Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   2   3   4   5   6   7   8   9   ...   20

DOSTLARIM 
 
Çiçəklərsiz bahar olmaz, 
Qırıq səhəng suyla dolmaz
Dostsuz mənim günüm olmaz. 
Dost, gəl, hər vaxt gərəyimsən! 
 
Dost dostuna tən olmalı, 
Qəlbinə həmdəm olmalı, 
Dost dosta məlhəm olmalı, 
Dost, gəl, hər vaxt gərəyimsən! 
 
Dost mənim uca bir dağım, 
Çiçəklənən barlı bağım, 
Dost mənim dövlətim, varım, 
Dost, gəl, hər vaxt gərəyimsən! 
 
 
  
 
 
 
 
 


GƏRƏK ÖYRƏTMƏZDĠN 
 
Saçım əllərinin tumarın istər, 
Gözüm gözlərinin odlu mehrini. 
Əlim ovucunda isinmək istər, 
Sözüm sözlərinin Ģirin sehrini. 
Həsrət qalırdımsa ayaq izinə, 
Gərək öyrətməzdin məni özünə! 
 
Qəlbimin atəĢi səni arayır, 
BaxıĢım tək sənə ünvanlanıbdır. 
Gözlərim hər yerdə səni axtarır 
Könlüm sevgin ilə damğalanıbdır. 
Ürəyim dözməyir sənsizliyimə, 
Gərək öyrətməzdin məni özünə! 
 
Doğulan hisslərim Ģüx, duyğum oldun
Sinəmdə ürək də sözümə baxmır. 
Ġstəyirəm səndən mən uzaqlaĢım, 
O Ģəhla gözlərin məni buraxmır. 
Sənin məhəbbətin, sevgin xəzinə, 
Gərək öyrətməzdın məni özünə! 
 
Yaralı ov kimi çırpınan könlüm 
Qanayıb fəryaddan sızlar səninçün. 
Ġlqarına sadiq gözümün yaĢı 
Axır, dayanmayır, sənsizliyimçün. 
Gözlərim həsrətlə baxır gözünə, 
Gərək öyrətməzdin məni özünə! 
 
  
 
 


NECƏ DEYĠM 
 
Tellərinə vurulduğum, 
Çiçəklənən tazə, tərsən. 
Ömrümə günüm sandığım, 
Həyatıma bəzəyimsən, 
Hər an mənim gərəyimsən. 
Bunu sənə necə deyim? 
 
Uca dağsan, vüqarımsan, 
EĢqimdə ilk nübarımsan. 
Oxunacaq sətirlərdə, 
Sevgi dolu min yazımsan, 
Həm qıĢımsan, həm yazımsan, 
Bunu sənə necə deyim? 
 
Səpələnib gözlərimə, 
Sevincim qəlbimə dolub. 
EĢqin üzən gəmilər tək
Qəlb evimdə liman qurub, 
Sevgi dolu ürəyimsən. 
Bunu sənə necə deyim? 
 
  
 
 
 


SƏNSĠZLƏġƏNDƏ 
 
Hərdən çox darıxıb sənsizləĢəndə, 
Ayna qarĢısında sakitləĢirəm. 
Öpürəm, sən öpən yanaqlarımdan, 
Əksini gizləyən nəmli gözümdən. 
 
Öpürəm əlinə dəyən telimdən, 
Hey sığal çəkirəm, hey qoxlayıram. 
Köksündə sığınıb təravətlənən 
Ġsti əllərimi qucaqlayıram. 
 
Duyuram səsini, duyuram hər an. 
Odlu nəfəsimin təĢnəsi sənsən. 
Mənim göz yaĢımda baxıĢımdasan, 
Ayaq izlərinçin darıxmıĢam mən. 
 
Hər axĢam röyamı qısqanıram mən, 
Çünki onların da qonağı sənsən. 
Açılan hər səhər səni andırır, 
Qəmimə iz salan sevincim sənsən. 
 
Ətrin cismimi mehirləndirdi, 
Gözlərin gözümə sehirlə doldu. 
Neynim ki, Ġradəm qulundur sənin 
Tanrıdan rizalı bir yazım oldun! 
 
 
 


YADIMA DÜġDÜN 
 
Yadıma düĢdün sən yenə bu axĢam, 
Oyandı bir həsrət hissi canımda. 
Axı, nəfəsinin odu, istisi, 
Hələ çəkilməyib yanaqlarımdan! 
 
Əlinin tumarı düĢdü yadıma, 
Hələ baxıĢıının sehrindəyəm mən. 
Gözüm gözlərində əbədi qonaq, 
Hələ də könlünün mehirindəyəm. 
 
Yadıma düĢdün sən bu axĢam yenə, 
Gecələr mənimlə dərd əhli oldu. 
Həmdəmim olmadı göz yaĢım silə, 
Bu axĢam ruhumda eĢqim qovruldu . 
 
Bu axĢam gözümdə dünya qaraldı, 
Elə bil səhərim açılmayacaq. 
Sənli xatirələr, vüsal anlarım, 
Dadıma çatmayıb, qayıtmayacaq. 
  
Bilirsən, yeganə ümid çırağım 
Xəyalımda arzum tək sənsən, fəqət 
Bilirsən bu təklik, bu tənhalığa, 
Sənsiz nə dözüm var, nə də ki, taqət! 
 
 
 
 
 


SƏNĠN BAXIġLARIN 
 
Sənin baxıĢların od olub mənə 
Közərən qəlbimi dilə gətirdi. 
Baxdın,o baxıĢla qul oldum sənə, 
BaxıĢın könlümü sözə gətirdi. 
 
Gözüm baxıĢınla qarĢılaĢanda, 
Sevdiyim gözlərdə batmaq istədim. 
Könüldən yaralı bir bənövĢə tək, 
Məhrəm əllərində bitmək istədim! 
 
Fırtınaya dönüb haray qoparar 
Gözlərim gözündə qərarlaĢanda. 
Ġnan, unuduram bütün dünyanı, 
Odlu baxıĢında ĢıltaqlaĢanda. 
 
Hey qaçmaq istədim baxıĢlarından 
Gözünün sehiri buraxmır məni. 
Neynim, mehi-tabum qərib hisslərim, 
Hey gəzib arayıb axtarır səni! 
 
  
 
 
 
 
 


ÜRƏYĠM SÖZ VERĠB  
 
Çəməni, çiçəyi solan bağçama 
Sən bahar gətiridin, sən yaz gətirdin. 
Özün də bilmədən sən mənim üçün 
O sevən qəlbini ərməğan etdin. 
 
Bakirə hisslərim, duyğularım da, 
O gündən sözündən sehirlənibdir. 
Bəxtinə tənhalıq düĢən ürəyim, 
Ala gözlərindən mehrlənibdir. 
 
PeĢiman deyiləm, etmə peĢiman 
Sənli çağlarımı yaĢamağımçın. 
Sevən sevdiyinə olmaz pəriĢan 
Bir baxıĢ kifayət bir vüsal üçün. 
 
Qoyma həsrət qala, nigaran qala
Hisslərim köklənə bədgüman sözə. 
Hicranın vüsalı çox geciksə də, 
Ürəyim söz verib həsrətə dözə. 
 
  
 
 
 
 
 
 
 


TANRIM MƏNƏ YAR OLDU 
 
Bir qəlbin iĢığında, 
Bir eĢqin sorağında, 
Bir yarın baxıĢında, 
Tanrım mənə yar oldu! 
 
Köz idim alov oldum, 
Axar sutək duruldum, 
Bir gözələ vuruldum,  
Tanrım mənə yar oldu! 
 
 
  
 
 
 
 
 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə