Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə21/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 39 
 
ОСНОВНЫЕ TЕНДЕНЦИИ В 
ДЕМОГРАФИЧЕСКОМ РАЗВИТИИ ГОРОД-
СКИХ ПОСЕЛЕНИЙ В РЕГИОНАХ 
АЗЕРБАЙДЖАНА 
Э.С.Бадалов 
В статье анализируется динамика роста числен-
ности населения городов и поселков Азербайджана. 
Выявлено, что в 1999-2017 гг. в регионах страны вы-
рос удельный вес  населения, проживающего в по-
селках.  Исследованы  тенденции,  происходящие  в 
демографическом  развитии  городских  поселений  в 
регионах путем естественного прироста и миграции 
населения. Выявлено, что в 2005-2010-х гг. ускорен-
ный  рост  городского  населения  произошел  за  счет 
естественного и миграционного приростов, что бы-
ло связано с положительным миграционным сальдо, 
наблюдавшимся в Бакинской агломерации. Однако, 
в 2011-2016 гг. наблюдался сниженный темп роста, 
который происходил в основном за счет естествен-
ного прироста. В статье даны рекомендации для ре-
гулирования роста городов и поселков. 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
40                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
© L.İ.Əliyeva 
ARAN İQTİSADİ RAYONUNDA KƏND ƏHALİSİNİN TƏBİİ ARTIMI 
L.İ.Əliyeva 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
AZ 1000, Bakı ş., Üzeyir Hacıbəyli küç. 68 
Keçid dövrünün çətinlikləri, əhalinin həyat səviyyəsinin aşağı düşməsi, məşğulluğun azalması 
demoqrafik göstəricilərə də öz mənfi təsirini göstərmişdir. Qısa müddətdə aparılan iqtisadi islahatlar 
bu sahədə dəyişikliklərə səbəb olmuşdur. Bununla yanaşı, doğum və təbii artım 1990-cı il səviyyə-
sindən geri qalır. Kənd əhalisi arasında doğum və təbii artım xeyli azaldığına görə şəhər və kəndlərdə 
onların kəmiyyətləri arasındakı fərqlər aşağı enmişdir. Əhalinin demoqrafik göstəricilərinin öyrə-
nilməsi  onların  nizamlanmasında  mühüm  əhəmiyyət  kəsb  edir.  Bunun  üçün,  ilk  növbədə,  yeni  iş 
yerlərinin açılması, əhaliyə göstərilən sosial-mədəni xidmətlərin yüksəldilməsi, mənzil-məişət şərai-
tinin yaxşılaşdırılması zəruridir.
 
Mövzunun aktuallığı. Doğum və ölüm göstə-
riciləri ölkənin, onun ayrı-ayrı regionlarının sosial-
iqtisadi  inkişafı,  mənimsənilmə  səviyyəsi,  təbii-
coğrafi  şəraiti,  təsərrüfat  strukturu,  əhalinin  cins-
yaş tərkibi, qadınların təhsil səviyyəsi və təsərrüfat 
sahələrinə cəlb edilməsi şəraitindən asılıdır. Onla-
rın fərqi kimi müəyyən edilən təbii artım əhalinin 
digər demoqrafik göstəricilərinə ciddi təsir etməklə 
yanaşı, özü də onların təsirilə dəyişir. Əhalinin tə-
bii artımı onun sayının dəyişməsini müəyyən edir. 
Eyni  zamanda,  az  vaxtda  iqtisadi,  sosial-mədəni 
amillərin təsiri ilə dəyişikliyə məruz qalır.  
Kəndlər demoqrafik vəziyyətinə, əhalinin təhsi-
linə,  cins-yaş  tərkibinə,  məşğulluğun  strukturuna 
görə şəhərlərdən fərqlənir. Bu fərqlər demoqrafik 
inkişaf xüsusiyyətlərində də özünü göstərir. Kənd-
lərdə əhalinin təhsil səviyyəsinin, qadınların təsər-
rüfat sahələrində məşğulluğunun aşağı olması, dini 
və mədəni-məişət ənənələri uzun illər ərzində çox-
uşaqlılığın  yayılmasına  gətirib  çıxarmışdır.  Lakin 
hazırda ölkənin şəhər və kənd əhalisi arasında təbii 
artım göstəricilərində fərqlər azalır. 
Azərbaycanda  uzun  müddət  kənd  əhalisi  ölkə 
əhalisinin  sayının  əsas  artım  mənbəyi  olmuşdur. 
Çoxuşaqlılıq, kənd əhalisinin üstünlük təşkil etmə-
si,  kənd  təsərrüfatı  işlərində  işçi  qüvvəsinə  olan 
yüksək tələbat şəraitində əhalinin sayı sürətlə art-
mışdır.  
Tədqiqat obyekti. Bu prosesləri, ilk növbədə, 
kənd təsərrüfatının mühüm rol oynadığı və ölkənin 
kənd əhalisinin çox hissəsinin cəmləndiyi Aran iq-
tisadi rayonuna da aid etmək olar. İqtisadi raynun 
sahəsi 21,15 min km
2
, əhalisinin sayı 1936,0 min 
nəfərdir. Aran ölkə ərazisinin 24,78%-ni tutur, əha-
linin 20,2%-i bu regionda yaşayır. Əhalinin sıxlığı 
hər km
2
-də 92 nəfərdən çoxdur [2]. Əlverişli təbii-
coğrafi şərait, düzən relyef və aqroiqlim ehtiyatları 
Aranın ölkənin mühüm kənd təsərrüfatı regionuna 
çevrilməsinə  imkan  vermişdir.  Ona  görə  burada 
kənd  məntəqələri  və  kənd  əhalisinin  də  sayı 
çoxdur.  İqtisadi  rayona  daxil  olan  16  inzibati  ra-
yonda 
18 şəhər, 39 qəsəbə, 790 kənd vardır [1, s.60].
 
Bura  həmçinin  Mingəçevir  və  Şirvan  şəhər  ərazi 
dairələri də daxildir. İqtisadi rayonda kənd əhalisi-
nin sayı 1206,4 min nəfərdir, onlar iqtisadi rayonun 
ümumi əhalisinin 62,2%-ni, ölkənin kənd əhalisi-
nin 26,8%-ni təşkil edir [2]. 
Məsələnin izahı. Aran iqtisadi rayonu uzun il-
lər kənd əhalisinin təbii artımına görə fərqlənmiş-
dir.  Məhz  bunun  nəticəsində  regionun  iri  sənaye 
mərkəzlərinə yüksək miqrasiyalar baş vermiş, on-
larda əhalinin sayı az vaxt ərzində yüksək templə 
artmışdır. Eyni zamanda, ölkənin digər şəhərlərinə, 
o cümlədən Bakı şəhərinə  intensiv əhali miqrasi-
yası müşahidə edilmiş, şəhərlərdə demoqrafik po-
tensial az vaxtda güclənmişdir.  
1980-cı ildə Azərbaycanda ümumi əhali arasın-
da hər 1000 nəfərə görə doğum əmsalı 25,2, təbii 
artım 18,2 olmuşdur [8, s. 106]. Bu dövrdə təbii ar-
tımın yüksək səviyyəsi əhalinin sayının da artımını 
təmin etmişdir. XX əsrin 60-cı illərində təbii artım 
yüksək olmuşdur. Bu dövrdə doğulan uşaqların 80-
ci  illərdə  nikah  yaşına  çatması  ilə  əlaqədar  əhali 
artımı da yüksək olması ilə fərqlənmişdir. Davamlı 
iqtisadi inkişaf, iş yerləri ilə təminatın yüksək ol-
ması,  mənzil  şəraitinin  dövlət  təminatı,  səmərəli 
demoqrafik siyasətin aparılması kəndlərdə əhalinin 
sayının artmasına şərait yaradırdı. Bu dövrdə Aran 
iqtisadi rayonunda əhali arasında doğum (hər 1000 
nəfərə 28,4) orta respublika səviyyəsindən yüksək 
olmuşdur. Belə vəziyyət təbii artıma da aid olmuş 
və hər 1000 nəfərə 22,3 təşkil etmişdir [8]. 
XX əsrin 80-ci illərində ölkədə demoqrafik gös-
təricilər yüksək olaraq qalmışdır. Belə ki, 1989-cu 
ildə respublikada hər 1000 nəfərə görə doğum əm-
salı  26,4, təbii  artım  əmsalı  20,0  olmuşdur.  Aran 
iqtisadi rayonunda urbanizasiyanın aşağı səviyyəsi 
doğumun  da  yüksək  qalmasına  imkan  vermişdir, 
yəni hər 1000 nəfərə görə onun əmsalı 29,8, təbii 
artım  əmsalı  23,9  olaraq  qeydə  alınmışdır.  Ölüm 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə