Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə27/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 51 
 
şahidə edilir. Yayda qərb istiqamətli küləklərin əs-
məsi (23,0%) çoxalsa da, yenə də şimal istiqamətli 
küləklər daha çox təkrarlanır.  
Payızda akvatoriyanın qərb hissəsində sürəti 1-
2  m/s  aralığında  olan  küləklər  daha  çox  (37,9%) 
əsir.  Küləklərin 87,7%-ni  sürəti 1-6 m/s aralığında 
olanlar  təşkil  edir.  Güclü  küləklərin  baş  verməsi  
çox az (0,6%), yəni 10 fəsil üzrə 19 dəfə  olmuşdur 
və əsasən şimal (0,1%) və şimal-qərb (0,5%) istiqa-
mətlərində  müşahidə  edilir.  Payızda  şimal-şərq 
(26,6%) və şimal-qərb (22,6%) küləkləri daha çox, 
qərb (3,1%) küləkləri isə ən az təkrarlanır.  
Payızda akvatoriyanın şərqində küləyin sürətin-
də az da olsa artım müşahidə olunur. Amma külə-
yin  maksimum  sürəti  dəyişməmişdir.  Yəni  on  il 
ərzində cəmi 4 dəfə küləyin sürəti 16 m/s-yə yaxın 
olmuşdur. Payızda əsasən sürəti 1-8 m/s aralığında 
olan küləklər (96,3%) üstünlük təşkil edir. Burada 
da ən çox (37,3%) sürəti 1-2 m/s  aralığında olanlar 
təkrarlanır. Ümumiyyətlə, bu fəsildə güclü küləklər 
baş vermir və ən çox (50,5%) şimal istiqamətli kü-
ləklər müşahidə olunur. 
Bu fəsildə akvatoriyanın cənubunda yüksəksü-
rətli küləklər müşahidə edilmir. Əsən  küləklərin də 
59,0%-ni sürəti 2 m/s-dən az olanlar təşkil edir. Şi-
mal (65,2%) istiqamətli  küləkləri daha çox, cənub-
qərb (2.3%) küləklər isə daha az təkrarlanır.  
Qış  fəsillərində  akvatoriyanın  qərbində,  digər 
fəsillərdən fərqli olaraq, ən çox (33,7%) sürəti 5-6 
m/s 
aralığında olan küləklər müşahidə edilir. Əsən kü-
ləklərin  86%-ni  sürəti  1-6  m/s  aralığında  olanlar 
təşkil edir. Ümumiyyətlə, küləklərin 99,1%-i sürəti 
1-14  m/s,  0,9%-i  isə  sürəti  15-21,5m/s  aralığında 
olanların payına düşür. Qış fəsillərində güclü kü-
ləklərin istiqamətləri  nisbətən  çoxalmış  və əsasən 
şimal, şimal-şərq, cənub-şərq və şimal-qərb istiqa-
mətlərində  müşahidə  olunmuşdur.  Onu  da  qeyd 
edək  ki,  bu  fəsildə  də  küləyin  maksimum  sürəti 
21,5 m/s-dən böyük olmamışdır. İstiqamətinə görə 
şimal-qərb  (23,2%),  şimal-şərq  (19,3%)  küləkləri 
daha çox, cənub küləkləri isə ən az (4,8%) təkrar-
lanmışdır.  
Akvatoriyanın şərqində də qışda  ən çox şimal 
(47,3%) istiqamətli, ən az isə cənub (5,1%) külək-
ləri  müşahidə  olunur.  Bu  küləklərin  də  99,0%-ni 
sürəti 1-10 m/s  aralığında olanlar təşkil edir. Bura-
da 10 il ərzində yalnız 6 dəfə küləyin sürəti 16 m/s-
yə yaxın olmuşdur. Bu küləklər də şimal və şimal-
şərq istiqamətlərində müşahidə edilmişdir.  
Bu  fəsildə  akvatoriyanın  cənubunda  əsasən 
(98,8%) sürəti 8 m/s-yə qədər olan küləklər müşa-
hidə edilir. Bunun da 52,4%-i sürəti 2 m/s-dən az 
olan  küləklərin  payına  düşür.  Qışda  şimal  istiqa-
mətli küləklər üstünlük təşkil edir.  
Akvatoriyanın qərb hissəsinin çoxillik külək re-
jimi sürət və istiqamət üzrə təhlil edildikdən sonra 
məlum olur ki, sürəti 14 m/s-yə qədər olan külək-
lərin  təkrarlanması  99,4%  olmuşdur  ki,  bunun  da 
43,8%-ni sürəti 2 m/s olan küləklər təşkil edir. Bu 
zaman kəsimində ən çox şimal-şərq (20,9%), şimal 
(20,4%), ən az isə cənub-qərb (5,0%) küləkləri tək-
rarlanmışdır. 
Küləklərin maksimum sürəti 21,5 m/s-
dən
 yüksək olmamışdır.  
Aparılan təhlildən belə nəticəyə gəlmək olar ki, 
akvatoriyanın qərb hissəsində  güclü küləklər çox 
az 
təkrarlanmaqla yanaşı, həm də qısamüddətli
 olur.  
Akvatoriyanın  şərq  hıssəsində  ən  çox  şimal 
(40,9%) və şimal-qərb (17,0%), ən az isə cənub və 
cənub-qərb (3,4 və 3,5%) küləkləri əsir. Bu külək-
lərin də 99,1%-ni sürəti 1-10 m/s  aralığında olanlar 
təşkil edir. Bu dövrdə 14 dəfə sürəti 16 m/s-yə ça-
tan şimal, şimal-şərq və şimal-qərb istiqamətlərin-
də əsən küləklər müşahidə edilmişdir.  
Akvatoriyanın  cənub  hıssəsinin  çoxillik  külək 
rejiminin  təhlilindən    görünür  ki,  burada  ən  çox 
(58,2%) sürəti 2 m/s-yə qədər olan küləklər müşa-
hidə edilir. İstiqamətlər üzrə təkrarlanmada isə şi-
mal küləkləri üstünlük təşkil edir.  
Onu da qeyd edək ki, akvatoriyanın cənubunda 
güclü küləklər baş vermir. Bu dövrdə küləyin sürəti 
cəmi 3 dəfə qısa müddətdə 15 m/s-dən yüksək ol-
muşdur.  
Ümumiyyətlə,  Ənzəli  akvatoriyasında  çoxillik 
dövrdə güclü küləklərin sürət bölgüləri üzrə təkrar-
lanmasında  payı  0,5%-ə  bərabərdir.  Yerdə  qalan 
99,5%-i  isə  sürəti  14  m/s-yə  qədər  olan  küləklər 
təşkil edir (şəkil 1).   
 
Şəkil 1. Ənzəli akvatoriyasında çoxillik külək 
rejiminin sürət bölgüləri üzrə təkrarlanması,%-lə 
Küləyin istiqamətlər üzrə çoxillik təkrarlanma-
sında daha çox (44,7%) şimal, ən az isə (2,0%) şi-
mal-qərb küləkləri yer almışdır (şəkil 2). 
Cənub-şərq  akvatoriyasının  çoxillik  külək 
rejimi. Cənub-şərq akvatoriyasında yaz fəsillərin-
də  ən çox (34,9%) sürəti 3-4 m/s aralığında olan 
küləklər müşahidə edilir. Müşahidə edilən küləklə-
rin  99,2%-ni  sürəti  10  m/s-dən  az  olanlar  təşkil 
48,9
22,2
22,4
3,7
1,6
0,5 0,1
0,2 0,3
1-2m/s
3-4m/s
5-6m/s
7-8m/s
9-10m/s
11-12m/s
13-14m/s
15-16m/s
17-21,5m/s


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
52                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
edir. Burada  ən çox (32,8%) şimal-qərb, ən az isə 
(2,2%) cənub küləkləri təkrarlanır. Bu dövrdə yal-
nız bir dəfə sürəti 15-16 m/s aralığında olan şimal-
qərb və bir dəfə sürəti 17-21,5 m/s aralığında  dəyi-
şən şimal-şərq küləyi müşahidə edilmişdir.   
 
Şəkil 2. Ənzəli akvatoriyasında çoxillik külək 
rejiminin istiqamətlər üzrə təkrarlanması,%-lə 
Yay  fəsillərində  isə  sürəti  5-6  m/s  aralığında 
olan  küləklər  (36,8%)  üstünlük  təşkil  edir.  Ümu-
milikdə isə  müşahidə edilən küləklərin 99,6%-i sü-
rəti 10 m/s-dən az olanların payına düşür.       
Yayda  ən  çox  (50,0%)  şimal-qərb,  ən  az  isə 
(1,3%) cənub küləkləri əsir. Bu dövrdə yalnız bir 
dəfə  şimal–qərb küləyinin sürəti 17-21,5 m/s aralı-
ğında olmuşdur.   
Fəsil  dəyişməsi    akvatoriyanın  külək  rejiminə 
bir o qədər də təsir etmir. Belə ki, payız fəsillərində 
müşahidə  edilən  külək  rejimi  yaz  və  yaydakı  re-
jimindən, demək olar ki, fərqlənmir. Bu fəsildə də 
əsasən  (36,8%)  sürəti  5-6  m/s  aralığında  olan 
küləklər müşahidə edilir. Bütün küləklərin 98,8%-
ni sürəti 1-10 m/s aralığında olanlar təşkil etmişdir.   
Bu fəsildə ən çox (25,3%) şimal-şərq küləkləri, 
ən az (1,9%) cənub-qərb küləkləri  təkrarlanır. Bu 
dövrdə yalnız bir dəfə sürəti 17-21,5 m/s aralığında 
dəyişən, qısamüddətli şimal küləyi müşahidə edil-
mişdir.  Yazda  və  yayda  olduğu  kimi,  payızda  da 
güclü küləklər  baş verməmişdir.  
Qışda da, digər fəsillərdə olduğu kimi, ən çox 
(33,5%) sürəti 5-6 m/s olan küləklər əsir. Müşahidə 
edilən  küləklərin  99,1%-ni  sürəti  10  m/s-dən  az 
olanlar  təşkil  edir.  Bu  dövrdə  şimal-şərq  (23,0%) 
küləkləri daha çox, qərb küləkləri isə ən az (3,3%) 
təkrarlanır. Yalnız bir dəfə sürəti 17-21,5 m/s aralı-
ğında  olan  külək  müşahidə  edilmişdir.  Qışda  da 
yazda, yayda və payızda olduğu kimi güclü külək-
lər baş vermir.  
Cənub-şərq  akvatoriyasının  çoxillik  külək  re-
jiminin  araşdırılmasından  (şəkil  3)  göründüyü 
kimi, burada daha çox (34,8%) sürəti 2 m/s-yə qə-
dər  olan  küləklər  müşahidə  edilir.  Ümumiyyətlə, 
bu  akvatoriyada  müşahidə  edilən  küləklərin 
99,0%-ni  sürəti  1-10  m/s  aralığında  olanlar  təşkil 
edir. Yerdə qalan bir faiz isə sürəti 10-21,5 m/s ara-
lığındakı  küləklərin  payına  düşür.  Onu  da  qeyd 
edək ki, akvatoriyada şimal (67,0%) istiqamətli kü-
ləkləri təkrarlanmasına görə üstünlüyə malikdirlər 
və elə güclü küləklər də (17-21,5 m/s) bu istiqamət-
lərdə  müşahidə  edilir  (şəkil  4).  Lakin  belə  sürətə 
malik küləklər nadir hallarda (10 ildə 3 dəfə) baş 
verir. 
 
Şəkil 3. Cənub-şərq akvatoriyasında çoxillik külək 
rejiminin sürət bölgüləri üzrə təkrarlanması, %-lə 
 
Şəkil 4. Cənub-şərq akvatoriyasında çoxillik külək 
rejiminin istiqamətlər üzrə təkrarlanması,%-lə 
Ənzəli və cənub-şərq akvatoriyalarında  güc-
lü  küləklərin  paylanması.  Burada  əsas  məqsəd 
Ənzəli  və  cənub-şərq  akvatoriyalarında    (1980-
1989) baş vermiş güclü küləklərin yayılma dinami-
kasını aşkar etməkdən ibarətdir. 
Yaz  fəsillərində  güclü  küləkli  günlərin  sayı 
Ənzəli akvatoriyasının qərb və şərq hissələrində və 
cənub-şərq  akvatoriyasında,  müvafiq  olaraq,  3,8; 
0,8 və 1,5 günə yaxın olmuşdur. Göründüyü kimi, 
bu  akvatoriyalarda  güclü  küləkli  günlərin  sayı 
müxtəlifdir.  Yəni  Cənubi  Xəzərin  qərb  sahili 
boyunca şimaldan (Qum adası məntəqəsindən) cə-
nuba  doğru  güclü  küləklərin  başvermə  sayı  azal-
mışdır. 
Yay  fəsillərində  bu  akvatoriyalarda  güclü  kü-
ləkli  günlərin  sayı  yazdakına  nisbətən  fərqlidir. 
Ənzəli  akvatoriyasının  qərb  və  şərq  hissələrində 
yaza  nisbətən  güclü  küləkli  günlərin  sayı  azalmış 
29,2
15,5
8,6
10
3,5
4,1
9,2
20
Şm
Şm.Ş
Ş

C
CQ
Q
Şm.Q
34,80
23,30
33,80
5,20
2,10 0,20
0,10
0,10
0,02
1-2m/s
3-4m/s
5-6m/s
7-8m/s
9-10m/s
11-12m/s
13-14m/s
15-16m/s
17-21,5m/s
21,4
16,3
10,2
7,5
2,2
3,9
8,8
29,3
Şm
Şm.Ş
Ş

C
CQ
Q
Şm.Q


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə