Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə26/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 49 
 
Bütün  bunlarla  yanaşı,  tədqiq  etdiyimiz  rayo-
nun kənd təsərrüfatını daha perspektivli  inkişaf  et-
dirmək üçün qarşıda mühüm vəzifələr durur. Bun-
lardan torpaqlarda melorativ işlərin həyata keçiril-
məsi, torpağın gübrələnmə sisteminin düzgün tən-
zimlənməsi,  müasir  texnoloji  avadanlıq  təminatı-
nın yaxşılaşdırılması başlıca şərtdir və daha yüksək 
məhsul əldə etmək üçün isə genişmiqyaslı tədbirlər 
planının  işlənilib  hazırlanmasına  böyük  ehtiyac 
vardır. 
Müasir  şəraitdə  Aran  iqtisadi  rayonunda  kənd 
təsərrüfatının  inkişafına  mane  olan  məsələlər  də 
yox  deyil.  Bunlardan  ən  başlıcası  istehsalın  ərazi 
təşkilinin səmərəli aparılmamasıdır. Tədqiq olunan 
iqtisadi rayonda araşdırma apardığım zaman ayrı-
ayrı inzibati rayonlarda bunu bir daha əyani şəkildə 
müşahidə  etdim.  Gəldiyim  qənaətə  əsasən,  məsə-
lənin həlli yolları əsas etibarilə ərazi istehsal kom-
plekslərinin düzgün tənzimlənməsidir. 
Nəticə. Son illər Aran iqtisadi rayonu kənd tə-
sərrüfatı strukturunda baş verən əsaslı dəyişmələr, 
ənənəvi və yeni əkinçilik sahələrinin genişləndiril-
məsi,  aqroparkların  yaradılması,  kənd  təsərrüfatı 
məhsullarının itkisiz mənimsənilməsini təmin edən 
aqrar-sənaye  qovşaqlarının  inkişafına  təkan  ver-
mişdir. Bu da gələcəkdə iqtisadi rayonda təsərrüfat 
sahələri arasında tarazlı inkişafın təminatında əsas 
şərtlərdən biridir. 
 
ƏDƏBİYYAT 
1.  Azərbaycan  Respublikası  regionlarının  sosial-
iqtisadi  inkişafı  Dövlət  Proqramı  (2004-2008-ci  illər), 
Bakı, 2007, 204 s. 
2. Azərbaycan Respublikasının coğrafiyası, III cild, 
Regional coğrafiya, 2015, 328 s. 
3.  Azərbaycan  Respublikasının  coğrafiyası,  II  cild, 
Fiziki coğrafiya, Bakı, 2015, 400 s. 
4.  Azerbaycan  Respublikasının  konstruktiv  coğra-
fiyası, III hissə, Bakı, 2000, 256 s. 
5.  Azərbaycanın  regionları,  ARDSK,  Bakı,  2017, 
806 s. 
6.  Azərbaycanın  kənd  təsərrüfatı,  ARDSK,  Bakı, 
2017, 608 s. 
7. İmrani Z.T., Zeynalova K.Z., Azərbaycnda təsər-
rüfatın  ərazi  təşkilinin  iqtisadi-coğrafi  xüsusiyyətləri, 
Bakı, 2014, 232 s. 
8.  Müseyibov  M.  Azərbaycanın  fiziki  coğrafiyası, 
Bakı, 2002, 466 s.  
9. Nadirov A.A., Məmmədov Q.Ş., Məmmədov R.M., 
Əfəndiyev.V.Ə,  Azərbaycanın  iqtisadi  və  sosial  coğ-
rafiyası, Bakı, 2010, 470 s. 
10.  Paşayev  N.Ə.,  Əyyubov  N.H.,  Eminov  Z.H., 
Azərbaycan  Respublikasının  iqtisadi,  sosial  və  siyasi 
coğrafiyası, Bakı, 2010, 416 s. 
 
MAIN TENDENCIES OF DEVELOPMENT 
OF THE AGRICULTURE IN THE ARAN 
ECONOMIC REGION 
V.E.Taghiyeva 
The influence of natural-economic factors on deve-
lopment of agro-industrial complex of the Aran econo-
mic region is considered widely in the article. The ava-
ilable  natural-resource  potential,  development  of  vari-
ous spheres of agriculture, achievements of these sphres, 
influence the role of agriculture on development of in-
dustry are analysed. The leading spheres of agriculture 
as cattle-breeding, farming, positive influence the appli-
cation of latest technologies used in agriculture on de-
velopment of the spheres of agriculture and industry are 
examined separately. 
 
ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ РАЗВИТИЯ 
СЕЛЬСКОГО ХОЗЯЙСТВА В АРАНСКОМ 
ЭКОНОМИЧЕСКОМ РАЙОНЕ 
В.Е.Тагиева 
В статье всесторонне изложено влияние природ-
но-экономических  факторов  на  развитие  аграрно-
промышленного комплекса Аранского экономичес-
кого района. Широко проанализированы имеющий-
ся природно-ресурсный потенциал, развитие разных 
сфер  сельского  хозяйства,  достижения  в  этих  сфе-
рах, воздействие роли  сельского хозяйства на раз-
витие промышленности. Отдельно рассмотрены ве-
дущие  отрасли  сельского  хозяйства  животновод-
ство, земледелие, положительное влияние примене-
ния  новейших  технологий  использованных  в  сель-
ском  хозяйстве  на  развитие  сфер  сельского  хозяй-
ства и промышленность. 
 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
50                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
XƏZƏR DƏNİZİ
 
© Z.S.Allahverdiyev
 
XƏZƏR  DƏNİZİNİN  ƏNZƏLİ  VƏ  CƏNUB-ŞƏRQ  AKVATORİYALARININ  ÇOXİLLİK   
KÜLƏK   REJİMİ 
Z.S.Allahverdiyev 
AMEA akad. H.Əliyev ad. Сoğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr., 115 
zabit.allahverdiyev@mail.ru 
Məqalə Xəzər dənizinin cənub hissəsini təşkil edən Ənzəli və cənub-şərq akvatoriyalarının çox-
illik külək rejiminin tədqiqinə həsr edilmişdir. Tədqiqatda küləklərin həm istiqamət, həm də sürət 
bölgüləri üzrə fəsillik və çoxillik paylanma qanunauyğunluqları, külək rejimləri arasındakı mümkün 
əlaqələr və onların sinxron paylanmaları hesablamalar vasitəsilə aşkar edilmişdir. 
Giriş.  Xəzər  dənizininin  hidrometeorologiya-
sının, xüsusən də külək rejimlərinin zaman-zaman 
öyrənilməsində  İ.V.Fiqurovskinin,  L.N.İkonniko-
vanın, 
S.D.Koşinskinin, 
T.M.Şıxlinckinin, 
A.A.Mədətzadənin,  A.A.Kərimovun,  M.U.Vap-
nyarın,  L.P.Tambovsevanın,  Z.İ.Tatlıyevanın  və 
bir çox başqa müəlliflərin  çoxsaylı elmi işlərinin 
əhəmiyyətini qeyd etmək lazımdır [2]. 
 Zaman keçdikcə bu istiqamətdə elmi tədqiqat-
ların yenidən aparılması zərurəti yaranmışdır. Son 
illərdəki çoxsaylı tədqiqatlardan ən əhəmiyyətlisi-
ni, akademik R.M.Məmmədovun “Xəzər dənizinin 
hidrometeoroloji atlası” kitabını qeyd etmək yerinə 
düşərdi [1].  
Tədqiqat  akvatoriyaları  və  materialların 
tərtibi.  Tədqiqat  akvatoriyaları  Xəzər  dənizinin 
cənub  hissəsini təşkil edir ki, bu da Xəzər dənizi-
nin  sinoptik–iqlim  üzrə  bölgüsündə  Pəhləvi  və 
Cənub-şərq  akvatoriyalarından  ibarətdir  (şəkil  5)  
[3]. 
Tədqiqatda əsas məqsəd  Xəzər dənizinin cənu-
bunda  çoxillik  küləklərin  rejim  qanunauyğunluq-
larını və bu rejimlər arasındakı mümkün  əlaqələrin 
mövcudluğunu aşkar etməkdən ibarətdir. Məqsədə 
nail olmaq üçün sinoptik  xəritələrdən və gəmi mü-
şahidə məlumatlarından istifadə etməklə 38-ci pa-
ralellə 50,51,52-ci meridianların və 37-ci paralellə 
51-ci  meridianın  kəsişmə  nöqtələri  üçün  tərtib 
olunmuş çoxillik analoq külək məlumatlarından is-
tifadə edilmişdir (şəkil 5).  
Ənzəli akvatoriyasının çoxillik külək rejimi. 
Akvatoriyanın qərb hissəsində yaz fəsillərində kü-
ləklərin 99,5% -ni  sürəti 14 m/s-yə qədər, 0,5%-ni 
isə sürəti 15 m/s-dən böyük olanlar təşkil edir ki, 
onların da sürət 21,5 m/s-dən yüksək olmamışdır. 
Burada  ən  çox  (27,4%)  cənub-şərq,  ən  az  isə  cə-
nub-qərb  (2,9%)  istiqamətli  küləklər  müşahidə 
edilir.   
Akvatoriyanın  şərq  hissəsində  isə  müşahidə 
edilən  küləklərin  97,6%-ni  sürəti  8  m/s-dən  az 
olanlar təşkil edir. Sürəti 16 m/s-yə çatan küləklər 
isə tədqiqat  dövrü  ərzində   3  dəfə  müşahidə  edil-
mişdir ki, bu da şimal-qərb istiqamətlərində olmuş-
dur. Burada ən çox şimal (30,1%), ən az isə cənub-
qərb  küləkləri  (3,3%)  müşahidə  edilir.  Aparılan 
statistik təhlillər göstərir ki, yaz fəsillərində akva-
toriyanın şərq hissəsində güclü küləklər baş vermir.  
Akvatoriyanın  cənubunda  isə  əsasən  (99,2%) 
sürəti 8 m/s–yə qədər olan küləklər əsir. Çox nadir 
hallarda, 10 ildə 1 dəfə,  küləyin sürəti 16 m/s-yə 
və 1 dəfə də 17-21,5 m/s-yə yüksəlmişdir ki, bunlar 
da  şimal-qərb  istiqamətində  müşahidə  edilmişdir. 
Ümumiyyətlə,  şimal  istiqamətli  küləklər    çox 
(56,9%), cənub (2,6%)   küləkləri isə az təkrarlanır.  
Yay  fəsillərində  akvatoriyanın  qərb  hissəsində 
ən çox (49,2%)  sürəti 1-2 m/s aralığında olan kü-
ləklər müşahidə edilir. Əsən küləklərin 99,6%-i sü-
rəti 1-14 m/s, 0,4%-i isə sürəti 15-21,5 m/s  aralı-
ğında olanların payına düşür. Güclü küləklər əsa-
sən şimal-şərq və şərq istiqamətlərində qeydə alın-
mışdır.  Onu da qeyd edək ki, yay fəsıllərində əsa-
sən şimal (60,5%) istiqamətli küləklər üstünlük təş-
kil edir.   
Akvatoriyanın şərq hıssəsində də şimal (64,7%) 
istiqamətli küləklər daha çox, cənub (2,0%) külək-
ləri isə ən az təkrarlanır. On ildə yalnız bir dəfə kü-
ləyin  sürəti 16 m/s-yə yaxın olmuşdur ki, o da şi-
mal-qərb istiqamətində müşahidə olunmuşdur. Bu-
rada ən çox (93,5%) sürəti 1-6 m/s aralığında olan 
küləklərə təsadüf edilir ki, onlardan  da əsas üstün-
lüyə  sürəti  1-2  m/s  aralığında  olan  küləklər 
(41,1%) malikdir.  
Yayda akvatoriyanın cənubunda  sürəti 10 m/s-
dən  yüksək  olan  küləklərə  təsadüf  edilmir  və  ən 
çox sürəti 2 m/s-dən az olan küləklər (61,7%) mü-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə