1
QADIN-KİŞİ MÜNASİBƏTLƏRİ
Azərbaycan Respublikası öz müstəqilliyinin səkkizinci ilinə qədəm qoymuşdur.
Dövlətimiz bu ötən illər ərzində ictimai - siyasi həyatın bir çox sahələrində islahatlar
aparmış, sovet həyat ərzindən temamilə ayrılıb, bəşəriyyətin əksəriyyətinin qəbul etdiyi
demrokratik sistemə üz tutmuşdur. Müstəqil respublikanın 1995-ci də qəbul olunmuş ilk
Konstitusiyası vətəndaşlara yeni hüquqlar verməklə yanaşı, ölkədə plüralizmin,
demokratiyanın bərqərar olması üçün hər cür şərait və imkanın olduğunu da bəyan
etmişdir. Konstitusiyamızda təsbit olunan qanunlar Azərbaycan vətəndaşlarına
cinsindən, dilindən, dinindən asılı olmayaraq bərabər hüquqlar vermişdir.
Müasir dövrdə, dünyanın inkişaf etmiş demokratik ölkələrində belə, "Qadın
problemi", "Qadın məsələsi" kəskinliklə önə çıxır və qadınlar bu problemlərin həlli
yollarını axtarmaq və ya
onları həll etmək məqsədilə öz təşkilatlarını yaradırlar. Bu gün respublikamızda
Qadın Problemləri üzrə Dövlət Komitəsi, 30-dək qeyri - dövlət qadın təşkilatı (QDT)
fəaliyyət göstərir. Cəmiyyətin aparıcı qüvvələrindən biri kimi, qadınlar öz müstəqil
qurumlarını yaratmaqla, sosial-mənəvi, ictimai hadisələrin iştirakçısı olmaqla, müəyyən
mənada, ölkədə həlledici funksiyalar daşımış olurlar.
Hazırda dünyada qadınları birləşdirən bir çox təşkilat, blok, alyans və qurumlar
formalaşmışdır. Onların nizamnaməsinə, fəaliyyət proqramına diqqət yetirsək, görərik ki,
narazılıqları, əsasən, hüquqlarının tapdalanması, işdə, ailədə və cinsi münasibətdə ayrı-
seçkiliyə yol verilməsi ilə bağlıdır. Qeyd etdiyimiz təşkilatlar öz işlərində məhz bu tipli
problemlərin həlli məsələlərini qaldırırlar. Burada bir məqamı da qeyd etmək lazımdır:
təsadüfi deyil ki, BMT "Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Olunması üzrə Konvensiya
qəbul etmişdir. Buna uyğun olaraq, kişi və qadın münasibətlərini qadınların insan
hüquqları nöqtəyi-nəzərindən tədqiq, təhlil, təbliğ, tədris etmək üçün BMTİP-in
Azərbaycanda "Qender İnkişafda" Qurumu yaradılmışdır. 1998-ci ilin fevralında EA-nın
Fəlsəfə və Hüquq İnstitutu keçirdiyi "Qender: qadın probleminin yeni mərhələsi"
respublika elmi-praktik konfransında qender məsələlərinin və araşdırılması məqsədilə
ölkənin müxtəlif bölgələrində seminarların ve sosioloji sorğuların keçirilməsi təklif
olunmuşdur. Bu məqsədlə "Qender İnkişafda" Qurumu və "Qender Problemləri Mərkəzi
(EA-nın Fəlsefə və Hüquq İnstitutunun nəzdində) Bakı şəhərində, Zaqatala, Masallı,
Ağsu və Göyçay rayonlarında əhalinin müxtəlif təbəqələri arasında sosioloji sorğu
keçirmişdir. Bu sosioloji sorğuda müxtəlif yaşa və müxtəlif peşəyə məxsus 400 nəfər
iştirak etmişdir.
Sorğu qrupu problemin öyrənilməsi üçün repsodentlərə suallarla müraciət
etmişdir. Diqqəti cəlb edən məsələ odur ki, rəyi öyrənilənlərin əksəriyyəti problemi və
onun həlli yollarını düzgün başa düşmüş, qoyulan suallara dolğun cavab vermişlər. Eyni
zamanda, qeyd etmək lazımdır ki, Bakı şəhərində və respublikamızın müxtəlif
rayonlarında araşdırılan məsələ ilə bağlı müxtəlif səpgili fikirlər söylənilmiş, hətta,
təkliflər verilmiş, bəzən də problemlərin həlli yolları göstərilmişdir. Sosioloji sorğu
aparılarkən, bütün qaydalara əməl edilmiş, repsodentə təzyiq və ya göstəriş olmamış,
onlara öz şəxsi mülahizə, rəy və təkliflərini müstəqil, sərbəst şəkildə ifadə etmək imkanı
verilmişdir.
Keçirilən sorğuda Bakı şəhərində, eləcə də, rayon mərkəzlərində yaşayan əhali
ilə yanaşı, Zaqatala rayonunun Yuxarı Tala, Əli Bayramlı, Bazar, Aşağı Tala, Muğanlı,
Maqov, Yuxarı Çardaxlar, Sabunçu, Lahıc, Qandex, Qımır, Suvagil kəndlərinin və
Əliabad qəsəbəsinin; Ağsu rayonunun Kalva, Hacman, Xatman Dilman, Ərəbuşağı
kəndlərinin; Göyçay rayonunun Potu, Şıxlı, Mallışıxlı, Ulaşşıxlı, Cəyirli kəndlərinin;
Masallı rayonunun Köhnə Alvadı, Həsənli, Ərkivan, Bambaşı, Təzə Alvadı kəndlərinin
və Bordigah qəsəbəsinin sakinləri də iştirak etmişlər.
2
Sosioloji sorğu özündə 6 müxtəlif sualı ehtiva etmişdir ki, onlardan ikisi açıq
qoyulmuşdur, dördü isə, müxtəlif problemləri əhatə edən bəndlərlə formulə edilərək, bir
növ, hazır cavablar, yəni, münasibət, rəy bildirmək üçün tərtib edilmişdir. Bundan başqa,
repsodentlərin əlavə fikir bildirmələri üçün də xüsusi yer qoyulmuşdur.
Sosioloji sorğunun keçirilməsində məqsəd, hazırda aktuallıq kəsb edən qender
problematikasının, xüsusilə də, qadın hüquqları məsələsinin respublika reallığına
(məlum postsovet dövrünün xüsusiyyətləri, milli mentalitet və s.) əsaslanan təhlili idi.
Qeyd edək ki, sosioloji sorğu müxtəlif ərazilərdə müxtəlif təbəqələr arasında
aparılmışdır, elə buna görə də, nəticə müxtəlifliyini əks etdirir.
Repsodentlərə 500 anket - sorğu vərəqi verilmişdir. Bunlardan 70-i Masallı
bölgəsində paylanmış və onlardan 40-ı cavablandırılmışdır. Ağsu-Göyçay ərazisində
100-dən 88-i, "Qadın və hüquq" konfransında 80-dən 44-ü, Bakı şəhərində isə, 150-dən
140-ı cavablandırılmışdır. Beləliklə, 500 anket - sorğu vərəqindən 400-ü
cavablandırılmışdır. Həmin cavablar təhlil edilib, faizlə göstərilmişdir. Onu da qeyd edək
ki, 400 nəfər repsodentin 261 nəfəri qadın, 139 nəfəri kişidir (bax: cədvəl 1) .
Cədvəl 1
Ərazi
Qa
dın
Kişi
Cəmi
Masallı
37
3
40
Ağsu-Göyçay
61
27
88
Zaqatala
48
40
88
"Qadın və hüquq"
Konfransı
38
6
44
Bakı
77
63
140
Nəfər
26
1
139
400
Faiz
65,
2%
34,8%
100%
Burada diqqəti bir cəhətə yönəltmək istərdik: sorğuda iştirak edənlərin təxminən
1/3-dən çoxu kişilərdir. Bakı və Zaqataladakı repsodentlərin isə, təxminən yarısını kişilər
təşkil edirlər.
Sosioloji sorğu iki istiqamətdə aparılmışdır: kütləvi və fərdi. Kütləvi şəkildə -
Masallı bölgəsində "Qadınlar əmin-amanhq uğrunda" elmi-praktik seminarının, Bakı
şəhərində "Qadın və hüquq'' Konfransının iştirakçıları arasında, fərdi şəkildə - Zaqatala,
Ağsu-Göyçay ərazisində, eləcə də, paytaxtımızın müxtəlif yerlərində.
1998-ci il fevral ayının 12-də BMTİP-nın "Qender İnkişafda" Qurumu EA-nın
Fəlsəfə və Hüquq İnstitutu ilə birgə keçirdiyi "Qender: qadın probleminin yeni mərhələsi"
adlı konfransında da buna uyğun olaraq, sosioloji sorğu keçirmişdir. Sorğu 100 nəfərə
paylanmış, ondan 36-sı cavablandırılmışdır. Sosioloji sorğunun cavabları nəşr
olunmuşdur
1
. (Bax: "Qender: qadın probleminin yeni mərhələsi" Bakı, 1998.)
Keçirilən sorğu repsodentlərin marağına səbəb olmuşdur. Bunun nəticəsidir ki,
onlar cavab vererkən, bugünün realhqlanna söykənərək öz fıkirlərini sərbəst ifadə
etmişler. Cavablar çoxçalarhlığı ilə diqqəti cəlb edir. Sorgunun nəticələri araşdırılarkən
əldə edilmiş məlumatlar göstərdi ki, şəhər-rayon-kənd sakinlərinin qarşılaşdığı
problemlər əksər hallarda üst-üstə düşür - bunlar, əsasən, keçid dövrünün spesifik
xüsusiyyətlərinin aşkar əlamətləridir.
Sorğunun birinci sualı Azərbaycandakı bugünkü durumla daha çox əlaqəli idi.
"Keçid dövründə qadın daha çox hansı problemlerlə qarşılaşır?" sualına anketdə altı
cavab və başqa fikir üçün yer ayrılıb (bax: cədvəl 2). Repsodentlərin fikrincə, müasir