Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə29/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 55 
 
TURİZM COĞRAFİYASI
 
© S.H.Bağırlı
 
AZƏRBAYCANIN ƏSAS MÜALİCƏ TURİZM EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏ 
S.H.Bağırlı 
Azərbaycan Turizm və Menecment Universiteti
Bakı ş. K.Rəhimov küç. 822/823 
sara_baghirli@yahoo.com 
Müalicə-sağlamlıq turizminin əsasını təbii turizm ehtiyatları və müasir texnoloji avadanlıqlar, 
peşəkar kadrların fəaliyyət göstərdiyi xəstəxanalar təşkil edir. Azərbaycanda müalicəvi turizm po-
tensialı mineral-termal sular, mağara şəraitində, neft, palçıq, dərman bitkiləri kimi digər təbii vasi-
tələrlə müalicə imkanlarının olması ilə xarakterizə olunur. Məqalədə qeyd olunan turizm ehtiyatları, 
onlardan istifadə imkanları, həmçinin istifadə edilməsində qarşıya çıxan problemlər, bu problemlə-
rin həlli yolları göstərilmiş və təkliflər irəli sürülmüşdür. 
Giriş. Müalicə-sağlamlıq turizminin inkişafı tə-
bii turizm ehtiyatlarının olması ilə bağlıdır. Bu sa-
hənin fəaliyyətində mövsümilik amilinin təsiri hiss 
olunmur, uzunmüddətliliyi, təşkili üçün xüsusi və 
çoxsaylı maddi-texniki baza və peşəkar kadrlar tə-
ləb edilir. Müalicə-sağlamlıq turizminin hər hansı 
bir  ölkədə,  turizm  destinasiyasında  formalaşması 
və inkişafı iki amilin mövcudluğundan və təşkilin-
dən asılıdır. Bunlardan biri təbii resurslar və onun 
əsasında  qurulan  infrastruktur,  digəri  isə  elm  və 
texnologiyanın, eləcə də peşəkar ixtisaslı kadrların 
köməyi ilə fəaliyyət göstərən müasir standartlı mü-
alicə  ocaqları  olan  xəstəxanalardır    [7].  Məhz  bu 
xüsusiyyətlərə əsasən də müalicəvi turizmin kurort 
və kliniki turizm növləri ayrılır.  
Azərbaycanın  təbii  müalicəvi  turizm  resursları 
burada mineral və termal sular, mağara şəraitində, 
neft, palçıq, dərman bitkiləri kimi digər təbii vasi-
tələrlə  müalicə  üsullarının  tətbiqinə  imkan  verir. 
Bu  resursların  ölkənin  ayrı-ayrı  regionları  üzrə 
paylanması müxtəlif təbii amillərdən asılıdır. Mi-
neral və termal sular ehtiyat və istifadə baxımından 
ən  çox  Naxçıvan  Muxtar  Respublikası,  Kəlbəcər 
rayonu, ölkənin qərbində yerləşən Qazax, Tovuz, 
Gədəbəy,  Daşkəsəndə  geniş  yayılmışdır.  Mineral 
sular əsasən Kiçik Qafqazda və Naxçıvanda, termal 
sular isə cənub zonasında və Abşeronda çoxluq təş-
kil edir. İqlimlə müalicə baxımından əhəmiyyət da-
şıyan  mikroiqlim  ehtiyatları  Abşeron,  Aran,  Şab-
ran-Giləzi  rayonlarında  daha  əlverişlidir.  Marxal, 
Çüxuryurd,  Qonaqkənd,  Qəçrəş  kimi  ərazilərdəki 
hava  şəraiti  də  oksigenin  bol  olması  ilə  əlaqədar 
aeroterapiya  prosedurunun  aparılmasına,  eləcə  də 
ürək-damar sistemi xəstəliklərinin müalicəsinə şə-
rait yaradır.  
Digər tərəfdən, Culfada mövcud olan isti və qu-
ru hava şəraiti burada uroloji xəstəliklərin müalicə-
sinə imkan verir. Dəniz iqlimi kurortları, palçıqla 
müalicə isə Xəzər sahili ərazilərdə yayılmışdır. İs-
tər dəniz iqlimi, istərsə də palçıqla müalicə üsulları 
burada sinir, tənəffüs və ürək-damar sistemi xəstə-
liklərinin 
müalicəsində səmərəlidir

Abşeron
  
yarım-
adasının
  şimal hissəsində Novxanı, Bilgəh, Pirşağı, 
şimal-şərqində  Zağulba,  Buzovna,  Şüvəlan,  Mər-
dəkan, cənubunda isə Sahil, Hövsan və  Şıx kurort  
zonalarında kompleks kurort amilləri, dəniz sahil-
lərində  yaradılmış  sanatoriya,  pansionat,  istirahət 
mərkəzləri  də  müalicəvi  turizm  baxımından  ol-
duqca qiymətlidir və əsas etibarilə bu zonalar mə-
də-bağırsaq,  dayaq-hərəkət,  ürək-damar  sistemi 
xəstəliklərinin müalicəsi üçün səmərəli hesab olu-
nurlar [2, s.182-193].  
Yuxarıda  adları  çəkilən  ehtiyatlarla  yanaşı, 
Azərbaycanda sağlamlıq turizminin perspektivləri 
məhz neftlə və mağara şəraitində müalicəyə əsas-
lanmalıdır. Neftlə müalicə Naftalanda, mağara şə-
raitində  təbii  duzla  müalicə  isə  Duzdağda  həyata 
keçirilir. Bu mərkəzlər təkcə ölkəmizdə deyil, dün-
yanın bir çox regionlarında da tanınmışdır.  
Müalicəvi turizm resurslarının çoxsaylı olması-
na baxmayaraq, ölkədə əsas ehtiyatlar kimi məhz 
mineral və termal suların bir qismi, palçıq və neft 
üsulu ilə müalicə, eləcə də karst mağarasında mü-
alicə metodları digər resurslarla müqayisədə daha 
çox istifadə edilir. Bu nöqteyi-nəzərdən Azərbay-
canın əsas müalicə turizm mərkəz və ya obyektləri 
kimi Duzdağı, Naftalanı və mineral suları qeyd et-
mək lazımdır.  
Tədqiqatın əsasları. Adı çəkilən təbii resursla-
rın zənginliyi ölkəmizdə  müalicə-sağlamlıq turiz-
minin  geniş  potensialı  və  perspektivi  olduğunu 
göstərir. Bu baxımdan Azərbaycanın təbii müalicə 
ehtiyatlarının araşdırılması, onlardan turizm məq-
sədilə istifadənin və bu zaman üzə çıxan çatışmaz-
lıqların araşdırılması aktual məsələlərdəndir. Təd-
qiqatın əsas məqsədi və obyekti təbii-müalicə ehti-


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
56                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
yatlarından istifadədə yaranan problemlərin öyrə-
nilməsi və onların istifadəsinə mane olan amilləri 
müəyyənləşdirməkdən,  həlli  yollarını  göstərmək-
dən ibarətdir.  
Hazırda  dünyada  fərqli  təbii  müalicə  üsulları 
geniş yayılmışdır. Bunlardan mağara şəraitində tə-
bii  müalicə  metodunu  xüsusilə  qeyd  etmək  olar. 
Mağaraların geoloji quruluşundan asılı olaraq bu-
rada fərqli xəstəliklərin müalicəsi aparıla bilər. Ma-
ğara turizmi və ya speleoturizm növünün məqsədi 
mağaralarla maraqlanan şəxsləri bu relyef formala-
rı  ilə tanış  etmək,  orada araşdırma  aparmaq,  gör-
mək,  quruluşu  haqqında  yeni  məlumatlar  əldə  et-
mək imkanının yaradılmasıdır.  
Ölkəmizdə  mağara  şəraitində  müalicə  imkanı 
tətbiq  edilir  ki,  bunun  da  əsas  nümunəsi  yalnız 
Azərbaycanda  deyil,  eləcə  də  dünyada  tanınan 
Duzdağdır. Duzdağ Naxçıvan Muxtar Respublika-
sı ərazisində yerləşən çoxsaylı, lakin xarakter eti-
barilə  analoqu  olmayan  müalicə  mərkəzlərindən 
biri  hesab  edilir.  Duzdağ  Fizioterapiya  Mərkəzi  
adlandırılan bu müalicəvi duz şaxtası 1979-cu ildə 
Kəngərli rayonunun Böyükdüz kəndi yaxınlığında 
qədim  duz  mədənlərinin  bazası  əsasında  təşkil 
olunmuşdur.  Naxçıvan  Fizioterapiya  Xəstəxana-
sında xəstələr ən əvvəl 2-3 gün xəstəxana ərazisin-
də adaptasiya olunurlar. Bundan sonra saat 18:00-
dan – 8:00-a qədər böyüklər 20-24 seans, uşaqlar 
isə 14-18 seans yeraltı şöbədə müalicə alırlar. Bu 
müddət  xəstəliyin  ağırlığından,  xəstəliklərdən, 
ümumiyyətlə, xəstənin səhhətindən asılı olaraq də-
yişilə bilir. Bundan əlavə, müşahidələrə və mərkəz-
dən verilən məlumata əsasən, qeyd etməliyik ki, la-
zım gəldikdə xəstələr dərman preparatları ilə təmin 
edilir,  fizioproseduralar  aparılır,  masaj  xidmətləri 
göstərilir.  
Bununla belə, mümkün qədər dərmanlardan az 
istifadə  etməyə  üstünlük  verilir.  Speleoterapiya 
xəstələrdə remissiya dövrü, yəni boğulma tutmala-
rının olmadığı sakit dövrdə tətbiq olunur. Duzdağ-
da bronxial astma (tənəffüs yollarının xəstəlikləri) 
və  ağciyər-bronx  sisteminin  digər  qeyri-spesifik 
xəstəlikləri müalicə olunur və əldə edilən məluma-
ta görə, müalicə başa çatdıqdan sonra uşaqlarda 80-
85%, böyüklərdə isə 65-70% yaxşılaşma müşahidə 
olunur. Müqayisə üçün qeyd etməliyik ki, dünyada 
karst mağaralarında müalicə üsulu olduqca az yer-
də tətbiq olunur; istər bu amil, istərsə də Duzdağda 
müalicə effektivliyinin yüksək nəticəsi buranın öl-
kə turizmi üçün nə qədər böyük əhəmiyyətə malik 
olduğunu bir daha sübut edir. Lakin bu turizm eh-
tiyatının dünyada kifayət qədər tanıdılmaması, rek-
lam işinin yaxşı təşkil edilməməsi kimi başlıca sə-
bəblərlə əlaqədar, burada xarici turist qəbulu azlıq 
təşkil edir. Əsas turist kontingentini isə yerli əhali, 
ölkə vətəndaşları, İran İslam Respublikası, Türkiyə 
Cümhuriyyəti kimi qonşu ölkələrdən gələn turistlər 
təşkil edir.   
Digər tərəfdən, ölkəmizdə ən qiymətli təbii sər-
vətlərdən biri Naftalan nefti olub, Gəncə-Qazax iq-
tisadi rayonunun deyil, ümumilikdə Azərbaycanın 
əsas təbii-rekreasiya ehtiyatlarından biri hesab edi-
lir. Mərkəz Gəncə şəhərindən 48 km cənub-şərqdə 
yerləşir. Naftalan nefti ilə müalicə müddəti xəstələ-
rin vəziyyətindən və xəstəliklərin irəliləməsindən, 
göstərişdən asılı olaraq 14-15 günlük nəzərdə tutul-
muşdur. Vannalar şəraitində müalicə müddəti 10-
15  dəqiqəlik  seanslar  şəklində  həyata  keçirilir  və 
80-85%-lik müsbət nəticə əldə edilir. Naftalan nef-
tinin köməyi ilə ümumilikdə 80-ə yaxın xəstəliyin 
müalicəsi həyata keçirilir. Bunlardan xüsusilə sü-
mük-əzələ sistemi xəstəliklərində (revmatik, artrit, 
travmatik artrit, miozit, epikondilit), sümük sınıq-
ları fəsadlarının aradan qaldırılmasında, hərəkət-is-
tinad,  mədə-bağırsaq  sistemi  xəstəliklərində  (xro-
niki  qəbzlik,  həzmin  pozulması)  nevroloji,  damar 
(qan  dövranı  pozğunluqları,  ateroskleroz,  varikoz 
genişlənmə, flebit), uroloji, ginekoloji, qadın və ki-
şi cinsiyyət orqanı xəstəliklərinin, oynaq və oynaq-
ətrafı  yumşaq  toxuma  xəstəliklərinin,  infeksion 
xəstəliklərin və dəri (dəmirov, allergik dermatitlər, 
seboreya, keratodermiya, heyrodermit) xəstəlikləri 
ilə  yanaşı  qaraciyər,  radikulit,  revmatizm  kimi 
dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində 
böyük əhəmiyyət kəsb edir [1]. 
Əslində,  Naftalanın  müalicə  ehtiyatından  hələ 
sovet dövründə də istifadə edilirdi. Buradan çıxan 
neft digər ölkələrə göndərilərək müalicə məqsədilə 
dərman  preparatlarının  hazırlanmasında  istifadə 
olunurdu. Lakin təəssüf ki, turizm məqsədilə onlar-
dan geniş istifadə həmin dövrlərdə mümkün olma-
mışdır. Dünyada unikal olan bu neftin bazasında, 
xüsusilə müstəqilliyimizin bərpasından sonrakı il-
lərdə müəssisələr yaradılmağa başlanmış, müalicə-
vi  neftdən  sağlamlıq  turizmi  məqsədilə  istifadəyə 
diqqət  artırılmışdır.  Bununla  belə,  fikrimizcə,  bu 
resursun əhəmiyyəti ilə müqayisədə ondan istifadə 
məhduddur və dünyada istənilən səviyyədə tanın-
mır. Bu isə digər təbii turizm ehtiyatlarında olduğu 
kimi, onların istifadəsində qarşıya çıxan əsas prob-
lemlərdəndir.  
Qeyd  olunduğu  kimi,  müalicəvi  turizm  baxı-
mından  xüsusi  əhəmiyyətli  təbii  resurslardan  biri 
balneoloji ehtiyatlar olan mineral və termal sular-
dır. Ölkəmizdə 1500-dən artıq mineral və termal su 
mənbəyi vardır. Bunlar kimyəvi tərkibinə və xüsu-
siyyətlərinə görə fərqlənirlər. Ona görə də müxtəlif 
istiqamətlərdə  qruplaşdırılırlar.  Bu  təbii  ehtiyatın 
zənginliyinə baxmayaraq, təəssüf ki, yalnız 30 mi-
neral  qrup  su  yatağında  tam  geoloji  tədqiqat  işi 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə