Qadin-kisi munasib?TL?RI



Yüklə 201,87 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix16.11.2017
ölçüsü201,87 Kb.
#10443
1   2   3   4   5   6   7

 

9

evin yığışdırılması, uşaqlara qulluq yenə də qadınların işidir. Bizcə, bu məsələdə qadına 



qarşı həm ailə, həm də ictimaiyyət tərəfindən xüsusi diqqət göstərilməlidir. Cəmiyyətdə 

mütamadi olaraq məhz buna görə  də qadın-ana, qadın-işçi  əksliyinin dilemması 

kəskinliklə önə  çıxır. Bu məsuliyyətli vəzifələri yerinə yetirən qadının  əks cinsdən olan 

fərqli xüsusiyyəti onun şəxsiyyət kimi cəmiyyətdəki yerinin bariz göstəricisi deyilmi? 

Cənub bölgəsindən olan bir repsodentin qeyd etdiyi "kişi-qadın bərabərliyində 

münasibətlər 

hörmət çərçivəsində qurulanda, cinsi fərq yada düşmür" kimi özünəməxsus 

cavabındakı  səmimilik də, paytaxt ziyalısı olan kişinin "qadın-ana olmaq şərəflidir, bizi 

də yaradan qadın deyilmi, nə olar, onlara hər sahədə kömək edəndə" cavabındakı 

ritorika da diqqəti cəlb edir. Burada nəzər - diqqəti bir cəhətə də yönəltmək istəyirik ki, 

sorğuda iştirak edənlərin bir qismi qadının məşğulluğunun onun analıq roluna maneçilik 

törətmədiyini 

söyləyir. "Nizamlı qadın üçün məşğulluq və analıq dəqiq  şəkildə yerinə yetirilir", 

"Demokratik cəmiyyət qurmaq o demək deyil ki, qadınlarımızı unudaq - iki fikrin ayrı-

ayrılıqda təhlili də rnübahisə doğuracaq cəhətləri ilə diqqəti cəlb edir. Yaş fərqinin təhlili 

isə, göstərir ki, ümumilikdə "ailə daxili" problemlərin ən çətin dövrü 25-40 yaş arasında 

olur. 

Keçirilən sorğuya  əsasən, üçüncü sualın "peşə seçimi" bəndində, işləyən 



qadınların yalnız yarısı öz işindən razı qalıb. Bir hissəsi qadının yarım iş günü 

işləməsini, bir hissəsi fasilənin artırılmasını qeyd edib. Maraqlıdır ki, repsodentlər, yenə 

də, məktəb müəllimlərinin əksəriyyətinin qadın olmasını məhz kişi-qadın münasibəti ilə 

əlaqələndirmiş, oğlan uşaqlarının kişi müəllimlərin tərbiyyəsinə daha çox ehtiyacları 

olduğunu vurğulamışlar. Üçüncü -"uşaqların müdafiəsi" ilə bağlı suala repsodentlərin 

9,8%-i öz münasibətini bildirmişdir. Qeyd etdiyimiz sahədə, ailə münasibətləri fonunda, 

uşaqların necə  tərbiyə  və müdafiə olunmasını, bir şəxsiyyət kimi necə formalaşmasını 

təsəvvür etmək üçün sorğunu cavablandıranların fikirlərinə müraciət edəndə görürük ki, 

ailədə küsülülük, söz-söhbət, dava-dalaş olanda, uşaqlar unudulur, ya da qismən

yalnız,  əsasən, ana tərəfindən yada düşür. Uşaqların müdafiəsinin zəifləməsi həm də 

müharibə şəraitinin, keçid dövrünün xarakterik ziddiyyətlərinin təzahürü ilə bağlıdır. 

Sualın "ailə daxilində" bəndindən sonra "ictimai siyasi sahədə" bəndi diqqəti cəlb 

edir. Belə ki, bu suala repsodentlərin 22,1%-i cavab verib. Burada bir incə  cəhəti də 

qeyd edək ki, ümumiyyətlə, respublikamızda qadınlar ictimai fəaliyyətlə daha geniş 

məşğul olmağa üstünlük vermələrinə baxmayaraq, siyasi səhnədə azlıq təşkil edirlər. 

Bir repsodent bu bəndlə bağlı fikrini 

belə bildirmişdir: "Siyasət qadın işi deyil". Sorğuda ən yüksək göstərici Zaqatala 

ərazisində - 29,1%, ziyalılar arasında ("Qadın və hüquq" Konfransı) - 24%, Bakı 

şəhərində - 19,1%, Ağsu-Göyçayda - 21 6%, Masallıda isə  17% olmuşdur. Verilən 

cavablardan belə bir məntiqi nəticə hasil olur ki, qadının ictimai-siyasi sahədə 

passivliyinin  əsas səbəbləri ictimai mühitdə  əsrlərdən bəri kök salmış patriarxal 

düşüncə, yerli adət-  ənənələr və hazırkı dövrün tələbləri ilə uzlaşmayan siyasi 

mədəniyyət tərzinin cəmiyyətdə lazımi dərəcədə qavranılmamasıdır. Repsodentlərin 

cavablarında fikirlərinin ən çox qeyd olunan "həyat yoldaşım qoymur, "valideynlərim pis 

baxır", adət və ənənədən qorxuram", "şəxsi marağım yoxdur", "kişilər imkan yaratmır", 

"məişət qayğılarım imkan vermir" kimi ifadələrdir. Demək, qadının ictimai-siyasi 

fəallığına bir tərəfdən sosial-iqtisadi, digər tərəfdən isə, mənəvi amillər təsir edir. 

Sualın "ləyaqət və  şərəfin müdafiəsi" ilə bağlı  bəndinə  15,8% repsodent cavab 

vermişdir.  Ən yüksək göstərici yenə ziyalılar ("Qadın və hüquq" Konfransı ) arasında 

qeydə alınmışdır -21,3%. Bu bəndə dair də fikirlərini bildirənlər bir sıra amilləri qeyd 

edərək, göstərirlər ki, qadın şərəfinin müdafiəsi üçün mütləq xüsusi qanun gərəkdir. Bir 

qism isə, kişilər üçün hətta xüsusi cəza tədbirlərinin görülməsini təklif etmişlər. Belə ki, 

nəinki ailədə, hətta kollektivdə, ictimaiyyətdə  də qadın ləyaqətinin, qadın  şərəfinin uca 



 

10

tutulması fikri daha çox vurğulanmışdır. Bu sualın başqa t fikriniz varmı? bəndinin 



cavablarını aşağıdakı kimi aşdırmaq olar: 

1. Biznes sahəsində;  

2. Özəlləşdirmədə;  

3. Məhkəmələrdə və iş yerlərində; 

4. Qadın hüquqları haqqında Azərbaycan reallığı  çərçivəsində qanun qəbul 

etməkdə; 

5. Müəssisə, təşkilat və hətta mənzil istismar idarələrində (evdar qadınlar üçün) 

qadın hüququnu rnüdafiə şöbələrinin yaradılmasında; 

6. Əlil qadınların sosial müdafiəsinin təmin olunmamasında; 

7. Eyni vəzifəyə, adətən, kişi və qadın namizəd olarkən, qadının hüququnun 

pozulmasında, üstünlüyün kişiyə verilməsində; 

8. Hərbi münaqişələr zamanı müdafiəsizlikdə; 

9. Məişət problemlərində; 

10.Məhkəmələrdə, istintaq zamanı dustaq ailələrinə təzyiqlərdə; 

11. Boşanma zamanı mülki hüquqların tapdalanmasında; 

12. Qadınların yüksək vəzifəyə çox az seçilməsində.  



 Dördüncü sual belə idi: "Qadın problemlərinin həlli istiqamətində qadın 

təşkilatlarının fəaliyyətindən razısınızmı?. Nəzərinizə çatdıraq ki, respublikamızda 30-a 

qədər qeyri-dövlət təşkilatı və Qadın Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. 

Nizamnamələrinə  əsasən, onların  əsas funksiyalarından biri qadın hüquqlarının 

müdafiəsi və qadın problemlərinin həllinə kömək göstərməkdir. Bəs, onların 

fəaliyyətindən əhalinin xəbəri varmı? Məhz bu məqsədlə də yuxarıda qeyd edilən sual 

sorğuya daxil edilmişdir. Cavablar aşağıdakı kimi olmuşdur: 

 

Cədvəl 4 

Qadın problemlərinin həlli isüqamətində qadın təşkilatlannın fəaliyyətindən razısınızmı ? 

 

Sorğu 

iştirakçılarının 

sayı 

 

Bəli 

 

Xeyr 

 

Cavab 

verməyə 

çətinlik 

çəkirəm 

 

Digər 

fikirlər 

 

Cavab 

verməyənlər

 

400 

 

23,3% 

 

46,6% 

 

17,2% 

 

8,7% 

 

4,2% 

 

 

Bu suala cavab verməyə  çətinlik çəkən  17,2% repsodentdən bir qismi "məgər 



qadın təşkilatları mövcuddur? kimi ritorik sual verirsə, bir qismi də bir sıra qadın 

təşkilatlarının adını qeyd etməklə onların fəaliyyətlərindən razı olduqlarını bildiriblər. 

Respodentlərin 4,2%-i cavabdan imtina etmişdir. Bu sorğunun cavablarını da 11  bənd 

üzrə qruplaşdırmaq olar: 

6. Qeyri-dövlət qadın təşkilatının rəhbəri kimi qadın təşkilatlarının işindən narazı 

olması; 


7. Qadın təşkilatlarının qadınları müdafiə etməməsi; 

8. Qadın problemlərinin həllində kişilərin də iş görməyə təşviq edilməməsi; 

9. Təlim-tərbiyədə, təhsildə, vəsait əldə etməkdə yardımçı olmaları; 

10. Əsir düşmüş qadın və uşaqların azad edilməsində xüsusi fəallıq göstərilməsi; 

11. Qeyri-dövlət təşkilatlarının Koordinasiya Mərkəzinin yaradılması. 

Təkliflərə əsasən, belə nəticəyə gəlmək olar ki, qadın problemləri ilə məşğul olan 

qurumlar fəaliyyətlərini düzgün qurmaq üçün işlək idarəetmə mexanizmləri yaratmalı, 

təbliğatın müxtəlif forma və metodlarından istifadə etməlidirlər. Sosiologiya elmində 

bunun üçün xüsusi prinsip və prosedur qaydaları var. Qadın təşkilatları bundan istifadə 



Yüklə 201,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə