Qadin-kisi munasib?TL?RI



Yüklə 201,87 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix16.11.2017
ölçüsü201,87 Kb.
#10443
1   2   3   4   5   6   7

 

3

Azərbaycan ailəsinin problemləri çoxdur. Məhz buna görə  də, qadınlar hər cür 



çətinliklərlə üzləşirlər. İşsizlik isə, onların ən böyük problemidir. 

Keçirilən sorğuda qadınların işlə  təmin olunmasının çətinlikləri bir neçə  səbəblə 

izah olunur: 

- aldığı təhsilə uyğun iş yerinin olmaması; 

- işləmək arzusu olduğu halda, ailəsi və yaxud əri tərəfındən məhdudiyyət 

qoyulması; 

- əmək haqqının aşağı olması. 

Kişinin, yaxud qadının işləməməsi və ya gördüyü iş müqabilində cüzi əmək haqqı 

alması ailədə psixoloji sabitliyi pozur. 

Birinci sualı  şərh edərkən, hər  şeydən  əvvəl, onu qeyd etmək lazımdır ki, 

respublikada işsizlik probleminin ləğv

 

olunması digər problemlərin də aradan 



qaldırılmasına zəmin yaradardı. Məhz işlə təminat məsələsində çətinlik olduqda, ailədə 

gərginlik yaramr. "Ailə-məişət məsələlərində" bəndində qoyulan suala ən çox - 22,2% 

repsodent cavab vermişdir. Ümumiyyətlə, keçid dövrünün ən böyük problemləri ailə-

məişət məsələlərində özünü göstərir. Faktlar öz-özlüyündə maraqlıdır. Burada keçid 

dövrünün problemləri ilə yanaşı, sovet dövrünün də xarakterik cəhətləri (qeyri millətdən 

olan ata və ya ana, milli adət - ənəneyə bağlılıq) və  hələ  də bu günlərədək kişilərin 

"mənim dediyim qanundur '' hökmü ilə ailə - məişət məsələlərindəki hökmranlıqları da 

üzə çıxır. Bunlar ilk baxışda bəlkə də adi görünür, lakin onların psixoloji təsir gücü həqiqi 

mənada böyükdür. Feminizasiya ( latınca femina - "qadın" deməkdir)  əlamətlərinin 

formalaşması üçün əlverişli  şərait də  məhz buradan yaranır. Bu isə, ailə-məişət 

məsələlərinə  mənfi təsir göstərir, boşanmalarda mühüm rol oynayır. Bu əlamətlər bir 

sıra rayonlarda özünü daha çox göstərir. Məsələn, Zaqatalada - 31,5%, Masallıda isə - 

24%.  Əsasən ziyalıların iştirak etdiyi "Qadın və hüquq" Konfransının iştirakçılarından 

10,8%-i bu sualı cavablandırıb. Bu rəqəm Ağsu-Göyçayda 22%, Bakı  şəhərində isə 

22,5%-dir. Biz bu məsələyə heç də sadəcə ailə-məişət problemi kimi deyil, daha geniş 

mənada -cəmiyyətdə artıq bərqərar olmuş ailə-şəxsiyyət-insan məfkurəsi baxımından 

yanaşmalıyıq. 

Repsodentlərin 

13,1%-i sosial müdafiənin gücləndirilməsinə diqqətin 

artırılmasının vacibliyini qeyd etmişdir. Qadının əsas problemlərindən biri ailədə vəzifə 

və  əmək bölgüsünün düzgün həyata keçirilməməsidir. Belə ki, qadının üzərinə düşən 

vəzifə bir insanın çəkə biləcəyi (həm fiziki, həm də mənəvi) yükdən qat-qat çoxdur. Bu 

da qadının həm psixoloji, həm də fiziki fəaliyyətinə mənfi təsir göstərir. Əlbəttə, burada 

müxtəlif səbəblər ola bilər: bu, qadının yaşadığı mühitdən (dar mənada - ailə 

çərçivəsində), yaşından, dünyagörüşündən də asılıdır. 

"Ailədə psixoloji sabitliyi saxlamaq" bəndindəki birinci suala kişilərin və qadınların 

verdikləri cavablarda önəmli fərqlər diqqəti cəlb edir. Əksər kişilər qadına hörməti xüsusi 

göstərməklə yanaşı, bəzən onların bundan sui - istifadə edərək ailədə kişinin mövqeyini 

zəiflətdiklərini də qeyd ediblər. Bir qism qadınlar ailədə "kişinin yeri birinci olmalıdır" 

fikrinə  tərəfdar olublar, bir qism qadınlar isə, ailədə psixoloji sabitliyin yaranmasında 

tərəflərdən hər ikisinin eyni dərəcədə məsul olduqlarını bildiriblər. Bununla qadın qüruru 

və iradəsinə yüksək qiymət veriblər və göstəriblər ki, ailədə kişinin peşəsinə, sənətinə, 

özünəməxsus iş qabiliyyətinə qiymət verdikdə  və yaxud əksinə, qadın  əməyini 

qiymətləndirdikdə, münasibətlərin bərabər ahəngdarlığı  tənzimlənmiş olur. Burada 

repsodentlərin bir qismi də ailədəki psixoloji sabitliyin saxlanılmasında xarakterin 

səciyyəvi  əhəmiyyəti olduğunu qeyd edərək, qarşılıqlı ünsiyyətdə  təmkini, yaxşı ev 

sahibi olmağı, mərifətliliyi, tərbiyəni, düzlüyü, səmimiliyi, sədaqəti, ailəyə bağlılıq kimi 

keyfiyyətləri  əsas göstəriblər və onlar kobudluğu, kinli olmağı, küsü saxlamağı, 

laqeydliyi, ailənin şərəf və ləyaqəti haqqında düşünməməyi evdəki sabitliyi pozan amil 

kimi qiymətləndiriblər. Deməli, kişi - qadın münasibətləri ailədəki psixoloji sabitliyin ən 

mühüm əlamətidir. "Yaxşı qadın", "yaxşı kişi" ifadələri bilavasitə "yaxşı ailə", "sabit ailə" 



 

4

deməkdir. Dövr dəyişdikcə, ailə də dəyişir. Burada münasibətlərin təkmilləşməsi, inkişafı 



xüsusilə qeyd olunmalıdır. Oğlanların və  qızların birgə  təhsil alması, birgə  işləməsi 

onların arasındakı fərqi nizamlayır. Bu, ailədə də özünü göstərir. Sorğudakı cavablardan 

məlum olur ki, qadınlar bu gün özlərinə  təkcə "incə  məxluq'' kimi deyil, həm də 

vətəndaş, cəmiyyətin aparıcı şəxsi kimi yanaşır, əks cinsdən də məhz özünə qarşı belə 

münasibət, hörmət tələb edir. 

Birinci sualdakı  "əlavə fikriniz" bəndinin təhlili zamanı, müasir dövrdə qadınların 

rastlaşdıqları problemlərin səbəbi kimi, dolanışığın və yaşayışın ağır olması, Qarabağ 

problemi, qaçqınların vəziyyəti, ailədən kişilərin qazanc arxasınca getməsi, onların 

yerdə qalanlarının problemləri, bəzi bölgələrdə  qızların erkən yaşda  ərə verilməsi, 

xaricə gedən oğlanların sayının geri qayıdanlardan çox olması  aşkar edilmişdir. Bəzi 

repsodentlərin fikrincə isə, məhz xırda ticarətlə - alverlə  məşğul olmaq qadınların 

problemlərini artırır. Səhərdən axşamacan, ilin bütün fəsillərində alverlə  məşğul olan 

qadınların problemlərinin artmasının və hüquqlarının pozulmasının tez-tez şahidi oluruq. 

Bu isə, həllini gözləyən məsələdir. Bir qism repsodent isə, "göstərilən bütün hallarda 

qadın problemlərlə qarşılaşır" fikrindədir. Beləliklə, keçid dövründə Azərbaycan 

qadınlarının rastlaşdıqları problemlər sorğulara əsasən aşağıdakı amillərlə bağlıdır: 

sosial vəziyyətin çətinləşməsi

• işsizliyin artması; 

• səhiyyə və ali təhsil sahələrində pullu xidmətə keçilməsi; 

• sosial müdafiə sahəsində güzəştlərin ləğv edilməsi; 

• qaçqınlıq vəziyyəti; 

• ailədaxili ixtilafların yaranması; 

• elm sahəsində çalışan qadınların saynıın azalması; 

• kişilərin MDB və xarici ölkələrə emiqrasiyası; 

• imkansızlıq, şəraitin olmaması; 

• pessimizmin yaranması; 

• pis güzəran və yoxsulluğun ağırlığının əsasən qadınların uzərinə düşməsi ( dul 

qadınlar, tək qadınlar və s. ). 

• problemlərin çoxluğu və tədqiq edilməməsi; 

• cəmiyyəti idarə etməkdə qadınların potensialından az istifadə olunması; 

• polisin alver edən qadınlan təhqir etməsi və onlara fiziki təzyiq göstərilməsi; 

• qadınların öz problemlərinin çoxunu dərk etməməsi. Göründüyü kimi, keçid 

dövründə Azərbaycan qadınlarının rastlaşdıqları yeni problemlər sırasında,  əsasən, 

işsizlik, sosial, 

iqtisadi vəziyyətin aşağı olması, ağır güzəran və yoxsulluğun qadının üzərinə 

düşməsi və bunların nəticəsi kimi yaranmış pessimizm diqqəti cəlb edir. Bundan əlavə, 

repsodentlər müsəlman ölkələrində qadın-kişi münasibətlərinin özünəməxsusluğunu 

vurğulamış  və  məsələyə bu aspektdən yanaşmışlar, məsələn: ağır güzəran və 

yoxsulluğun qadınların üzərinə düşməsi problemini götürək. Yuxarıda qeyd olunduğu 

kimi, kişilər bu məsələyə 

obyektiv yanaşmış  və  həqiqətən də ailə-məişət problemlərində daha çox 

məsuliyyəti qadınların daşıdıqlarını etiraf etmişlər. 

Nəticəyə görə, belə bir fikir yürütmək olar ki, psixoloji reabilitasiya mərkəzlərinin 

yaranması zəruridir. Qadın problemlərinin qender kontekstində tədqiqi və tədrisində bu 

problemə xüsusi fikir vermək lazımdır. Yəni məsuliyyətin kişi və qadın arasında bərabər 

paylanmasına nail olmaq zərurəti vacib şərtdir. Birinci sualın cavabları aşağıdakı 

cədvəldə verilmişdir:  

 

 



 

 



Yüklə 201,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə