Coğrafiya
və təbii resurslar, №2, 2017 (6)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
75
klassik poeziyanın parlaq simalarından olan Ənvə-
rinin adı 1987-ci il Bakı nəşrində səhv olaraq Ən-
vari kimi göstərilib. Bütün bünlar Azərbaycan ədə-
bi təzkirələrinin, demək olar ki, əksəriyyəti fars di-
lində yazıldığından, bu dili bilməyən bir çox tədqi-
qatçılar üçün qaranlıq qalmışdır. Pakistanlı tədqi-
qatçı Doktor Seyyid Əli Rza Nəqəvinin azərbay-
canlı adlandırdığı Əbu Talib xan Təbrizi fars dilin-
də yazmışdır. Hazırda onun əlyazmaları dünya ki-
tab xəzinələrində mühafizə olunur, hətta bir sıra
Avropa dillərinə belə tərcümə edilərək çap olun-
muşdur.
Əbu Talib xan həm də təzkirə müəllifi olduğun-
dan bu əsərlər içərisində onun «Xülasətül-əfkar»
adlı əsəri mahiyyətinə görə daha maraqlı və daha
önəmlidir. 25 illik yaradıcılıq məhsulu olmuş bu
əsərdə (h.q. 1206-1207-ci illərdə) təxminən 492 şa-
ir haqqında ədəbi-coğrafi məlumatlar və nümunə-
lər toplanmışdır. Müəllif əsəri tamamladıqdan son-
ra orada müəyyən ixtisarlar və əlavələr etdiyindən
bu rəqəm bəzi mənbələrdə kiçik fərqlərlə - 493 və
bəzən də 494 göstərilir. Əsər farsdilli şeir və təz-
kirəçilik haqqında müəllifin mülahizələrini açıq-
layan müqəddimədən və əlifba sırası ilə verilmiş
bir sıra şairlərin yaradıcılıqlarından bəhs edən mə-
lumatlardan ibarətdir. Məşhur Əhməd Gülçin Mə-
aninin fikrincə, bu əsərdə bəzi klassik müəlliflərin
ədəbi-coğrafi anlayışlar haqqında fikirlərindən ör-
nəklər verilmişdir. Doktor Nəqəvi bu təzkirəyə mü-
əllif tərəfindən yazılmış şərhləri xüsusi olaraq vur-
ğulamışdır. Eyni zamanda, ayrı-ayrı şairlərdən gə-
tirdiyi misalların beyt hesabı sayının göstərilməsini
hətta nadir hadisə hesab etmişdir.
Əbu Talib xan Təbrizi istifadə etdiyi mənbələr
sırasında, öz növbəsində, böyük Azərbaycan təzki-
rəçisi Əliqulu xan Valeh Dağıstaninin «Riyaz əş-
şüəra» təzkirəsinə tənqidi yanaşması və yeri gəl-
dikcə ondan bol-bol istifadə etməsi çox böyük ədə-
bi hadisədir. Əbu Talib xan hətta bu təzkirəni tərtib
edərkən quruluş baxımından “Riyaz əş-şüəra” təz-
kirəsindən nümunə kimi istifadə etmişdir.
Lakin Əhməd Gülçin Məaninin bu təzkirə haq-
qında bəzi iradları və subyektiv fikirləri ilə razılaş-
mayan Əziz Dövlətabadi «Soxənvərani-Azərbay-
can» əsərində bu elmşünaslıq mənbəyinə yüksək
qiymət vermişdir.
Əsərdə təqdim olunan Əvhədi Marağayi, Bədi
Təbrizi, Xaqani, Şərif Təbrizi, Mücirəddin Bey-
ləqani, Füzuli, Nizami, Qətran və başqa adlar bu
təzkirənin Azərbaycanın ədəbi-coğrafiyaşünaslığı-
nın yüksək dəyərindən xəbər verir. «Xülasətül-əf-
kar» təzkirəsinin dünya əlyazma xəzinələrində mü-
hafizə olunan bir çox nüsxələrinin sonunda müəlli-
fin əxlaq və hətta tibbi-coğrafiya elmi haqqında fi-
kirləri 1794-cü ildə yazdığı «Lübbüs-siyər və cə-
hannüma» adlı əsərində öz əksinin tapmışdır.
Tarix və coğrafiyadan bəhs edən və dörd bab-
dan ibarət olan bu axırıncı əsərin üçüncü babında
qədim dövr yunan filosları ilə bərabər, müsəlman
alim, fazil və şairləri haqqında da ilkin elmi məlu-
mat verilir. Mənbələrin verdiyi məlumatlara görə,
103 səhifə həcmində olan bu əsərin “Xülasətül-əf-
kar” adlı müstəqil əlyazma nüsxələri də mövcud-
dur.
Əbu Talib xan Təbrizi bir çox klassik ədəbi-ta-
rixi, coğrafi əsərlərin müəllifidir. «Təfzih əl-qa-
felin» əsəri hicri-qəməri tarixi ilə 1211-ci ildə coğ-
rafiyaçı, kapitan Riçardsonun sifarişi ilə yazılmış-
dır. Orijinal mətni günümüzə çatmayan bu əsərin
ingilis dilində tərcüməsi 1885-ci ildə Allahabadda
çap olunub. Müqəddiməsi nəsrlə olan bu tarixi əsər
1804-cü ildə yazılmış və Səfəvi şahzadəsi Əbülfəth
Soltan Məhəmməd Səfəviyə hədiyyə edilib. Əlu
Talib xan Təbrizi həmçinin klassik şeir növlərinin,
demək olar ki, hamısını əhatə edən divan sahibidir
və bu toplunun əlyazması indi Britaniya muzeyin-
də saxlanılır. Hətta Əlu Talib xan Təbrizinin bəzi
şeirləri ingilis dilində 1807-ci ildə Londonda nəşr
edilib. Bu əsərin Edinburq kitabxanasında saxlanan
əlyazmasında Əlu Talib xan Təbrizinin görkəmli
səyyah və tarixçi kimi portreti də mövcuddur.
Mənbələr Əbu Talib xan Təbrizinin bir mətnşünas-
tədqiqatçı kimi də fəaliyyətindən xəbər verir. O,
məşhur Hafiz divanının 12 nüsxə əsasında mətnini
bərpa edib 1200 tirajla çap etdirmişdir. Əziz Döv-
lətəbadinin fikrincə, bu, Hafiz divanının ədəbi mü-
hitdə ilk çaplarındandır.
Əbu Talib xan Təbrizinin əsərlərinin, onun haq-
qında yazılmış mətnlərin əldə edilib tərcümə və
tədqiq edilməsi Azərbaycan coğrafiyası və ədəbi-
tarixi məlumatların zənginləşməsinə böyük töhfə
olardı.
ƏDƏBİYYAT:
1.
Bağırov Əkrəm. Azərbaycan türkü Əbu Talıb
Xan Təbrizi. Orta əsr əlyazmaları və Azərbaycan mə-
dəniyyəti tarixi problemləri. Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr
olunmuş XIII Respublika elmi konfransının materialları
(Bakı, 24 may, 2013). Bakı, “Elm və təhsil”, 2013 s. 95-
97.
2.
Məhəmmədəli Tərbiyət. Danişməndani-Azər-
baycan (Tərcümə edənlər: İsmayıl Şəms, Qafar Kəndli).
Bakı, 1987.
3.
V.Musalı. Azərbaycan təzkirəçilik tarixi. Bakı,
2012.