Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə50/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   44   45   46   47   48   49   50   51   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 95 
 
MAHİRƏ ABBASOVA − 70 
Mahirə 
Abbasova 
1947-ci ildə Tovuz şəhə-
rində  Lenin  ordeni  və 
Stalin  mükafatına  layiq 
görülmüş  tanınmış  də-
miryolçu  Əkbər  kişinin 
ailəsində  dünyaya  gəlib. 
O, 1965-ci ildə orta mək-
təbi,  1972-ci  ildə  BDU-
nin Geoloji-coğrafiya fa-
kültəsini bitirib. 
Elmə  xüsusi  maraq 
göstərən M.Abbasova 1968-ci ildən AMEA akad. 
H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun Xəritəçilik 
şöbəsində işləməyə başlayıb. 1973-cü ildən Coğra-
fi adlar (toponimika) şöbəsində baş laborant, mü-
həndis, kiçik elmi işçi vəzifələrini tutmuş, hal-ha-
zırda  isə  Coğrafi  fikir  və  toponimika  şöbəsində 
aparıcı elmi işçi vəzifəsində işləyir. 
1973-cü  ildən  Coğrafiya  İnstitutunda  aparılan 
toponimiya  sahəsində  elmi  tədqiqat  işlərinin  əsas 
icraçılarından  biridir.  O,  çoxsaylı  elmi  hesabatla-
rın, 30-a qədər elmi məqalənin və 1 monoqrafiya-
nın müəllifidir. 
“Abşeron rayonunun toponimiyası” mövzusun-
da  namizədlik  dissertasiyası  işini  müdafiə  edərək 
coğrafiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 
O, Coğrafiya İnstitutunun və respublikamızın elmi-
ictimai həyatında yaxından iştirak edir. 1992-ci il-
dən Azərbaycan Respublikasının Milli Məclisi ya-
nında fəaliyyət göstərən Toponimiya Komissiyası-
nın üzvüdür. 
M.Abbasova “Böyük Qafqazın cənub-şərq his-
səsinin  toponimiyası”  adlı  monoqrafiyanın  (Bakı, 
1993) və “Azərbaycan toponimləri” (ensiklopedik 
lüğət, Bakı-2000) əsərinin müəlliflərindən biridir. 
Mahirə xanım xalqımızın milli və mənəvi sər-
vəti olan coğrafi adların yerlərdən toplanıb tədqiq 
olunmasında yaxından iştirak etməklə respublika-
mızın  bölgələrini  qarış-qarış  gəzmiş,  xalqın  daş 
yaddaşında qorunub saxlanılan yer-yurd adlarıının 
qeydə  alınmasında  xüsusi  əməyi  olan  ilk  qadın 
coğrafiyaşünas alimdir. O, “Azərbaycan Milli At-
lası”na daxil olmuş toponimik xəritələrin əsas mü-
əlliflərindəndir. 
M.Abbasova işlədiyi müddətdə Azərbaycan to-
ponimiyasının tədqiqi sahəsində özünü ölkə səviy-
yəsində  tanınmış  mütəxəssis  kimi  göstərmişdir. 
Coğrafiya İnstitutunda yaradılan “Azərbaycan to-
ponimik 
fondu”nun 
zənginləşdirilməsində, 
DQMV-nin  coğrafi  adlarının  tədqiq  olunmasında 
və ermənilərin özününküləşdirdikləri yer adlarının 
bərpa edilməsində onun xüsusi əməyi vardır. 
M.Abbasova hazırda Azərbaycan xalqına məx-
sus  torpaqların  hesabına  yaradılmış  Ermənistan-
dakı coğrafi adlarımızı  özününküləşdirən erməni-
ləri ifşa etmək baxımdan ciddi elmi tədqiqat işləri 
ilə məşğul olur. 
O,  Azərbaycan  toponimiyasının  öyrənilməsinə 
həsr edilmiş bir sıra respublika (Bakı 1973, 1981, 
1988,  1990,  1994  və  s.)  və  keçmiş  sovetlər  döv-
ründə  müxtəlif  şəhərlərdə  −  Mahaçqala  (1978), 
Vladiqafqaz  (1980),  Telavi  (Gürcüstan,  1983)  və 
Bişkekdə (1987) keçirilmiş Ümumittifaq Onomas-
tika konfranslarının iştirakçısı olmuş, məruzələrlə 
çıxış etmişdir. 
Onun toponimiya sahəsində apardığı elmi araş-
dırmalardan Torpaq və Xəritəçəkmə Komitəsində, 
Azərbaycan  Milli  Ensiklopediyasında,  çoxcildlik 
toponimik lüğətlərin tərtibində, Milli Məclisin ya-
nında  fəaliyyət  göstərən  Toponimiya  Komissiya-
sında,  dövri  mətbuatda,  televiziya  verilişlərində, 
toponimika  elminin  tədrisində  və  s.  geniş istifadə 
olunur. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyevin  2015-ci  il  4  noyabr  tarixli  Sərəncamına 
əsasən AMEA və eyni zamanda, akad. H.Ə.Əliyev 
ad. Coğrafiya İnstitutunun 70 illiyi münasibətilə bir 
qrup alimin, o cümlədən Mahirə Abbasovanın elmi 
fəaliyyəti yüksək qiymətləndirilmiş, ona Əməkdar 
mədəniyyət işçisi fəxri adı verilmişdir. 
 
 
 
 
Redaksiya heyəti 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
96                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
AKADEMİK H.Ə.ƏLİYEVİN 110 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ SƏYYAR TƏDBİRLƏR 
Bu  il  dekabrın  15-də  Azərbaycanın  görkəmli 
coğrafiyaçı - təbiətşünas alimi və ekoloqu, Dövlət 
mükafatı laureatı, Əməkdar elm xadimi, akademik 
Həsən  Əliyevin  anadan  olmasının  110  ili  tamam 
olur. Bununla əlaqədar ölkə Prezidenti İlham Əli-
yev bu ilin fevral ayında Sərəncam imzalayıb. 
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitu-
tu  Azərbaycanın  elm  xəzinəsinə  dəyərli  töhfələr 
vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və 
tanınmış  ictimai  xadim  Həsən  Əliyevin  110  illik 
yubileyinin  layiqincə  keçirilməsini  təmin  etmək 
məqsədi  ilə  tədbirlər  planı  işləyib  hazırlamışdır. 
Plana  əsasən  institut  il  boyu  müxtəlif  tədbirlər  – 
konfranslar, sərgilər, görüşlər, seminarlar və s. təş-
kil edir. 
 
2017-ci ilin 16-17 iyun tarixlərində  Lənkəranda  
akademik H.Ə.Əliyevin 110 illiyinə həsr olunmuş 
“İnsan və  ətraf mühit münasibətləri” mövzusunda 
respublika elmi  konfransı keçirilib. 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnsti-
tutu, Lənkəran Dövlət Universiteti və Azərbaycan 
Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan 
tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan 
Dövlət Pedaqoji Universitetinin, AMEA Şəki Re-
gional  Mərkəzinin,  Fövqəladə  Hallar  Nazirliyinin 
və digər elmi təşkilatların  alim və ekspertləri işti-
rak ediblər. 
Akademik  Ramiz  Məmmədov  Azərbaycanın 
görkəmli coğrafiyaçı və torpaqşünas alimi  akade-
mik  H.Əliyevin  Azərbaycanın  coğrafiya  elminin 
inkişafındakı əvəzolunmaz rolundan, torpaqşünas-
lıq, ətraf mühit, ekologiya, kadr hazırlığı, nəşr sa-
həsindəki  fəaliyyətindən,  xalq  və  dövlət  naminə 
göstərdiyi  xidmətlərdən, ictimai-təşkilati bacarıq-
larından,  eləcə  də  bir  insan  kimi  müsbət,  dəyərli  
keyfiyyətlərindən danışıb.  
Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor 
müavini, dosent Məhərrəm Həsənov c.ü.f.d. Mət-
ləb Rəhimovla həmmüəllif olduğu  “Lənkəran təbii 
vilayətinin iqlim və aqroiqlim ehtiyatları” mövzu-
sundakı  məruzəsində  hamını  narahat  edən  qlobal 
istiləşmə,  iqlim  dəyişkənliyi,  onun  ölkə iqtisadiy-
yatındakı rolundan geniş məlumat verib. 
Sonra  Cİ-nin  İnsan  coğrafiyası  istiqamətinin 
rəhbəri,  c.ü.e.d.  Zakir  Eminov  “Lənkəran-Astara 
iqtisadi  rayonunda  müasir  demoqrafik  vəziyyətin 
iqtisadi-coğrafi problemləri”, Azərbaycan Coğrafi-
ya  Cəmiyyəti  Lənkəran  filialının  sədri,  c.ü.f.d.  
Ziyafət Ağayev “Lənkəran təbii vilayəti çaylarında 
ekoloji  problemlər  və  onların  əmələgəlmə  səbəb-
ləri” mövzularında məruzələrlə çıxış ediblər. 
Plenar  iclasdan  sonra  konfrans  işini  bölmələr 
üzrə  iclaslarla  davam  etdirib.  Tədbirin  sonunda 
bölmə sədrlərinin  konfrans haqqında hesabatı din-
lənilib,  qərar layihəsi qəbul edilib. Qərarda həmçi-
nin elm-təhsil-istehsalat arasında  əlaqələri daha da 
gücləndirmək, mütəmadi olaraq bu tipli tədbirlərin, 
eləcə də  birgə elmi tədqiqatların, elmi seminarların 
keçirilməsini  təmin  etmək  məqsədilə  Coğrafiya 
İnstitutu ilə LDU arasında əməkdaşlıq müqaviləsi-
nin bağlanması təklifi də irəli sürülüb. 
 
Belə tədbirlərdən biri də 17-18 noyabr tarixlə-
rində Şamaxı və Qəbələ şəhərlərində təşkil olunan 
səyyar görüşlərdir. Coğrafiya İnstitutu  əməkdaşla-
rının  iştirakı  ilə  Şamaxı  Mədəniyyət  Mərkəzi  və 
Qəbələ  Arxeoloji  Mərkəzində  rayon  ictimaiyyəti-
nin,  təhsil  idarələrinin  nümayəndələri,  kənd  orta 
məktəblərinin coğrafiya müəllimləri ilə görüş  ke-
çirilib. 
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif 
Ağayev və Qəbələ rayon İcra Hakimiyyəti başçısı-
nın müavini Ətayə Osmanova tədbiri giriş sözü ilə 
açaraq Bakıdan gələn qonaqları salamladılar, döv-
rünün  görkəmli  coğrafiyaşünas  alimi,  akademik 
Həsən Əliyevin Azərbaycanda coğrafiya və torpaq-
şünaslıq  elmlərinin  müxtəlif  sahələrinin  təşəkkül 
tapmasındakı  xidmətlərindən  söhbət  açdılar.  İcra 
hakimiyyətinin  nümayəndələri  həmçinin  tədbirin 
keçirilməsindən  məmnun  qaldıqlarlarını  bildirdi-
lər. 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə