Qadin-kisi munasib?TL?RI



Yüklə 201,87 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix16.11.2017
ölçüsü201,87 Kb.
#10443
1   2   3   4   5   6   7

 

7

• qadınların hər cür ehtirama layiq olması; 



• qadınlara güzəşt edilməsi

• qadınların hər cür zorakılıqdan uzaq olması; 

• cəmiyyətdə qadınların rolunun daim artırılması; 

• qadınlara, həssas olduqları üçün kollektivdə  və ictimai sahədə üstünlük 

verilməsi; 

• qadınların təhqir edilməməsi. 

 

IV QRUP 

KİŞİLƏR QADINLARDAN ÜSTÜNDÜR 

 

• ailədə kişi üstündür; 



• kişinin her yerdə birinci olması; 

• kişinin dediyinin qanun olması; 

• kişinin sözünün haqq olmasının mentalitetimizə uyğun olması; 

• qadının heç bir ixtiyar sahibi olmaması; 

• ailəni kişinin saxlaması; 

• kişilərə bütün sahələrdə üstünlük verilməsi; 

• kişinin qadından bir pillə yuxarı olması. 

 

V QRUP 

EMOSİONAL FAKTORLAR ÜSTÜNDÜR 

 

• sağlam seks; 

• ailənin sevgi əsasında qurulması; 

• qadına xüsusi hörmət olması, ana kimi müqəddəs seçilməsi; 

• mədəni, ləyaqətli və səviyyəli münasibətlərin hər zaman gözlənilməsi. 

 

VI QRUP 



DİGƏR CAVABLAR 

 

• məişətdə əmək bölgüsü; 

• Azerbaycanda hələ normal formasını tapmaması; 

• ailədə vəzifə bölgüsünün düzgün aparılmaması. 

 

Yuxarıdakı cavablardan göründüyü kimi, "qender"lə bağlı əhali arasında təbliğat 



aparmaq zəruridir. Repsodentlərdən biri lap qəribə cavab vermişdir: "Qenderin nə 

demək olduğunu bilmirəm, amma mənə elə  gəlir ki, bu, kişinin bütün xüsusiyyətinin 

qadına şamil edilməsidir". Bir qism isə, məsələni ailə - sevgi - sekc kimi izah etmişdir. 

Doğrudan da, repsodentlərin bəziləri bu sualın məhz ailə ilə bağlı olduğunu düşünərək

cavabı ərlik və arvadlıq təcrübələrindən çıxış edərək vermişlər. Bundan başqa, bir qism 

bütün sahələrdə qadınlara üstünlük verilməsini istədikləri halda, digər qism kişiləri birinci 

görmək istəmişlər. Hər iki fikirdə birtərəflilik var. Çünki bu və ya digər sahədə kişiyə, 

yaxud qadına üstünlük verildiyi halda, cəmiyyətdə onların məsuliyyəti, vəzifəsi qeyri-

bərabər olur. Məhz bu baxımdan qarşımızda duran əsas vəzifələrdən biri hər sahədə 

kişi və qadının bir-birinə lazım olduğunu onların özlərinə  aşılamaqdır. Cavabları  sərf-

nəzər edərkən görürük ki, repsodentlərin  əksəriyyəti kişi və qadın münasibətlərində 

qarşılıqlı güzəşt və anlaşmanın tərəfdarıdır. Açıq qoyulan ikinci suala cavablar da 

qənaətbəxşdir, çünki "qender" Azərbaycan elmində yenidir, təzə-təzə öyrənilir. Buna 

görə də, əlaqədar təşkilatlar seminarlar, konfranslar və s. tədbirlər vasitəsi ilə respublika 

əhalisi arasında qender sahəsində biliyi, məlumatı artırmaq üçün ardıcıl işlər 

görməlidirlər. 




 

8

Sorğunun üçüncü sualı daha konkret qoyulub: "Qadınların hüquqları  ən çox 



hansı sahədə pozulur ?" (Bax: cədvəl 3). Bu gün Azərbaycan XXI əsrin astanasındadır 

və durmadan inkişaf edir, demokratik, hüquqi dövlət qurur, dünya sivilizasiyasına can 

atır. Repsodentlərin əksəriyyəti qadınların hüquqlarının daha çox ailə daxilində (23,4%) 

pozulduğunu qeyd etmişlər. Problemin aradan qaldırılması üçün zəruri tədbirlər həyata 

keçirilməli, ciddi qanunlar hazırlanmalı, ailə  məsləhətxanaları açılmalıdır. Bizcə,  şərhə 

ehtiyac yoxdur: ailə məsələsi ciddi məsələdir. Çox vaxt ailəni "kiçik dövlət" adlandırırlar. 

Məhz bu baxımdan gərək ailədə hüquq pozuntuları olmasın, zira, cəmiyyətdəki 

problemlərin özülü ailədən başlayır. Repsodentlər ictimai-siyasi sahədə, peşə seçimində 

də hüquq pozuntularının olduğunu qeyd etmişlər. Onların bəziləri daha kəskin mövqe 

tutaraq, "göstərilən bütün sahələrdə" cavabını vermişlər. Bununla belə, bir qism isə, 

qadın hüquqlarının pozulduğunu müşahidə etmədiyini yazıb. Üçüncü suala verilən 

cavablar, əsasən, aşağıdakı kimidir: 



 

Cədvəl 3 

-----------  Qadınların hüquqları  ən çox hansı

sahələrdə pozulur 

(cavablar faizlə göstərilmişdir) 

 

Ərazi 


sil-



də 

Peş


ə 

seçi


-

min


-də 

Uşaq


-ların 

müd


a-

fiəsin


-də 

Ictı-


mai -

siya


si 

sahə


-də 

Leya-


qət və

şərəfi


müda-


fıəsin-

də 


Aile 

daxi


-

lind


ə 

Dig


ər 

fikir


-lər 

Cav


ab 

verm


ə-

yənl


ər 

mi 



Masallı  7,5  3,7  11,4  17 

13,3  34  7,5  5,6  100

Ağsu-

Göyçay 


7,6  13,

20,6  21,6  14,4  16,4 1 



100


Zaqatal

8,8  7,9  8,2  29,1  14,3  26,5 2,7  2,7  100



"Qadın 

və 


hüquq" 

Konfran


sı 

5,3  13,


5,3  24 


21,3  16  14,

0,2  100



Bakı 

1,2  8,3  4,1  19,1  16 

29  22,





100

Yekun  

9,3  9,8  22,1  15,8  24,3 9,4  3,3  100

 

3-cü cədvəldən göründüyü kimi, ümumiyyətlə,  ən yüksək pozuntu ailə daxilində 



olduğundan respondentlərin fikirlərinə görə, bu problemlər xüsusi proqramlarla öz həllini 

tamamlayır. 

Burada bir məqamı qeyd edək ki, azərbaycanlı mentaliteti mövqeyindən ailədə 

əzilən, tapdanan qadınlar öz səslərini çox vaxt içlərində boğur, kişi hökmünə tabe 

olurlar. Biz bu məsələni qaldırmaqla, kişinin ailədə rolunu inkar etmək yox, onun 

mədəni, təssübkeş, müasir sivil qaydalar baxımından formalaşmasını istəyirik. Üçüncü 

sualın "Ailə daxilində" bəndi ilə bağlı evdar qadınlar arasındakı fikirlərin təhlili belə 

nəticəyə gəlməyə imkan verir ki, ali təhsillilər ailədə məişət qayğılarını rasional surətdə 

bölüşdürməyə səy göstərirlər. Bu cür ailələrdə büdcə bərabər tərtib olunur, ev əşyaları 

alınanda, bazarlıq ediləndə, uşaq məktəbə, yaxud körpələr evinə gedəndə  bərabərlik 

prinsipi gözlənilir. Eyni zamanda burada belə fikirlər də səslənir ki, yemək hazırlamaq, 



Yüklə 201,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə