Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
  1   2   3   4   5   6   7   8   9   ...   20


 
Ġradə Əlili 
 
 
 
 
Mənim sevgi  
dünyam 
 
 
 
 
 
 
Bakı – 2013 
 
 


 
 


İRADƏNİN SEVGİ ALƏMİ 
 
Ġradə  Əlilinin  Ģeirlərinə  iradım  yoxdur.  Çox  yox, 
cəmi  5,  6  Ģeirini  oxudum.  Üç  mənzum,  üç  mənsur.  Bu 
qənaətə  gəldim  o,  yatanda  da  sevgini  dodaqları  arasında 
sıxıb  yatır,  qalxanda  da  gözlərini  dan  yerinin  Ģəfəqi  və 
nurlana  iĢığıyla  açır,  əllərini  suyla  deyil,  sevgi  ilə  yuyur. 
Dəmlədiyi  çaya  kəkotu  ilə  birlikdə  sevgi  misraları  qatır. 
Çayı  Ģəkərlə  deyil,  sevginin  Ģirin  noğulu  ilə  içir.  YeriĢi, 
duruĢu ilk sevginin çılğın rəqsini xatırladır, gülüĢlərindən 
sübh  Ģəfəqləri  süzülür.  Bəlkə  sevdiyi  gəlinciyə  də  tikdiyi 
donu da sevgi sapları ilə tikib. Saydığım bu sifətlərə görə 
Ġradə  xanıma  sevgini  irad  tutmuram.  Demirəm  hər  sözə 
sevgi  naxıĢı  vurur,  bu  insan  dünyada  sevinc  və  sevgi 
arzusu  ilə  doğulub.  ĠĢində,  hərəkətində,  yeriĢində, 
duruĢunda onu büruzə verir. Sevginin odundan, atəĢindən 
qorxmur.  Hətta  gəzdiyi  bağçaları  sevgi  ətrinə  bələmək 
istəyir. Bəlkə buna görə onu sevgidən doğulmuĢ Ģair deyə 
bütün varlığı ilə həyatını, ömrünü iradəsi ilə sevgiyə həsr 
etdiyini  görürəm.  Vətəndə,  çiçəkdə,  açılan  güldə,  əyilən 
lalədə  sevgi  notlarına  misralar  tapır.  Bəli,  Ġradə  xanımın 
doğrudan  da  sevgidən  kənar  mövzusu  yoxdur.  Bunların 
hamısı onun üçün Vətən sevgisi, Ana sevgisi, çağlayan su 
sevgisi,  quĢların  cəh-cəhi  ilə  birləĢir,  bəlkə  də  bütün 
bunlar Ġradə xanım haqqında ritorik sözlər kimi anlaĢılsın, 
əslində  belə  deyil.  Onun  sözünün  əvvəlində  də, ortasında 
da,  sonunda  da  sevgi  var.  Açan  çiçək,  doğan  günəĢ, 
buludsuz  səma  da,  nazlanan  Ay  da  onun  üçün  sevgi 
sətirləri pıçıldayır. Bircə arzusu var: Dünya sevgi ilə yatıb, 
sevgi  ilə  oyansın.  Dünya  al  günəĢin  təmiz  sevgisinə 
boyansın...  Kinli  ürəkdən  xəbis,  idraklardan  ata-baba 
qisasi  ilə  öyünənlərdən  uzaqdır  Ġradə.  Onun  üçün  bir  ulu 


dünya  var  –  sevgi  dünyası.  Sevgi  dünya­sının  tərənnümü 
hər vəznə, hər üsluba gəlir. Onun çiçək açan, meyvə verən 
ağacları  sevgi  ilə  sulanır,  ətə-qana  dolur,  ulu  göy­lərin 
əsrarəngiz  dərinliklərindən  insanlara  göz  vuran  ulduzlara 
bənzəyir,  böyüyən  insa­nın,  yetiĢən  nəslin  sevgisinə 
calanır.  Mən  onun  Ģeirlərində  tərənnüm  etdiyi  həmin 
duyğuları,  düĢüncələri  intizarlı  məqamları  ilk  müĢahidə 
etdiyim  cəhətləridir.  Mənim  özüm  də  gəncliyimdə  sevgi 
Ģeirlərinin vurğunu olmuĢam, çalıĢırdım ki, Ģeirlərimin hər 
bir bəndində sevgi sətirləri olsun - 
 
Bizə gəlsən il yaz olar  
Küsüb getsən il yas olar 
Kərəm dönüb İlyas olar 
Həsrət çəkər küllərimə. 
 
Bəlkə  ona  görə  sevgi  Ģeirləri  oxucunun  daha  çox 
nəzərini  cəlb  edir  və  çox  yadda  qalır.  Bax,  belə  Ģeirlər 
gəncliyi daha çox maraqlandırır. Onlar gənclik sevgisi ilə, 
duyğusu  ilə  yaĢayırlar.  Bax,  belə  odlu  sevginin 
tərənnümünü  görürəm  Ġradənin  Ģeirlərində.  Arzum  budur 
ki, onun kövrək qələmi odlu-alovlu sevgi Ģeirləri yaratsın, 
qəlbinin sevgi bulağı çağlar olsun. 
 
İlyas Tapdıq 
şair 
  
 
 
 


REDAKTORDAN: 
İRADƏNİN ŞEİR DÜNYASI 
 
ġair  dünyası  sirli-sehrli  bir  dünyadır,  bu  dünyanı 
varanlar  haqq  yolçuları  olmuĢlar  hər  zaman.  Ġstəsə  də, 
istəməsə  də  bütün  varlığına  hakim  kəsilmiĢ  Duyğu  əsiri 
olurlar.  Bu  Dünyanın  sakinləri  üçün  yalnız  bir  məfhum 
anlayıĢı  var;  Müqəddəs  Duyğu.  Yaradıcı  inlanların 
ömrünə həkk olunmuĢ bu məfhum müqəddəsliyini onların 
sima­sında  həmiĢə  qoruyub  saxlaya  bilmiĢdir...    Belə 
insanlar  Müqəddəs  Ömür  yolçuları  olmuĢlar  hər  zaman. 
Əsrlərin  sınağından  keçib  gələn  Azərbaycan  poeziyası 
dünya  mədəniyyəti  və  ədəbi  qaynaqlarında  ən  önəmli 
yerlərdən birini tutub. ÇağdaĢ Ģairlərimizin yaradıcılığında 
hiss  olunan  lirizm  xalqımızın  nə  qədər  zəngin 
mədəniyyətə malik olduğunu büruzə verir. Hələ ən qədim 
zamanlardan  Ģairlər  diyarı  sayılan  Azərbaycan  öz  zəngin 
mədəni və ədəbi irsi ilə Ģöhrət tapmıĢdır. Dünyada elə xalq 
yoxdur  ki,  onun  Ģairi  olmasın,  bu  mənada  Azərbaycan 
xalqı  xalqlar  içərisində  ən  seçimlisidir!  Azərbaycanın  da 
dahi 
klassiklərinin, 
filosoflarının,  dünya  Ģöhrətli 
alimlərinin dünya mədəni-ədəbi tarixində silinməz izi var, 
əsrlərin süzgəcindən keçib gələn, nəsildən-nəslə keçən irsi 
yaradıcı­lıqları  müasir  nəslin  davamında  ardıcıl  olaraq 
yaĢayır,  davam  edir.  Gənc  yazıçı  və  Ģairlərin  yaradıcılıq 
uğurları, dünyagörüĢü, poetik duyğu və düĢüncələrini əks 
etdirən  yazıları bizi  sevindirir, bu baxımdan  əsas verir ki, 
Azərbaycan  poezi­yası  hələ  yaĢayır,  hələ  gələcək 
nəsillərin davamında da yaĢayacaqdır.  
Hər  yeni  nəĢr  xalqımızın  nə  qədər  zəngin 
mədəniyyətə, 
ədəbiyyata,incəsənətə  malik  olduğunu 
bildirir.  Xalqımızın  milli  duyğular  zəminində  aĢılanan 


ədəbi  irsinin  davam­çıları  bu  gün  də  öz  yeni  nəfəsilə, 
poetik  duyğularıyla,  ədəbiyyatımıza  hərarət  gəti­rir­lər. 
Belə  Ģairlərdən  biri  də  Ġradə  Əlilidir.  Poeziyamızda  öz 
kövrək addımlarını atan Ġradə xanım ədəbiyyatımızda yeni 
səs,  yeni  nəfəsdir.  Öz  hiss,  duyğu  və  düĢüncələrini  əks 
etdirən,  doğma  yurda,  Vətənə  olan  bağlılığı,  saf  eĢqin 
tərənnümü,  bugünün  və  sabahın  ağrıları  onun  Ģeirlərinin 
ana xəttidir. Ġradə xanımın yaradıcılıq palitrası çox zəngin 
və  rəngarəngdir.  Müxtəlif  mövzularda  yazıb-yaradan 
Ģairin  özünə­məxsus  dəsti-xətti  var.  Onun  “Röyada  ana 
oldum” mən­zum Ģeiri son dərəcə poetik duyğular aĢılayır: 
 
Bir kiçik qızcığaz girdi yuxuma
Sandım ki, bu yuxu bir röya deyil. 
Bir mələk sığındı köksümə mənim
Sanki mələk idi insan deyildi. 
İstədim əbədi olsun bu röyam
Möhkəmcə, lap möhkəm sıxdım gözümü, 
İnandım yuxumun gerçəkliyinə 
Dünyanın xoşbəxti sandım özümü. 
Bürüdü qəlbimi sonsuz bir kədər 
Kaş ki, açmayaydı heçcə bir səhər... 
Körpə mələyimlə birgə qalaydım, 
İsti nəfəsinə axıb dolaydım. 
Buna da şükürlər olsun Tanrıya 
Röyamda analıq hissini daddım! 
 
Ürək  titrədən  bir  həsrət  -  övlad  həsrətini  elə 
tərənnüm etmiĢdir ki, bu hissi oxucu özündə yaĢayır. Biri-
birindən  mənaca  dol­ğun  Ģeir  parçalarını  bir-birindən 
üstün  tutmaq  mümkün  deyil,  hər  sətrdə  Ģairin  ürək 
çırpıntısını  hiss  edirsən.  Əsasən  sevgi  möv­zusunda 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə