir. 2-ci bir tərəfdən, Qazılıq dağı ki-
mi verilən Baba dağına gedən yolda Şöklü Məlikin 
qoşunları qoyunları aparmaq istəyir ki, bu da Mə-
rəzə  ərazisində  (Nərimankənd)  Baba  adlanan  qə-
dim uca bir qalanın ətəyidir. Qaraca Çobanın qar-
daşları orada dəfn olunublar və indi bu qəbirlər zi-
yarətgahdır.  Yerlərin  əsl  adı  isə  Şaibilər,  Qaiblər 
olmalıdır. Bundan əlavə, dastanda adı çəkilən Do-
nuzluq, İlanlı (ala ilanın məskəni) və b. yerlər də 
məhz Qobustandadır. Dastanda verilən Qobustanın 
Qönçə bulaq (Qonçu), Nuh, Musa bulağı kimi hid-
ronimlər də Qonçu qışlağındadır. Qanlı axar sular 
Ceyrankeçməz çayına işarədir. Dəmyə  yerə məx-
sus olan bu çayın suyu yayda qırmızı rəngə çalır. 
Həmin ərazidə bu gün də axan təbii bulaqların izi 
tarixin dərinliklərinə gedib çıxır. Mövlana (Molla) 
bulağı Ala dağın aşağısında, Vəli bulağı Aladağın 
solunda, Kükürdlü bulaq Qurbançı kəndinin arxa-
sında, Qaradağ, Qazi dağ, Ala dağ, Qaiblər-Şaiblər 
dağı və onun arxasında bu gün də insanlara xidmət 
edən Qarı körpüsü, yəni qədim körpü həm də Dəli 
Domrulun körpüsüdür ki, Dərbənd qapısında, Dər-
bəndə gedən yolda öz ömrünü yaşamaqdadır. Bəli, 
bu toponimlər kod açarları kimi bəyan edir ki, das-
tandakı hadisələr bu yerlərdə cərəyan edib, ilkin si-
vilizasiya da məhz buradan başlamışdır və əlamət-
ləri də təsdiqedici faktlar kimi qalmaqdadır. Yazda 
da,  qışda  da  buzu,  qarı  əriməyən  Qazılıq  dağının 
adı çəkilir, bu da, təbii ki, Baba dağıdır. Ətrafı gül-
çiçəkli, ana südü kimi məlhəmli dağ çiçəkləri... Xı-
zırın, İlyasın yaralarını sarımaları məhz bu ərazidə 
baş verib. Xızırın namazgahı xalqın dilində indi də 
Çiçidə öz adı ilə qalmaqdadır [8]. 
Qaradonlu  piri  (Bəklə  kəndi)  –  müqəddəslik 
rəmzini daşıyır (qara “26” mənalı sözdür). Don isə 
birbaşa qara paltar geyən (don kimi) dərvişlərə işa-
rədir.  Pirlərin  adı  dərvişlərin  toplandığı,  ayinlərin 
oxunduğu müqəddəs ziyarətgah ocağı anlamını ve-
rir. 
Sarı  pir  (Bəklə  kəndi)  –  “sarı”  sözü  sırf 
atəşpərəstlərə,  yəni  günəşə  səcdə  edənlərə,  ilkin 
allaha  itaət  edənlərə  bağlı  sözdür.  “Baş  sarı  tel”, 
“simayi şəms” havaları ilə vəhdətdədir. Avestada 
işlədilən sarı dəvə, ulduz və b. adlarla bağlı sözdür 
ki, birbaşa İbrahimin dininə, zərdüştlərə bağlanır. 
Gədəki piri - əslində, bu pirin adı gədəki deyil, 
“Gərd”əki piri olmalıdır. 
Gərd  –  gəzən,  adlayan  fələk  mənasında.  Yəni 
günahları bağışlayan, ümid verən, acizliyi, zəifliyi 
aradan götürən pir. 
Sofyagil piri - əslində, bu pir sofiya deyil, Sov-
mabil  piri  adlandırılmalıdır.  Sovma  ibadətgah, 
oruc, ibadət yeri, ibadət güşəsi, hücrə mənasını bil-
dirən toponimdir. 
2-ci mənada Sovgənd kimi işlədilməlidir. Sov-
gənd  –  andiçmə,  and,  yəni  tövbə  piri  kimi  qəbul 
edilir.  
Damlamaca kəndinin pirləri: Damcılı pir (qaya-
nın içərisindəki kiçik gölə görə müqəddəs sayılır); 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
72                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Şana nənə piriXoruz piriQotur piriDəmirov pi-
riÖvlad piriArzu, istək, dilək piriAğac piri
Bunlar  da  təsdiq  edir  ki,  bura  ilkin  insanların 
məskən saldıqları məkan olmuşdur. 
Şorsu qaynağı Damlamaca kəndi ilə qonşu əra-
zidədir. Qədim heyvandarlıq və əkinçilik məkanı-
dır. İlk baxışdan adama elə gəlir ki, şor qaynaq su-
yunun şorluğuna görə belə adlandırılıb. Əslində isə 
bu, ərazinin süxurlarına işarədir. 
1) Şor –şoranlıq mənasındadır. 
2) Su – isə üçmənalı söz olub, birinci anlamda 
tərəf mənasını bildirir. 
Muğanlı  Hacıqabulla  sərhəd  ərazi  və  şoranlıq 
tərəf olduğu üçün bu adı almışdır. 
Yekəxana  kəndinin  ərazisində,  eyni  zamanda, 
bir sıra müqəddəs pirlər də mövcuddur. Bunlardan 
ən güclüsü Şeyx Eyyub baba ziyarətgahıdır. Şeyx 
Eyyub babanın nəsli XVIII əsrdə Ərəbistandan gə-
lib. Onların qəbiristanlığı “Acı dərə” adlanan sahə-
dədir. O nəsildən olanların hamısı orada dəfn olu-
nublar. İkinci müqəddəs yer “Əlqayıt baba” piridir. 
Bunlardan  əlavə,  ərazidə  “Yel  piri”  (el  arasında 
ona Yıxıx baba da deyirlər) də sayılıb-seçilən ziya-
rətgahlardan sayılır. 
Bədənində yel xəstəliyi (revmatizm) olanlar bu 
pirə pənah gətirir, qurban kəsir və şəfa tapırlar. 
Ərazidə,  eyni  zamanda,  ziyil,  göz  pirləri  olan 
inanc yerlərinə də rast gəlinir. 
Burada “Şəhid daşları”adında 5-6 ədəd sandıq-
şəkilli qəbirlərdən ibarət inanc ocağı vardır. Deyi-
lənlərə görə, bu qəbirlər XIII əsrdə monqollarla dö-
yüşdə həlak olan vətənpərvərlərin qəbirləridir. Bu 
gün də yerli əhali bu qəbirləri müqəddəs yer kimi 
ziyarət edir.  
Qobustana  məxsus  Nərmankəndin  (Nəriman-
kənd)  özündə  və  qışlaqlarında  çoxlu  sayda  pir 
ocaqları vardır. Onlardan bəziləri haqda qısa da ol-
sa, məlumat vermək yerinə düşər: 
Mərdan  piri  −  Mərdan  adlı  müqəddəs  şəxsin 
adını daşıyır. 
Həmyə piri – Həmyə qışlağındadır. Çəpər piri-
dir. Həm də burada həmyə quyusu vardır (6). 
Hacı Qaraxan baba – Şəfi qışlağında olan qə-
dim pirdir. Pirin dar qapısı vardır, içəri ancaq sü-
rünə-sürünə  girmək  mümkündür.  Qədim  pirdir. 
İçərisində sandıqşəkilli daş var, qəbir isə yoxdur. 
Ola bilsin ki, daşın altında nə isə basdırılıb. Onu da 
deyim ki, Qazan Xanın qardaşının da adı Qaraxan 
olub, özü də məhz bu ərazilərdə məskunlaşıbmış. 
Seyrək də olsa, insanlar buraya ziyarətə gəlirlər. Bu 
pirin son əsrlərin Qaraxan adlı insanlar ilə heç bir 
əlaqəsi yoxdur. 
Sarı pir (Nabur kəndi) − deyilənə görə, pirin ol-
duğu yerdən götürülən torpaq, su sarılıq, ciyər, ast-
ma xəstəliklərinə şəfa gətirir. 
Abdulkərim piri − Qabustanın ən ağır, ən möcü-
zəli piridir. Buraya hətta başqa rayonlardan da zi-
yarətə gəlirlər. Bütün bunlar təsdiq edir ki, Nabur 
kəndinin torpağı minerallarla zəngin, suları isə sə-
rin  və  şəfavericidir.  Heyvandarlıq  və  əkinçilik, 
bostançılıq üçün əlverişlidir. Qozluçayın kənarında 
yerləşən  kəndin  gözəl  mənzərəsi  vardır.  Sakinləri 
zəhmətkeş  və  torpağa  bağlı  insanlardır.  Aşıqları, 
müğənniləri, söz ustaları adnandı. 
Yel  piri  (Poladlı  kəndi)  –  yel  xəstəliyinə  şəfa 
verdiyi təcrübədə təsdqini tapmışdır. Onun torpağı 
məhlul halına salınıb xəstənin bədəninə sürtülür. 
Yabanı (yavanı) piri − Qazi dağında, Qobustan 
inzibati rayonunun ərazisində, Cəmcəmli və Ərəb-
qədim kəndlərinin sərhədində yerləşir. Hündürlüyü 
dəniz  səviyyəsindən  827  m-dir.  Pirin  adı  əslində 
Yəbanı kimi tələffüz edilməlidir. 
Qoşqalar (Qəşqalar) piri − deyilənə görə, ürək-
keçmə xəstəliyinə şəfa verir. 
Göyəc  ocağı  –  öskürəyə,  boğaz  ağrısına  şəfa 
verir. 
Yara piri – Qobustanın bir çox yerlərində belə 
pirlər var. Pirin ərazisindən qaynayan kükürdlü su-
yu torpağa qataraq məhlul düzəldib, bədəndəki ya-
raya,  dəmirova  yaxılarsa,  onlar  tezliklə  yox  olub 
gedər. Bunlar təcrübədə öz təsdiqini tapıb. 
Sündü kəndi də pirlərin bol olduğu bir məkan-
dır. Bu pirlərin şəfaverici gücü onlara üz tutanlara 
yaxşı məlumdur.  
Ziyil  piri  –  torpağını,  daşını  ziyil  olan  ələ  və 
başqa  əzalara  sürtdükdə  qısa  müddətdə  ziyillər 
təmizlənir. 
Öskürək  piri  –  torpağını  suya  qatıb  içdikdə 
öskürək qısa müddətdə kəsilir. 
Dəmirov piri - heyvanlara və ya insanlara dəmi-
rov düşdükdə pirin toprağını suya qarışdırıb sürt-
dükdə xəstə qısa müddətdə (bir neçə saat ərzində) 
şəfa tapır. Dəfələrlə sınaqdan çıxarılıb. 
Səfyabanı bibi piri – insanların üz tutduğu mü-
qəddəs ocaqdır. İnsanların inam gətirdiyi bir qadı-
nın adı ilə bağlıdır. 
Pir Eyvaz – qeyb olan bir şəxsin şərəfinə tikil-
miş çox qədim gümbəzli pirdir. Müxtəlif niyyətlər-
lə bura ziyarətə gəlirlər.  
Pirim saat – təriqət başçısına məxsus gümbəz-
dir. Əslində, onun adı Pirim saat deyil, Pirim sadat-
dır.  Bu  da  müqəddəs  pir,  ziyarət  ocağı  mənasını 
verir. 
Nüsrət piri – Nüsrət adlı etiqad edilən bir şəxsin 
adı ilə bağlıdır. Pirə ətraf kəndlərdən müxtəlif niy-
yətlərlə ziyarətə gəlirlər.  
Mal piri – pirdəki bulağın suyundan torpağa qa-
rışdırmaqla  mallarda  olan  yara-xora,  dəmirov  və 
başqa  dəri  xəstəliklərini  müalicə  etmək  üçün  is-
tifadə edilir.  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə