Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə48/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   44   45   46   47   48   49   50   51   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
92                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Portuqalların Braziliya sahillərinə alternativ 
marşrutu. Kral II Juan ispanların xəbəri olmadan 
məxfi  ekspedisiyanın  hazırlanmasına  start  verir. 
Bu  minvanla  Braziliyanın  əsl  kəşfinin  qıfılını  elə 
buradaca  açmaq  mümkün  olar.  Bartolomeu  Diaş 
Afrikanın şimaldan cənuba qədər qərb sahillərini, 
Pireyra  isə  Atlantik  okeanında  yerləşən  portuqal 
dənizçilərinə məlum olan ada və arxipelaqları yax-
şı tanıyır və çətinlik çəkmədən həmin akvatoriya-
larda sərbəst şəkildə üzə bilirdi. Elə okeandakı ar-
xipelaqlara  və  cərəyanların  yerləşdiyi  akvatoriya-
lara yaxşı bələd olduğundan Braziliyanın kəşf edil-
məsi,  məhz  Pireyraya  tapşırılmalı  idi.  Bir  sözlə, 
onun sayəsində Portuqaliya krallığı nəhəng bir əra-
ziyə sahib olur. Halbuki həmin ekspedisiya, əvvəl-
ki  səyahətlərdə  olduğu  kimi,  uğursuzluqla  nəticə-
lənsəydi,  onlar  Atlantik  okeanında  kəşf  etdikləri 
adalarla kifayətlənməliydilər.  
1493-cü ili başa vurmamış ekspedisiya səyahətə 
çıxmalı idi. İsti havalar geridə qaldığından və pa-
yızda bu enliklərdə fırtına və qasırğalar tüğyan et-
diyindən  bunu  Afrikanın  şimal-qərb  sahilində  hə-
yata keçirmək lazım idi.  
Çox güman ki, Pireyra 1494-cü ilin birinci rü-
bündə Lissabona qayıdır. Hazırlanan hesabatda hər 
bir  detal  bütün  incəliklərinə  kimi  yoxlanılır.  Ən 
əsası yenicə kəşf olunan və müəyyən vaxta qədər 
gizlin  saxlanılacaq  həmin  ərazinin  koordinatları 
diqqət mərkəzində  saxlanılırdı.  Koordinatlar  ba-
xımından  mən  bir neçə variantı nəzərdən keçirmə-
li oldum və belə bir nəticəyə gəldim ki, Pireyra təx-
minən indiki San-Luis və Belen şəhərləri ərazisin-
də  1
0
  c.  en  dairəsi  və  42
0
-43
0
  qərb  uzunluğunda 
Braziliya sahillərinə çıxıb. Həmin ərazidə sahil zo-
lağı  yarıq-yarıq  olduğundan,  xüsusən  də  San-Lu-
isin yerləşdiyi quru torpaq yarımadada yerləşdiyin-
dən o, adalar qrupu ilə üzləşdiyini zənn edir. Axı, 
Kolumb da okeanın qərb hissəsində çoxsaylı adalar 
qrupunu kəşf etdiyini bəyan etmişdi. Elə Kabral da 
həmin əraziyə ilk dəfə qədəm qoyanda, elə bilmişdi 
ki, həmin ərazi böyük bir adadır. 
Bu yerdə sual verilə bilər ki, nəyə görə mən Pi-
reyranın indiki San-Luisin yerləşdiyi əraziyə gəlib 
çıxdığını ortaya qoyuram? Mənim fərziyyəmə gö-
rə, Pireyra özü üçün tanış olan Qvineya sahllərinə 
yaxın bir yerdə cənubi passat cərəyanının vasitəsilə 
qərbə  yola  düşür  və  Cənubi  Amerika  materikinin 
astanasında iki yerə bölünən Qviana və Braziliya 
cərəyanları ilə rastlaşır. Şimala doğru üz tutan Qvi-
ana cərəyanı Pireney yarımadasının yerləşdiyi en-
liklərə qalxdığından o, həmin cərəyanı seçir və təx-
minən 1
0
 c. en dairəsinə qədər yol qət edir. Həm də 
vaxt  itirməmək  baxımından  oradan  Avropaya  qa-
yıtmaq daha münasib idi. 
Artıq 6 ildən sonra Kabralın ekspedisiyası Yaşıl 
Burun adalarından üzü cənuba doğru hərəkət edən-
də, onlar cənubi passat cərəyanının köməyi ilə qər-
bə doğru üz tutmuş, lakin materikə yaxınlaşanda bu 
dəfə  cənub  istiqamətində  hərəkət  edən  Braziliya 
cərəyanı ilə sahil zolağına yaxınlaşmışdılar. 
Pireyranın  səyahəti-
nin nəticəsindən razı qa-
lan  kral  II  Juan  növbəti 
danışıqlar üçün öz diplo-
matlarını  təlimatlandırır. 
İspan nümayəndələrinin, 
o  cümlədən  pontifikin 
verəcəyi sualların cavab-
ları  əvvəlcədən  onlarda 
hazır  idi.  Onlar  guya 
Braziliyanın  varlığından 
bixəbər kimi  ədalətli böl-
gü  olsun  deyə,  demarka-
siya xəttin 50
0
 qərb uzunluğuna qədər çəkilməsini 
tələb edirlər. Maraqlıdır ki, nəyə görə ispan nüma-
yəndələri o qədər də kəskin müqavimət göstərmə-
dən rəqiblərinin tələblərilə razılaşırlar? 
Bu  məsələdə  Kolumbun  birinci  səyahətindəki 
kəşfin  nəticələri  portuqal  nümayəndələrinə  xeyir 
verir. Onun kəşf etdiyi adalar 650-700 qərb uz-da, 
mənim fikrimcə, Pireyranın sahilə yan aldığı ərazi 
42
0
-43
0
 uz-da yerləşirdi. Əldə olunan kəşflərin ara-
sında  25
0
-30
0
-lik  bufer  zonası  əmələ  gəlirdi  və 
portuqallar bunu əsas tutaraq əmin idilər ki, ispan-
lar demarkasion xəttin 45-47
0
 qərb uzunluğuna qə-
dər çəkilməsinə heç bir etiraz bildirməyəcəklər. 
Xüsusilə  qeyd  etmək  istəyirəm  ki,  burada  da 
bəxt portuqalların üzünə gülür. İş ondadır ki, trans-
atlantik keçidi zaman Baham adaları, Haiti və Ku-
ba adaları Kolumbun qarşısına çıxan ilk torpaq əra-
ziləri sayılırdı və onlardan şərq tərəfdə heç bir quru 
ərazi  yerləşmirdi.  Deməli,  məlum  olan  adalardan 
şərq tərəfdə nə ərazi vardısa, portuqallar həmin əra-
zilərə sahib çıxa bilərdilər. Onsuz da admiralın he-
sabatında 65-ci və 70-ci meridianlardan şərq tərəf-
də yalnız okean suları göstərilirdi. İspanların belə 
bir kobud səhvindən istifadə edən portuqallar tələ-
sik olaraq, Cənubi Amerika sahillərinə məxfi eks-
pedisiya göndərir və qəribə də olsa, nəzərdə tutulan 
meridiandan qat-qat şərq tərəfdə iri bir torpaq əra-
zisi aşkarlayır və bunu dünya ictimaiyyətindən giz-
lin saxlamağa məcbur olurlar. Ona qədər isə II Juan 
ispanları danışıq masası arxasına dəvət edib, bunu 
yuridik şəkildə, yəni gizlincə kəşf etdiyi torpaqları 
sənədlər şəkilində əldə etməli idi. 
Hansısa  bir  müddətdə  danışıqlar  heç  bir  əhə-
miyyət  kəsb  etməsə  də,  sonradan  yenidən  bərpa 
olunur və 7 iyun 1494-cü ildə Tordesilyas müqavi-
Portuqal kralı II Juan 
(1455-1495)
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə