Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə36/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 69 
 
TOPONİMİKA
 
 
© Ş.A.Həmzəyev
 
QOBUSTAN İNZIBATİ RAYONUNUN PİR ADLARI 
Ş.A.Həmzəyev 
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr. 115 
Qobustan  inzibati  ərazisinin  toponimlərinə  daxil  olan  pirlər  özündə  tariximizin  müəyyən  pil-
lələrini əks etdirir. Bu tarixi pillələr zərdüştlük, atəşpərəstlik və orta əsr tarixi dövrlərini əhatə edir. 
Yerli əhali arasında pirlərin  yerləşdiyi  məkanın sınaqdan çıxmış  müalicəvi əhəmiyyətinin qədim-
liyinə baxmayaraq, indi də ziyarət yerləri kimi özünü göstərməkdədir. Məqalədə müxtəlif mənbə-
lərdən  istifadə  etməklə  tarixi  qaynaqlar  sistemli  şəkildə  əhatə  olunmuşdur.  Pir  adlarının  mənşəyi 
tarix və məkan baxımından araşdırılmışdır. Toponimik tədqiqat baxımından pirlərin öyrənilməsi xü-
susi əhəmiyyət kəsb edir. 
Giriş.  Qobustan  inzibati  ərazisində  yerləşən 
pirlər  tarixi-coğrafi  baxımdan  diqqətəlayiq  tədqi-
qat  mövzularından  biridir. Bu  pirlərin toponimik, 
tarixi-coğrafi nöqteyi-nəzərdən öyrənilməsi və təb-
liq edilməsi istər milli mədəniyyətimizin müxtəlif 
aspektlərinin perspektiv inkişafına, istərsə də turiz-
min  inkişafına  təkan  verən  amillərdən  ola  bilər. 
Qobustanda  ziyarətgah  xarakterli  elə  pirlər  vardır 
ki, əcnəbi ölkələrdən (ərəb ölkələrindən, hətta Ya-
poniyadan) gələn turistlər bu pirlərə maraq göstə-
rirlər.  Əgər  tarixin  qədim  qatlarına  söykənən  bu 
pirlər  lazımi  şəkildə təbliğ olunar,  onların  tədqiqi 
dərindən  araşdırılarsa,  əhəmiyyətli  nəticələrə  nail 
olmaq olar. 
Qobustanın qədim qayaüstü təsvirlərinin sonra-
kı tarixi dövrlərdə ilahi qüvvə tərəfindən yaradıldı-
ğını güman edən insanlar bu yerlərdə pirlərin ya-
ranmasını, qayalarda mehrabların yonulmasını, qa-
zılmış ayaq izlərinin müqəddəslərin ayaq izləri sa-
yılmasını, dini təsəvvürlərin yaranmasını ilahiləş-
dirərək  müxtəlif  inancların  formalaşmasına  səbəb 
olmuşlar. 
Ümumiyyətlə, Qobustanda ziyarətgah kimi qə-
bul edilən pirlər çoxdur. Bu sıradan sayılan bütpə-
rəstlik  və  atəşpərəstlik  dövrlərinin  priləri,  demək 
olar ki, tamam yaddan çıxmışdır.  
Bununla  belə,  qayalar  üzərində  bu  günə  gəlib 
çatmış göy cisimlərinin qədim təsvirlərinin çoxu-
nun  totemizmlə  əlaqəli  olması,  Kənizə,  Şonqar, 
Turaqay,  Kərgəz,  Cingir  baba  kimi  müəyyən  eti-
qadlarla bağlı dağ adlarının saxlanılması bu ərazidə 
vaxtilə pirlər şəbəkəsinin çoxluğunu göstərir. 
İsak  Cəfərzadənin  yazılarında  adları  çəkilən 
“Cingir  baba”,  “Sarı  baba”,  “Huri  qızlar”,  “Şıxlı 
qaya”  kimi  müsəlmançılıqdan  qabaqkı  dövrlərin 
dini  görüşlərinə  uyğun  gələn  pirlər  artıq  yaddan 
çıxmaq üzrədir [3, səh. 110].  
Bütün bunları nəzərə alsaq, görərik ki, Qobus-
tan pirlərinin çoxu İslama deyil, qədim atəşpərəst-
liyə,  ilkin  təkallahlılıqdan  doğan,  qədim  muğlar 
nəslinə  məxsus  atəşpərəstliyə,  zərdüştlüyə  bağla-
nan  dini  ocaqlar,  pirlər  olmuşdur.  Məsələn, 
F.A.Deminski öz yazılarında qeyd etdiyi kimi, Diri 
Baba  türbəsində  persilər  tez-tez  moizələr  oxuyar-
mışlar. Təbii ki, persilərin qaynaqları birbaşa zər-
düştlüyə bağlanan qaynaqlardır [10]. 
Pirlərdə  inşa  edilmiş  türbələr,  günbəzlər  orta 
əsrlər  dövründə  tikilsələr  də,  onların  qaynaqları 
çox-çox qədimlərə şamil olunmalı və yenidən təd-
qiq edilməlidir.  
Sovet ideologiyası İslamla atəşpərəstlik arasın-
da ayrılıq səddi çəkməklə bizi tarixi qədimliyimiz-
dən  uzaqlaşdırmışdı.  Bütün  bunlara  aydınlıq  gə-
tirmək  üçün  Qobustan  pirləri  haqqında  müəyyən 
bilgilərə sahib olaq [3]. 
Diri  Baba  piri  (Qobustan  qəsəbəsi)  − 
YUNESKO-nun  maddi  mədəniyyət  abidələrindən 
ən qədimi, Azərbaycan xalqının mifik və dini gö-
rüşlərini təcəssüm etdirən (inanc yerləri), uzaq keç-
mişimizdən  bugünümüzədək  şahidlik  edən  yadi-
garlardandır. Mərəzənin şərq tərəfində, Ala dağın 
ətəyində, qayalar arasında möhtəşəm bir mədəniy-
yət  abidəsi  və  ağır  övliya  pirlərindən  biridir. 
F.A.Deminski, Dorin, E.Çələbi və başqa tədqiqat-
çılar Diri Baba piri haqqında maraqlı fikirlər söy-
ləmişlər. Yerli əhali, ziyalıların mülahizələrinə gö-
rə,  Şirvanşah  İbrahimin  əzançısı  gözlənilmədən 
qeyb olduğuna görə pirə Diri Baba adını vermişlər. 
Təbii ki, bu bir rəvayətdir. Sadəcə, 1401-ci ildə Şir-
vanşah  İbrahim  burada  məqbərə  tikdirdiyi  üçün 
belə bir rəvayət yaranmış və onun tarixi izi orta əsr-
lərə gedib çıxır. Ancaq Diri Baba pirinin ətrafında 
aşkar edilmiş arxeoloji materiallar bu yerin qədim-
liyindən və ziyarətgah yeri olmasından xəbər verir. 
“Kitabi Dədə Qorqud” dastanında da bu yer ruhlar, 
müqəddəslər yatan yer kimi işıqlandırılır və bu da 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
70                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
dediklərimizi bir daha təsdiq edir [8, səh. 20]. Uzun 
müddət  Şamaxı  ilə  bağlı  tədqiqatlar  aparmış  me-
mar, akademik A.Salamzdə 1948-ci ildə yazmış ol-
duğu “Şamaxı” tarixi əsərində daha təfərüfatlı mə-
lumatlar verir. 
Əsərin  səhifələrində  Diri  Baba  məqbərəsinin 
1948-ci  ildə  çəkilmiş  şəkli  və  məqbərə  haqqında 
məlumat verilir [1]. Qeyd edilir ki, Diri Baba tür-
bəsi  bir  şəxs  üçün  deyil,  müqəddəslər  üçün  tikil-
mişdir. Yüksək memarlıq cizgiləri bunları bir daha 
təsdiq  edir.  Alim  öz  tədiqatlarında  1633,  1636-
1639-cu illərdə Adam Olearinin, E.A.Poxomovun 
əsərlərində əksini tapmış şəkillərə əsaslanır. Əsər-
də verilən şəkillərə əsasən, demək olar ki, 1963-cü 
ildə  Misir  prezidenti  C.Əbdülnasir  Azərbaycanda 
olarkən Diri Baba pirinin bərpa edilməsi təşəbbü-
sünü irəli sürmüşdür. 1963-cu ilə Diri Baba türbəsi 
bərpa edilərkən erməni bərpaçıları tərəfindən büs-
bütün  saxtalaşdırılmışdır.  Belə  ki,  abidəyə  üzlük 
çəkilməklə əsas ornamentləri ört-basdır edilmişdir. 
Türbə sözünün - 1-ci mənası məzar, qəbir, 2-ci 
mənası dinə görə müqəddəs sayılan yerlərdən gö-
türülən torpaq deməkdir [5]. Diri Baba türbəsinin 
tikilmə səbəbini məhz 2-ci mənada qəbul etmək da-
ha düzgün olardı. Yəni müqəddəs yer, bu da “Dədə 
Qorqud” dastanında göstərilən ruhlar olan yerə (ər-
quru yatan) uyğun gəlir. Fikrimizi daha aydın ifadə 
etmək üçün “Qurbani” dastanına istinad edək [8]. 
Qurbani  deyir:  “Vətənin  Diridi,  kəndim  Qara-
dağ, Qaradağdan Qarabağa gedirəm” [2]. 
1) Dir-(i) gec, vaxtı keçmiş, qədim. 
2) Diri – qədim zaman, çoxdankı, qədimki [7].  
Dastandakı sətiraltı ifadələr təsdiq edir ki, diri 
sözü canlı adam mənasında deyil, qədimlik məna-
sında işlədilir. Deməli, Diri Baba piri qədim, mü-
qəddəs ziyarət məkanı, ocaq, pir kimi qəbul olun-
malıdır.  Belə  bir  məqbərənin  başqa  bir  oxşarı  da 
Meksikadadır. Dastanda işarə olunan Qaradağ isə 
məhz qədim Xanəgahı ilə məşhur olan, qədim ziya-
rət  ocağı  Sofi  Novruzdur,  onun  ətrafındakı  Qara-
dağa bağlanır. Bu baxımdan Mərəzə 3-cü mənanı 
özündə tapmaqla, Deminski və Dorinin yazdıqları 
Piri Məzrə vəhdətində Diri Babaya, persilərin, əs-
lində,  qədim  parsilərin  (zahid,  abid,  dərvişlərin 
oturduğu yer) oturduqları yerə bağlanır [6]. 
Şaiblər və Qaiblər piri (dağı) - Qobustan rayo-
nununda,  Ceyrankeçməz  kəndindən  şərq  tərəfdə 
yerləşən dağın adıdır. Xalq arasında yayılmış rəva-
yətə  görə,  guya  Qurbançı  kəndindən  qərb  tərəfdə 
yerləşən Şərgah (Şəhərgah) xarabalığı vaxtilə şəhər 
olmuşdur. Bu şəhərin müdafiə edilməsində Şaib və 
Qaib  adlı  qardaşlar  igidliklə  döyüşərək  həlak  ol-
muşlar. Keçmişdə, adətə görə, xalq döyüş zamanı 
həlak olmuş öz igid övladlarını yüksək dağların zir-
vəsində dəfn edərmiş. Ona görə də iki qoşa dağ zir-
vələrinin birində Qaibi, digər zirvədə isə Şaibi dəfn 
etmişlər. Həmin dağların zirvəsi indi də xalqın zi-
yarət etdiyi müqəddəs yer sayılır.  
Ümumiyyətlə, xalq arasında yayılmış rəvayət-
lərə görə, qoşa zirvələr Qaib və Şaibin adlarını da-
şıyır [9].
 
 
Şəkil. Qobustan inzibati rayonuda pirlər 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə