Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə2/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   2   3   4   5   6   7   8   9   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
4                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
müddət arzində o, Torpaqşünaslıq İnstitutunda el-
mi işlər üzrə direktor müavini (1944-1949), Bota-
nika İnstitutunun direktoru (1949-1952), Azərbay-
can KP MK katibi (1952) vəzifələrində çalışır. 
Həsən ƏIİyev Azərbaycan Elmlər Akademiya-
sının yaranmasından (1945) doqquz il əvvəl elmi-
mizin formalaşması üçün kadr hazırlığında fəal iş-
tirak  etmişdir.  Onun  1937-1944-cü  illərdə  istər 
Torpaqşünaslıq, istərsə də Coğrafiya bölmələrinin 
yaranmasında mühüm xidmətləri olmuşdur.  
1952-1957-ci  illərdə  akademik  H.Ə.Əliyev 
Azərbaycan SSR EA-nın akademik katibi və eyni 
zamanda,  Torpaqşünaslıq  və  Aqrokimya  İnstitu-
tunda Torpaqşünaslıq şöbəsinin müdiri vəzifələrin-
də işləmşdir. 1951-ci ildə “Abşeron yarımadasında  
taxıl və ot əkilməsi məsələsinə dair” elmi məqaləsi 
EA-nın Məruzələrində çap olunur.  
Bu gün artıq hamıya bəllidir ki, təbiəti mühafizə 
olmadan heç bir ölkədə davamlı inkişafdan danış-
maq olmaz. Akademik Həsən Əliyev dühası isə bu-
nu keçən əsrin ortalarında görmüş və dərk etmişdir. 
Belə ki, 1950-ci illərdə Akademik Həsən ƏIiyevin 
elmi istiqamətinin ikinci əsas şaxəsi - ətraf mühitin 
mühafizəsi başlanır və o, 1955-ci ildə Azərbaycan 
SSR EA-nın Təbiəti Mühafizə üzrə Komissiyasının 
sədri seçilir. 
Həsən  müəllim  1952-ci  ildə  Azərbaycan  SSR 
Kənd  Təsərrüfatı  nazirinin  birinci  müavini  və 
Azərbaycan KP Mərkəzi Komitəsinin katibi  vəzi-
fələrində işləmiş, həmin ildə Qırmızı Əmək Bayra-
ğı ordeni ilə təltif olunmuş, Azərbaycan SSR EA-
nın həqiqi üzvü seçilmişdir. 1961-ci ildə “Azərbay-
can  SSRİ-nin  Böyük  Qafqaz  dağları  zonasında 
üzümçülük və bağçılığı inkişaf etdirmək üçün tor-
paq  ehtiyatları”  məqaləsi  EA-nın  Xəbərlərində 
dərc olunur. 
Bəzi qəlbiqara insanlar Həsən müəllimə irad tu-
turdular ki, o, elmlər doktoru olmaya-olmaya aka-
demik seçilmişdir. Anacq bilmirdilər ki, o zaman 
üçün bu normal hal idi. Anacaq Həsən müəllim də 
heç kimin tənəsini qəbul edən adam deyildi və ona  
görə  də  1966-cı  ildə  Moskvada  Torpaqşünaslıq 
İnstitutunun  dissertasiya  şurasında  uğurla  doktor-
luq dissertasiyasını müdafiə edir. Həmin müdafiə-
də  iştirak  etmiş  bir  şəxsin xatirələrindən: “Müda-
fiənin axırına yaxın iclasa Heydər Əliyev gəldi, bir 
qədər oturdu. Sonra məndən müdafiənin necə get-
məsini xəbər aldı. Cavab verdim ki, hər şey yüksək 
səviyyədədir. O dedi ki, mən gedirəm, başqa işlə-
rim var, axşam görüşərik. Axşam “Bakı” restora-
nında  müdafiənin  şərəfinə  verilən  ziyafətə  gəldi, 
məclisə özü rəhbərlik etdi, şuranın üzvlərinə təşək-
kürünü bildirdi.”   
Həsən  müəllim  öz  imkanlarından  istifadə  edə-
rək  Azərbaycan  SSR  Ali  Sovetinin  sessiyasında 
(1958) təbiəti mühafizə üzrə məsələni müzakirəyə 
çıxartmağa nail olur. Azərbaycan SSR-də Təbiəti 
Mühafizə  Cəmiyyətinin  fəaliyyəti  genişləndirilir, 
təbiəti  mühafizə  üzrə  dövlət  komitəsinin  yaradıl-
masına və 1968-ci ildə direktoru olduğu Coğrafiya 
İnstitutunda ətraf mühitin qorunmasına aid ilk elmi 
tədqiqat şöbəsini yaradır. 
Həsən  müəllimin  institumuza  rəhbərlik  etdiyi 
dövrü xüsusi qeyd etmək istərdim. Belə ki, o, di-
rektor olana qədər əməkdaşlar arasında institutda-
xili  çəkişmələr  baş  alıb  getmiş,  elmi  tədqiqatlar 
ikinci plana keçmiş, ancaq şəxsi ambisiyaların ya-
rışması vüsət almışdı. Həsən müəllim direktor tə-
yin  olunandan  sonra  institutda  əmin-amanlıq  ya-
ranmış, çəkişmələr aradan qalxmış, sağlam işçi at-
mosferi  qərarlaşmışdı.  Coğrafiyaçıların  etirafına 
görə, bu dövr Azərbaycanda coğrafiya elminin inti-
bah dövrü olmuşdur.  
Məsələn, 1972-ci ildə Xəzər dənizinin açıq his-
səsində tərpənməz özül üzərində dünyada ilk dəfə 
dəniz observatoriyasının yaranması və 25 il fəaliy-
yət göstərməsi də məhz onun fəaliyyətinin nəticə-
sidir. Bu observatoriya necə yaranmışdı? O zaman 
BMT-nin  Ətraf  Mühit  Proqramı  çərçivəsində  
GLOBAL ATMOSFER PROSESLƏRİNİN TƏD-
QİQİ layihəsi icra olunurdu. Bu layihə çərçiəsində 
dünya okeanında və materik içərisində fasiləsiz iş-
ləyən üç müşahidə məntəqəsinin yaradılması qəra-
ra alınır. Şimali Atlantikada və Sakit okeanda mü-
şahidələr stasionarda durmuş gəmilərdən aparılır-
dı. Materikiçi müşahidə kimi isə Xəzər dənizi se-
çilir. Xəzər dənizində bunu necə təşkil etməli sualı 
meydana çıxır. Moskva elmi tədqiqat institutlarının 
direktorları  −  akdemiklərdən  Monin,  Obuxov  və 
Çvanq Bakıya, Həsən müəllimin yanına gəlir, mə-
sələni ona danışırlar. Həsən müəllim bir qədər fi-
kirləşdikdən sonra Neftçi Qurbana zəng edir, isti-
fadədə olmayan dəniz platformalarından birini ob-
servatoriya yaratmaq üçün alimlərə verməyi xahiş 
edir və müsbət cavab alır. Əlbəttə ki, observatoriya 
Moskva institutlarının iştirakı ilə yaradılmışdı, an-
caq əsas təşkilati işləri Həsən müəllim həyata ke-
çirirdi. Təşkil olunandan sonra observatoriya bizim 
institutun  səlahiyyəti  və  məsuliyyəti  daxilində fə-
aliyyət  göstərməyə  başladı.  Elə  mənim  özümü  də 
Həsən müəllim bu observatoriyaya işə qəbul etdi, 
sonra  isə  Moskva  Okeanologiya  İnstitutuna  staji-
rovka  və  aspiranturaya  göndərdi.  Bu  təmənnasız 
insanın xeyirxahlığını heç vaxt unutmur və onu hə-
mişə minnətdarlıq hissi ilə yad edirəm. Qəbri nurla 
dolsun!   
1976-cı  ildə  alimin  "Həyəcan  təbili"  əsəri  işıq 
üzü  görür.  Bu  kitab  Azərbaycan  xalqının  təbiəti 
mühafizə sahəsində maariflənməsində və təbiətse-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə