Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə18/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 35 
 
daxil edilmişlər [6, s. 76]. 1989-2016-cı illər ərzin-
də şəhər əhalisinin artım tempi ölkə üzrə olan artım 
göstəricisidən (38,2%) qismən aşağı olduğu üçün 
şəhər əhalisinin ümumi əhaliyə görə payı da azal-
mışdır. 
İqtisadi-coğrafi rayonlar üzrə şəhər əhalisi sayı-
nın artım tempi müxtəlif olmuşdur. Dağlıq Şirvan, 
Lənkəran-Astara, Şəki-Zaqatala və Naxçıvan yük-
sək, Gəncə-Qazax, Abşeron və Yuxarı Qarabağ isə 
aşağı artım tempi ilə fərqlənmişlər. Belə sürətli ar-
tım əhalinin təbii artımı ilə yanaşı, həmçinin kənd-
lərə qəsəbə statusu verilməsi, şəhər yerlərinə miq-
rasiya  amilləri  ilə  bağlı  olmuşdur.  1990-cı  illərin 
əvvəlləri rusdilli əhalinin şəhərlərdən miqrasiya et-
məsi  nəticəsində  şəhər  əhalisinin  xüsusi  çəkisi 
azalmışdır. 2005-ci ildən isə bu sahədə artım müşa-
hidə olmuşdur. Regionlar arasında şəhər əhalisinin 
xüsusi çəkisinin 1989-2016-cı illər ərzində sürətli 
artım təkcə Dağlıq Şirvanda, zəif artım Şəki-Zaqa-
tala  və  Lənkəran-Astarada  olmuş,  geniş  əraziyə 
malik regionlar olan Aran və Gəncə-Qazaxda, 
qis-
mən də olsa,  azalma müşahidə edilmişdir (cədvəl 1). 
Şəhər  yaşayış  məskənləri  üzrə  əhali  sayının 
struktur dəyişiklikləri. Ölkəmizdə aparılan davamlı 
quruculuq  işlərinin  nəticəsi  olaraq,  şəhər  yaşayış 
məntəqələrinin  sosial-iqtisadi  inkişaf  səviyyələri 
yüksəlmişdir. Bu proseslər onlarda əhali sayının ar-
tımına  da  təsir  etmişdir.  Əhalinin  şəhər  yaşayış 
məskənləri üzrə   paylanmasında 1999-2017-cı illər 
ərzində qəsəbələr üzrə artım tempi şəhərləri 2,7 də-
fə  üstələmiş,  həmçinin  əhalinin  mütləq  sayı  üzrə 
artımına görə qəsəbə əhalisinin şəhər göstəricisinə 
yaxınlaşması nəticəsində pay göstəricisi artmışdır. 
Belə artımın səbəbi ölkədə yeni qəsəbələrin yaran-
ması ilə bağlı olmuşdur. Həmçinin Bakıətrafı qə-
səbələrdə  əhali  sayının  artımının  sürətli  olması, 
Gəncədə yeni yaşayış massivlərinə qəsəbə statusu 
verilməsi və köçkün qəsəbələrinin salınması 1999-
2016-cı  illərdə  onlarda  əhali  sayının  1,5  dəfə  art-
masına təsir etmişdir. 
Ölkənin qəsəbələrində yaşayan əhalinin xüsusi 
çəkisinin böyük hissəsi Abşeron regionu qəsəbələ-
rinin payına düşsə də, 1999-2017-cı illər ərzində bu 
göstərici  80%-dən  72,5%-dək  azalmış  və  şəhər 
əhalisi üzrə artan əhalinin 58,8%-ni təşkil etmişdir. 
Bu dövrdə ölkədə yeni yaranan qəsəbələrin sayının 
artması səbəbindən əksər regionların qəsəbələrində 
yaşayan şəhər əhalisinin xüsusi çəkisi bir neçə dəfə 
artmışdır.  Həmçinin  qəsəbələr  üzrə  yüksək  əhali 
artımı göstəricisi Naxçıvan və Şəki-Zaqatalada 2,2 
dəfə, Quba-Xaçmazda 1,8 dəfə və Aranda 1,2 dəfə 
olmuşdur (cədvəl 2). 2017-cı ildə ölkə üzrə qəsəbə-
lərdə yaşayan əhalinin xüsusi çəkisi ümumi şəhər 
əhalisinin  29,5%-ni təşkil etsə  də,  bu,  Abşeronda 
olan  qəsəbələrə  görə  olmuşdur.  Onların  payına 
21,4% düşürdü. Aran və Gəncə-Qazax iqtisadi ra-
yonlarında  qəsəbələrdə  yaşayan  şəhər  əhalisinin 
xüsusi  çəkisi  20%-dən  aşağı  olsa  da,  hər  birində 
40-dan  çox  qəsəbə  vardır.  Bu  regionlar  ölkənin 
qəsəbələrində  olan  əhalinin  xüsusi  çəkisinə  görə 
paylarının 8,1% və 7,4% olması, həmçinin əhalinin 
mütləq say artımının böyük kəmiyyəti ilə fərqlən-
mişlər.  Digər  regionlardan  qəsəbə  əhalisinin  pay 
göstəricisi təkcə Lənkəran-Astara və Şəki-Zaqata-
lada 20%-dən qismən yüksək olmuşdur. 
Gələcəkdə  regionlarda  şəhər  əhalisi  artımının 
təmin  edilməsi  və  sürətləndirilməsi  üçün  regional 
mərkəzlərin  ətrafında  yerləşən  böyük  kəndlərdə 
emal müəssisələrinin açılması zəruridir. Dağlıq re-
gionlarda  turizm-istirahət  zonalarının  yaradılması 
üçün sosial-mədəni və nəqliyyat infrastrukturunun  
qurulmasına nail olmaqla şəhər məskunlaşma siste-
mini  təkmilləşdirmək  mümkündür.  Azərbaycanın 
dağlıq regionlarında qəsəbələrin yaradılması üçün 
geniş imkanlar vardir.  
Şəhər  məntəqələrinin  demoqrafik  inkişafının 
əsas meyilləri. Ölkəmizdə istehsalın və əhalinin da-
ha  səmərəli  ərazi  təşkili  və  regionlarda  şəhərlərin 
formalaşması üçün geodemoqrafik şəraitin öyrənil-
məsi zəruridir. Geodemoqrafik şərait əhalinin təbii 
və miqrasiya hərəkəti, strukturu və yerləşdirilməsi 
qanunauyğunluqlarını əks etdirir. Şəhərlərdə geo-
demoqrafik şəraitin formalaşmasında əhalinin təbii 
hərəkəti çox böyük rola malikdir. Təbii artım pro-
seseslərinin 1999-2016-cı illərdə regionların şəhər 
əhalisi üzrə təhlili göstərir ki, bu proseslər region-
lar  üzrə  müxtəlifliyi  ilə  fərqlənmişdir.  Tədqiqat 
dövrünü 3 mərhələyə (6 illik) ayırsaq, görərik ki, 1-
ci  və  3-cü  dövrlər  ərzində  (1999-2004  və  2011-
2016)  təbii  artımın  mütləq  say  göstəriciləri  bütün 
regionlarda artımla müşahidə edilmişdir. Xüsusilə 
Abşeron,  Gəncə-Qazax,  Yuxarı  Qarabağ,  Naxçı-
van  regionlarında  döğumun  mütləq say  göstərici-
lərinin artımı bütün regionlarda 1,5 dəfədən çox ol-
muş, ölümün mütləq say göstəriciləri isə Abşeron, 
Gəncə-Qazax,  Naxçıvan,  Quba-Xaçmaz  və  Şəki-
Zaqatalada azalmış, digərlərində qismən artım ilə 
fərqlənmişdir. 1999-2004-cü illər (I mərhələ) təbii 
artımın mütləq say göstəriciləri bütün regionlarda 
aşağı səviyyədə olması ilə fərqlənsə də, lakin on-
larda  ümumi  şəhər  əhalisinin  sayının  artımı  təbii 
artıma görə 2 dəfədən çox idi. Bu proses xüsusilə 
Aran,  Gəncə-Qazax,  Naxçıvan,  Quba-Xaçmaz  və 
Dağlıq Şirvan regionlarındakı bəzi kəndlərə qəsəbə 
statusu verilməsi ilə bağlı olmuşdur. Abşeronda isə 
bu artımın 52%-i miqrasiya hesabına  baş vermiş-
dir. 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə