Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə42/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 81 
 
dağlığın meşə-çöl, çöl və dağ-çəmən landşaftları və 
subalp  çəmənliyidir  [1].  Yayı  quraq  keçən  müla-
yim-isti  iqlim  tipi  hakimdir.  Əsas  çay  sisteminin 
mənbəyini 2400 m hündürlükdən götürən və ümu-
mi uzunluğu 119 km olan Pirsaat çayı və onun qol-
ları təşkil edir. 
Fauna  və  flora  növləri  zəngindir.  Belə  ki,  520 
növ bitki, o cümlədən 130 növ ağac və kol bitkisi, 
440 növ çiçəkli bitki, 143 heyvan növü, o cümlə-
dən  33  məməli  növü  ərazidə  yayılmışdır.  Əsasən 
Qafqaz  vələsi,  Şərq  fısdığı,  İberiya  palıdı,  iritoz-
cuqlu palıd, adi göyrüş, çöl ağcaqayını, qaraçöhrə, 
tozağacı, çaytikanı, əzgil, itburnu, zirinc və s. kimi 
ağac-kollar vardır. Yırtıcı heyvan növlərindən qo-
nur ayı, canavar, çaqqal, tülkü, meşə pişiyi, porsuq 
və s., gəmiricilərdən isə sincab, siçan və s. yayıl-
mışdır. Ərazidə quşlardan Qafqaz şahini, qırqovul, 
qaratoyuq,  bildirçin,  kəklik  və  göyərçinə  rast  gə-
linir [3].  
Tədqiqat ərazisində 2 kənd inzibati ərazi dairə-
si,  o  cümlədən  5  kənd  yaşayış  məntəqəsi  vardır. 
Avaxıl və Dəmirçi kəndlərində bələdiyyə qurum-
ları fəaliyyət  göstərir.  Əhalinin ümumi  sayı  1650 
nəfərdir.  Əhalinin  bir  qisminin  heyvandarlıqla 
məşğul olması və  köçəri həyat sürməsi kəndlərdə 
yaşayan insanların say tərkibinin mövsümdən asılı 
olaraq dəyişməsinə səbəb olur. Milli tərkibdə tatlar 
üstünlük təşkil edir. 
Kəndlərdə  əhalinin  əsas  məşğuliyyəti  heyvan-
darlıq və əkinçilikdir. Qoyunçuluq, maldarlıq, bos-
tançılıq  və  tərəvəzçilik  əsas  gəlir  sahələridir. 
Y.Məmmədəliyev qəsəbəsi və Avaxıl kəndi ərazi-
lərində  mövsümi  turizm  sahələri  nisbətən  inkişaf 
etmişdir. 
 
Şəkil 2. Y.Məmmədəliyev qəsəbəsi 
Avaxıl  kənd  inzibati  ərazi  dairəsinə  Y.Məm-
mədəliyev qəsəbəsi və Avaxıl kəndi daxildir. Qə-
səbə Şamaxı Astrofizika Rəsədxanası və ətraf əra-
zilərini  əhatə  edir  (şəkil  2).  Rayon  mərkəzindən 
olan  məsafə  24  km  olmaqla,  mütləq  hündürlük 
1430 m təşkil edir. Qəsəbədə təqribən 70 ailə yaşa-
yır. Yaşayış evlərinin elektrik, qaz və istilik təchi-
zatı ilə təminatı tam ödənilir. Ərazidə 11 illik tam 
orta  məktəb  vardır.  Tibb  məntəqəsi  və  əczaxana 
yoxdur.  Qəsəbədə  mövsümi  olaraq  istirahət  mər-
kəzləri fəaliyyət göstərir. Məşğul əhalinin əksəriy-
yəti isə əsasən Nəsirəddin Tusi adına Şamaxı As-
trofizika Rəsədxanasında çalışır. Rəsədxana 1960-
cı ildə yaradılmışdır və hazırda AMEA-nın nəzd-
nində fəaliyyət göstərir. Qeyd edək ki, rəsədxana-
nın  maddi-texniki  bazasının  gücləndirilməsi  və 
əsaslı təmir-tikinti işlərinin aparılması məqsədi ilə 
Azərbaycan  Respublikasının  2008-ci  ilin  dövlət 
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respub-
likası Prezidentinin Ehtiyat Fondundan ümumilik-
də 8 milyon manat vəsait ayrılmışdır. [10] Nəticədə 
bir sıra elmi cihaz və avadanlıqlar quraşdırılmış, iş 
və yaşayış binaları əsaslı təmir edilmişdir.  
Avaxıl  kəndi  eyniadlı  çayın  sahilində  yerləşir. 
Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 1360 
m-dir. Şamaxı şəhərindən 29 km məsafədə yerləşir. 
Əhalisinin sayı 530 nəfərdir. Qış fəslində əhalinin 
sayında qışlaqlara köçmə səbəbindən azalma mü-
şahidə  edilir.  Kənddə  təqribən  120  ailə  yaşayır. 
Əhalinin  əsas  gəlirləri  heyvandarlıq,  bağçılıq  və 
bostançılıqdandır.  Əksər  həyətyanı  sahələrdə  əki-
lən tərəvəz bitkiləri əsasən ailələrin daxili tələbatı-
nı ödəyir. Kənd ərazisində turizmin qismən inkişaf 
etməsi  böyük  əhəmiyyətə  malikdir.  Ərazidə  xeyli 
sayda  istirahət  mərkəzlərinin  varlığı  xüsusilə  yay 
aylarında yerli əhalinin işlə təminatında mühüm rol 
oynayır. Belə turizm obyektlərindən Qızıldaş, Çən-
libel, Dədə Qorqud, Piknik Bulaq, Dağlar Qoynun-
da, Qoşabulaq, Cənnət Bağı, Xan Bağı və s. göstər-
mək  olar.  Bundan  başqa,  ərazidə  kənd  turizmi  də 
nisbətən  inkişaf  etmişdir.  Belə  ki,  gələn  turistlər 
üçün kənd evlərində yerli əhali tərəfindən qonaq-
lama xidməti göstərilir.  
Bununla yanaşı,  ərazidə turizm infrastrukturu-
nun inkişafı vacib olsa da, bu bir sıra problemlərə 
də  səbəb  olur.  Belə  ki,  kənddə  məhdud  həcmdə 
olan şirin su ehtiyatının bir hissəsi istirahət mərkəz-
lərinə verildiyindən əksər ailələrin su ilə təminatın-
da  müəyyən  problemlər  yaranır.  Həmçinin  yerli 
əhaliyə məxsus otlaq sahələrinin də həmin obyekt-
lər  tərəfindən  mənimsənilməsi  heyvandarlığın  da 
inkişafına öz mənfi təsirini göstərir. 2013-cü ilə qə-
dər kənddə istilik təchizatı ilə bağlı problemlər ol-
duğundan  ətraf  ərazilərdə  xeyli  sayda  ağac 
kəsilmişdir.  Hal-hazırda  əhalinin  qaz  və  işıqla 
fasiləsiz təmin olunması ərazidə ekoloji gərginliyin 
nisbətən azalmasına səbəb olmuşdur.  
Dəmirçi kənd inzibati ərazi dairəsinə Dəmirçi, 
Səfalı  və  Zarat-Xeybəri  kənd  yaşayış  məntəqələri 
daxildir.  Hər  üç  kəndin  bələdiyyəsi  Dəmirçi  kən-
dində  yerləşir.  Dəmirçi  kəndi  Pirsaatçayın  qolu 
olan  Dəmirçi  çayının  sol  sahilində,  dəniz  səviy-
yəsindən  1500  m  hündürlükdə  yerləşir  (şəkil  3). 
Rayon mərkəzindən 33 km məsafədə olan bu kəndə 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
82                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
yalnız çaydan keçərək getmək mümkündür. 2016-
cı ildə çayın üzərində körpü tikilmişdir. Bu isə 515 
nəfər sakini olan kənd üçün həyati vacib tədbirlər-
dəndir.  
Əhalinin milli tərkibi əsasən tat etnik qrupudur. 
Kəndin əsasını İsmayıllı rayonunun Lahıc və Əhən 
kəndlərindən  bu  kəndə  köç  edən  dəmirçi  ailələri 
qoymuşdur.  Əhali  gəlirlərini  əsasən  maldarlıqdan 
və ənənəvi peşələri olan dəmirçilikdən əldə edirlər. 
Becərilən  tərəvəzçilik  məhsulları  daxili  tələbatı 
ödəmir. Əhalinin əksər hissəsinin yaşayış səviyyəsi 
yüksək deyildir, gündəlik ehtiyacları qismən ödə-
nilir.  Ölkəmizin  əksər  kəndlərində  olduğu  kimi, 
burada da gənclərin xeyli hissəsinin iş dalınca şə-
hər  yerlərinə  köçməsi  müşahidə  olunur.  Kənddə 
yaşayan yaşlı nəslin nümayəndələri isə əsasən döv-
lətdən sosial müdafiə və pensiya şəkilində aldıqları 
təqaüd hesabına yaşayırlar. Sosial infrastruktur tə-
minatı da qənaətbəxş deyildir. Lakin kənd elektrik 
enerjisi,  qazla  fasiləsiz  təmin  olunmuş  və  digər 
kommunikasiya xətlərinin də bərpa edilməsi nəzər-
də tutulmuşdur. Kənd yolu torpaq və çınqıl örtük-
lüdür. Əhali yanacaq tədarükündə odun və gərmə-
dən istifadə edir. İçməli su xətti yerli sakinlərin öz 
şəxsi hesablarına çəkilmişdir. Kəndə xidmət göstə-
rən  ictimai  nəqliyyat  sistemi  yoxdur.  Kitabxana, 
tam  orta  məktəb  və  1  feldşerin  xidmət  göstərdiyi 
tibb məntəqəsi vardır. 
 
Şəkil 3. Dəmirçi kəndi 
Dəmirçi kəndindən Lahıc qəsəbəsinə qədər
 
15 km
 
uzunluğunda yeni yolun çəkilməsi ərazinin turizm 
imkanlarının  gələcəkdə  daha  da  genişlənəcəyini 
söyləməyə əsas verir [5]. Kəndin ərazisində 1892-
ci ilə aid yerli əhəmiyyətli  memarlıq abidəsi olan 
məscidin bərpasına ehtiyac vardır. Bundan başqa, 
dəmirçilik  və  toxuculuq  kimi  sənətkarlıq  sahələri 
turistlərin  cəlb  edilməsi  baxımından  xüsusi  əhə-
miyyət  kəsb  edir.  Bəzi  ailələrdə  dəmirçilik  sənəti 
ənənəvi  şəkildə  nəsildən-nəslə  ötürülərək  davam 
etdirilir. Kəndin ərazisində tarixən 40-dan artıq də-
mirçi sexi olsa da, 
hazırda onların sayı
 azalaraq 8-ə 
enmişdir. Bu sexlərdə əsasən kənd təsərrüfatı alət-
ləri hazırlanır ki, bunlar da rayon mərkəzində satışa 
çıxarılır.  
Kəndin 2,5 km cənub-şərqində Dəmirçi palçıq 
vulkanı yerləşir. Bu gün də aktivliyini davam etdi-
rən bu palçıq vulkanı dəniz səviyyəsindən 1430 m 
yüksəklikdə yerləşir (şəkil 4). 
 
Şəkil 4. Dəmirçi palçıq vulkanı 
Tədqiqat işində Dəmirçi kəndi model ərazi kimi 
tədqiqata cəlb olunmuş və ərazinin torpaqdan isti-
fadə  xəritəsi  hazırlanmışdır.  Kəndin  ərazisində 
1,22 ha həyətyanı əkin sahəsi, 6,28 ha bağ sahələri, 
2,64 ha otlaq, 1,38 ha yararsız torpaqlar və 2,36 ha 
ümumi yaşayş sahəsi qeydə alınmışdır. (şəkil 5). 
 
Şəkil 5. Dəmirçi kəndində torpaqdan istifadənin 
müasir vəziyyəti  
Dəmirçi  kəndindən  1  km  şimal-şərq  istiqamə-
tində Səfalı kəndi yerləşir. Pirsaatçayın sol sahilin-
də 
qərar tutmuş bu kənd dəniz səviyyəsindən
 1450 m 
hündürlükdədir (şəkil 6). Əhalinin milli tərkibi əsa-
sən tatlardan ibarətdir. Rəsmi olaraq 120 nəfər sa-
kini  olsa  da,  əslində  kənddə  yaşayanların  sayı  iki 
dəfədən azdır. Belə ki, kənddə 22-yə qədər yaşayış 
evi vardır. Kənddə elektrik enerjisi daimi olsa da, 
qazla təchizat hələ də mümkün olmamışdır. Evlər 
əsasən gərmə ilə isidilir. Əhalinin başlıca məşğu-
liyyəti  əkinçilikdir.  Həyətyanı  sahələr  az  olsa  da, 
Pirsaat çayının sağ sahilində kənd əhalisinə məxsus 
torpaq payları vardır. Bu sahələrdə daha çox bostan 
və tərəvəz bitkiləri becərirlər. Toxuculuq sənəti bir 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə